Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2152/2024 11.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-171/2024 saylı, 24 yanvar 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış xx.xx.2020–ci il tarixli AN–İ№ ******* saylı daşınmaz əmlakın alqı–satqı müqaviləsinin etibarsız olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh cavadbehlər İddiaçı və X3rşı “pulun tutulması, mənzilin boşaldılması və mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 7000 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması, cavadbehlər İddiaçı və X5 Bakı şəhəri, Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər İddiaçı və X5 həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-57636/2021 saylı xx.xx.2021–ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmişdir. İddiaçı ilə X8 arasında xx.xx.2019–cu il tarixdə kredit müqaviləsi bağlanmış və “borc verən” R.Baxşıyev“borc alan” İddiaçı 170000 (yüz yetmiş min) manat pulu 1 il müddətinə borc vermişdir (kredit müqaviləsinin surəti əlavə olunur). xx.xx.2019–il tarixdə tərəflər arasında ipoteka müqaviləsi bağlanmış və İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi ev, 12 mənzil 25 ipoteka ilə yüklü edilmişdir (müqavilənin surəti əlavə olunur). Kredit müqaviləsinin 3–cü bəndinə əsasən tərəflərin kreditin faizsiz verilməsi şərtləşmələri qeyd olunsada, kredit aylıq 5% olmaq şərti ilə verilmiş və aylıq faiz ödənişləri 7500 manat təşkil etmişdir. Müəyyən müddət ərzində faizlər tərəfindən verildikdən sonra, ödənişlərdə çətinlik yarandığı üçün o, Bakı şəhərində lombard fəaliyyəti ilə məşğul olan X7 müraciət etmiş və 170000 manat pul lazım olduğunu bildirmişdir. A.Əliəsgərov ona daha aşağı şərtlərlə aylıq 4% olmaqla kredit verə biləcəyini bildirmiş, lakin kreditin verilməsi üçün mülkiyyətində olan mənzilin oğlu Cavabdeh adına keçirilməli olacağını bildirdi. xx.xx.2020–ci il tarixdə tərəflər arasında AN–№ ******* saylı daşınmaz əmlakın alqı–satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı mülkiyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi ev 12, 25 saylı mənzil 180000 manata Cavabdeh satılmışdır (alqı – satqı müqaviləsinin surəti əlavə olunur). Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 5–ci bəndinə əsasən, alıcı müqavilənin 4–cü bəndində nəzərdə tutulmuş 180000 manat məbləğdən 170000 manat hissəsini satıcının borcunun ödənilməsi məqsədilə X4 10000 manat hissədə məbləği isə satıcıya ödəmişdir. Bundan sonra cavabdeh xx.xx.2020–ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX–dən çıxarış almışdır (çıxarışın surəti əlavə olunur). Qeyd etmək istəyir ki, tərəflər arasında bağlanmış xx.xx.2020– ci il tarixli alqı-satqı müqaviləsi qanunsuz olaraq bağlanmışdır. İddiaçı müqavilənin şərtindən göründüyü kimi bir borc müqaviləsindən digər borc müqaviləsinin təsir dairəsinə düşmüş və X4 olan 170000 manat borcu bağlamaq üçün yendidən borclanmışdır. Belə ki, Cavabdeh atası Aydın Əliəsgərov onunla əvvəlcədən belə şərtləşmişdir ki, borc məbləği ancaq mənzilin alqı-satqısından sonra verilə bilər və borc bağlandıqdan sonra mənzil yenidən iddiaçının mülkiyyətinə qaytarılacaqdır. Bununla bağlı iddiaçının atası Yusubov Rafail ilə Aydın Əliəsgərov arasında telefon danışıqlarına dair səs yazıları var və bu səs yazılarında Cavabdeh İddiaçı pulu faizə verdiyini bildirir (səs yazıları əlavə olunur). İddiaçı bir ağır borc müqaviləsindən digər borc müqaviləsini şifahi şəkildə bağlayır və həmin dövr real bazar qiyməti 300000 manat civarında olan mənzili 180000 manata cavabdehə güya ki satır və bu xüsusat alqı-satqı müqaviləsinin qanunsuz bağlanmağına dəlalət edir. Belə ki, tərəflər borcun verilməsini şərtləşdirdikləri zaman X4 olan 170000 manat borcun bağlanması üçün iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzili X1 Muradın mülkiyyətinə keçirilməsi müqabilində olacağını iddiaçının qarşısına şərt qoymuşlar. Göründüyü kimi Cavabdeh tərəfindən ona 180000 manat məbləğində borc verilməsinə baxmayaraq, Mülki Məcəllənin tələbləri pozularaq borc müqaviləsi olmadan ona həmin məbləğ verilmişdir. Bu faktı mənzilin ucuz qiymətə cavabdehə satılması, həmçinin xx.xx.2020–ci il tarixdə tərəflər arasında bağlanmış icarə müqaviləsidə sübuta yetirir. Belə ki, mübahisəli mənzil cavabdeh tərəfindən iddiaçıya 1 il müddətinə aylıq 700 manat ödəniş şərtilə kirayəyə verilmişdir (kirayə müqaviləsinin surəti əlavə olunur). Tərəflər arasında bağlanılmış xx.xx.2020–ci il tarixli alqı-satqı müqaviləsi formal xarakter daşımış, əslində isə Aydın Əliəsgərovdan götürülən borc məbləğinin təminatı olaraq girov şəklində olmuşdur. Belə ki, İddiaçı və onun qızı İlona Lalayevaya mənzili darhal sonra kirayə verməsi, müqavilənin predmeti olan mənzilini real dəyərinin müqavilədə göstərilənlərdən xeyli yüksək olması, mübahisəli müqavilənin alqı-satqı məqsədi ilə bağlanmadığını göstərən hallardır ki, bu hallar məhkəmələr tərəfindən mütləq şəkildə araşdırılmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-171/2024 saylı, 24 yanvar 2024-cü il tarixli qərardadına əsasən, İddiaçı Cavabdeh qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi edilməsi" tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi və iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun ona geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılma, maneələrin aradan qaldırılması və mənzilin boşaldılması” tələbinə dair hazırki iş üzrə cavabdeh daha əvvəl məhkəməyə müraciət edərək hazırda ləğv edilməsi tələb edilən alqı-satqı müqaviləsi üzrə ona məxsus olan mənzildən iddiaçının istifadə hüququnun itirilmiş hesab edilməsi, onun mənzildən çıxarılması və mənzilin boşaldılmasına dair iddia irəli sürmüşdür. Qeyd edilən iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 5763/2021 saylı qətnaməsi ilə müvafiq tələblər təmin edilmişdir. Həmin qətnamədən hazırki iş üzrə İddiaçı apellyasiya şikayəti verilməmişdir. İddia ərizəsinə əsasən göründüyü kimi hazırda İddiaçı məhkəməyə müraciət etməklə Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış xx.xx.2020–ci il tarixli AN–İ№ ******* saylı daşınmaz əmlakın alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin müqavilənin etibarlığı artıq yoxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müqavilənin etibarsızlığı ilə bağlı müvafiq maddələrinə istinad edərək qiymət verilmişdir. Belə ki, “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılma, maneələrin aradan qaldırılması və mənzilin boşaldılması” tələbinə dair işə baxan məhkəmə mübahisəni mahiyyəti üzrə həll edərkən iddianın əsaslı olub-olmadığını müəyyən etmək üçün ilk növbədə bu tələbin əsasını təşkil edən alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmadığını müəyyən etmək vəzifəsi daşıyır və həmin vəzifəni yerinə yetirməklə tələbin qanuni və əsaslı olmasına hüquqi qiymət verir. Həmçinin məhkəmə araşdırması zamanı hazırki iş üzrə iddiaçı həmin iş üzrə cavabdeh İddiaçı məhkəmə iclaslarında iştirak etmiş və özü həmin müqavilənin etibarsızlığı ilə bağlı hər hansı bir mübahisə və etiraz irəli sürməmiş və məhkəmənin həmin qətnaməsindən apellyasiya şikayəti belə verməmişdir. Ona görə də bu mübahisəyə baxıldıqdan sonra və bir neçə il keçdikdən sonra (yəni həmin müqaviləni etibarlı müqavilə kimi nəzərdə tutan məhkəmə qətnaməsi artıq qanuni qüvvə almışdır) həmin alqı-satqı müqaviləsinin etibarsızlığına dair ayrıca iddia tələbinin irəli sürülməsi və həmin tələbə mahiyyəti üzrə baxılması qanunvericiliyin normaları baxımdan mümkün deyildir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda, həmin tələbin yönəldilməsinə əsas olan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verməlidir. Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini, əks təqdirdə baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdehlər İddiaçı və X3rşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılma, maneələrin aradan qaldırılması və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-5763/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsində əqdin etibarsız olması mübahisəndirilməmiş, mənzildən çıxarılma və istifadə hüququnun itirilməsi ilə bağlı mübahisəyə baxılmışdır ki, hazırki iddia ilə eynilik təşkil etməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə düzgün deyildir. Belə ki, Ali Məhkəmənin “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli qərardadında “kredit müqaviləsinin etibarsız hesab edilməsi” ilə bağlı iddianın yolverilməz olması məsələsi araşdırılmış və bununla bağlı müvafiq qərar qəbul edilmişdir. Ali Məhkəmənin qeyd olunan qərarınında qeyd olunmuşdur ki, “məlum olduğu kimi məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olub-olmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir”. Cavabdehlər İddiaçı və X3rşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılma, maneələrin aradan qaldırılması və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-5763/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsində əqdə əsaslanan iddia tələbinə baxılmamış, mübahisə əqdin etibarsızlığı ilə bağlı deyil cavabdehlərin mənzildən çıxarılma və istifadə hüquqlarına xitam verilməsi ilə bağlı olmuşdur ki, Nəsimi Rayon Məhkəməsi bu xüsusatı nəzərə almamış və əsassız olaraq iddia ərizəsini icraata qəbul etməkdən imtina etmişdir. Ali Məhkəmənin qeyd olunan qərarının əqdə əsaslanan tələb üzrə olduğunu bir daha məhkəmənin diqqətinə çatdırır, hazırki iddia tələbində iddiaçı əqdin etibarsız olmasını mübahisələndirir ki, əqdin etibarsız olması ilə bağlı hər hansı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud deyildir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(006)- 171/2024 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş iddia tələbləri üzrə icraatın davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, “borc verən” X8 “borc alan” İddiaçı 170000 (yüz yetmiş min) manat pulu 1 il müddətinə borc vermişdir. İş materiallarında olan X8 ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi ev, 12 mənzil 25 ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Bakı şəhəri 51 saylı notariat kontorunda xx.xx.2020-ci il tarixdə təstiq edilmiş AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsinin sürətindən görünür ki, İddiaçı özünə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi ev, 12 mənzil 25 saylı mənzilini Cavabdeh satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi ev, 12 mənzil 25 saylı mənzili xüsusi mülkiyyət kimi Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, cavabdeh alğı-satqı müqaviləsinə əsasən aldığı mənzili İddiaçı 1 il müddətinə icarəyə vermişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)- 5763/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehlər İddiaçı və X5 Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi ev, 12 mənzil 25 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməsi, cavabdehlər İddiaçı və X5 həmin mənzildən çıxarıması qət edilmişdir. Beləliklə iş materialları ilə müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-5763/2021 saylı qətnaməsi ilə İddiaçı və X5 Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi ev, 12 mənzil 25 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməsi, cavabdehlər İddiaçı və X5 həmin mənzildən çıxarıması qət edilmişdir. Hazırda isə İddiaçı məhkəməyə müraciət etməklə Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış xx.xx.2020–ci il tarixli AN–İ№ ******* saylı daşınmaz əmlakın alğı– satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının hazırda mübahisələndirdiyi (etibarsız hesab edilməsi) alğı–satqı müqaviləsinin etibarlılığının yuxarıda göstərilən qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə yoxlanılmasına istinad etməklə icraata xitam verməsi əsassız olmuşdur. Çünki hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Məhkəmə kollegiyası qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli qərardadında qeyd edilən hüquqi mövqeyi nəzərə alır. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, “.. O da vurğulanmalıdır ki, əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı. Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir”. Göründüyü kimi İddiaçı və X5 Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi ev, 12 mənzil 25 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməsi, cavabdehlər İddiaçı və X5 həmin mənzildən çıxarıması barədə işə baxılarkən hazırda mübahisələndirilən alqı-satqı müqaviləsi ümumi qaydada yoxlanılmamışdır. Qeyd olunan qərarda da vurğulandığı kimi - əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Bu isə onu deməyə əsas verir ki, hazırki tələb əqdə əsaslanmaqla məhz İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış xx.xx.2020–ci il tarixli AN–İ№ ******* saylı daşınmaz əmlakın alqı–satqı müqaviləsinin etibarsızlığı tələb edilir, digər iddia tələbi isə əşya hüququ olmaqla - İddiaçı və X5 Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi ev, 12 mənzil 25 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməsi və onların həmin mənzildən çıxarılması tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığından birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə istinad etməklə prosessual normaların tələblərini pozmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi mülkiprosessual hüquq normalarının tələblərini pozmuş, bununla da iddiaçının hüquqları, o cümlədən, onun ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Ona görə də şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-171/2024 saylı, 24 yanvar 2024-cü il tarixli qərardadı ləğv edilməli və mülki iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 397-398, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı vəkili Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-171/2024 saylı, 24 yanvar 2024-cü il tarixli qərardadı ləğv edilsin. Mülki iş İddiaçı Cavabdeh qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" barədə iddia tələbinə mahiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-2152/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2152/2024
11.03.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver