Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2121/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı mülki iş üzrə (Açar sözlər: “ödənişin qəbul edilməsi və müqavilə üzrə öhdəliklərin icrası”) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı ödənişin qəbul edilməsi və müqavilə üzrə öhdəliklərin icrası tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-184/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh MTK-ya qarşı ödənişin qəbul edilməsi və müqavilə üzrə öhdəliklərin icrası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən edilən ödənişlərin qəbul edilməsi və Cavabdeh MTK tərəfindən müqavilə üzrə öhdəliyinin icrasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 184/2024 nömrəli qətnaməsi ilə (T.B.Axundov) iddia tələbi təmin edilmiş, İddiaçı Cavabdeh MTK-nın üzvlüyündən çıxarılması və onun MTK-nın Yasamal rayonu, 7-ci Alatava, 88 ünvanında yerləşən kooperativ yaşayış binasında 3-cü giriş, 6-cı mərtəbə, ümumi tikinti sahəsi 148,5 kv.m., yaşayış sahəsi 75,4 kv.m. olan 3 otaqlı 192 saylı mənzilin boşaldılması barədə Cavabdeh MTK-nın xx.xx.2023-cü il tarixli ümumi yığıncağının protokolunun ləğv edilməsi, İddiaçı ilə Cavabdeh MTK arasında 02 aprel 2022-ci il tarixdə bağlanmış 192 saylı müqavilə üzrə öhdəliyin icrasının təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, 7-ci Alatava, 88 ünvanda inşa edilmiş 3-cü girişin, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 192 saylı mənzillə bağlı İddiaçı tərəfindən mənzilin dəyəri üzrə birdəfəlik ödənişin qəbul edilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması qət edilmişdir.
Apellyasiya instansiyası məhkəməsində icraat
3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
4. Mülki işin apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili iddiaçının iddia tələbindən tam imtina etdiyi barədə notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili cavabdehin iddia tələbindən tam imtina etməsi barədə ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi.
6. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Maddə 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261.0.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Maddə 384.0.5. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Məhkəmə kollegiyası iş materiallarını və iddiadan imtinaya dair iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi onun həqiqi niyyətini əks etdirdiyindən, həmin imtina qanuna zidd olmadığından, habelə başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-184/2024 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir.
9. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı iddiadan imtinası qəbul edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 184/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MTK-ya qarşı ödənişin qəbul edilməsi və müqavilə üzrə öhdəliklərin icrası tələbinə dair mülki iş üzrə icraata iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Hakimlər: