Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-215/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Kamran Hüseyn oğlu Əkbərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Birləşdirilmiş birinci iddia üzrə iddiaçı (birləşdirilmiş ikinci iddia üzrə cavabdeh) İddiaçı, Birləşdirilmiş hər iki iddia üzrə Cavabdeh3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-194/2022 saylı iş üzrə 16 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2576/2022 saylı iş üzrə 08 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birləşdirilmiş birinci iddia tələbi üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu, V yaşayış sahəsi, 5 saylı evin, 53 saylı mənzilinin ona 1/3 hissə, Cavabdeh2 1/3 hissə və Cavabdeh3 1/3 hissə olmaqla, naturada qaydasında ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-194/2022 saylı iş üzrə 16 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı 1/3, cavabdehlər Cavabdeh2 1/3, Cavabdeh3 1/3 hissədə paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracdan satışa çıxarılması və mənzilin satışından əldə edilən pulun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölünməsi, İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunın cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh3 apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Birləşdirilmiş ikinci iddia tələbi üzrə iddiaçı Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4 saylı Bakı "ASAN xidmət" mərkəzinin notariat ofisi tərəfindən miras əmlak olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni-Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, ev 5, mənzil 53- ə dair verilən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilərək ləğv edilməsi, həmin şəhadətnamələr əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən cavabdeh İddiaçı adına verilmiş xx.xx.2021-ci il tarixli ********** nömrəli və onun adına verilmiş xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışların ləğv edilməsi, cavabdeh İddiaçı tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, ev 5, mənzil 53-ə dair mirası qəbul etmə müddətinin ötürülmüş hesab edilməsi, miras əmlak olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, ev 5, mənzil 53-də onun 3/4 hissədə, Cavabdeh3 isə 1/4 hissədə pay hüquqlarının müəyyən edilməsi, həmin paylara uyğun olaraq olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V” yaşayış sahəsi, ev 5, mənzil 53-ə dair çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2576/2022 saylı iş üzrə 08 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı Cavabdeh2 apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6101/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə 2(103)-6101/2022 saylı mülki iş birlikdə baxılması üçün 2(103)-3937/2022 saylı mülki işə birləşdirilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən birləşdirilmiş birinci iddia üzrə iddiaçı (birləşdirilmiş ikinci iddia üzrə cavabdeh) İddiaçı ərizəsini müdafiə edərək hazırki iş üzrə iddia tələbindən imtina etdiyini, ərizəsinin qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən birləşdirilmiş hər iki iddia üzrə Cavabdeh3 tərəflər arasında barışıq əldə edildiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş birləşdirilmiş birinci iddia üzrə cavabdeh (birləşdirilmiş ikinci iddia üzrə iddiaçı) Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə birləşdirilmiş birinci iddia üzrə cavabdeh (birləşdirilmiş ikinci iddia üzrə iddiaçı) Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, birləşdirilmiş birinci iddia üzrə cavabdeh (birləşdirilmiş ikinci iddia üzrə iddiaçı) Cavabdeh2 və birləşdirilmiş birinci iddia üzrə iddiaçı (birləşdirilmiş ikinci iddia üzrə cavabdeh) İddiaçı iddiadan imtinasına dair ərizələri qəbul edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-194/2022 saylı iş üzrə 16 fevral 2022-ci il tarixli qətnaməsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2576/2022 saylı iş üzrə 08 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və hər iki iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş birləşdirilmiş birinci iddia üzrə cavabdeh (birləşdirilmiş ikinci iddia üzrə iddiaçı) Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ilkin olaraq 4000 manat olmaqla ümumilikdə 10000 manat məbləğin pulun İddiaçı verilməsi müqabilində tərəflər arasında barışıq əldə edilmişdir. Odur ki, mülki iş üzrə iddiadan imtina edilir və iş üzrə icraata xitam verilməsi xahiş olunur. İş materiallarına əlavə edilmiş birləşdirilmiş birinci iddia üzrə iddiaçı (birləşdirilmiş ikinci iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ilkin olaraq 4000 manat olmaqla ümumilikdə 10000 manat məbləğin pulun verilməsi müqabilində tərəflər arasında barışıq əldə edilmişdir. Odur ki, mülki iş üzrə iddiadan imtina edilir və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, hər iki iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birləşdirilmiş birinci iddia üzrə cavabdeh (birləşdirilmiş ikinci iddia üzrə iddiaçı) Cavabdeh2 və birləşdirilmiş birinci iddia üzrə iddiaçı (birləşdirilmiş ikinci iddia üzrə cavabdeh) İddiaçı iddiadan imtinasına dair ərizələri qəbul edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-194/2022 saylı iş üzrə 16 fevral 2022-ci il tarixli qətnaməsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2576/2022 saylı iş üzrə 08 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və hər iki iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraata xitam verildiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsmu tərəflərin özlərinə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Birləşdirilmiş birinci iddia üzrə cavabdeh (birləşdirilmiş ikinci iddia üzrə iddiaçı) Cavabdeh2 və birləşdirilmiş birinci iddia üzrə iddiaçı (birləşdirilmiş ikinci iddia üzrə cavabdeh) İddiaçı iddiadan imtinasına dair ərizələri qəbul edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-194/2022 saylı iş üzrə 16 fevral 2022-ci il tarixli qətnaməsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2576/2022 saylı iş üzrə 08 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Hər iki iddia tələbinə dair mülki iş üzrə icraata xitam. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsmu tərəflərin özlərinə aid edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-215/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-215/2023
26.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver