Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-214/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil X7, Cavabdeh MTK-nın nümayəndəsi X11, maraqlarına toxunan şəxs X8 nümayəndəsi X12 və şahid X9 iştirakları ilə, İddiaçı cavabdeh "Cavabdeh” MTK-ya qarşı "müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-896/2018 saylı işi üzrə 29.01.2018-ci il tarixli qətnaməsindən maraqlarına toxunulan şəxs X14 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "Cavabdeh” MTK-nın ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1 -ci giriş, 1 -ci mərtəbəsində yerləşən ümumi sahəsi 420,0 kv.m. olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə etmək məqsədilə həmin sahənin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: "Cavabdeh" MTK ilə alıcı İddiaçı arasında bağlanmış 15.11.2008-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin surətinə əsasən, Cavabdeh" MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi ünvanında yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 420,0 kv.m olan qeyri-yaşayış sahəsini alıcıya təhvil verməyi, alıcı həmin mənzili qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürmüşdür, müqaviləyə əsasən mənzilin dəyəri 588000 manat təşkil edir (səh.7); 15.11.2008-ci il tarixli maliyyə arayışının surətinə əsasən, qeyri-yaşayış sahəsinin dəyəri İddiaçı tərəfindən "Cavabdeh" MTK-ya tam şəkildə ödənilmişdir (səh.8). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-896/2018 saylı işi üzrə 29.01.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehin ünvan 2 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 420.0 kv.m olan qeyri-yaşayış sahəsinin sahiblik və istifadə etmək məqsədi ilə İddiaçı təhvil verilməsi cavabdeh "Cavabdeh" MTK-ya həvalə edilməsi, iddia verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun "Cavabdeh" MTK-dan alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 385, 425, 442, 448, 646.1; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010- cu il tarixli Qərarına; Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81, 119, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, işin məhkəmədə araşdırılmış halları ilə İddiaçı nlu ilə "Cavabdeh" MTK arasında bağlanmış 15.11.2008-ci il tarixli “yaşayış binasında lanzil tikintisi haqqında” müqaviləyə əsasən cavabdehin Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa etdiyi yaşayış 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 420.0 kv.m olan qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməyi öhdəsinə götürməsi, müqavilənin şərtlərinə uyğun olaraq qeyri-yaşayış sahəsinin dəyərinin iddiaçı tərəfindən cavabdehə ödənilməsi, lakin cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməməsini təsdiq edildiyindən iddia tələbi təmin edilərək həmin qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi "Cavabdeh" MTK-ya həvalə edilməlidir. Maraqlarına toxunulan şəxs X14 apellyasiya şikayəti verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-896/2018 saylı, 29 yanvar 2018-ci il tarixli qətnaməsini ləğv edərək iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 386, 388-ci maddələrinə istinadən qeyd edilmişdir ki, onunla "Cavabdeh" MTK arasında 20 dekabr 2010-cu il tarixdə bağlanmış "Yaşayış binasında mənzil tikintisi haqqında" Müqaviləyə əsasən Baki şəhəri, Yasamal rayonu, Cavabdeh yaşayış massivi, M.Xiyabani küçəsində inşa edilmiş binanın 1-ci girişi, 1-ci mərtəbəsində yerləşən 115.0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi ona satılmışdır. Qeyri-yaşayış sahəsinin müəyyən edilmiş dəyəri 138000 manat tərəfindən tam ödənildikdən sonra "Cavabdeh" MTK tərəfindən 20 dekabr 2010-cu il tarixli "Maliyyə arayış"ı verilmişdir. Bundan sonra binanin inşası tamamlandıqdan sonra "Cavabdeh" MTK həmin qeyri-yaşayış sahəsini ona təhvil verilmiş və artıq həmin qeyri-yaşayış sahəsi onun sahiblik və istifadəsindədir. Bu yaxınlarda ona məlum olmuşdur ki, ona məxsus olan qeyri yaşayış sahəsinə dair heç vaxt görmədiyi və bu günə kimi ona hər hansı pretenziya bildirməyən şəxs yəni İddiaçı cavabdeh "Cavabdeh" MTK-ya qarşı iddia qaldırararq ona məxsus olan sahəyə dair qətnamə qəbul olunmuşdur. İddiaçı mübahisə edilən qeyri-yaşayış sahəsini hazırkı vaxta kimi istifadə etməmiş, həmin qeyri-yaşayış sahəsi 2010-ci il tarixdən onun istifadəsində olmuş və qeyriyaşayış sahəsinə dair iddiaçı 2010-ci il tarixdən bəri hər hansı bir hərəkət etməmişdir. Bu səbəbdən iddiaçının adına verilmiş 15 noyabr 2008-ci il tarixli Müqavilənin saxta olması qənaətinə gəlmək olur. Bundan əlavə olaraq, həmin Müqavilədə olan MTK-nın sədrinində imzası da saxtadır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil X7 müqavilə öhdəlikləri yerinə yetirilmədiyindən məhkəməyə müraciət etdiklərini, Azərbaycan Respublikasının Prokurorluğu Baş prokuror yanında Korraksiyaya qarşı Mübarizə Baş İdarəsinə sorğu ilə müraciət etdiklərini, sorğuya cavabda 19.06.2019-cu il cinayət işində ”Cavabdeh” MTK-nın Bakı şəhəri, Yasamal rayonu, M. Xiyabanı küçəsi ünvanında inşa etdiyi binadan 15.11.2008-ci il tarixli müqavilə və 588000 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında satılmış 420 kv. metr qeyri-yaşayış sahəsinin koorperativ tərəfindən digər şəxsə də ödəniş əsasında satılması haqqında cinayət işinin başlanmadığının bildirildiyini, onlara verilən cizgilər əsasında ekspertiza keçirildiyini bildirmiş və şahidin dindirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlarına toxunan şəxs X8 nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək, 115 kv.m-in qarşı tərəfin bildirdiyi yerlə deyil, maraqlı şəxsə satılan hissə ilə uyğun gəldiyini, mənzilin həm də qarşı tərəfə satıldığından icra zamanı xəbərdar olduqlarını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən şahid X15 həmin dövrdə icraçı direktor vəzifəsində işlədiyini, həmin 420 kv.m qeyri-yaşayış sahəsinin iddiaçıya onun tərəfindən təklif edildiyini, mübahisəli qeyri-yaşayış sahəsinin İddiaçı satıldığını, müqavilənin iddiaçı ilə MTK arasında bağlanıldığını, iddiaçıya maliyyə arayışnın və qeyriyaşayış sahəsinə dair xəritənin verildiyini, binanın tikintisi zamanı mal-materialların qeydiyyatının onun tərəfindən aparıldığını, Gülağanın onlara mal-material verdiyini, Quluzadə Kənanı tanımadığını, iddiaçıya satılan ərazinin binanın həyətinə daxil olduqdan sonra axıra qədər getdikdən sonra 1-ci giriş qapısından sona qədər olan sahənin aid olduğunu bildirmişdir. Bakı Apellyasiya Məhkəməsində icraat zamanı: "Cavabdeh" MTK ilə alıcı X14 arasında bağlanmış 20.12.2010-cu il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin surətinə əsasən, Cavabdeh" MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi ünvanında yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 115,0 kv.m olan qeyri-yaşayış sahəsini alıcıya təhvil verməyi, alıcı həmin mənzili qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürmüşdür, müqaviləyə əsasən mənzilin dəyəri 138000 manat təşkil edir (səh.56); 20.12.2010-cu il tarixli maliyyə arayışının surətinə əsasən, qeyri-yaşayış sahəsinin dəyəri X14 tərəfindən "Cavabdeh" MTK-ya ödənilmişdir (səh.57). Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.12.2019-cu il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin 15.01.2021-ci il tarixli, 10/1938 saylı ekspert rəyinə əsasən, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı ayrılmış sahəyə dair tərtib edilmiş sxemdə və 15 noyabr 2008-ci il tarixli müqavilədə qeyd olunan 420,0 kv.metr sahənin tədqiq olunan qeyri-yaşayış sahəsinin yerləşdiyi sahədə mövcud olmadığını, tərtib olunmuş sxemin parametrlərinin binanın eskiz layihəsinə və mübahisəli qeyri-yaşayış sahəsinin faktiki vəziyyətinə uyğun olmadığını (həmin uyğunsuzluqlar yuxarıda qeyd edilmişdir) nəzərə alaraq, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 15.11.2008-ci il tarixli müqaviləyə əsasən, İddiaçı məxsus qeyriyaşayış sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Tədqiq olunan qeyriyaşayış sahəsinin faktiki vəziyyətdə planlı yerləşməsini nəzərə alaraq, həmin qeyri-yaşayış sahəsinin Cavabdeh MTK ilə X14 arasında bağlanmış 20.12.2010-cu il tarixli müqaviləyə əsasən, K.Quluzadəyə məxsus 115,0 kv.metr sahəyə uyğun olduğu müəyyən edilmişdir. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 15.11.2008-ci il tarixli müqaviləyə əsasən, İddiaçı məxsus qeyri-yaşayış sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmadığından, bu suallar üzrə tədqiqat aparılması mümkün olmadı. 05.04.2021-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən həyata keçirilən yerində müayinə zamanı İddiaçı qeyri-yaşayış sahəsini 2008-ci ildə aldığını, yeri ona göstərdiklərini ancaq onun həmin yerə baxmadığını, onun xəbəri olmadan mübahisə olduğunu, nümayəndəsinin bu işlə məşğul olduğunu, 420 kv.m sahənin ona məxsus olduğunu, o zaman hörgü, pəncərə, daşların olmadığını,Cavabdeh MTK-nın nümayəndəsi X11 MTK sədrinin 420 kv.m sahəni Gülağaya satdığını, Cəfərzadə Cəfər adlı şəxslə maşın və sair əvəzində 115 kv.m sahəni , 2-ci sahənin də Əliyevin olduğunu, sədrin deməsinə əsasən 420 kv.m olaraq Gülağaya satıldığını, 115 kv.m-in 420 kv.m-in daxilində olduğunu, K.Quluzadənin borcu olduğunu və başqa şəxslərlə sövdələşdiyini, birbaşa MTK-ya pul ödəmədiyini bildirmişdir. Maraqlarına toxunan şəxs X8 nümayəndəsi X18 2017-ci ilin yay aylarında arakəsmələrin MTK tərəfindən aparıldığını, ancaq onun da işlər apardığını, ona müqavilə və maliyyə arayışı verildiyini; şahid qismində çıxış edən X1 və onun oğlunu 3 ildir tanıdığını, su sayğacını qoydurduğunu, onun liftlə üzbəüz sahəyə sahiblik etdiyini, Gülağanın adını eşitdiyini, lakin onları bir dəfə gördüyünü; şahid qismində çıxış edən X19 2008-ci ildə Gülağaya nümayəndə olduğunu, onun abadlıq aparmağı düşündüyünü, ancaq maddi imkanla bağlı edə bilmədiyini, daha sonra isə ara hissələrin tikildiyini, müxtəlif bəhanələr gətirərək, sahəni vermədiklərini, məhkəmə qərarından sonra 2018-ci ildə onların istifadəsinə verdiklərini bildirmişdir. İddiaçı ərizə ilə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, M. Xiyabani küçəsində inşa edilən hündür mərtəbəli yaşayış binasının l-ci mərtəbəsində yerləşən 420.0 kv. metr qeyri-yaşayış sahəsini 588000 manat onun tərəfindən şəxsi vəsaiti hesabına ödəyərək almışdır. ”Cavabdeh” MTK ilə İddiaçı arasında 15 noyabr 2008-ci il tarixli müqavilə bağlanmış, eskiz, cizgi tərtib edilərək və maliyyə arayışı verilmişdir. Sözü gedən Yasamal MTK-nın tikmiş olduğu yaşayış binasının birinci mərtəbəsində yerləşən 420.0 kv.metr qeyri-yaşayış sahəsinə o, Yasamal MTK -nın sədri X5 və təcizat üzrə icraçı direktor vəzifəsində işləyən X15 ilə birlikdə baxış keçirərək ona göstərilmişdir. Həmin qeyri-yaşayış sahəsini bəyənildiyinə görə 588000 manat ödəyərək müqavilə əsasında almışdır. Azərbaycan Respublikasının Prokurorluğu Baş prokuror yanında Korraksiyaya qarşı Mübarizə Baş İdarəsinə 18.06.2019-cıı il tarixli sorğu ilə müraciət etmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, 19.06.2019-cu il ********* saylı cinayət işində ”Cavabdeh” MTK-nın ünvan 3 ünvanda inşa etdiyi binadan Sizə 15.11.2008-ci il tarixli müqavilə və 588000 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında satılmış 420 kv. metr qeyri-yaşayış sahəsinin koorperativ tərəfindən digər şəxsə də ödəniş əsasında satılması haqqında məlumat istintaq orqanına daxil olmamışdır. Göründüyü kimi, X8 iddia etdiyi mübahisəli ərazinin almış olduğu sahəyə heç bir aidiyyatı yoxdur. Odur ki, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 2(004)-896/2018 29.01.2018-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlanılması, əsassız və məntiqsiz tərtib edilmiş apellyasiya şikayətinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . X15 19.04.2021-ci il tarixində ərizə ilə müraciət edərək bildirmişdir ki, "Cavabdeh" MTK ilə İddiaçı arasında bağlanmış 15 noyabr 2008-ci il tarixli müqaviləyə və maliyyə arayışına əsasən, Bakı şəhəri , Yasamal rayonu, M. Xiyabani küçəsində hündürmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 420.0 kv. metr qeyri-yaşayış sahəsini 588000 manatı alıcı tərəfindən ödənilmişdir. Həmin vaxt sözü gedən MTK-da o Təhcizat üzrə icraçı direktor vəzifəsində işləyib, müəssisənin rəhbərliyi və alıcı X16 ilə birlikdə baxış keçirdik. Qeyri-yaşayış sahəsi alıcı tərəfindən bəyənildiyinə görə 588000 manat ödəyərək müqavilə əsasında almışdır.Ərizədə göstərmiş olduğu halları istənilən zaman məhkəmədə və aidiyyatı olan orqanlarda təsdiq edə bilər. İddiaçı ərizə ilə müraciət edərək “X4” MMC tərəfindən həyata keçirilmiş tikinti-texniki ekspertiza rəyini məhkəməyə təqdim etmişdir. Rəydə qeyd edilir ki, rəyin tədqiqat nəticəsində qeyd olunanları, o cümlədən baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti və təqdim olunmuş materialları nəzərə alaraq, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 15.11,2008-cı il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Cavabdeh yaşayış massivi, M.Xiyabani küçəsi, ev 5 ünvanında tikilməkdə olan hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən 420 kv.metrlik qeyri-yaşayış sahəsinin planda, «xxxx» MMC tərəfindən 2007-ci il tarixdə tərtib edilmiş eskiz layihəsi üzrə Marketin bir hissəsində, 9,10-13 rəqəm oxları ilə C1-F hərf oxları arasıda yerləşməsi müəyyən edilir. Bakı şəhəri, Yasamal rayonu, Cavabdeh yaşayış massivi, M.Xiyabani diçəsi, ev 5 ünvanında tikilməkdə olan hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki qeyriyaşayış sahəsinin eskiz layihəsi üzrə planda yerləşməsinə görə ümumi sahəsinin 15.11.2008-cı il tarixli müqavilədə nəzərdə tuutulmuş sahədən az olduğu müəyyən edilir. Belə ki, «Cavabdeh sədri X2 imzası və MTK-nın möhürü ilə təsdiq edilmiş eskiz sxemində (eskiz layihəsindən çıxarış) qırıq xətlə işarələnmiş sahənin mövcud vəziyyətdə (baxış keçirilən dövrdə) az olmasına səbəb, qeyri-yaşayış sahəsinin bəzi hissələrinin arakəsmələr vasitəsilə hörülərək qapalı vəziyyətdə olduğu müəyyən edilir. Əlavə olaraq qeyd olunur ki, eskiz layihəsində 65,3 m2 kimi nəzərdə tutulmuş pilləkən və lift qəfəsəsi İddiaçı satılmış 420,0 kvm-lik qeyri-yaşayış sahəsinə daxil edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyasının 13, 26; Mülki Məcəllənin 112, 139-158, 178, 324, 328, 385-388,403, 404, 409, 425, 431, 442, 443, 454, 560, 646-654; Mülki Prosesual Məcəllənin 14, 77, 88, 384- 386-cı maddələrinə əsasən birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilsə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayaraq sübutlara (mötəbərliyinə) düzgün qiymət verilməmiş, qətnamədə göstərilmiş nəticələr iş üzrə müəyyən edilmiş hallara tam uyğun gəlmədiyindən dəqiq olmayan nəticə hasil olunmuşdur. Belə ki, iddiaçı ilə yaranmış münasibətlərin Mülki Məcəlllənin 178.8-ci maddəsinə edilmiş dəyişiklərdən öncə yaranması bu müddəanın əski məğzinin tətbiqini ehtiva edir, burada isə qeyd edilirdi ki, Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Bu mənada, kooperativin sübutlar təqdim etməməsi və mübahisənin mahiyyətinə dair mövqeyini nümayiş etdirməməsi məhkəmənin faktiki əsaslarla müəyyən edilən mövcud qənaətini tam təsdiq edə bilməz. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlardan qismən səhv nəticəyə gələrək iddiaçının müqaviləsində “1-ci giriş” ifadəsi olmayan məzmunu qətnamənin nəticə hissəsində qeyd etmişdir. Qeyd edilməlidir ki, müqavilələrin hər ikisinin qüvvədə olduğu və mübahisələndirilmədiyi (tələb olmadığı) prosessual vəziyyətdə onların etibarsizlığı ilə bağlı dəlillərin müzakirəsi yolverilməzdir. Hər iki müqavilə üzrə müxtəlif sahələrin verilməsini birinci mərtəbədə öhdəsinə götürmüş MTK mülki məsuliyyət daşıyır və müqavilə ilə yerləşməsi dəqiq müəyyən edilməyən sahələrlə təmin etmək və ya müqavilədən irəli gələn digər vəzifələrin yerinə yetirilməsi də məhz MTK-ya mənsubdur. Müqavilədə qeyd edilmiş ünvanla tələbdə və qətnamədə göstərilən binanın yerləşdiyi ünvanın fərqli olması ekspertiza rəyləri və digər iş materialları ilə inkar edilməyərək iş üzrə mübahisələndirilmədiyindən bu hissədə araşdırmanın aparılmasına prosessual zərurət mövcud deyildir. Qeyd edilməlidir ki, iddiaçının müqavilə üzrə hüquqlarının təsdiq edilməsinin tələb etməsi məhz onun məmnunluğunun təmin edilməsinə xidmət edən vəzifələrin cavabdeh tərəfindən həyata keçirilməsinə yönəlsədə, digər marağlarına toxunan şəxslərin hüquqlarının məhdudlaşması istisna edilməlidir. Bu mənada hazırki mübahisə üzrə münasibətlərin bütün iştirakçıları arasında razılığın - mülki dövriyyədə olan əmlakın və ona dair hüquqların təmin edilməsi cavabdehin vəzifəsidir. Bu mənada apellyasiya şikayətinin tam təmin və iddianın rədd edilməsi üçün əsaslar mövcud deyildir. Bununla bərabər, ekspertiza tədqiqatı və yerində müayinə zamanı sahələrin faktiki olaraq üst-üstə düşdüyü və şikayət verənin maraqlarına toxunması, iddiaçının təqdim etdiyi ekspert rəyi ilə isə ona verilmiş sahənin ölçüsü ilə mübahisə edilən sahənin uyğunsuzluğu müəyyən edilir. Ona gorə cavabdehin müqavilə öhdəliyi üzrə vəzifələri nəzərə alınaraq iddiaçının hüquqları təmin edilməli, lakin müqavilədə əks edilməyən “1-ci giriş” ifadəsi hissəsi çıxılmaqla qətnamə dəyişdirilməlidir. Belə ki, iddiaçının sahibliyinə verilməli olan sahənin məhz burada yerləşməsi hər hansı hüquqi sənəd və ekspert rəyləri ilə sübuta yetirilmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumuna görə məhkəmə xərci onu ödəyən şəxsə aid olmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: Maraqlarına toxunulan şəxs X8 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-896/2018 saylı işi üzrə 29.01.2018-ci il tarixli qətnaməsi dəyişdirilsin və qətnamədə ifadə edilmiş “1-ci giriş” hissəsi ləğv edilsin, həmin hissədə iddia təmin edilməsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-214/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-214/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver