Məhkəmə qərarları › İş №2(103)-2153/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2153/2022

01.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2153/2022 01.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, X2, X6 və X3 qarşı “yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 mart 2019-cu il tarixli qətnamədən (İş № 2(006)-826/2019) iddiaçı Cavabdeh1 və cavabdeh Xəqani Mirzəliyevin verdikləri apellyasiya şikayətlərinə, İddiaçı cavabdehlər Bakı Şəhəri 11 saylı Notariat Kontoru və Cavabdeh1 qarşı “alğı-satqı müqaviləsinin və müqavilənin yaratdığı hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 iyun 2019-cu il tarixli qətnamədən (İş № 2(001)-3095/2019) iddiaçı Xəqani Mirzəliyevin verdiyi apellyasiya şikayətinə əsasən işə Xəqani Mirzəliyevin vəkili X1, 2(006)-826/2019 saylı iş üzrə özü cavabdeh olmaqla eyni zamanda hər iki iş üzrə tərəf olan Xəqani Mirzəliyevin nümayəndəsi (arvadı) Dilbər Mirzəliyevanın, hər iki iş üzrə tərəf olan Cavabdeh1 özünün, onun vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşlərin xronologiyası ilə bağlı qısa məlumat: Baxmayaraq ki, işlərin icraatının başlanması və yekunlaşması tarixinə görə 2(006)- 826/2019 saylı iş birinci iş sayılır, işlərin kökünü təşkil edən iddiaların həlli aydın olsun deyə həmin iş bundan sonra şərti olaraq “ikinci iş”, 2(001)-3095/2019 saylı iş isə şərti olaraq “birinci iş” adlandırılacaq və onların həlli bu növbəlik ilə təsvir ediləcək. “Birinci iş” barədə məlumat: İddiaçı cavabdehlər 11 saylı Notariat Kontoru və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onuna məxsus olan və Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, bina № 98-də yerləşən 34 №-li mənzilə (bundan sonra – mübahisəli mənzil) dair onunla Cavabdeh1 arasında 08.06.2015-ci il tarixdə bağlanmış və 11 saylı Notariat Kontoru tərəfindən həmin tarixdə rəsmiləşdirilərək reyestrdə 4Ə-202 nömrə altında qeydə alınmış AN-İ seriyalı, ******* №-li “Alğı-satqı müqaviləsinin” və həmin müqavilənin yaratdığı hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ailəsində xəstələrin olması və ailəsinin üzləşdiyi maddi çətinliklər ilə bağlı o, bir neçə qohumdan və bankdan borc götürmək məcburiyyətində qalmışdır. Borcları vaxtında qaytara bilmirdi. 2015-ci ilin iyun ayında o, bu barədə tanışı Hafizə deyəndə sonuncu ona bildirmişdir ki, Mübariz adlı sələmçi tanışı var və təklif etmişdir ki, qohumlarla və banklarla yüksək faizlə borc ödəməkdənsə Mübarizdən daha aşağı faizlə borca pul götürüb, əvvəlki borcları bağlamaq və yalnız Mübarizə borc ödəmək olar. O, Hafizin bu təklifini bəyənmiş və bir neçə gündən sonra Hafizlə birlikdə Mübariz ilə görüşmüşdür. Onlar Bakı metropolitenin Nizami stansiyasının yaxınlığında Mübariz ilə görüşüb, söhbət etmiş və razılığa gəlmişlər ki, o, 30.000 manat məbləğində pulu, ayda 10 % ödəmək şərti ilə, Mübarizdən borc götürəcək, bunun əvəzində özünə məxsus olan (mübahisəli) mənzili alğı-satqı yolu ilə Mübarizin adına rəsmiləşdirəcək, sonuncu isə mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı” bir müddət almayacaq, borc qaytarılandan sonra isə “Alğı-satqı müqaviləsini” ləğv edəcəklər, əgər o, borcu qaytara bilməsə mənzil başqa şəxsə satılacaq və o, faizlər ilə birlikdə Mübarizə 48.000 manat məbləğində pul ödəyəcək, Mübariz həmin məbləğdən artıq pulu ondan tələb etməyəcək. Onlar, birlikdə, bir neçə Notariat Kontoruna getsələr də bu kimi şərtlər ilə “Alğısatqı müqaviləsini” rəsmiləşdirə bilməmişlər. Onlar, Mübarizin tanışı olan və Binəqədi rayonunda yerləşən 11 saylı Notariat Kontorunda notarius işləyən İlqarın yanına getmiş, lakin orada da qeyd edilən şərtlər ilə müqavilənin bağlanması mümkün olmamışdır. Buna görə də, onlar mənzilin alğı-satqısı barədə müqavilə bağlamaq və müqavilənin Mübarizin arvadı (hər iki iş üzrə tərəf olan) Cavabdeh1 ilə onun arasında bağlanması barədə razılığa gəlmişlər. 08.06.2015-ci il tarixdə onlar 11 saylı Notariat Kontoruna getmiş və orada onunla Cavabdeh1 arasında “Alğı-satqı müqaviləsi” bağlanmışdır. Mənzilin real qiyməti 110.000-120.000 manat olan mənzilin qiyməti müqavilədə formal olaraq 51.000 manat kimi qeyd edilmişdir. Müqavilə bağlandıqdan sonra Mübariz ona 27.000 manat pul vermiş və bildirmişdir ki, 3.000 manatı birinci ayın faizi kimi özündə saxlamışdır. Bundan başqa Mübariz bildirmişdir ki, 1.500 manat məbləğində sığorta və notarius xərcləri ödəmişdir, bu səbəbdən də həmin məbləği də borca hesablayır. Müqavilə bağlandıqdan sonra o, Mübarizə 3 ay ərzində 9.000 manat faiz pulları ödəmiş, daha sonra isə ödəyə bilməmişdir. O, bu barədə Mübarizə bildirmiş və aralarında olan şifahi razılığa əsasən mənzilin satılıb borcun, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına borcun bağlanmasını təklif etmişdir. Lakin Mübariz ona tələsməməyi tövsiyə etmiş və bunu onunla əsaslandırmışdır ki, onsuz da razılığa görə 50.000 qaytarılmalıdır, 1-2 ay ərzində pul tapmasa onda mənzilin satılması barədə fikirləşərlər. O, Mübarizə inanaraq sakitləşmişdir. Lakin 2015-ci ilin sonunda ona məlum olmuşdur ki, Mübariz onu aldatmış, Cavabdeh1 mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” almışdır. Bunu bildikdən sonra o, Mübariz ilə görüşərək iradlarını bildirmiş, Mübariz də ona demişdir ki, Cavabdeh1 adından ona etibarnamə verilib ki o, mənzili sata bilsin. Cavabdeh1 tərəfindən ona etibarnamənin verilməsini nəzərə alaraq o, bu dəfə də Mübarizə inanaraq sakitləşmişdir. 2017-ci ildə Mübariz mənzili bankın xeyrinə girov qoyub bankdan götürəcəyini və kredit məbləğindən onun borcu olaraq 80.000 manat siləcəyini ona bildirmiş, bununla bağlı aralarında narazılıq yaranmış və onlar daha bir dəfə razılışdırmışlar ki, faizə götürülən pul qaytarılacaq, Mübariz isə danışılmış məbləğdən artıq məbləğ tələb etməyəcək. 2018-ci ilin sonunda isə onların arasında bir daha narazılıq baş vermiş və bundan sonra mənzilin qaz təminatını dayandırılmışdır. Göstərilənlərə əsasən o hesab edir ki, onunla Cavabdeh1 arasında mənzilə dair bağlanmış “Alğı-satqı müqaviləsi” və müqavilənin yaratdığı hüquqi nəticələr etibarsız hesab edilməlidir. Cavabdeh1 iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, onunla İddiaçı arasında mənzilə dair bağlanmış “Alğı-satqı müqaviləsi” etibarsız deyil. Belə ki, o və əri X4 həmin mənzili almaq niyyətində, ərinin tanışı olan İddiaçı isə mənzili satmaq niyyətində olmuşlar. İddiaçı ilə aralarında olmuş razılığa əsasən mənzil 51.000 manata qiymətləndirilmiş və bu hal “Alğı-satqı müqaviləsində” də öz əksini tapmışdır. Onlar həmin məbləği İddiaçı ödəyərək mənzili almışlar. Aralarında olan şifahi razılığa əsasən İddiaçı mənzili 2016-cı ilin iyul ayında boşaltmalı idi. Buna baxmayaraq mənzil bu günə kimi boşaldılmamışdır. İddiaçı ilə onların arasında borcla bağlı hər hansı razılaşma olmamışdır. Göstərilənlərə əsasən İddiaçı iddiasını əsassız hesab edir. Bundan başqa nəzərə alınmalıdır ki, İddiaçı 08.06.2015-ci il tarixdə bağlanmış “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi tələbini iddia müddətinin keçməsi ilə vermişdir və məhz elə bu hal özüözlüyündə İddiaçı iddiasının rədd edilməsi üçün əsasdır (Cavabdeh1 “iddia müddətinin tətbiq edilməsi barədə” ərizəsini Nəsimi Rayon Məhkəməsinə təqdim etmişdir). İddia ərizəsi əsasında icraatı başlanılmış mülki işə baxmış Binəqədi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 10.06.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu apellyasiya şikayətinin əsasları faktiki olaraq iddia tələbinin əsasları ilə eynilik təşkil etdiyindən Məhkəmə onları bir daha sadalamağa lüzum görmür. İddiaçı apellyasiya şikayətində əlavə olaraq bildirir ki, iddia müddətinin tətbiqi düzgün deyil, çünki mübahisənin predmeti daşınmaz əmlak olan mənzildir və əgər onun iddiası təmin olunarsa, o yenidən mənzilin mülkiyyətçi hesab olunacaq. Ona görə bu iş üzrə onun mülkiyyət hüququnun pozulmasından söhbət gedir və bu işlərə iddia müddəti şamil edilmir. Rayon Məhkəməsi isə buna heç bir hüquqi qiymət verməmişdir. “İkinci iş” barədə məlumat: İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, onun arvadına – D.Mirzəliyevaya, və sonuncuların övladlarına – A.Mirzəliyə və L.Quluyevaya qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, yuxarıda qeyd edilən “Alğı-satqı müqaviləsi” əsasında İddiaçı satın aldığı mənzilə dair cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq ona təhvil verilməsi, mənzilin müqavilədə qeyd edilən 6 ay ərzində boşaldılmamasına görə illik 5% hesabı tətbiq etdiyi cərimə (dəbbə) olaraq 7.650 manat, cavabdehlərin ona vurduqları 10.500 manat məbləğində zərərin dəbbə pulundan artıq hissəsi olan 2.850 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün onun tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 iddiaya tələbi onunla əsaslandırılmışdır ki, o, ailə tanışları olan cavabdeh İddiaçı ilə 08.06.2015-ci il tarixdə “Alğı-satqı müqaviləsi” bağlayaraq İddiaçı mənzil almış, mənzilin dəyəri olan 51.000 manat İddiaçı ödənilmişdir. Müqavilədə mənzilin İddiaçı tərəfindən 08.12.2015-ci il tarixədək boşaldılaraq ona təhvil verəcəyi göstərilsə də, aralarında olan şifahi razılığa əsasən İddiaçı mənzili 2016-cı ilin iyul ayında boşalmalı və ailə üzvləri olan digər cavabdehlər ilə mənzildən çıxmalı idi. Buna baxmayaraq cavabdehlər 2 ildən çox müddətdir ki mənzildən çıxmırlar. Baxmayaraq ki, cavabdehlər, notarial qaydada yazdıqları ərizələr ilə üzərilərinə öhdəlik götürmüşlər ki, mənzil satıldıqdan 6 ay sonra mənzili boşaldacaqlar. Göstərilənlərə əsasən hesab edir ki, mənzilə dair cavabdehlərin istifadə hüquqlarına xitam verilməli, cavabdehlərin mənzildən çıxarılmalı, mənzil boşaldılaraq ona təhvil verilməlidir. Bundan başqa o hesab edir ki, cavabdehlər, müqavilədə qeyd edilən tarixdə mənzili boşaltamadıqlarına görə, mənzilin müqavilədə qeyd edilən qiymətinə, yəni 51.000 manata illik 5% hesabı ilə 30 ay üçün cəmi 7.650 manat məbləğində dəbbəni ödəməlidirlər. Çünki bu şərt müqavilənin 16-cı bəndində öz əksini tapmışdır. Daha sonra hesab edir ki, cavabdehlər 30 ay müddətində onun mənzilində qanunsuz yaşadıqları üçün ona hər aya görə 350 manat olmaqla cəmi 10.550 manat məbləğində kirayə haqqı ödəməlidirlər. Həmin məbləğdən dəbbə pulu çıxılmaqla qalan 2.850 manat cavabdehlərdən onun xeyrinə tutulmalıdır. Rayon Məhkəməsində işə baxılan zaman cavabdehlər məhkəmə baxışı iclasında iştirak etmədikləri üçün onlar tərəfindən iddia tələbinə qarşı etiraz verilməmişdir. İddia ərizəsi əsasında icraatı başlanılmış mülki işə baxmış Nəsimi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 15.03.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, mənzil üzərində cavabdehlərin olan istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin qismən, yəni iddianın bir qisminin təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə də iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul edərək iddia tələbinin bir qismini təmin etməmişdir. Cavabdeh İddiaçı də həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin qismən, yəni iddianın bir qisminin təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə də iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, onunla Cavabdeh1 arasında bağlanmış “Alğı-satqı müqaviləsi” yalan əqddir və Cavabdeh1 əri ilə İddiaçı arasında olan borc müqaviləsini pərdələmək məqsədini daşıyır. Yalan əqd əsasda X.Məmmədovun və ailə üzvlərinin mənzildən çıxarılması və onların istifadə hüquqlarına xitam verilməsi qanunsuzdur. İşlərin bir icraatda birləşdirilməsi: Yuxarıda qeyd edilən hər iki mülki iş, işlər üzrə qəbul edilmiş qətnamələrdən verilmiş apellyasiya şikayətlərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatına daxil olmuşdur. Məhkəmə, məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bu işlərin olduğunu müəyyən etdiyindən və həmin işlərin birləşdirilməsini məqsədəmüvafiq olmasını nəzərə alaraq iş üzrə qəbul etdiyi 01.10.2019-cu il tarixli qərardadla işləri bir icraatda birləşdirmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 169.3-cü maddəsinə görə, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir necə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Hazırki apellyasiya baxışına qədər iş üzrə qəbul edilmiş məhkəmə qərarları barədə məlumat: Rayon Məhkəmələrinin hazırki iş üzrə qəbul etdikləri qətnamələrdən verilmiş apellyasiya şikayətlərinə əsasın mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 27.11.2019-cu il tarixli qətnamə (İş № 2(103)-12686/2019) ilə apellyasiya şikayətlərinin təmin edilməməsini, Rayon Məhkəmələri tərəfindən qəbul edilmiş hər iki qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Həmin qətnamədən İddiaçı verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 18.11.2020-ci il tarixli qərar (İş № 2(102)-3081/2020) ilə kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qərara almışdır. İddiaçı həmin qərardan verdiyi şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 18.11.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hazırki iş üzrə qəbul etdiyi 17.09.2021-ci il tarixli qərar ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 18.11.2020-ci il tarixli qərarının qüvvədən düşməsi və işə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qəbul etdiyi 17.09.2021-ci il tarixli qərarına əsasən hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat qaydasında işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu iş üzrə qəbul etdiyi 19.11.2021-ci il tarixli qərarı (İş № 13(102)-16(k)/2021) ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi 18.11.2020-ci il tarixli qərarının və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.11.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işə baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Odur ki, göstərilən səbəbdən hazırki iş üzrə Rayon Məhkəmələri tərəfindən qəbul edilmiş və yuxarıda qeyd edilən qətnaməsindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən yenidən baxılır. İşin baxılması və həll edilməsi ilə bağlı məlumat: “İkinci iş” üzrə özü cavabdeh olmaqla eyni zamanda hər iki iş üzrə tərəf olan İddiaçı nümayəndəsi (arvadı) D.Mirzəliyeva apellyasiya baxışı iclasında iştirak edərək İddiaçı verdiyi hər iki apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətlərin məzmununa uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, İddiaçı Cavabdeh1 əri Mübarizdən aldığı borc, borc alındığı zaman 31.000 ABŞ dolları təşkil edirdi. İddiaçı həmin məbləği hazırda da qaytarmağa razıdır, amma bunun üçün müəyyən vaxt lazımdır. İddiaçı vəkili Q.Ağayev apellyasiya baxışı iclasında iştirak edərək İddiaçı verdiyi hər iki apellyasiya şikayətinin əsaslarına uyğun izahat verdi. “İkinci iş” üzrə cavabdeh olan A.Mirzəli və L.Quliyeva, “Birinci iş” üzrə cavabdeh olan Notarial Ofisinin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, MPM-nin 376.2-ci maddəsinə görə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. “İkinci iş” üzrə cavabdeh, “Birinci iş” üzrə iddiaçı olan Cavabdeh1 və onun vəkili Vəkil apellyasiya baxışı iclasında iştirak edərək onlar tərəfindən “Birinci iş” üzrə verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətlərin məzmununa uyğun izahat verdilər. Cavabdeh1 əlavə olaraq bildirdi ki, nə onun, nə də ki ərinin İddiaçı ilə borc münasibətləri olmadığından o, 31.000 A ilə borc münasibətləri olmadığından o, İddiaçı tərəfindən ona 31.000 ABŞ dolları məbləğində pulun verilməklə, mənzilin İddiaçı qaytarılmasına razı deyil. Çünki 7 il ərzində mənzilin qiyməti xeyli artmışdır və hazırda o, həmin pulla övladı üçün mənzil ala bilməyəcək. Apellyasiya şikayətlərinin dəlillərini və mülki işin materiallarını araşdıran Məhkəmə hesab edir ki, “İkinci iş” üzrə Cavabdeh1 verdiyi apellyasiya şikayəti təmin edilməməli; hər iki iş üzrə İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməli, Binəqədi Rayon Məhkəməsi 10.06.2019-cu il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı “alğı-satqı müqaviləsinin və müqavilənin yaratdığı hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbi barədə” iddiası təmin edilməli; Nəsimi Rayon Məhkəməsinin 15.03.2019-cu il tarixli qətnaməsi ləğv edilməli və Cavabdeh1 “yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi və sair tələbləri barədə” iddiası təmin edilməməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh1 arasında 08.06.2015-ci il tarixdə bağlanmış və 11 saylı Notariat Kontoru tərəfindən həmin tarixdə rəsmiləşdirilərək reyestrdə 4Ə-202 nömrə altında qeydə alınmış AN-İ seriyalı, ******* №-li “Alğı-satqı müqaviləsindən” görünür ki, həmin müqavilə mənzilin İddiaçı tərəfindən Cavabdeh1 51.000 manata satılması ilə bağlı bağlanmışdır. Həmin müqavilənin rəsmiləşdirilməsi ilə bağlı notariat işindən görünür ki, İddiaçı qeyd olunan mənzildə yaşayan və mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan ailə üzvləri – (arvadı) D.Mirzəliyeva, (övladı) A.Mirzəli və (övladı) L.Mirzəli (Quliyeva) 11 saylı Notariat Kontoruna ərizələr təqdim edərək, mənzilin satılmasına razı olduqlarını və 6 ay ərzində mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxmaq barədə üzərilərinə öhdəlik götürmüşlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş 19.11.2015-ci il tarixli, RX seriyalı, ******* saylı “Çıxarışdan” görünür ki, mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi Cavabdeh1 adına qeydə alınmışdır. Bakı Şəhəri 6 saylı Notariat Kontoru tərəfindən 10.12.2015-ci il tarixdə reyestrdə 7E-59155 № ilə qeydə alınmış AR-İ seriyalı, 426662 saylı etibarnamədən görünür ki, Cavabdeh1 həmin mənzil üzərində geniş səlahiyyətləri, hətta mənzilin bağışlamaq səlahiyyətini İddiaçı 6 il müddətinə etibar etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Rayon Məhkəməsinə verilmiş “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan” görünür ki, mənzilə dair “Alğısatqı müqaviləsi” bağlanan ərəfədə, yəni 2015-ci ilin iyun ayında mənzilin bazar dəyəri 68.000 manat, likvid dəyəri isə 64.000 manat olmuşdur. Göstərilənlərə, işdə olan digər sənədlərə və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərinə əsasən müəyyən edilir ki, mübahisəli mənzil İddiaçı mülkiyyətində olmuşdur. Onunla Cavabdeh1 arasında 08.06.2015-ci il tarixdə “Alğı-satqı müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən, mənzil, xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi “Daşınmaz əmlakın dövlət reyestrində” Cavabdeh1 adına qeydə alınmışdır. Müqavilədə mənzilin 08.12.2015-ci il tarixədək boşaldılaraq Cavabdeh1 təhvil verilməsi nəzərdə tutulsa da mənzil bu günə kimi boşaldılmamış, İddiaçı və onun ailə üzvlər (“İkinci iş” üzrə cavabdehlər) mənzildə yaşamaqda davam edirlər. Bakı Şəhəri 6 saylı Notariat Kontoru tərəfindən 10.12.2015-ci il tarixdə reyestrdə 7E-59155 № ilə qeydə alınmış AR-İ seriyalı, 426662 saylı etibarnamədən görünür ki, Cavabdeh1 həmin mənzil üzərində geniş səlahiyyətləri, o cümlədən mənzili əvəzsiz olaraq özgəninkiləşdirilməsindən ibarət səlahiyyəti İddiaçı 6 il müddətinə etibar etmişdir. İddiaçı bildirir ki, o, mənzili satmaq niyyətində olmamış, Cavabdeh1 əri M.İsbiyevdən faiz ödəmək şərti ilə borc almış və M.İsayev ilə aralarında əldə olunmuş razılığa əsasən, borcun qaytarılması barədə M.İsayev qarşısında üzərinə götürdüyü öhdəliyin icrasının təminatı olaraq həmin mənzilə dair M.İsayevin arvadı Cavabdeh1 ilə “Alğı-satqı müqaviləsi” bağlamışdır. Buna görə də hesab edir ki, müqavilə etibarsız hesab edilməlidir. Cavabdeh1 isə bildirir ki, onunla İddiaçı arasında mənzilə dair bağlanmış “Alğısatqı müqaviləsi” etibarsız deyil. Belə ki, o və əri M.İsbiyev həmin mənzili almaq niyyətində, ərinin tanışı olan İddiaçı isə mənzili satmaq niyyətində olmuşlar. İddiaçı ilə aralarında olmuş razılığa əsasən mənzil 51.000 manata qiymətləndirilmiş və bu hal “Alğısatqı müqaviləsində” də öz əksini tapmışdır. Onlar həmin məbləği İddiaçı ödəyərək mənzili almışlar. İddiaçı ilə onların arasında borcla bağlı hər hansı razılaşma olmamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, İddiaçı 08.06.2015-ci il tarixdə bağlanmış “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi tələbini iddia müddətinin keçməsi ilə vermişdir və məhz elə bu hal özü-özlüyündə İddiaçı iddiasının rədd edilməsi üçün əsasdır. Məhkəmə İddiaçı ilə Cavabdeh1 arasında mənzilə dair bağlanmış “Alğı-satqı müqavilənin” etibarsız olub-olmaması ilə bağlı ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumu, hazırki iş üzrə Azrbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında göstərilmiş mövqedən çıxış edərək iş üzrə qəbul etdiyi 19.11.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, bağlanmış müqavilənin tərəflərin iradə ifadəsini ifadə edib-etməməsi, etibarsızlığı tələb edilən əqdin yalan və ya uydurma əqd olub-olmaması ilə bağlı araşdırma aparılmalı və sübutların qarşılıqlı qiymətləndirilməsi təmin edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə mübahisələndirilən müqavilənin şərtlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1 və 404.2-ci maddələrinin tələblərinə əsasən təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənası, müqaviləyə qədərki danışıqlar və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla qiymətləndirilməli, mübahisələndirilən müqavilənin etibarlılığına Mülki Məcəllənin 340-cı maddəsinin müddəaları nöqteyi-nəzərdən tərəflər arasında borc münasibətlərinin pərdələnməsi məqsədi ilə bağlanıb-bağlanması, bundan sonra iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilməlidir. Bunun nəticəsi olaraq, Mülki Məcəllənin 337.5-ci və ya 340.2-ci maddəsinin tələblərinin tətbiqi imkanları araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, MPM-nin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu bəndinə görə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Məhkəmə qeyd edilən normaların tələbini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarlarında təsbit edilmiş mövqeyi nəzərə alaraq bildirir ki, Mülki Məcəllənin 404.1-ci maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (maddə 404.1.). Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (maddə 404.2.). Qeyd edilən maddi hüquq normalarının tələblərini işin hallarına tətbiq edən Məhkəmə, 08.06.2015-ci il tarixli “Alğı-satqı müqaviləsi” bağlandıqdan sonra mənzilin (müqavilədə satıcı kimi qeyd edilmiş) İddiaçı tərəfindən (müqavilədə alıcı kimi qeyd edilmiş) Cavabdeh1 3 ildən çox müddət (“İkinci iş”in başlanmasına əsas olmuş iddia ərizəsi Binəqədi Rayon Məhkəməsinə daxil olduğu tarixədək olan müddət) ərzində təhvil verilməməsini, müqavilə bağlandıqdan təxminən 6 ay sonra Cavabdeh1 tərəfindən İddiaçı həmin mənzil üzərində geniş səlahiyyətlərin, o cümlədən mənzilin bağışlamaq səlahiyyətinin İddiaçı 6 il müddətinə etibar edilməsini, tərəflər arasında olmuş və kağız daşıyıcıya köçürülərək “Birinci iş” materiallarına əlavə edilmiş elektron yazışmalardan borc münasibətlərinin mövcudluğunun aşkar surətdə görsənməsini nəzərə alaraq hesab edir ki, İddiaçı mənzili satmaq, Cavabdeh1 mənzili almaq niyyətləri olmamışdır. Həmin müqavilə İddiaçı Cavabdeh1 ərindən aldığı borcun qaytarılmasının təminatı olaraq bağlanmışdır. Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (maddə 337.2.). Həmin Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18.03.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hazırki iş üzrə qəbul etdiyi 17.09.2021-ci il tarixli yuxarıda qeyd olunan qərarında göstərilmişdir ki, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Tərəflərin görünüş üçün bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunaraq üçüncü şəxsləri aldatmaq məqsədi daşıyır. Beləliklə, 08.06.2015-ci il tarixli “Alğı-satqı müqaviləsi” ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Tərəflər həmin müqaviləni bağlamaqla borc münasibətlərini rəsmiləşdirmək istəmişlər. Guya İddiaçı borcunu qaytara bilməsə, borcun əvəzi kimi mənzil Cavabdeh1 mülkiyyətinə keçir və borc mənzil ilə əvəzləşdirilir. Hansı ki, yalan əqd yalnız müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10.03.2020-ci il tarixli qərarı). Göstərilənləri nəzərə alan Məhkəmə ədalətli balansın təmini, mülki dövriyyənin sabitliyi və müəyyənlik prinsipinə əsaslanaraq hesab edir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 08.06.2015-ci il tarixli “Alğı-satqı müqaviləsi” yalan əqddir. Müqavilə borc münasibətlərinin pərdələnməsi məqsədi ilə rəsmiləşdirilmişdir. Bu səbəbdən də qeyd edilən borc münasibətlərinə qiymət vermək lazımdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18.03.2022-ci il tarixli qərarında bildirmişdir ki, başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. Bir sıra ölkələrin qanunvericiliyində də yalan əqdlərlə bağlı münasibətləri tənzimləyən eyni məzmunlu normalar nəzərdə tutulmuşdur. Belə ki, Almaniya Federativ Respublikasının Mülki Qanunnaməsinin saxta əqdlər adlanan 117-ci paraqrafına əsasən, əgər şəxsə yönəlmiş iradə ifadəsi onun özünün razılığı ilə görüntü üçün edilmişdirsə bu müqavilə əhəmiyyətsizdir. Əgər saxta müqavilə digər həqiqi müqaviləni pərdələmək üçün bağlanmışdırsa, pərdələnən əqdə aid qaydalar tətbiq edilir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulamışdır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında borc münasibətləri yaranmışdır. Tərəflərin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə uyğun hərəkət etmiş olsaq, onda borc münasibətləri ilə bağlı hüquqi dəyərləndirmə aparmağa ehtiyyac var. Mülki Məcəlləsinin 739-cu maddəsinə görə, borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddiaçı borcunun olmasını etiraf edir. Lakin işdən görünür ki, borcun məbləği ilə bağlı da tərəflər arasında mübahisə var. Məhkəmə tərəflər arasında borc münasibətlərinə dair yazılı bir müqavilə olmamasını, Cavabdeh1 hazırki apellyasiya baxışında da borc münasibətlərinin olmasını inkar etməsini və apellyasiya baxışı iclasında iştirak edən D.Mirzəliyevanın borcun məbləği ilə bağlı ziddiyyətli izahatlarını nəzərə alaraq hesab edir ki, borcun məbləği müəyyən olunan zaman 08.06.2015-ci il tarixli “Alğı-satqı müqaviləsində” göstərilmiş məbləğ əsas götürülməlidir. Belə ki, “Alğı-satqı müqaviləsi” borc münasibətlərini pərdələmək məqsədi ilə bağlandığı üçün müqavilədə göstərilən məbləğ də borcun məbləğini əks etdirir. Odur ki, “Alğı-satqı müqaviləsi” etibarsız hesab edildiyi halda, 51.000 manat məbləğində borc da geri qaytarılmalıdır. Göründüyü kimi, “Birinci işə” baxmış Rayon Məhkəməsi iddianı əsassız hesab etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Bundan başqa Məhkəmə bildirir ki, Rayon Məhkəməsi İddiaçı “alğı-satqı müqaviləsinin və müqavilənin yaratdığı hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına iddia müddətini tətbiq etməklə də səhv nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 354-cü maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər (maddə 354.1.). Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər (maddə 354.2.). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli qərarında qeyd olunur ki, “.... əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.” Həmin qərarda həmçinin qeyd olunur ki, “Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hazırki iş üzrə qəbul etdiyi 17.09.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddət müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Nəzərə alınsa ki, özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz, o halda Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət də əqdin etibarsız hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyil. Bu əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Əhəmiyyətsiz əqd arzuolunan hüquqi nəticəyə səbəb olmadığından predmetini fərdi müəyyən əşya təşkil etdiyi halda, həmin əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Belə ki, fərdi müəyyən əşya hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçdiyinə görə, qarşı tərəf həmin əşya üzərində mülkiyyət və s. əşya hüquqları əldə etmir. Ona görə də mülkiyyətçi özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahib olan müqavilənin qarşı tərəfindən müddətsiz olaraq öz əşyasını Mülki Məcəllənin 157.2 və 157.5-ci maddələrinə əsaslanmaqla istəyə bilər. Əhəmiyyətsiz əqd əsassız varlanmaya səbəb olduğu, yəni müqavilənin predmetini əvəzedilən əşyalar təşkil etdiyi halda isə Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Hazırki iş üzrə etibarsızlığı tələb olunan müqavilə üzrə icra olunmuş heç bir nəticə yoxdur, həmin əqd əhəmiyyətsiz əqddir. Tərəflər müqaviləni formal bağlamış, müqavilə üzrə hüquq və öhdəliklər yaranmamışdır. Məhkəmə, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında göstərilənlərə əsaslanaraq bildirir ki, 1 illik kəsici müddətin tətbiq edilməsi üçün əsaslar yarana bilməzdi. Çünki həmin müqavilə üzrə icra olunmuş heç bir nəticə mövcud deyil. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, İddiaçı “alğı-satqı müqaviləsinin və müqavilənin yaratdığı hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbi barədə” iddiası əsaslıdır, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 08.06.2015-ci il tarixli “Alğı-satqı müqaviləsi” yalan əqd olduğu üçün etibarsız hesab edilməlidir. Müqavilə etibarsız hesab edildiyindən onun yaratdığı hüquqi nəticələr də etibarsızdır. Bu səbəbdən həmin iddianın təmin edilməməsi barədə Binəqədi Rayon Məhkəməsinin qəbul etdiyi 10.06.2019-cu il tarixli qətnamə ləğv edilməli və həmin tələbin təmin edilməsi, mənzilə dair İddiaçı ilə Cavabdeh1 arasında 08.06.2015-ci il tarixdə bağlanmış “Alğı-satqı müqaviləsinin” və müqavilənin yaratdığı hüquqi nəticələrin, o cümlədən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh1 adına verilmiş “Çıxarışın” etibarsız hesab edilməsi, 51.000 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh1 ödənilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İş üzrə gəldiyi bu nəticəni nəzərə alan Məhkəmə hesab edir ki, müqavilə və müqavilənin yaratdığı hüquqi nəticələr etibarsız hesab edildiyindən Cavabdeh1 İddiaçı və onun ailə üzvlərinə qarşı irəli sürdüyü “yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi və sair tələbləri barədə” iddiası heç bir halda əsaslı hesab edilə bilməz. Bu səbəbdən həmin iddianın təmin edilməsi barədə Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi 15.03.2019-cu il tarixli qətnamə qismən, yəni iddianın bir qisminin təmin edilməsi hissəsində ləğv edilməli və həmin tələbin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qəbul etdiyi 10 iyun 2019-cu il tarixli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və İddiaçı cavabdehlər Bakı Şəhəri 11 saylı Notariat Kontoru və Cavabdeh1 qarşı “alğı-satqı müqaviləsinin və müqavilənin yaratdığı hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbi barədə” iddiası təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, bina № 98-də yerləşən 34 №-li mənzilə dair İddiaçı ilə Cavabdeh1 arasında 08.06.2015-ci il tarixdə bağlanmış və Bakı Şəhəri 11 saylı Notariat Kontoru tərəfindən həmin tarixdə rəsmiləşdirilərək reyestrdə 4Ə-202 nömrə altında qeydə alınmış AN-İ seriyalı, ******* №-li “Alğı-satqı müqaviləsi” və həmin müqavilənin yaratdığı hüquqi nəticələr, o cümlədən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh1 adına verilmiş 19.11.2015-ci il tarixli, RX seriyalı, ******* saylı “Çıxarış” etibarsız hesab edilsin. 51.000 (əlli bir min) manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh1 ödənilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi 15 mart 2019cu il tarixli qətnaməsindən iddiaçı Cavabdeh1 verdiyi apellyasiya şikayəti təmin edilməsin. Həmin qətnamədən cavabdeh İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli qətnaməsi qismən, yəni mənzil üzərində İddiaçı, D.Mirzəliyeva, A.Mirzəli və L.Quliyevanın istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçı Cavabdeh1 təhvil verilməsi hissəsində ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilərək həmin hissədə olan tələb də təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin qətnaməsinin qalan hissəsi, yəni iddianın “mənzilin müqavilədə qeyd edilən 6 ay ərzində boşaldılmamasına görə illik 5% hesabı tətbiq etdiyi cərimə (dəbbə) olaraq 7.650 manat, cavabdehlərin vurduqları 10.500 manat məbləğində zərərin dəbbə pulundan artıq hissəsi olan 2.850 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulması barədə” tələblərin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar