Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2142/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı cavabdeh Bank “xxxx” ASC-nə (Əmlak Məsələləri Dövlət Komitəsi yanında 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, verilmiş yüklülük çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-863/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bank “xxxx” ASC-nə (Əmlak Məsələləri Dövlət Komitəsi yanında 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, verilmiş yüklülük çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı məxsus Xətai rayonu 1210-cu məhəllə N.Rəfiyev küçəsi 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Bank “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli RH-00002- 01/16 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-863/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə işin obyektiv və ədalətli həlli üçün verilmiş razılıq ərizəsindəki imzanın İddiaçı tərəfindən imzalanmaması sübuta yetirilməlidir. Bunun yeganə yolu apellyasiya icraatında yenidən xəttşünaslıq ekspertizasının keçirilməsidir. Sonda Ekspertiza keçirlmiş və rəy verilmişdir. Ancaq həmin rəy aşağıdakılara əsasən tam əsassızdır. Ekspert rəyinə diqqət yetirilsə görünər ki, rəy cəmi 1 səhifədən ibarətdir. Digər səhifələrdə ekspertin adı soyadı iş barədə məlumatdır. Bu ona dəlalət edir ki, ekspert rəyi tam əsaslandırılmamışdır. Ekspert rəyi bir neçə səhifədən ibarət olmalı və tam işin hansı üsulla olması əsaslandırılmalıdır Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 1 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Bank “xxxx” ASC ilə borcalan X5 arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borcverən borcalana 95000 manat məbləğində kredit pul vəsaitini 24 faizlə 48 ay müddətinə qaytarmaq şərti ilə vermişdir. xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka saxlayan Bank "xxxx” ASC, ipoteka qoyan İddiaçı və borcalan X7 arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin təminatı olaraq ipoteka müqaviləsi bağlanmış və ipoteka qoyana məxsus Bakı şəhəri, Xətai rayonu 1210-cu məhəllə N.Rəfiyev küçəsi 14 saylı qeyri-yaşayış sahəsi borcalanın kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı kimi ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü edilmişdir.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3203/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bank “xxxx” ASC ilə X5 arasında bağlanmış xx.xx.2016-cı il tarixli RH-00002- 01/16 A saylı kredit müqaviləsinin ləğv edilməsi, X1 Bank "xxxx” ASC-nin xeyrinə 95.000 manat əsas, 8.666,31 manat faiz və 50 manat cərimə borcu olmaqla, cəmi 103.716,31 manat məbləğində borc, iddianın qaldırılması ilı əlaqədar xidmət haqqı ilə birlikdə ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmetləri olan, X2 məxsus Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurbani küçəsi, 19 saylı evin 8 saylı mənzilinə və İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin daşınmaz əşyalar açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına Bank "xxxx” ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurbani küçəsi, 19 saylı evin 8 saylı mənzili satıldıqdan sonra cavabdeh X6 mənzildən istifadə hüququna xitam verilməsi və həmin daşınmaz əşyanın satılması, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi satıldıqdan sonra həmin daşınmaz əşyaların boşaldılması, Bank "xxxx” ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurbani küçəsi, 19 saylı evin 8 saylı mənzilin hərracda satışdan əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdeh X2, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hərracdan satışdan əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdeh İddiaçı qaytarılması və iddianın qalan hissələrdə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-18/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh X3 nümayəndəsi-vəkili X9 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin olunması, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi tutmanın ipoteka predmetiləri olan, X2 məxsus Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurbani küçəsi, 19 saylı evin 8 saylı mənzilinə və İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən qeyri- yaşayış sahəsinə yönəldilməsi, həmin daşınmaz əşyaların açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına Bank “xxxx” ASC-nin təmin edilmiş tələblərin ödənilməsi hissəsində dəyişdirilməsi, cavabdeh X2 məxsus Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurbani küçəsi, 19 saylı evin 8 saylı mənzilin ilkin satış qiymətinin 71000 manat, cavabdeh İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 181000 manat müəyən edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-18/2018 saylı xx.xx.2019-cu il tarixli qərardadının surətindən görünür ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı və vəkili X8 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 5793/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadının surətindən görünür ki, İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 4/587 nömrəli ekspert rəyinə əsasən, Bank “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli RHG-00002-01/16A-(2) saylı sonrakı ipoteka müqaviləsinin sonuncu vərəqində “ipoteka qoyan:” qrafasındakı “Ələkbərov” yazısı və həmin yazının qarşısındakı imza – İddiaçı tərəfindən icra olunmuşdur. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Məhkəmə araşdırması həmçinin zamanı müəyyən edildi ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanılarkən, müqavilənin şərtləri konkret olaraq müəyyənləşdirilmiş, tərəflər öz iradələrini ifadə edərək, müqaviləni bağlamışlar, müqavilə bağlandıqdan sonra uzun müddət müqavilə şərtləri ilə bağlı heç bir iddia irəli sürülməmişdir. Azərbaycan Respublikası 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. X14 Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə xx xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Qeyd edilən müddəaların mənasından da göründüyü kimi, qanunverici əqdin tərəfinin etibarsızlığa səbəb olan halları bildiyi və ya bilməli olduğu gündən əqdin mübahisələndirilməsi üçün 1 illik kəsici müddət müəyyən etmişdir. İş materiallarından görünür ki, əqdin etibarsızlığına əsas olmuş hallar iddiaçıya müqavilənin bağlandığı andan, yəni xx xxxxxx 2016-ci il tarixdən müəyyən olsa da, iddia müddətini ötürərək, məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Eyni zamanda tərəflər arasında artıq məhkəmə çəkişmləri olmuş İddiaçı öz prosessual hüquqlarından istifadə etmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürməklə müraciət etdiyindən, apellyasiya şikayətində göstərilən halların araşdırılması işin nəticəsinə təsir etməməklə, işin icraatının uzadılmasına səbəb olacaqdır. Bu isə prosessual qənaət prinsipinə ziddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, apellyatorun dəlilləri formal xarakter daşıyır və apellyatorun mülahizələrinə əsaslanır. Bundan başqa hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini tələb etsə də, qətnamənin ləğv edilməsinə əsas olan sübutlarını məhkəməyə təqdim etməmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-863/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2142/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2142/2021
23.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver