Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2126/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı Qasımova Yeganə Qasım qızınıncavabdeh Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna qarşı notariusun hərəkətlərinin qanunsuz hesab edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin öhdəlik kimi natariusun üzərinə qoyulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər (Əzizbəyov) Rayon Məhkəməsinin 2(003)- 272/2010 saylı xx xxxxx 2010-cu il tarixli qətnaməsindən maraqlı şəxs Qasımova Roza Əbdül qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Qasımova Yeganə Qasım qızı cavabdeh Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun dövlət notariusuna qarşı notariusun hərəkətlərinin qanunsuz hesab edilməsi və atasından miras qalan bağ evinə dair onun adına təkbaşına vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin verilməsi vəzifəsinin notariat orqanına həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Mərdəkan bəsi, 1002 saylı bağ iddiaçının atası Qasım Qasımova xüsusi mülkiyyət hüququ ilə məxsus olmuşdur və bu barədə reyester kitabında 30/5335 nömrə ilə xx xxxxxx 2004-cü il tarixdə qeydiyyat aparılaraq ona 10903 saylı Qeydiyyat Vəsiqəsi verilmişdir. İddiaçının atası Q.Qasımov xx xxxxxx 2009-cu il tarixdə vəfat etmiş və həmin tarixdə miras açılmışdır. Atası sağlığında xx xxxxx 2008-ci il tarixdə Bakı şəhəri 7 saylı DNK-da təsdiq edilmiş vəsiyyətnamə ilə Bakı şəhəri, Mərdəkan qəsəbəsi 1002 saylı bağı qızı Yeganəyə vəsiyyət etmişdir. Atasının ölümündən sonra Y.Qasımova xx xxxx 2009-cu il tarixdə adına vərəsəlik şəhadətnaməsi verilməsi üçün Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna rəsmi müraciət etmiş və müraciətinə lazımi sənədləri əlavə etmişdir. Notarius onun rəsmi müraciətindən sonra bildirmişdir ki, qanunvericiliklə müəyyən olunmuş altı aylıq müddət keçdikdənsonra ona vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. Çünki atasının digər övladlarının və ya mirasda məcburi payı ola bilən digər şəxslərin notariat kontoruna ərizə ilə müraciət edib etmədiklərini gözləmək lazımdır. Y.Qasımova qanunvericiliklə müəyyən edilmiş həmin müddəti gözləmişdir. 7 saylı Notariat kontoru tərəfindən iddiaçıya bildirilmiş qanunvericiliklə müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq Dövlət Notariusu şəhadətnamənin verilməsindən əvvəl şifahi şəkildə imtina etmiş, 6 ay keçdikdən sonra isə iddiaçının qardaşı Səlim Qasımovu notariat orqanına dəvət edərək ondan miras payını qəbul etmək istəməsi ilə bağlı ərizə almış, bununla da arada mübahisə yaratmış və sonradan Yeganə Qasımovaya vərəsəlik şəhadətnaməsini verməkdən imtina etmişdir. Yeganə Qasımovanın anası Roza Qasımova həmin əmlakda olan payından (birgə nikah dövründə əldə edilmiş əmlakın yarısına olan mülkiyyət hüququ üzrə) və vərəsəlik üzrə ona düşən məcburi paydan qızı Yeganənin xeyrinə imtina etmiş, eyni zamanda atasının digər övladları da mirasdakı öz məcburi paylarından imtina etmişlər. Həmin bağ evində daima iddiaçı və onun anası yaşamışlar. Qardaşı Səlim Qasımov ailə qurduqdan sonra həmin bağ evində yaşamamış və mirası faktiki olaraq qəbul etməmişdir. Bakı şəhəri Xəzər (Əzizbəyov) Rayon Məhkəməsinin 2(003)-272/2010 saylı xx xxxxx 2010-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun dövlət notariusunun iddiaçı Qasımova Yeganə Qasım qızına vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinası qanunsuz hesab edilmiş;Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi 1002 saylı bağ evinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin Qasımova Yeganə Qasım qızının adına verilməsi Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun dövlət notariusuna həvalə edilmişdir. Hazırda həmin qətnamədən maraqlı şəxs Roza Qasımova apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı saxtakarlığa əl ataraq onun və digər övladlarının adından heç bir əsası olmayan saxta ərizələr tərtib edib 7 saylı DNK-ya təqdim edərən vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. 7 saylı DNK qızı Yeganə Qasımovaya şəhaətnamə verməkdən imtina etdikdən sonra o, məhkəməyə müraciət edərək əvvəldən tərtib edilmiş saxta ərizələri də məhkəməyə təqdim etmişdir. Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon Məhkəməsinin hakimi işi tam və hərtərəfli araşdırmadan Yeganənin iddia tələbini təmin etmişdir. Bununla da maraqlı şəxsin, oğlu Qasmov Səlim Qasım oğlunun, qızları Abbasova Aymanisə Qasım qızı və Rəhimova Gülzar Qasım qızının mirasdan pay almaq arzular heçə çıxmışdır. Məhkəmənin çıxardığı saxta və qanunsuz qətnamə ilə uzun müddət qeydiyyatda olduqları və yaşadıqları evdən onlara pay ayrılması mümkünsüz olmuşdur. Həmçinin qeyd etmişdir ki, 88 yaşı var, nə oxumağı, nədə yazmağı bilmir. Heç vaxt notariat kontoruna, nə də məhkəməyə gedib ərizə verməmişdir. Ümumiyətlə 7 saylı DNK-nın harada yerləşməsini bilmir. Heç vaxt özünə məxsus olan əmlak payndan kimisə xeyrinə imtina etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı Qasımova Yeganə Qasım qızı dəftərxana vasitəsilə ərizə təqdim edərək iddia tələbindən imtina etdiyini bildirmiş, maraqlı şəxs Qasımova Roza Əbdül qızı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilərək Bakı şəhəri Xəzər (Əzizbəyov) Rayon Məhkəməsinin 2(003)-272/2010 saylı xx xxxxx 2010-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsin MK-nın xx xxxxxx 2020-ci il tarixli qəradad ilə Qasımova Yeganə Qasım qızınıncavabdeh Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna qarşı notariusun hərəkətlərinin qanunsuz hesab edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin öhdəlik kimi natariusun üzərinə qoyulması tələbinə dair mülki iş üzrə, iddiaçının iddia tələbindən imtinası qəbul edilməmiş və işə mahiyyəti üzrə baxılması davam etdirilmişdir. Həmçinin işin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən Səlimov Əliyusif Əziz oğlu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Səlimov Əliyusif Əziz oğlu tərəfindən dəftərxana vasitəsilə təqdim edilmiş ərizədən görünür ki, hazırki mülki iş üzrə iddiaçı Qasımova Yeganə Qasım qızı ilə arasında bağlanmış xx.xx.2010-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Qasımova Yeganə Qasım qızının mülkiyyətində olan Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 1002 saylı bağ evini almışam. 2010-cu ildən həmin bağ evnin mülkiyyətçidir.Qasımova Roza Əbdül qızının apellyasiya şikayətini əsassız hesab edir.Belə ki, qeyd olunan alqı-satqı müqaviləsi bağlanan zaman Yeganə Qasımovanın anası olan- Roza Qasımova da, həmin bağ evində qeydiyyatda olduğu və yaşadığı üçün həmin bağın ona satılmasına etiraz etmədiyini, satılmasına razı olduğunu bildirmiş və bununla bağlı notariat kontorunda razılıq ərizəsini şəxsən imzalayıb təqdim etmişdir.Daha sonra aralarında olan razılaşmaya əsasən bağ evinə qulluq etmək və bağın torpaq sahəsinin ətrafı açıq olduğu olduğundan, daimi nəzarət etmək məqsədi ilə Roza və Yeganə Qasımovalar müvəqqəti olaraq orada yaşamağa davam etmişlər.Daha sonra bağ evinə gedən yolun qonşu Əhməd adlı şəxs tərəfindən (Əhməd Rozanın digər qızının həyat yoldaşıdır) zəbt olunması ilə bağlı Əliyusif Səlimov tərəfindən məhkəməyə müraciət edilmiş və bununla bağlı Xəzər Rayon Məhkəməsində mülki işə baxılır. Həmin vaxt Əhməd adlı şəxs tərəfindən Roza və Yeganə Qasımovalar öyrədilərək ona qarşı insident yaratmaq istəmişlər və Əliyusif Səlimov bağ evinə gələrkən ona zor tətbiq etməyə cəhd etmişlər. Onların bu çirkli niyyətini anlayıb, Roza və Yeganə Qasımovaların bağ evindən çıxarılmaları ilə bağlı Xəzər Rayon Məhkəməsinə iddia ilə müraciət etmişdir. Roza və Yeganə Qasımova isə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə qarşılıqlı iddia tələbi ilə müraciət etmişlər.Həmin iş üzrə Əliyusif Səlimovun iddia tələbinin təmin edilməsinə, Roza və Yeganə Qasımovalarının qarşılıqlı iddia tələblərinin rədd edilməsinə dair qətnamə qəbul edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin və AR Ali Məhkəməsinin qərarı ilə qüvvədə qalmış, həmin qətnamə qanuni qüvvəsini alaraq, icraya yönəldilmişdir.Qeyd edilən məhkəmə işində mövcud olan qətnamə və apellyasiya şikayətlərindən də məlum olur ki, Roza Qasımovanın həmin bağ evini vərəsəlik qaydasında qızı Yeganə Qasımovanın adma keçməsində məlumatı və razılığı olmuşdur. Mübahisəli bağ evinin vicdanlı əldə edən kimi onun hüquqları pozulur və Roza Qasımovanın apellyasiya şikayəti təmin edilmədən, Xəzər Rayon Məhkəməsinin (keçmiş Əzizbəyov rayon) xx.xx.2010-cu il tarixli 2(003)-272/2010 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qətnamənin bütövlükdəqanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən maraqlı şəxs şikayət verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, maraqlı şəxsin apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şıkayət təmin edilməməlidır. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Mərdəkan qəsəbəsi 1002 saylı bağ evində yaşamış Qasımov Qasım Ağababa oğlu özünün xüsusi mülkiyyətində olan Bakı şəhəri, Mərdəkan qəsəbəsi 1002 saylı bağ evini qızı Qasımova Yeganə Qasım qızına vəsiyyət etmişdir.Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx xxxxxx 2004-cü il tarixli 10903 saylı Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı səhəri, Mərdəkan qəsəbəsi, 1002 saylı bağ evi Qasımov Qasım Ağababa oğlunun adınadır.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin Qasımova Yeganə Qasım qızının adma verilmiş xx xxxxx 2009-cu İ tarixli 11/5646 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1002 nömrəli bağ evi daşınmaz əmlakın dövlət reyesterində tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır və həmin bağ evinin x xxxxx 2009-cu il tarixinə heç bir məhdudiyyəti və yüklülüyü qeydə alınmamışdır.Əzizbəyov RİH-nin Mərdəkan qəsəbəsi üzrə Lümayəndəsinin 4168 saylı xx xxxxxx 2009-cu il tarixli arayışından görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, 1002 saylı evdə Qasımova Koza Əbdül qızı qeydiyyatdadır.Qasımova Roza Əbdül qızının ərizəsindən görünür ki, mərhum ərindən miras qalmış Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, 1002 saylı bağ evinin ½ hissəsinə olan hüququndan və həmin evdə olan məcburi payından qızı Yeganə Qasımovanın xeyrinə imtina etmişdir. İş materiallarında olan İE seriyalı 119381 nömrəli evlənmə haqqında şəhadətnamədən görünür ki, Qasımov Qasım Ağababa oğlu ilə Qasımova Roza Əbdül qızı xx xxx 1951-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İşə əlavə edilmiş AZ-İ seriyalı 326913 saylı xx xxxxxx 2009-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Qasımov Qasım Ağababa oğlu xx xxxxxx 2009-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir (maddə 1202.2). Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2). Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243.3.). Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir (maddə 1322). Birinci instansiya məhkəməsi işin müəyyən edilən hallarına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1202.2, 1243.2, 1243.3 və 1322-ci maddələrinə əsaslanaraq belə qənaətə gəlmişdir ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 1002 saylı bağ evi xx.xx.2008-ci il tarixli Bakı şəhəri 7 saylı DNK-da təsdiq edilmiş vəsiyyətnaməyə əsasən Qasımov Qasım Ağababa oğlu tərəfindən Qasımova Yeganə Qasım qızına vəsiyyət edildiyindən, Qasımov Səlim Qasım oğlu həmin mirasda məcburi payım tələb etməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddət ərzində notariat orqanına müraciət etmədiyindən, həmçinin mirası faktiki olaraq qəbul etmədiyindən iddia təmin olunmalıdır. Hazırda isə maraqlı şəxs Roza Qasımova tərəfindən verilmiş şikayətin əsas dəlili ondan ibarətdir ki, o, nə notariat kontoruna nə də ki məhkəməyə ərizə yazmayıb və verməyib. Onun adından verilmiş ərizə saxtadır. Kollegiya apellyasiya şikayətinin dəlilləri baxımından qeyd etməyi zəruri hesab edir ki, ərizələrin saxta olması, R.Qasımova tərəfindən imza edilməməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir; eləcə də bu halların kollegiya tərəfindən araşdırılması (xəttşünaslıq ekspertizası-sərbəst xətt və imza nümunələri götürülməsi) apellyatorun məhkəmə iclaslarına ümumiyyətlə gəlməməsi səbəbindən mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Və belə olan halda Kollegiya qeyd edir ki, yuxarıda qeyd edilənlər kontekstində apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Maraqlı şəxs Qasımova Roza Əbdül qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər (Əzizbəyov) Rayon Məhkəməsinin 2(003)-272/2010 saylı xx xxxxx 2010-cu il tarixli qətnaməsi Qasımova Roza Əbdül qızına münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2126/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2126/2020
03.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver