Məhkəmə qərarları › İş №2(103)-2125/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2125/2022

02.03.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2125/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh X4 nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər X6 və Cavabdeh1 qarşı (Azərbaycan Respublikası Maraqlı şəxs qismində cəlb edilməklə) “qanunsuz tikilinin sökülməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il il tarixli 2(004)-4742/2021 nömrəli qətnaməsindən cavabdehlərin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı cavabdehlər X6 və Cavabdeh1 qarşı (Azərbaycan Respublikası Maraqlı şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 məxsus Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 47 saylı binanın 3-cü mərtəbəsində SSR xalq artisti, bəstəkar Qara Qarayevin ev muzeyinin üstündə həyətə çıxan istiqamətdə ümumi lahiyədən kənar qanunsuz inşa etdiyi tikilinin (otağın) cavabdehlərin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhərinin Baş planına uyğun olaraq, abadlıq-quruculuq işlərinin davamı olaraq Bakı şəhərinin görünüşünə xələl gətirən binaların fasadlarının təmir edilməsi, fasadların rənglənməsi, şəhərsalma normalarına uyğun olmayan tikililərlə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi İddiaçı tərəfindən mütəmadi olaraq həyata keçirilir. Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 47 saylı evin sakinləri Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə, Bakı şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X7, İnkişafı və Bərpası üzrə Dövlət xidmətinə ərizə ilə müraciətlər edərək yuxarıda qeyd olunan ünvanda təzə gələn qonşu tərəfindən Dövlət orqanlarından, qonşulardan və aidiyyəti qurumlardan icazə almadan binanın 3-cü mərtəbəsində Azərbaycan xalq artisti, bəstəkar Qara Qarayevin ev muzeyinin üstündə həyətə çıxan istiqamətdə əlavə artırmalar edərək otaq tikilməsini, ora ağır konstruksiyalar qoyularaq binanın uçmasına səbəb ola biləcəyini, binanın 100 ildən çox yaşı olduğunu, həmin binanın Azərbaycan mədəniyyət abidələrinin qorunması üçün reyestrə daxil edilməklə tarixi memarlıq abidəsi olduğunu qeyd edərək qanunsuz tikilmiş həmin otağın sökülməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il il tarixli 2(004)- 4742/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh X5 məxsus Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 47 saylı binanın 3-cü mərtəbəsində 26 saylı mənzildə bəstəkar Qara Qarayevin ev muzeyinin üstündə həyətə çıxan istiqamətdə həmin mənzilin texniki pasportunda öz əksini tapmayan inşa edilmiş bağlı eyvan tikilisinin cavabdehlərin hesabına sökülməsi, ekspertiza xərcinə görə 100 manatın cavabdehlər X2 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər apelyasiya şikayəti verərək, onun ləğv edilməsi və işin icraatına xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, mübahisələndirilən tikili heç də əlavə otaq deyil, əvvəlcədən taxta materialdan mövcud olmuş, 2018-ci ildə yanaraq sıradan çıxmış balkonun yerində metal konstruksiyadan qurulmuşdur. Məhkəmə nəzərə almamışdır ki, mübahisələndirilən balkon tikilisi heç də iddia edildiyi kimi Xalq artisti Q.Qarayevin ev muzeyinin bədii-estetik görkəminə hər hansı bir maneə yaratmamış və ev muzeyinin mövcudluğu üçün təhlükə yaratmamışdır. Məhkəmə hazırki işə baxarkən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddəsinin tələbinə uyğun olaraq İddiaçı hazırki iş üzrə iddia qaldırmaq səlahiyyətinin olmadığını nəzərə almamışdır. Sözügedən Məcəllənin 95.3-cü maddəsinin tələbinə əsasən, tikinti obyektinin sökülməsi haqqında müvafiq icra hakimiyyəti orqanı məhkəməyə müraciət edir, nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının Fövqəladə Hallar Nazirliyi olduğu məhkəməyə bəlli olan haldır. Məhkəmə nəzərə almamışdır ki, həm qonşu sakinlər, həm də İddiaçı balkonun hazırki iş üzrə irəli sürülən əsaslarla sökülməsinə dair iddia vermək hüququ olan şəxslər deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh V.Hacınskiyin nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər şəxslər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il il tarixli 2(004)-4742/2021 nömrəli qətnaməsi ləğv edilməli və işin icraatına işə məhkəmə qaydasında (mülki mühakimə icraatı qaydasında) baxılmalı olmaması əsası ilə xitam verilməlidir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 nömrəli Qərarında göstərilmişdir ki, «Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra mətndə “ŞTM”) müddəalarına uyğun olaraq tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar inzibati orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Tikinti fəaliyyətinin həyata keçirilməsinə icazə verilməsi barədə inzibati orqanın qərarı üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğu hallarda da eyni qayda tətbiq olunur. ŞTM-nin 95.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən, ŞTM-nin 95.3-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. ŞTM-nin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.» Göründüyü kimi hazırki mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır, həmçinin hazırki iddia tələbi ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Şəhr olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 391, 402 və 405.0.2-ci maddələrini rəhbər tuturaq məhkəmə, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il il tarixli 2(004)- 4742/2021 nömrəli qətnaməsi ləğv edilsin və işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar