Məhkəmə qərarları › İş №2(103)-2096/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2096/2025

02.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2096/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə Açar sözlər: əsassız hesablanmış borcun silinməsi X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-4268/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı (bundan sonra iddiaçı) istifadə və sahibliyindədir. Onunla Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********10010 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsi (PQ-4) (1/1) və 1 ədəd qızıdırcı radiator sobası (1/1) istifadə edilir. Həmin evə quraşdırılmış G-4 markalı, 1005AQ**********4 saylı qaz sayğacı xx.xx.2024-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən çıxarılaraq, yenisi ilə əvəz edilmiş və bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 05572938 saylı akt tərtib olunaraq, həmin aktda sayğacın klapanının bağlanmadığı qeyd edilmişdir. Çıxarılmış sayğac "xxxx" MMC tərəfindən laboratoriya şəraitində müayinə edilmiş və müayinənin nəticələrinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktda onun elementinin bitdiyi, xx.xx.2023-cü il tarixə elektron göstəricisinin isə 49.646 m3 olduğu, istismar müddətində ALARM-1 rejiminin olmadığı, istismara yararsız olduğu müəyyən edilmiş və bunun nəticəsi olaraq 3042 m3 həcmdə təbii qazın dəyərini təşkil edən 760,50 manat istifadə edilmiş, lakin ödənilməmiş təbii qazın dəyəri olaraq iddiaçının abonent hesabına daxil edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış əvvəlki qaz sayğacına görə, Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 760,50 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində o, ailəsiylə birlikdə yaşayır. Sözügedən yaşayış sahəsinin bütün kommunal xərclər onun tərəfindən ödənilir. Cavabdeh tərəfindən ona məxsus mənzil üzərində quraşdırılan qaz sayğacında nasazlıq aşkar olunmuşdur. Bu barədə o, rəsmi, eləcə də şifahi formada birliyə məlumat versə də, birliyin əməkdaşları yalnız təxminən 5 ay sonra gələrək evə quraşdırılmış qaz sayğacını dəyişdirilmişdilər. Əvvəlki qaz sayğacı ilə qazdan kart vasitəsi ilə istifadə olunurdu. Lakin hazırda yeni quraşdırılan qaz sayğacı mexaniki qaz sayğacıdır. Yeni qaz sayğacı quraşdırıldıqdan təxminən bir ay sonra Cavabdeh tərəfindən ona bildiriş göndərildi ki, guya onun, qaz sərfıyyatına görə 760,50 manat məbləğində borcu var. Lakin bu barədə o, yenidən Cavabdehnə rəsmi müraciət edərək, borcun əsassız olaraq hesablanmasını bildirsə də, Cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə ona bildirilmişdir ki, guya öncəki qaz sayğacının klapanının bağlanmaması səbəbindən 3042 m2 dəyəri ödənilməmiş təbii qazın istifadəsi müəyyən olunmuş və bu səbəbdən 760,50 manat məbləğində qaz borcu yaranmışdır. Əgər yaranmış nasazlıqdan qaz sayğacının klapanının bağlanmaması halı baş vermişdirsə, necə ola bilə rki, həmin qaz sayğacından ödənişli əsasla qazın istifadəsi mümkün olsun və buna görə borc hesablansın? Qaz sayğaclarının istismar müddətinin bitməsi səbəbindən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın istehlakçı tərəfindən ödənilməsi əsassızdır. Cavabdeh tərəfindən onun istehlakçı hüquqları kobud şəkildə pozulmuşdur. Qanunvericiliyin tələbindən göründüyü kimi, qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına dəyişdirilir. Onun istifadəsində olmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi özləri daşımışdır. Lakin buna baxmayaraq, Cavabdeh tərəfindən qaz sayğacında baş vermiş nasazlığa görə ona əsassız olaraq 760,50 manat məbləğində borc hesablanmışdır.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 4268/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı məxsus **********10010 abonent kodu üzrə Cavabdeh tərəfindən hesablanmış 760,50 manat məbləğində borcun silinməsi, dövlət rüsumu olaraq ödənilməli olan 30 manat məbləğində pulun Cavabdehndən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim X6)

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mövcud vəziyyətdə sayğacda aşkar edimiş qüsura görə təqsirli hesab oluna bilməz. Belə ki, aşkar edilmiş qüsurun məhz iddiaçının hərəkətləri nəticəsində baş verməsi yoxlama zamanı da müəyyən olunmamışdır. Yəni sayğacda qüsurun olması faktı müəyyən edilsə də, həmin qüsurun baş verməsində məhz iddiaçının hər hansı qanunazidd hərəkət və ya hərəkətsizliyi müəyyən edilmir. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən hər hansı pozuntunun törədilməsi sübut olunmadığından, eləcə də istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləği əsassız hesab olunmaqla silinməlidir.

6. Məhkəmə, həmçinin, hesab etmişdir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119-cu, 217-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci, 13.8-1-ci, 13.9-cu, 21.1-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci, 4.6-4.9-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, o cümlədən qaz sayğaclarına baxış keçirilərkən iddiaçı tərəfindən istifadə etdiyi, lakin dəyərini ödəmədiyi 760,50 manat borcun olduğu müəyyən edilmişdir. Abonent saldosunda bu məbləğ mənfi kimi göstərilmişdir. Bu isə həmin məbləğin aktla (sayğacdan kənar xətt və ya sayğaca müdaxilə vasitəsilə) yazılmadığı deməkdir. İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır Təqdim edilmiş sayğacların saldoları, sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. İddiaçı tərəfdən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Cavabdeh olaraq iddia ərizəsinin təmin edilməməsinə dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Məhkəmə qətnaməsində bildirilmişdir ki, “İddiaçı nümayəndəsi X7 bildirmişdir ki, onların sayğacı xarab olmuşdur. Lakin, sayğac xarab olsa da, qaz gəlirdi”. Bu fakt o deməkdir ki, iddiaçı qaz sayğacının işləmədiyini bildiyi halda təbii qazdan istifadə etməyi davam edirdi. Məhkəmə isə nədənsə bu faktı öz qətnaməsində qeyd edir, lakin göz yumur. Qətnamədə daha sonra bildirilir ki “O (iddiaçı), zəng etmişdir ki, sayğac qaralıb, işləmir. 5 ay sonra gəldilər və sayğacı dəyişdilər. Cəmi 5-6 ay sayğac işləməyib”. Belə çıxır ki, iddiaçı özü etiraf edir ki, qaz sayğacından qırılmış və nasaz vəziyyətdə ola-ola 5 və ya 6 ay bu vəziyyətdə təbii qazdan istifadə edib. Daha sonra mülki iş materiallarında mövcud olan və məhkəmə tərəfindən tədqiq edilən xx.xx.2024-cü il tarixli, ******* saylı aktda qeyd edilmişdir ki, “sayğacın kart daxil olan hissəsi sınıqdır” və həmin akta iddiaçının nümayəndəsi Həsənova Mayisə imza edərək bunu etiraf etmişdir. Yəni qaz sayğacı artıq qırılmış vəziyyətdə mənzildən açılaraq götürülmüş və istehlakçının nümayəndəsi bununla bağlı hər hansı etirazını aktda bildirməmiş, əksinə imzası ilə təsdiq etmişdir. Lakin məhkəmə aktda iddiaçının nümayəndəsinin imzası və etirafı olmasına baxmayaraq bu vacib və iş üçün əhəmiyyətli hesab edilən arqumentə də, göz yummuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş dəlillər ümumiyyətlə araşdırılmamışdır. Bu dəlillər aşağıdakılardır: 1 "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1141 saylı Mütəxəssis rəyi (rəyin 2-ci qrafasında açıq aşkar bildirilmişdir ki, qaz sayğacının klapanı işlək vəziyyətdə deyil); 2- Anoloji iş üzrə (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin aktı). X3 Agentliyi tərəfindən anoloji predmetlərə görə apardığı hesablama istifadə olunmuş mənfi qazın dəyərini təsdiq etmişdir. Lakin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi obyektivliyin və həqiqətin müəyyən edilməsini heç bir vəchlə təmin etməmiş, işlə bağlı hər hansı ekspertizanın keçirilməsini və yaxud mütəxəssisin dəvət edilməsini təmin etməmişdir. Digər bir əsas isə, məhz 2(006)-296/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnamədir. Qətnamə çıxarılarkən X3 Agentliyinin xx.xx.2023-cü il tarixli rəyi əsas alınaraq mənfi qaz itkisi təsdiq edilmiş və iddia ərizəsi qismən təmin edilərək mənfi qaz həcmi saxlanılmışdır.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən İddiaçı məhkəmə iclasına gəlməmiş, Cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir; 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

15. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

16. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.2-ci maddəsinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz; 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir; 6.5-1-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınır; 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır; 6.5-4-cü bəndinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlsə də, işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməlidir.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən vurğulayır ki, iddiaçının evinə quraşdırılmış qaz sayğacı cavabdehin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə yenisi ilə əvəz edilmiş və çıxarılmış sayğac laboratoriya şəraitində müayinə edildikdən sonra bu barədə tərtib edilmiş akta əsasən onun xx.xx.2023-cü il tarixə elektron göstəricisinin 49.646 m3 olduğu, istismar müddətində ALARM-1 rejiminin olmadığı, istismara yararsız olduğu müəyyən edilmiş və bunun nəticəsi olaraq 3042 m3 həcmdə təbii qazın dəyərini təşkil edən 760,50 manat məbləğində pul vəsaiti istifadə edilmiş, lakin ödənilməmiş təbii qazın dəyəri olaraq iddiaçının abonent hesabına daxil edilmişdir.

22. Hazırda iddiaçı bu məbləğin əsassız olaraq onun abonent hesabına daxil edildiyini, istifadə etdiyi həcmə uyğun təbii qazın dəyərini ödədiyini bildirir və bu məbləğin silinməsini tələb edir.

23. Cavabdeh iddianı qəbul etmir, apellyasiya şikayətində isə işə birinci instansiya məhkəməsində baxılan zaman iddiaçının nümayəndəsinin qaz sayğacının bir neçə ay işləmədiyini etiraf etdiyini qeyd edir.

24. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən və digər aidiyyəti normalarına istinadən qeyd edir ki, qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (sayğaca müdaxilə, habelə qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının təbii qazdan sayğaca müdaxilə, habelə qanunsuz qoşulma yolu ilə istifadə edilməsi aşkar edildikdə, cavabdehin əməkdaşları bu halları rəsmiləşdirilməsini, o cümlədən istehlakçının iştirakı ilə pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır.

25. Eyni zamanda, sayğaca müdaxilə halları aşkar edilərkən bunun rəsmiləşdirilməsi proseduru, o cümlədən görülməli olan tədbirlər və tərtib edilməli olan sənədlər “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində təsbit edilmiş və nəticədə qaz paylayıcısı tərəfindən vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü bu prosedurdan asılı edilmişdir. Başqa sözlə, həmin maddədə müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb iddiaçının (istehlakçının) abonent saldosuna daxil edilməsini istisna edir.

26. Cavabdeh sayğacın klapanının bağlanmaması səbəbindən iddiaçı tərəfindən dəyəri ödənilmədən 760,50 manat (3042 m3 həcmdə) məbləğində təbii qazdan istifadə edildiyini bildirir. Bununla belə, cavabdehin mövqeyinə əsasən bu məbləğdə (həcmdə) təbii qazdan sayğacdan kənar qaydada istifadə edilmişdir. Lakin bu halın müəyyən edilməsinə əsas olmuş laboratoriya aktı tərtib edildikdən sonra yuxarıda göstərilən prosedura riayət edilməmiş, ümumiyyətlə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt belə tərtib edilməmişdir. Bununla belə, iddiaçının hər hansı həcmdə qazın talanmasında təqsiri aidiyyəti orqan tərəfindən müəyyən edilməmişdir. Bu da öz növbəsində mövcud vəziyyətdə cavabdehin iddiaçıdan hər hansı məbləğdə zərərin ödənilməsini tələb etməsini qeyri-mümkün edir və ziyan məbləği qismində iddiaçının abonent hesabına daxil edilmiş 760,50 manat məbləğinin silinməsini şərtləndirir.

27. Məhkəmə kollegiyası iddianın qiymətini nəzərə alıb, belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və iddiaçı istehlakçı olaraq dövlət rüsumunu ödəməkdən azad edildiyindən həmin məbləğdə dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

28. Bununla belə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi sayğacda aşkar edilmiş qüsura görə iddiaçının hər hansı təqsirinin müəyyən edilməməsi mövqeyindən çıxış etməklə iddianı təmin etməkdə haqlı olmamışdır. Hər bir halda, 2024-cü ilin yanvar-iyun ayları ərzində iddiaçıya məxsus ünvan üzrə təbii qazdan istifadə edilməsi ilə bağlı hər hansı məbləğdə ödənişin edilməməsi ona aid abonent saldosu məlumatları ilə də öz təsdiqini tapır. Lakin cavabdeh tərəfindən bu hallar üçün müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin iddiaçıdan tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb iddiaçının abonent saldosuna daxil edilməsini istisna edir və məhz bu səbəbdən ziyan məbləği qismində iddiaçının abonent hesabına daxil edilmiş 760,50 manat məbləğinin silinməsini şərtləndirir.

29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməli, İddiaçı məxsus **********10010 abonent kodu üzrə Cavabdeh tərəfindən hesablanmış 760,50 manat məbləğində borc silinməli, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilməli olan 30 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

30. Eyni zamanda, məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti 760,50 manat təşkil etdiyindən, yəni məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 4268/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. İddiaçı məxsus **********10010 abonent kodu üzrə Cavabdeh tərəfindən hesablanmış 760,50 (yeddi yüz altmış manat, əlli qəpik) manat məbləğində borc silinsin. İddiaçı ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət gəlirlərinə alınsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar