Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2141/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, İddiaçı1, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-637/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (üçüncü şəxslər X5, X18, Həsənova (Quliyeva) İradə Məzahir qızının, X11 cəlb edilməklə) – Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə miras qoyan bibisi X12 bütün mövcud mirasının qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-5333/2016 saylı qətnaməsi ilə ilk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) X15 və Həsənova (Quliyeva) İradə Məzahir qızının X22 və Bakı şəhəri 12 saylı notoriat kontoruna qarşı "miras əmlaka vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi barədə” ilk iddia ərizəsi, X18 cavabdehlər X15, Həsənova (Quliyeva) İradə Məzahir qızı, Cavabdeh2, Cavabdeh1, X6 və üçüncü şəxs Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoruna qarşı “miras əmlaka vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi barədə” qarşılıqlı iddia ərizəsi, üçüncü şəxslər Cavabdeh2 və Cavabdeh1 “mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs kimi cəlb olunmaya dair” ərizəsi, habelə üçüncü şəxs X3 cavabdehlər X15, Həsənova (Quliyeva) İradə Məzahir qızı, X29, Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoruna qarşı "miras əmlaka vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi barədə” iddia ərizəsi təmin olunmuş, X5 2/10, Həsənova (Quliyeva) İradə Məzahir qızının payı 2/10, X18 payı 2/10, Cavabdeh2 payı 1/10, Cavabdeh1 payı 1/10 və X3 payı 2/10 olmaqla miras qoyan X12 bütün mövcud miras əmlakı üzərində vərəsəlik hüquqları tanınmışdır. Həmin işə baxılarkən sözügedən məsələ onun və qardaşı İddiaçı2 hüquq və maraqlarına toxunduğu halda onlar işə baxılarkən cəlb edilməmişlər. Halbuki, onlar X12 vərəsəsi olan, lakin xx.xx.1993-cü ildə vəfat etmiş X16 birinci nikahdan olan övladlarıdırlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə X2nun ikinci nikahdan olan övladlarıdır. Həmin qətnamənin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün əsas olması qeyd edilmişdir.Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-5333/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsindən göründüyü kimi miras qoyan X12 bütün mövcud miras əmlakı üzərində 1/10 hissədə Cavabdeh2 və 1/10 hissədə Cavabdeh1 paylarının müəyyən edilməsi qərara alınmışdır.Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.1993-cü ildə vəfat etmiş X16 ikinci nikahdan olan bacılarıdır. X23 isə onların bibiləridir. Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, İddiaçı1 xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. X7, anası X30r. A3 ******* saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, İddiaçı2 xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. X7, anası X30r.X2 xx.xx.1993- cü il tarixdə vəfat etmiş və məhkəmənin qətnaməsi ilə bacıları Cavabdeh2 və Cavabdeh1 çatan əmlak atalarına düşən paydır. Belə ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 bildirirlər ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-5333/2016 xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 miras payı müəyyən olunmamışdır. Belə ki, mərhum X23 onların bibisidir və ondan qalan miras payı mərhumun qardaşı X19 düşən hissədə onun 4 övladı: İddiaçı2, İddiaçı1, Cavabdeh1, Cavabdeh2 arasında bərabər şəkildə bölünməlidir. X23 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Qətnamədən həmçinin görünür ki, miras qoyan İlhamə Quliyevanın birinci növbə vərəsələri olmamışdır. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı ii tarixli qətnaməsi ilə miras qoyan X12 bütün mövcud miras əmlakı üzərində 1/10 hissədə Cavabdeh2 və 1/10 hissədə Cavabdeh1 payları müəyyən olunaraq vərəsə hesab olunmuşlarsa, Kamilla və İranənin atadan bir bacı olunmaları işin mübahisəsiz halı olduğundan Cavabdeh2 və Cavabdeh1 hər birinə məxsus 1/10 hissədə onlara çatası paylarından onların də hər birinin 1/2 hissədə payları tanınmalıdır. Yuxarıda göstərildiyi kimi sözügedən 2(004)-5333/2016 saylı iş üzrə məhkəmə mübahisəsindən, keçirilən proseslərdən və qətnaməsindən hər hansı bir məlumatı olmamış və daha sonra Yasamal Rayon Məhkəməsinin müvafiq qətnaməsi qanuni qüvvəyə minib, icraya yönəldikdən sonra belə bir hal mövcudluğundan yəni, hazırkı iş üzrə cavabdehlərdən olan bacılarının mərhum bibisi qanun üzrə vərəsələri olduqları və dolayısı ilə atalarına çatacaq paya onların da subyektiv hüququnun olduğunu bundan sonra bilmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-637/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə miras qoyan X12 bütün mövcud mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qız birgə apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunvericiliklə müdafiə və təmin olunan bir sıra hüquqlarına qəsd etdiyindən, qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddianın rədd olunması haqda yeni qətnamə qəbul edilməlidir. Birinci növbədə qeyd edilir ki, iddiaçı X13 cavabdehlər olaraq onlara qarşı “tanınmış miras əmlaka vərəsəliyin qəbul edilmə müddətinin uzadılması tələbinə dair” iddia ərizəsi qanunsuz və əsassızdır. Məhkəmə baxılan işlə əlaqədar hər cür faktı deyil, yalnız prosesin nəticəsinə bu və ya digər dərəcədə təsir edə bilən halları araşdırmalı, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflərin çəkişmə prinsipinə əsasən təqdim etdikləri dəlilləri yoxlamalı, bu dəllilərin hər hansı mötəbər sübutla öz əksinin tapmasını müəyyən etməlidir. İddiaçı1 və İddiaçı2 iddia tələblərini onunla əsaslandırmışlar ki, mərhum X23 onların bibisidir və ondan qalan qalan miras payı mərhumun qardaşı X19 düşən hissədə onun dörd övladı: İddiaçı2, İddiaçı1, Cavabdeh1, Cavabdeh2 arasında ədalətli şəkildə bölünməlidir. Mirasın açıldığı vaxt, yəni mərhum X12 vəfat etdiyi vaxtdan - xx xxxxxx 2016cı ildən başlanır. Miras əmlakın bölnməsi ilə bağlı olaraq iş məhkəmənin icraatında olarkən İddiaçı1 və İddiaçı2 onlara çatacaq miras payı almaq üçün heç bir iddia irəli sürməmişlər. Həmçinin miras əmlakı qəbul etmələri ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosedurların heç birini həyata keçirməmişlər və bütün bu faktiki hallar öz iradələrinin ifadəsi kimi qəbul edilməlidir. Belə ki, hazırki iddiaçılar tərəfindən miras açıldığı vaxtdan və mirasın bölünməsi ilə bağlı məhkəmə qətnaməsi qəbul edildikdən iki il keçdikdən sonra müaciət edilməsi üçün müəyyən edilmiş qaydalara ziddir. Bundan başqa, əvvəllər də hazırkı işdəki iddiaçılar tərəfindən onlara qarşı iddia qaldırılmışdır və Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı1 miras əmlakın qəbulu ilə bağlı iddiası təmin olunsa da, Bakı Apellyasiya Məhkəməsi öz qətnaməsi ilə onların iddiasını rədd etmişdir. İddianın rədd olunmasının əsası olaraq göstərilmişdir ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət buraxılmış və iddiaçılar müddətin uzadılması barədə məhkəməyə müraciət etməmişlər. Lakin iddiaçılar hazırki iddia tələbində X12 bütün mövcud mirasının qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsələr də, müddətin ötürülməsinin üzrlü səbəblərini sübut edə bilməmişlər. Məhkəmə öz qətnaməsində hesab etmişdir ki, miras qoyanın övladı kimi təqdim edilən Orxan Nadirovun birinci növbəli vərəsə olması ehtimalı və bu səbəbdən ikinci növbə üzrə vərəsələr olan iddiaçıların mirasın qəbul edilməsi üçün vaxtında mirasın qəbulu ilə bağlı müraciət etməməsi üzrlü səbəbdən olmuşdur. Qeyd edilən halın və hüquqi faktın mövcudluğu iddiaçıların subyektiv hüququnu istisna etdiyinə görə iddiaçıların hərəkətsizliyi üzrlü hesab edilməlidir. Məhkəmə iddiaçıların dəlillərinə inanmaması üçün əsaslar müəyyən etməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş sübutlarla iddiaçıların mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürmələrinin səbəblərinin üzrlü olması öz təsdiqini tapmışdır. Məhkəmənin qeyd olunan qənaəti də əsaslı sayıla bilməz. Belə ki, miras qoyan İlhamə Quliyevanın övladı kimi özünü təqdim edən Orxan Nadirov tərəfindən məhkəmədə vərəsəliklə bağlı 2016-cı ilin aprel ayından 2017-ci ilin noyabr ayına kimi mübahisə getsə də, məhkəmələr tərəfindən O.Nadirovun iddiası rədd olunmuşdur. İddiaçıların digər dəlillərinə gəldikdə, hesab edirlir ki, həmin dəlillərin heç bir hüquqi əsası yoxdur. Birinci instansiyası məhkəməsinin qətnaməsi şəxsi mülahizələr əsasında və yoxlanılmamış dəlillər əsasında qurulduğundan, məhkəmənin gəldiyi nəticə həm faktiki hallarla bağlı, həm də tətbiq edilmiş hüquq normalara görə işin həqiqi hallarına uyğun deyil və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 və iddiaçıların nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs X15 bildirmişdir ki, o, İlhamə Quliyevanın atabir bacısıdır, iddiaçılar isə onun vəfat etmiş qardaşı Çingiz Quliyevin birinci nikahdan olan övladları və qanuni vərəsələridir. Miras qoyan İlhamə Quliyeva vəfat etdikdən sonra Orxan Nadirovun mərhum tərəfindən rəsmi övladlığa götürülməməsi ilə bağlı məlumatı olmuşdur, odur ki, miras qoyanın sağlığında hamı bacısının birinci növbəli vərəsəsi kimi Orxan Nadirovu hesab etmişdir. Lakin sonradan məhkəmə qətnaməsi ilə Orxanın əslində onun birinci növbəli vərəsəsi olmaması müəyyən olunmuşdur. Odur ki, mirasın qəbul edilməsi üçün müddətin uzadılmasına etiraz etmir. Məhkəmə kollegiyasının sonuncu iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxslər X15, X29, Həsənova (Quliyeva) İradə Məzahir qızı və X6 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-637/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan AZ-İ №952072 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayin Məhkəməsinin 2(004)- 5333/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, ilk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) X15 və Həsənova (Quliyeva) İradə Məzahir qızının X22 və Bakı şəhəri 12 saylı notoriat kontoruna qarşı "miras əmlaka vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi barədə” ilk iddia ərizəsi, X18 cavabdehlər X15, Həsənova (Quliyeva) İradə Məzahir qızı, Cavabdeh2, Cavabdeh1, X6 və üçüncü şəxs Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoruna qarşı “miras əmlaka vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi barədə” qarşılıqlı iddia ərizəsi, üçüncü şəxslər Cavabdeh2 və Cavabdeh1 “mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs kimi cəlb olunmaya dair” ərizəsi, habelə üçüncü şəxs X3 cavabdehlər X15, Həsənova (Quliyeva) İradə Məzahir qızı, X29, Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoruna qarşı "miras əmlaka vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi barədə” iddia ərizəsinin təmin olunması, X5 2/10, Həsənova (Quliyeva) İradə Məzahir qızının payı 2/10, X18 payı 2/10, Cavabdeh2 payı 1/10, Cavabdeh1 payı 1/10və X3 payı 2/10 olmaqla miras qoyan X12 bütün mövcud miras əmlakı üzərində vərəsəlik hüquqlarının tanınması qət edilmişdir. Həmin qətnamədən görünür ki, iş materillarına əlavə edilmiş İ-JQ seriyalı 335181 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X43 Quli xx.xx.1975-ci il tarixdə ölmüşdür. İşə əlavə olunmuş Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 460 nömrəli xx.xx.2016-cı il tarixli arayışla müəyyən olunur ki, xx.xx.1957-ci ildə anadan olmuş X16 atası X14, anası isə X24r. İş materiallarına əlavə olunmuş AZ-1 seriyalı 684227 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X25 xx.xx.1993-cü il tarixdə ölmüşdür. Qətnamənin əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, ikinci növbəli vərəsələr olan X25 və X4 olmadıqları üçün onların övladları olan üçüncü şəxslər Cavabdeh2, Cavabdeh1 və X11 miras qoyan X12 ikinci növbəli vərəsələridirlər. Miras qoyan X12 birinci növbədən olan vərəsəsi yoxdur. Miras qoyan X12 birinci növbədən olan vərəsəsi olmadığından, ikinci növbədən olan vərəsələr X15, Həsənova (Quliyeva) İradə Məzahir qızı, X29, Cavabdeh2, Cavabdeh1 və X3 vərəsəlik hüququ tanınmalıdır. Paylar müəyyən edilərkən, miras qoyan X12 bacıları və qardaşları, habelə bacısı uşaqları və qardaşı uşaqları bərabər pay hüquqlu vərəsələr sayılırlar. Odur ki, X5 payı 2/10, Həsənova (Quliyeva) İradə Məzahir qızının payı 2/10, X18 payı 2/10 və X3 payı 2/10 nisbətində müəyyən edilməlidir. Digər vərəsələr olan Cavabdeh2 və Cavabdeh1 paylarının nisbəti isə hər birinin payı 1/10 olmaqla müəyyən edilməlidir. Cavabdeh2 və Cavabdeh1 mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideyni X9 olmadığından, onların ölmüş valideyninə (konkret halda X19) çatası miras payını bərabər olaraq miras alırlar. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3323/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5333/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə miras qoyan X12 bütün mövcud miras əmlakı üzərində Cavabdeh2 1/10 hissədə müəyyən olunmuş və Cavabdeh1 1/10 hissədə müəyyən olunmuş paylarından İddiaçı1 ½ hissədə və İddiaçı2 ½ hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan 2(103)-9709/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X8, X21, X22 və Cavabdeh2 qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5333/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə miras qoyan X12 bütün mövcud miras əmlakı üzərində 1/10 hissədə Cavabdeh2 və 1/10 hissədə Cavabdeh1 paylarından onların hər birinin ¼ hissədə paylarının müəyyən edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2441/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçi X17 (Səbail rayon Qeydiyyat şöbəsi, X15, X26, Cavabdeh2 və Cavabdeh1 maraqlı şəxslər olan) “övladlığa götürülmə faktının müəyyən olunması” tələbinə dair ərizəsinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayin Məhkəməsinin 2(004)- 5891/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X18 Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, 492-ci məhəllədə inşa edilmiş 16 mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsindəki ümumi sahəsi 159,2 kv.metrdən ibarət olan 45 saylı mənzili ilə bağlı sahiblik və istifadə hüquqlarına cavabdehlər X27 və X33 tərəfindən maneə törədilməsi qadağan olunması, cavabdehlər X27 və X33 Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, 492-ci məhəllədə inşa edilmiş 16 mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsindəki ümumi sahəsi 159,2 kv.metrdən ibarət olan 45 saylı mənzildən çıxarılması və həmin mənzil boşaldılaraq, iddiaçı X22 təhvil verilməsinə dair iddianın təmin edilməsi, iddia tələbi maddi zərər hissəsində təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8755/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(102)-5061/2017 qərarının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)- 8755/2016 saylı qərardadı ilə ərizəçi X27 və vəkili X1 həmin məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsindən verdikləri kasasiya şikayəti geri qaytarılmış, ərizəçi və vəkili qərardaddan kasasiya şikayəti vermişlər, sonda iş üzrə Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 8755/2016 saylı xx.xx.2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan İddiaçı2 doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, o, xx.xx.1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, X7, anası X30r. İş materiallarında olan İddiaçı1 doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, o, xx.xx.1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, X7, anası X30r. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1993-cü il tarixdə ölmüş X16 vərəsəsidir və o, miras əmlakdan ¼ hissədə pay almalıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı1 ərizəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilmiş, ərizənin məzmunu “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 1 nömrəli Fərmanına uyğun ödəniləcək vəsaitin əldə edilməsi üçün sənədlərin təqdim edilməsi olmuşdur. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək, haqlı olaraq hesab etmişdir ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürülməsinin səbəbləri diqqətəlayiq və üzrlü olduğundan, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 mərhum X12 vəfat etmiş atadan bir olan qardaşı X16 birinci nikahdan olmuş övladlarıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X16 digər nikahdan olmuş övladlarıdır. Belə ki, iddiaçılar qanunla müəyyən edilmiş müddət ərzində ərizə ilə notariat orqanına müraciət etmədiyindən bu hal onların vərəsəlik hüquqların rəsmiləşdirilməsi üçün mane olmuşdur. Digər tərəfdən, miras açıldığı vaxtdan sonra mərhum X12 vərəsələri arasında, o cümlədən, X17 vərəsəlik hüquqlarını təmin etmək üçün müxtəlif məhkəmə çəkişmələri həyata keçirilmişdir. İddiaçılar isə vərəsəlik hüquqlarını təmin etmək üçün məlumat aldığı vaxtdan qanunla müəyyən edilmiş zəruri hüquqi hərəkətlər edərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət etmişlər. Lakin iddiaçılar tərəfindən mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət ötürüldüyündən, onlar həmin müddətin uzadılması tələbi ilə məhkəməyə müraciət etməli olmuşdurlar. Cavabdehlərin mirasdan olan payları isə Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə ölmüş atalarına düşən payının hər birinə 1/2 hissədə müəyyən edilmişdir. Hazırkı iş üzrə iddiaçılar atalarına düşən payın dörd övladın arasında bölünməsini təmin etmək məqsədi ilə məhkəmədən mirasın qəbul etmə müddətinin ötürülməsinin səbəblərini üzrlü hesab edib həmin müddətin uzadılmasını xahiş edirlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə İlhamə Quliyevanın birinci növbəli vərəsələrinin olmaması müəyyən edilmişdir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, miras qoyanın övladı kimi təqdim edilən Orxan Nadirovun birinci növbəli vərəsə olması ehtimalı və bu səbəbdən ikinci növbə üzrə vərəsələr olan iddiaçıların mirasın qəbul edilməsi üçün vaxtında mirasın qəbulu ilə bağlı müraciət etməməsi üzrlü səbəbdən olmuşdur. Qeyd edilən halın və hüquqi faktın mövcudluğu iddiaçıların subyektiv hüququnu istisna etdiyinə görə iddiaçıların hərəkətsizliyi üzrlü hesab edilməlidir. Məhkəmə iddiaçıların dəlillərinə inanmaması üçün əsaslar müəyyən etməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş sübutlarla iddiaçıların mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürmələrinin səbəblərinin üzrlü olması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apelyasiya şikayətində göstərilənlər iş materialları ilə təkzib edilərək qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-637/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-637/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2141/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2141/2021
24.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver