Məhkəmə qərarları › İş №2(103)-215/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-215/2024

02.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-215/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X5 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-348/2023 saylı, 09 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda sayğaca qeyri-qanuni müdaxilə faktı aşkar edilmiş, bu barədə xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı aktlar tərtib edilərək, dəymiş ziyanın məbləği hesablanmışdır.

2. İddiaçının yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi ünvanında yerləşən evə xx.xx.2022-ci il tarixdə Zenner G-4 markalı, Smart tipli qaz sayğacı quraşdırılmış, tərəflər arasında xx.xx.2022-ci il tarixdə qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan tələbini dəqiqləşdirərək Cavabdeh İB tərəfindən qanunsuz olaraq itirilmiş qaz sərfiyyatına görə 12.794,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında anası, qardaşı və özü yaşayır, anası işləyir, özü tələbədir, qardaşının isə 17 yaşı var işləmir, ev babasının olmuşdur, babası rəhmətə getdikdən sonra həmin ev atasına qalmışdır, atası cəzaçəkmə müəssisəsində olmuş, orada da vəfat etmişdir, həmin evdə uzun müddət heç kim yaşamamışdır, özü və ailəsi nənəsi gildə yaşamış, universitetə daxil olduqdan sonra yaxın olduğundan həmin evə köçmüşdürlər, evə verilən qazı açdırmaq istədikdə cavabdehin əməkdaşları bildirmişlər ki, ünvan üzrə borc vardır, ona bu həddə borc yazılmışdır, yayda qazdan istifadə etmirlər, balondan istifadə edirlər, ev köhnə 2 otaqlı evdir, qaz sayğacı keçən ilin iyun ayında qoyulmuşdur, ondan əvvəl may ayında, təbii qazdan istifadə etmişdirlər, bu zaman sayğac olmamışdır, müqavilə bağlamaq üçün müraciət etmişdir, daha sonra onunla müqavilə bağlanmışdır.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-348/2023 nömrəli, 09 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi ünvanı üzrə **********00029 saylı abonent koduna Cavabdeh tərəfindən hesablanmış 12.673 (on iki min altı yüz yetmiş üç) manat 44 (qırx dörd) qəpik borcun silinməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, sayğacsız dövr ərzində təbii qazdan istifadəyə görə hesablaşma, ziyanın tələb olunan həddə hesablanmasına əsas olmuş mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, iddiaçı isə 2022-ci ilin may ayında qazdan sayğacsız istifadə etdiyini etiraf etdiyindən, 2022-ci il mayın 1-dən qüvvəyə minmiş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli Qanununa əsasən, qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, istehlakçının istifadə etdiyi qaz qurğusunun növü nəzərə alınmaqla, “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”də göstərilən hesablaşmaya uyğun olaraq, lakin orta günlük iş rejimi 8 saat götürülməklə aparılmalıdır (1.2 x 8 saat x 30 gün= 288 m3 ; 3 x 8 saat x 30 gün= 720 m3 ; 288+720=1008 m3 ; 1008 m3 x 0,12 manat = 120,96 manat). Belə olan halda məhkəmə hesab edir ki, ümumilikdə qeyri-qanuni qazdan istifadə müddətində itirilmiş qaz sərfiyyatı 120,96 manat həddində müəyyən edilməli və iddiaçının abonent hesabına yazılmış 12.794,40 manat borcdan 12.673,44 (12794,40- 120,96=12673,44) manat silinməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsi; «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 8, 13, 11-ci maddələri; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərk təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, fotoşəkillər və orada əyani olaraq görünən nöqsanlar həmin mənzilə aiddir, buna baxmayaraq hakim iş üzrə mütəxəssisin, ekspertin rəyi olmadan öz mülahisəzinə uyğun hesablama aparmışdır və həmin borcdan 120 manat saxlayaraq yerdə qalan külli miqdarda borcu əsassız olaraq silmişdir. Bu səbəbdən də hesab edir ki, iş üzrə aidiyyəti tədbirlər görülməli, hesablamaya göndərilərək borcun nə qədər olması müəyyən olunmalı idi. Hesab edir ki, məhkəmə işə qeyri-obyektiv yanaşmışdır.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 14.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 15.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 16.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunmayan hissəsində yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

17.21.1-ci və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 18.1096, 1097.1 və 1097.1-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın

19.4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 20.4.7. bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 21.4.8. bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 22.6.7. bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 23.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

24.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

25. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində qismən ləğv edilməlidir.

27. Baxılan iş üzrə iddia tələbi cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadə ilə əlaqədar iddiaçıya zərər olaraq hesablanmış borcun silinməsi ilə bağlıdır. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixli akt ilə qeydə alınmış qeyri-qanuni hərəkətə yol verdiyini etiraf etmiş, abonent saldosunda aktlar bölməsində əks olunan digər borcun əsassız hesablandığını bildirmişdir. Cavabdeh isə iddiaçının qaz xəttinə sayğacdan kənar qoşulduğunu qeyd etmiş və sübut qismində öz əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi ünvanına qaz sayğacı quraşdırılanadək xx.xx.2020xx.xx.2022-ci il tarixlərində tərtib edilmiş 15 akta əsaslanaraq, həmin aktlar əsasında hesablanmış orta sərfiyyatın silinməsinə dair iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. İşin mübahisəsiz qaydada müəyyən edilən halı da ondan ibarətdir ki, iddiaçıya məxsus ünvanda xx.xx.2022-ci il tarixdə Zenner G-4 markalı, Smart tipli qaz sayğacı quraşdırılmış, tərəflər arasında xx.xx.2022-ci il tarixdə qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır.

29. Birinci instansiya məhkəməsi iddiaçının 2022-ci ilin may ayında qazdan sayğacsız istifadə etdiyini etiraf etdiyinə əsaslanmış, həmin ay üzrə tərtib olunmuş akta əsasən, lakin orta günlük iş rejimi 8 saat götürülməklə hesablanmış (1.2 x 8 saat x 30 gün= 288 m3 ; 3 x 8 saat x 30 gün= 720 m3 ; 288+720=1008 m3 ; 1008 m3 x 0,12 manat = 120,96 manat) zərər məbləğini saxlamaqla, qalan borcun silinməsi qənaətinə gəlmişdir.

30. Halbuki bu cür yanaşma məhkəmə aktlarının əsaslandırılması ilə bağlı prosessual qanunvericiliyin yuxarıda istinad olunan maddələrinə uyğun hesab oluna bilməz. Belə ki, birinci instansiya məhkəməsi mübahisəli dövr ərzində iddiaçının yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etmədiyi barədə gəldiyi qənaəti də MPM-in 88-ci maddəsinə əsasən işdə olan sübutlara və onlara tətbiq edilməli olan normativ hüquqi aktlara istinadla əsaslandırmamış, cavabdehin dəlilləri üzrə hər hansı araşdırma aparmamış, cavabdehlə iddiaçı arasında eyni ünvanda qazın alqı-satqısı barədə müqavilə xx.xx.2022-ci il tarixdə bağlandığı halda, xx.xx.2020-xx.xx.2022-ci il tarixlərində abonentin adına tərtib edilmiş 15 akt üzrə iddiaçının mülki hüquqi məsuliyyətinin hansı əsaslarla yaranmadığı barədə mövqeyini tətbiq edilməli olan maddi hüquq normalarına istinadla əsaslandırmamışdır.

31. Məhkəmə kollegiyası iddiaçının etirafını, həmçinin tərəflərin arasında müqavilənin bağlandığı tarixini nəzərə alaraq hesab edir ki, 2022-ci ilin may ayı üçün tərtib olunmuş aktdan başqa digər aktların əsaslı olmasının sübuta yetirilməmiş olduğu, bu aktlar əsasında hesablanmış borcun isə silinməli olduğu barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti ağlabatan deyildir.

32. Belə ki, “Qazdan istifadə Qaydaları”nın hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına müvafiq olaraq qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

33. Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.

34. Məhkəmə kollegiyası aktların cavabdeh tərəfindən tərtib edildiyi tarixlərdə iddiaçının qanunsuz hərəkətlərə yol verdiyi işdə olan sübutlara əsasən öz təsdiqini tapdığı qənaətinə gələrək eyni zamanda İB-yə dəymiş zərər üzrə borcun hesablanması ilə əlaqədar qeyd etməyi zəruri sayır ki, iş materiallarına mübahisəli ünvana dair əlavə edilmiş şəkillərdən göründüyü kimi iddiaçıya məxsus evdə işləyən qaz qurğularından yalnız PQ-2 qaz cihazı aşkar edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2020xx.xx.2022-ci il tarixlərində abonentin adına tərtib edilmiş 15 aktla itirilmiş qazın bərpası üçün hesabat yalnız PQ-2 qaz cihazı üçün aparılmalıdır.

35. xx.xx.2020-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 8 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 8 saat x 30 gün) 288 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 28,8 manat;

36. xx.xx.2021-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 8 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 8 saat x 30 gün) 288 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 28,8 manat;

37. xx.xx.2021-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 8 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 8 saat x 60 gün) 576 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 57,6 manat;

38. xx.xx.2021-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 8 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 8 saat x 30 gün) 288 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 28,8 manat;

39. xx.xx.2021-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 8 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 8 saat x 60 gün) 576 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 57,6 manat;

40. xx.xx.2021-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 8 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 8 saat x 30 gün) 288 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 28,8 manat;

41. xx.xx.2021-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 8 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 8 saat x 30 gün) 288 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 28,8 manat;

42. xx.xx.2021-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 8 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 8 saat x 60 gün) 576 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,12 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 69,12 manat;

43. xx.xx.2021-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 8 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 8 saat x 30 gün) 288 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,12 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 34,56 manat;

44. xx.xx.2021-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 8 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 8 saat x 30 gün) 288 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,12 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 34,56 manat;

45. xx.xx.2022-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 8 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 8 saat x 30 gün) 288 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,12 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 34,56 manat;

46. xx.xx.2022-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 8 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 8 saat x 30 gün) 288 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,12 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 34,56 manat;

47. xx.xx.2022-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 8 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 8 saat x 30 gün) 288 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,12 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 34,56 manat;

48. xx.xx.2022-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 8 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 8 saat x 30 gün) 288 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,12 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 34,56 manat;

49. xx.xx.2022-ci il tarixli akt üzrə 1 ədəd PQ-4 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 1,2 m3, gündəlik qazdan istifadə 8 saat, qazdan qanunsuz istifadə 30 gün olması nəzərə alınmaqla (1,2m3 x 8 saat x 30 gün) 288 m3 qaz itkisi müəyyən edilir. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,12 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 34,56 manat;

50. Beləliklə, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı aktlar üzrə müəyyən edilmiş ziyanın məbləği (PQ-4 üçün hesablanmış zərərin yarısı (570,24:2) olaraq) 285,12 manat saxlanılmaqla, qalan borc (12.794,40- 285,12=12.509,28) silinməlidir.

51. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2024-cü il tarixli, 3-16-16/2-3/1990 saylı məhkəmə-trasoloji ekspertizasının rəyi ilə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyil və ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatı o halda kifayət qədər yüksək olur ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar işə baxılan zaman müəyyən edilməsin.

52. Göründüyü kimi sözügedən rəyə əsasən tədqiqata təqdim olunan borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş; qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Halbuki iş materiallarından müəyyən edilmişdir ki, iddiaçıya məxsus ünvanda xx.xx.2022-ci il tarixdə Zenner G-4 markalı, Smart tipli qaz sayğacı quraşdırılmış, tərəflər arasında xx.xx.2022-ci il tarixdə qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Beləliklə də istehlakçının yalnız xx.xx.2022-ci il tarixdən sonra qoşulduğu qazpaylayıcı borunun və sayğacın üzərində qeyri-qanuni qoşulma üçün xarakterik izlərin aşkar olunmaması hazırki iş üzrə məhkəmə kollegiyasının gəldiyi nəticə ilə ziddiyyət təşkil etmir. 53.Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməli, iddia qismən təmin edilməlidir.

54. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 55.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-348/2023 nömrəli, 09 fevral 2023-cü il tarixli qətnaməsi qismən ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi ünvanı üzrə **********00029 saylı abonent koduna Cavabdeh tərəfindən hesablanmış borcun 12.509,28 (on iki min beş yüz doqquz manat iyirmi səkkiz qəpik) manat hissəsi silinsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan cəmi 65 manatın 2 manatı İddiaçı, 63 manatı isə Cavabdehndən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu kimi Cavabdeh tərəfindən ödənilmiş 65 manatın 2 manatı İddiaçı Cavabdeh xeyrinə tutulsun. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar