Məhkəmə qərarları › İş №2(103)-2126/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2126/2023

28.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2126/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 2(011)-6289/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6289/2022 nömrəli 09 dekabr 2022-ci il tarixli qətnaməsi ilə ünvan 1 küçəsi, 10 saylı ev ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu: **********40000 olan) hesablanmış 2511,25 manat məbləğində borcun silinməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə ilə məhkəməyə müraciət etmiş, ərizə onunla əsaslandırılmışdır ki, iş yükünün çoxluğu ilə əlaqədar apellyasiya şikayətini vaxtında verə bilməmişdir. Belə ki, cavabdeh təşkilat olaraq Cavabdeh hüquqi ünvanı Xətai rayonu ərazisinə aid olduğundan Azərbaycan Respublikası ərazisində yaşayan və Cavabdeh İB ilə qazın təchizatı ilə əlaqədar müqavilə bağlayan bütün borclu istehlakçılar, öz borclarının obyektiv araşdırılması və məhkəmə müstəvisində həllinin tapılması məqsədilə iddia ərizəsi ilə çox vaxt Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edir. Cavabdeh adından ona təqdim edilmiş etibarnamə ilə məhkəmədə cavabdehi təmsil etmək hüquqları ona həvalə edilmişdir. Verilən çoxsaylı iddialar üzrə borcların araşdırılması, sənədlərin elektron və fiziki qaydada təqdim edilməsi, iddialara qarşı etiraz, vəsatət, qarşılıqlı iddia və apellyasiya şikayətlərinin hazırlanması, o cümlədən təyin edilmiş ekspertiza və yerli baxışlarda şəxsən iştirak etməyi, iddiaçıların sayı kütləvilik daşımasından asılı olaraq çıxarılmış yekun məhkəmə aktlarından apellyasiya şikayətlərinin verilməsində gecikmələrə səbəb olur. Bu səbəbdən də, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan prosessual müddət ötürülmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 2(011)-6289/2022 saylı qərardadı ilə apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə rədd edilmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdehin qərardaddan verdiyi şikayət məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, qətnamə xx.xx.2022-ci il tarixdə cavabdehin elektron kabinetinə yüklənmişdir. Cavabdeh tərəf qətnaməni vaxtında əldə etdiyini bildirmiş, müddətin buraxılmasının üzrlü səbəbi kimi iş yükünün çoxluğu ilə bağlı apelyasiya şikayətini vaxtında verə bilmədiyini göstərmişdir. Məhkəmə haqlı olaraq bu halı üzrlü hesab etməmişdir. Müddətin ötürülməsi cavabdehin iradəsindən kənar baş verməmişdir. Cavabdeh hüquqi şəxsdir və digər nümayəndə vasitəsi ilə apelyasiya şikayətinin verilməsi istisna deyildir. Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Prosessual müddətin ötürülməsi üzrlü səbəbdən baş verməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdeh tərəfindən apelyasiya şikayəti vermək üçün prosessual müddətin üzrlü səbəb olmadan buraxıldığı barədə qənaətə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 2(011)-6289/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar