Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2124/2022 15.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-5026/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə (Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8) qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-də çalışdığı xx.xx.2019-cu il tarixdən iddia verilən tarixədək, aylıq 500 manat olmaqla hesablanmış əmək haqqı məbləği və məzuniyyət hüququnundan irəli gələrək illər üzrə hesablanmış məzuniyyət haqqının və mediasiya xidmət haqqının Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin artırılmasına dair ərizə təqdim edərək, "xxxx" MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, "xxxx" MMC-də əvvəlki ştat vahidi üzrə işə bərpa edilməsi, xx.xx.2019-cu il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək, məcburi iş buraxma müddəti də daxil olmaqla, əmək haqqı məbləğ və məzuniyyət haqqının hesablanaraq cavabdeh "xxxx" MMC-dən onun xeyrinə tutulması, tərəfindən ödənilmiş 50 manat mediasiya xidmət haqqının və 110 manat vəkil xərcinin "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, 2019-cu ilin noyabr ayında "xxxx" MMC-də satış direktoru vəzifəsi üzə işə qəbul edilmiş və 500 manat əmək haqqı ilə razılığa gəlmişlər. Lakin əmək haqqının ödənilməsi üçün ona bank kartı təqdim edilsə də, bu illər ərzində əmək haqqı ala bilmişdir. Şirkətin direktoru və təsisçisi Rüfət Əliyevə dəfələrlə bununla bağlı müraciət etsə də, hər dəfə növbəti ay veriləcək deməklə vəzifəsini bitmiş hesab edirdi. xx.xx.2021-ci il tarixdə X5 şikayət edən zaman məlum olmuşdur ki, şirkətdə 2019-cu ilin noyabr ayından müddətsiz müqavilə ilə işə qəbul edildiyi halda, elektron rəsmiləşdirmə xx.xx.2020-ci il tarixdən 250 manat əmək haqqı olmaqla elektron qeydiyyata alınmışdır. Şirkətə məxsus məhsulları çatdırma etdiyi gözəllik salonlarıda təsdiq edir ki, həqiqətən 2019-cu il noyabr tarixindən "xxxx" MMC-dən sifariş verilmiş məhsulları onun vasitəsi ilə çatdırılmışdır. "xxxx"' MMC tərəfindən onun əmək qanunvericiliyində nəzərdə tutulan hüquqları pozulmuşdur. Əmək müqaviləsi üzrə rəsmi çalışdığı hesab etsə də, uzun müddət rəsmiləşdirmə aparmadan çalışdırmışdır. Əmək haqqı ödənilməmiş, məzuniyyət hüququ pozulmuş, eyni zamanda əmək haqqı üzrə sosial və vergi ödənişlərinin edilməməsi gələcəkdə yaranacaq sosial hüquqlarınında pozulması ilə nəticələnmişdir. Göründüyü kimi, onunla əmək müqaviləsi bağlanmış yəni, işəgötürən "xxxx" MMC ilə arasında əmək münasibətləri yaranmış olsa da, əmək münasibətlərindən doğan bütün hüquqları pozulmuşdur. Əmək müqaviləsinin surətini dəfələrlə tələb etsə də, əmək müqaviləsi təqdim edilməmişdir. Aylıq 500 manat məbləğində əmək haqqı təyin edilmiş və əmək haqqının ödənilməsi üçün bank kartı təqdim edilmişdir. Lakin çalışdığı müddət ərzində əmək haqqı köçrülməmişdir. Məzuniyyət hüququ ümumiyyətlə tanınmayıb. Bütün bunlar işəgötürən "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin və digər qanunvericilik normalarının kobud pozuntusudur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-5026/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməsi, İddiaçı cavabdeh "xxxx" MMC-dən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “A” bəndi ilə azad olunmasına dair xx.xx.2021-ci il tarixli əmr ləğv edilməsi, İddiaçı "xxxx" MMC-də əvvəlki işinə bərpa edilməsi, cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı və məzuniyyət haqqı hesablanaq ödənilməsi, mülki iş üzrə mediasiyaya görə ödənilmiş olan 50 (əlli) manat rüsumun əvəzi cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulması və iddia tələbi qalan hissədə təmin edilməməsi qət olunmuşdur. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-5026/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməmiş hissədə ləğv edilməsi və qətnamənin mübahisələndirilən hissədə tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, 2019-cu ilin dekabr ayında iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsi üzrə Cavabdeh MMC-də satış direktoru vəzifəsinə qəbul edilib və əmək müqaviləsi üzrə 500 (beş yüz) manat və satılan mallara görə ona bonus veriləcəyi ilə bağlı razılığa gəlmişlər. Hər dəfə şifahi olaraq əmək müqaviləsinin ona təqdim edilməsini xahiş etsə də, müqaviləni ona təqdim etməkdən boyun qaçırırdı. Lakin sonra məlum pandemiya səbəbi ilə şirkətin təsisçisi və direktoru işlərin zəif olmasını əsas gətirərək, əmək haqqını verməkdən yayındı. Hər dəfə əmək haqqı verilməsini tələb etsə də, onunla yanaşı bir neçə işçinin əmək haqqını vermirdi. xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş əmək haqqımın cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə araşdırması ərzində Cavabdeh MMC-də əmək müqaviləsi üzrə rəsmiləşdirmənin xx.xx.2020-ci il tarixdə aparıldığını, xx.xx.2021-ci il tarixdə işə birtərəfli qaydada əmək müqaviləmə xitam verildiyi müəyyən edildi. Bundan sonra iddia tələbinin artırılması ilə bağlı məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsini, Cavabdeh MMC-də əvvəlki ştat vahidi üzrə işə bərpa edilməsini, xx.xx.2019-cu il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək, məcburi iş buraxma müddəti də daxil olmaqla, əmək haqqı məbləğimin və məzuniyyət haqqının Cavabdeh MMC-dən tutularaq ona ödənilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsi 2(005)-5026/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməsi, İddiaçı Cavabdeh MMCdən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “A” bəndi ilə azad olunmasına dair xx.xx.2021ci il tarixli əmrinin ləğv edilməsi, onun əvvəlki işimə bərpa edilməsi və Cavabdeh MMC tərəfindən ona məcburi iş buraxma müddəti üçün əmək haqqı və məzuniyyət haqqı hesablanaraq ödənilməsi qət edilmişdir. Lakin Cavabdeh MMC-də işlədiyi dövrlər üzrə əmək haqqının ödənilməsi təmin edilməmişdir. Cavabdeh tərəfindən ona təqdim edilmiş əmək haqqı kartının hesabdan çıxarış sənədindən də aydın görmək olur ki, Cavabdeh MMC-də çalışdığı müddət ərzində ona əmək haqqı ödənilməmişdir. XÜSUSİ QEYD kimi göstərmişdir ki, cavabdeh əmək müqaviləsinin surətini, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini, haqq -hesab sənədlərini, hətta əmək kitabçamı məhkəməyə təqdim edə bilməmişdir.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək işə götürənin vəzifəsidir. Lakin işəgötürən işçinin əmək haqqı ödənilməsi ilə bağlı öhdəliyini icra etməmişdir.Qətnamə bu normanın pozulması ilə qəbul edilmişdir.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən isə bu normanın d bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq işçinin əsas hüququdur. Lakin məhkəmə qətnamə qəbul edərkən iddiaçının bu hüququ pozulmuşdur.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin d bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq işçinin əsas hüquqlarındandır.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək işəgötürənin əsas vəzifələrindəndir.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin Məcəllənin 300-cu maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları).Göründüyü kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə fərdi əmək münasibətlərindən irəli gələn mübahisələr həlli zamanı məhkəməyə qədər orqana və ya məhkəmə müraciət üçün üçün iddia müddətləri nəzərdə tutulmuşdur. İşçi tərəfindən məhkəməyə müraciət üçün pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il müəyyən edilmişdir. İddia müddətinin başlangıc anı işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Qanunvericilik həmçinin hüququn pozulduğunu aşkar etdiyi günü konkret göstərmiş və “hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.”deyə izah vermişdir. Lakin Nərimanov Rayon Məhkəməsi öz qətnaməsində cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə təqdim edildiyini qeyd etmiş, ərizəyə münasibət bildirmədən “əmək haqqı tələbini təmin etməməsi” onu deməyə əsas verir ki, məhkəmə heç bir hüquqi əsası olmadan iddia müddətini tətbiq etmişdir. İş materiallarından da aydın görmək olar ki, Nərimanov Rayon Məhkəməsi işəgötürəndən işçi ilə bağlı sənədlərin təqdim edilməsini tələb etsə də, cavabdeh sənədləri təqdim etməkdən boyun qaçırmışdır. Bu səbəbdən iddia müddətinin şamil edilməsi qanunsuz və əsassızıdır.Hesab edir ki, Nərimanov rayon Məhkəməsinin sözügedən qətnaməsi qismən dəyişdirilməli və iddiaçının Cavabdeh MMCdə işlədiyi dövrdə ona ödənilməmiş əmək haqqı və həmin illər üzrə məzuniyyət haqqı hesablanaraq onun xeyrinə tutulmalıdır.Nərimanov Rayon Məhkəməsinin qətnaməsin qanunsuz qəbul edilmişdir. Eyni zamanda iddia müddətinin tətbiqi ilə bağlı gəlmiş olduğu nəticə qanunsuz hesab edilməlidir. Azərbaycan Respublikası hüquq normasında əsasən iddia müddətinin başlangıc anı əmək münasibətləri ilə bağlı rəsmiləşdirilmə aparılan sənədlərin işçiyə təqdim edildiyi andan başlanır. Apellyasiya şikayətinin dəlillərinin yoxlanması baxımından Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2124/22 saylı, 28 mart 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunaraq həll edilməsi üçün ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1.İş materiallarının 35-44 cü vərəqlərində olan ödəniş kartı üzrə çıxarış əsasən İddiaçı Cavabdeh MMC tərəfindən əmək haqqı (pul vəsaiti) ödənilmişdirmi? Ödənilmişdirsə hansı məbləğdə pul ödənilmişdir? 2.İş materiallarının 35-44 cü vərəqlərində olan ödəniş kartı üzrə çıxarışa əsasən həmin hesablara pul vəsaiti kim tətərəfindən mədaxil edilmişdir? Həmçinin, Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspertizanın aparılmasına Azərbaycan Respublikası Mərkəzi Bankının mütəxəssisləri cəlb olunması, rəy alınana kimi işin icraatı dayandırılması qərara alınmışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Rəyi daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş digər tərəflər iclasda iştirak etməmişlər.Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfi dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-5026/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən-iddia tələbinin təmin edilməmiş mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətlərində Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-5026/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsini iddia tələbinin təmin olunmamış hissəsində, yəni xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək əmək haqqı məbləğ və məzuniyyət haqqının hesablanaraq cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə tutulması hissəsində mübahisələndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçı apellyasiya şikayətində iddia tələbinin təmin olunmayan xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək əmək haqqı məbləğ və məzuniyyət haqqının hesablanaraq cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmişdir. Belə ki, mübahisələndirilən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 5026/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməsi, İddiaçı cavabdeh "xxxx" MMC-dən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “A” bəndi ilə azad olunmasına dair xx.xx.2021-ci il tarixli əmr ləğv edilməsi, İddiaçı "xxxx" MMC-də əvvəlki işinə bərpa edilməsi, cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı və məzuniyyət haqqı hesablanaq ödənilməsi, mülki iş üzrə mediasiyaya görə ödənilmiş olan 50 (əlli) manat rüsumun əvəzi cavabdeh "xxxx" MMCdən İddiaçı xeyrinə tutulması və iddia tələbi qalan hissədə təmin edilməməsi qət olunmuşdur. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, 2019-cu ilin dekabr ayında iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsi üzrə Cavabdeh MMC-də satış direktoru vəzifəsinə qəbul edilib və əmək müqaviləsi üzrə 500 (beş yüz) manat və satılan mallara görə ona bonus veriləcəyi ilə bağlı razılığa gəlmişlər. Məhkəmə Kollegiyası əvvəla qeyd edir ki, məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan X3 ilə X10 bildirişindən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2001-ci il tarixdə əmək müqaviləsi imzalanmışdır. Əmək müqaviləsi müddətsizdir. İddiaçının aylıq əmək haqqı 250 manatdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə PM-C/20/2021 saylı arayışdan görünür ki, "xxxx" MMC-nin nümayəndəsi xx.xx.2021-ci il tarixdə, saat 10:00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin İddiaçı xx.xx.2021-ci il tarixdə ünvanladığı məktubdan görünür ki, İddiaçı "xxxx" MMC-də çalışdığı dövrdə əmək və məzuniyyət haqları hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verildiyi məlum olmuşdur. Bununla da müəssisə rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. X8 Xidmətinin informasiya sistemindən çıxarışın surətindən görünür ki, "xxxx" MMC İddiaçı ilə aralarındakı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam vermişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli qərarın surətindən görünür ki, "xxxx" MMC X1, İddiaçı və X4 əmək haqları qanunvericiliyin tələblərinə uyğun ödənilməmişdir. İnzibati xəta haqqında MN ******* nömrəli protokolun surətindən görünür ki, "xxxx" MMC X1, İddiaçı və X4 əmək haqları qanunvericiliyin tələblərinə uyğun ödənilməmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə X10 bildirişindən görünür ki, "xxxx" MMC ilə İddiaçı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi, iş materiallarında olan X3 ilə X10 bildirişinə əsasən İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi imzalanmışdır. Əmək müqaviləsi müddətsizdir. İddiaçının aylıq əmək haqqı 250 manatdır. Beləliklə, iddiaçı ilə işəgötürən arasında 2019-cu ilin dekabr ayından əmək münasibətləri yaranması iş materialları ilə müəyyən olunmur və belə sübut iddiaçı tərəfindən də məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması ərzində Cavabdeh MMC-də əmək müqaviləsi üzrə rəsmiləşdirmənin xx.xx.2020-ci il tarixdə aparıldığı, xx.xx.2021-ci il tarixdə işə birtərəfli qaydada əmək müqaviləsinə xitam verildiyi müəyyən edilir. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək əmək haqqı məbləğ və məzuniyyət haqqının hesablanaraq cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbinin və apellyasiya şikayətiinin əsaslı olması mötəbər sübutlarla təsdiqini tapmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası xx.xx.2020-cu il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək əmək haqqı məbləğ və məzuniyyət haqqının hesablanaraq cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbinin və apellyasiya şikayətiinin dəlillərinə münasibətdə isə aşağıdakıları qeyd edir: İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli qərarın surətindən görünür ki, "xxxx" MMC X1, İddiaçı və X4 əmək haqları qanunvericiliyin tələblərinə uyğun ödənilməmişdir.İnzibati xəta haqqında MN ******* nömrəli protokolun surətindən görünür ki, "xxxx" MMC X1, İddiaçı və X4 əmək haqları qanunvericiliyin tələblərinə uyğun ödənilməmişdir. Həmçinin, iş materiallarında olan ödəniş sənədləri üzrə Apellyasiya şikayətinin dəlillərinin yoxlanması baxımından Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2124/22 saylı, 28 mart 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunaraq həll edilməsi üçün ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1.İş materiallarının 35-44 cü vərəqlərində olan ödəniş kartı üzrə çıxarış əsasən İddiaçı Cavabdeh MMC tərəfindən əmək haqqı (pul vəsaiti) ödənilmişdirmi? Ödənilmişdirsə hansı məbləğdə pul ödənilmişdir? 2.İş materiallarının 35-44 cü vərəqlərində olan ödəniş kartı üzrə çıxarışa əsasən həmin hesablara pul vəsaiti kim tətərəfindən mədaxil edilmişdir? Həmçinin, Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspertizanın aparılmasına Azərbaycan Respublikası Mərkəzi Bankının mütəxəssisləri cəlb olunması, rəy alınana kimi işin icraatı dayandırılması qərara alınmışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Rəyi daxil olmuş və Rəydə göstərilmişdir ki, iş materiallarının 35-44-cü vərəqlərində olan ödəniş kartı üzrə çıxarışa əsasən həmin hesablara pul vəsaiti kim tərəfindən mədaxil edilməsini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh MMC-nin nümayəndəsi birinci instansiya məhkəməsində məhkəmənin tələbinə və sübutların təmini qaydasında qərardadı olmasına baxmayaraq hazırkı mübahisəyə dair əmək müqaviləsi, işdən çıxarılma əmri və digər hər hansı sənəd təqdim etməmiş, yalnız iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Beləliklə, tərəflər arasında əmək müqaviləsi bağlandığı xx.xx.2020-cu il tarixdən əmək müqaviləsinə xitam verildiyi xx.xx.2021-ci il tarixədək İddiaçı Cavabdeh MMC tərəfindən əmək haqqı və məzuniyyət haqqı ödənildiyi iş materialları ilə müəyyən olunmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək işəgötürənin əsas vəzifələrindəndir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin d bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq işçinin əsas hüququdur. Lakin işəgötürən işçinin əmək haqqı ödənilməsi ilə bağlı öhdəliyini icra etməmiş və iddiaçının bu hüququnu pozmuşdur. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə kollegiyası nəzərə alır ki, Cavabdeh MMC-nin nümayəndəsi birinci instansiya məhkəməsində məhkəmənin tələbinə və sübutların təmini qaydasında qərardadı olmasına baxmayaraq hazırkı mübahisəyə dair əmək müqaviləsi, işdən çıxarılma əmri və digər hər hansı sənəd təqdim etməmiş, yalnız iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Beləliklə, tərəflər arasında əmək müqaviləsi bağlandığı xx.xx.2020-cu il tarixdən əmək müqaviləsinə xitam verildiyi xx.xx.2021-ci il tarixədək İddiaçı Cavabdeh MMC tərəfindən əmək haqqı və məzuniyyət haqqı ödənildiyi iş materialları ilə müəyyən olunmamışdır. Odur ki, Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etdiyindən, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən iddiaçı pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bildiyindən və cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən məhkəmə iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən 1 il əvvəlki dövr üçün işəgötürənin ödəməli olduğu əmək haqqı və məzuniyyət haqqının tutulması hissədə iddia tələbinin və apellyasiya şikayətiinin əsaslı olması qənaətinə gəlir. Lakin məhkəmə kollegiyası nəzərə alır ki, iş materiallarının 9-10-cu vərəqində olan sənədlərdən görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və xx.xx.2021-ci il tarixdə bunun üçün rüsum ödəmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi və apellyasiya şikayətii xx.xx.2020-ci il tarixdən əmək müqaviləsinə xitam verildiyi xx.xx.2021-ci il tarixədək İddiaçı Cavabdeh MMC tərəfindən əmək haqqı və məzuniyyət haqqı ödənilməli olması hissəsində əsaslıdır, odur ki, təmin olunmalıdır. “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh MMC-dən alınaraq AZ. MEM, VÖEN ********** AZ41NABZ******************** X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 34CTRE******************** SWİFT BİK CTREAAZ.22. Büdcə təsnifatının kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3 hesaba keçirilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçının apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-5026/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən-iddia tələbinin təmin edilməmiş mübahisələndirilən hissədə ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. İddiaçı Cavabdeh MMC tərəfindən xx.xx.2020-ci il tarixdən əmək müqaviləsinə xitam verildiyi xx.xx.2021-ci il tarixədək əmək haqqı və məzuniyyət haqqı hesablanaraq ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh MMC-dən alınaraq AZ. MEM, VÖEN ********** AZ41NABZ******************** X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 34CTRE******************** SWİFT BİK CTREAAZ.22. Büdcə təsnifatının kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3 hesaba keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2124/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2124/2022
15.08.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver