Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2115/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdehin nümayəndəsi Rasimə Hüseynovanın iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdehin əməkdaşları tərəfindən ünvan 1 ünvanı üzrə tərtib edilmiş xx.xx.2021-ci il tarixli 040457 №-li akt etibarsız hesab olunsun və ********** saylı sayğaca dair həmin akta əsasən hesablanmış 4.730,40 manat borc silinsin. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, həmin akt etibarsız hesab olunsun və bu akta əsasən hesablanmış 4.730,40 manat borc silinsin. Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunmasın. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Rasimə Hüseynova apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı abonent, cavabdeh isə enerjitəchizatı müəssisəsidir. Onların arasındakı mübahisə iddiaçıya aid olan, ünvan 1 ünvanında (abonent kodu **********5) elektrik enerjisindən istifadə ilə bağlıdır. Cavabehin əməkdaşları həmin ünvan üzrə xx.xx.2021-ci il tarixli, 040457 №-li akt tərtib ediblər (iş v. 99). Aktda qeyd olunub ki, sayğaca baxış keçirilən zaman kart sayğacının alt qapaq möhürü şübhə yaratdığına görə həmin möhür qopardıldı və məlum oldu ki, möhürə müdaxilə edilərək sayğacın giriş xəttinə kənar xətt qoşulub, evin divarı deşilib, evə birbaşa xətt çəkilib və işlədicilər qanunsuz olaraq şəbəkəyə qoşulub. Evdə yaşayış olmadığı üçün sayğacdan cəryan çıxmırdı. Möhrün qırılması və kənar xəttin aşkarlanması videogörüntüyə alındı. Daha sonra həmin akta əsasən elektrik enerjisinə görə yenidən hesablaşma aparılmış, itirilmiş enerjinin dəyəri 4.730,40 manat müəyyən edilmişdir (iş v. 100). Aktın tərtib olunduğu zaman cavabdehin əməkdaşları sayğacdan kənar xəttin video-auido yazısını aparmış və həmin yazını birinci instansiya məhkəməsinə təqdim etmişlər. Video-auido yazıya apellyasiya icraatı zamanı baxış keçirilmiş, iddiaçıya aid olan ünvanda elektrik enerjisindən sayağcdan kənar istifadə faktı öz təsdiqini tapmışdır. Aktın tərtib olduğu zaman evdə yaşayışın olmaması elektrik enerjisindən sayğacdankənar istifadə faktına görə abonentin məsuliyyətdən azad edilməsinə əsas ola bilməz. Belə ki, aktın tərtib olunduğu zaman evdə yaşayış olmsa da digər vaxtlarda yaşayış olub. Əgər evdə ümumiyyətlə yaşayış olmasayadı, belə halda evə sayğacdankənar xəttin çəkilməsinə maraq olmazdı. Odur ki, sayacdankənar xəttin mövcud olması faktı onu təsdiq edir ki, evdə yaşayış olduğu zaman elektrik enerjisindən qanunsuz istifadə olunub. Beləliklə, məhkəmə Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinin və Mülki Məcəllənin 425-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi barədə” iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2115/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2115/2023
17.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver