Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-216/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı və vəkili Vəkil, Cavabdeh X5 iştirakı ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-710/2019 saylı, 10.07.2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdehlər Cavabdeh2, X9 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4 qarşı qanunsuz inşa edilmiş tikililərin və hasarın mülkiyyətində olan torpaq sahəsinə qanunla müəyyən giriş-çıxış yolunun bərpa edilməsi hissəsində sökülməsi, girişçıxış yolunun bərpa edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən sahəsi 0,12 ha olan torpaq sahəsinə dair mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmışdır. İddia ərizəsinə əlavə edilmiş rəsmi sənədlərdən göründüyü kimi ona məxsus torpaq sahəsi yaşayış sahəsinin inşa edilməsi üçün nəzərdə tutulmuş torpaq sahəsidir. Lakin cavabdehlər ona məxsus torpaq sahəsinin giriş-çıxış yolunu məhdudlaşdırmaqla qanunla qorunan mülkiyyət hüquqlarını pozmuşdur. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Torpaq sahəsinin planı və ölçüsündən göründüyü kimi həmin torpaq sahəsi ilkin Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 05.04.1993-cü il tarixli sərəncamı ilə X15 fərdi evin inşa edilməsi üçün ayrılmış və sonuncu ilə aralarında 25.07.2018-ci il tarixdə bağlanmış alqısatqı müqaviləsindən göründüyü kimi X16 həmin torpaq sahəsini ona satmış və 17.08.2018-ci ildən də mübahisə edilən torpaq sahəsinə dair mülkiyyət hüquqları ******* saylı çıxarışla dövlət reyestrində adına qeydiyyatdan keçmişdir. Peykdən çəkilmiş həmin yerin görüntüsündən məlum olduğu kimi ona məxsus həmin torpaq sahəsinə giriş-çıxış yolu cavabdehlərin qanunsuz inşa etdikləri tikililər və hasarlarla məhdudlaşdırılmış, giriş-çıxış yolu bir cığır kimi daraldılmışdır. Hazırda iş üzrə cavabdehlər mülkiyyətində olan torpaq sahəsinə müəyyən edilmiş giriş-çıxış yolunu zəbt edərək qanunsuz özbaşına evlər və hasarlar inşa etmiş, nəticədə də torpaq sahəsinə giriş-çıxış yolunun eni bir metrəyədək daraldılaraq ümümiyyətlə avtomaşınların torpaq sahəsinə giriş-çıxışını mümkünsüz vəziyyətə salmışlar. Məlum məsələdir ki, mövcud vəziyyətdə ona məxsus torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmək üçün tikinti və digər materialların gətirilməsi və ya gələcəkdə buna zərurət yarandığı halda yanğınsöndürən və ya təcili yardım avtomaşınların həmin torpaq sahəsinə daxil olmasını təmin etmək qeyrimünkündur. Bakı şəhəri Zabrat Bələdiyyəsinin sədri N.Y.Nəsirovanın 23.04.2018-ci il tarixli,46 saylı məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Zabrat qəsəbəsi, Şirvani küçəsində yerləşən 0,12 ha torpaq sahəsinin cənub tərəfində giriş-çıxış piyada yolunun sağ tərəfində Cavabdeh2, Cavabdeh1 və sol tərəfində isə X5 və həmçinin Cavabdeh4 istifadəsində olan həyətyanı torpaq sahələrinə dair təsdiqedici mülkiyyət sənədləri yoxdur. Bu əsasla da hesab edir ki, cavabdehlərin heç bir hüquqi əsası olmadan qanunla müəyyən edilmiş ona məxsus torpaq sahəsinə giriş-çıxış yolunda qanunsuz tikililər və hasarlar inşa etməklə məhdudlaşdırılması kimi hərəkətləri qanunsuz və əsassız hesab edilməklə həmin tikililərin yolunun məhdudlaşdırılması hissəsində sökülməlidir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini dəqiqləşdirərək, cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən sahəsi 0,12 ha olan torpaq sahəsinin giriş-çıxış yolunda qanunsuz inşa edilmiş hasar və tikililərin yolun məhdudlaşdırılması hissəsində (sağ tərəfdən 1 metr və sol tərəfdən 1 metr, yolun eni 5 metr müəyyən edilməklə) sökülməsi, Cavabdeh2 evinə və həyətyanı sahəsinə əks tərəfdən darvazanın bağlanmaqla torpaq sahəsinə qanunla müəyyən edilmiş norması hüdudlarında giriş-çıxış yolunun bərpa edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-710/2019 saylı, 10.07.2019-cu il tarixli qətnaməsi ilə qət edilmişdir: “İddia tələbi qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən sahəsi 0,12 ha olan torpaq sahəsinin giriş-çıxış yolunda cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9 və Cavabdeh4 məxsus qanunsuz inşa edilmiş hasar və tikililər yolun (nəqliyyat vasitələrinin hərəkətinin) məhdudlaşdırıldığı hissədə sökülsün və həmin torpaq sahəsinə giriş-çıxış yolu bərpa edilsin.İddia tələbi qalan hissədə təmin edilməsin.İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçı X10 ödənilsin.İş üzrə aparılmış torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza tədqiqatının dəyəri 132,95 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9 və Cavabdeh4 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilsin.” İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 10.07.2019-cu il tarixli,2(008)-710/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh4 qarşı qaldırdığı ünvan 7 torpaq sahəsinin giriş-çıxış yolunda qanunsuz inşa edilmiş hasar və tikililərin yolunun məhdudlaşdırılması hissəsində sökülməsi və ona məxsus torpaq sahəsinə qanunla müəyyən edilmiş norması hüdudlarında giriş-çıxış yolunun bərpa edilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmənin qeyd edilmiş qətnaməsinin iddianın təmin edilməmiş hissəsi ilə razı deyil, hesab edir ki,cavabdehlərə qarşı iddia təmin edilməmiş hissəsində də təmin edilməlidir.Məhkəmə məlum nəticəyə gələrkən məhkəmə araşdırmaları zamanı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən sahəsi 0,12 ha olan torpaq sahəsinin giriş-çıxış yolunun sağ və sol tərəfdən ferdi yaşayış evlərin tikilməsi və hazarlların çəkilməsi nəticəsində məhdudlaşdırılması, həmin tikililərin inşa edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi, qabaqcadan müəyyən edilmiş razılaşdırılması aşkar edilmədiyini, cavabdehlərə qeyd edilmiş tikililərin inşa edilməsi üçün torpaq sahəsinin ayrılması müəyyən ediilmədiyini, həmin tikililərin inşa edilməsi mülkiyyətimdə olan torpaq sahəsinə nəqliyyat vasitələrinin giriş-çıxışını məhdudlaşdırdığını əsas olaraq götürmüşdür.Məhkəmənin istinad edilmiiş nəticəsi işin həqiiqii halları və qüvvədə olan maddi hüquq normaları ilə tam təkzib olunur. İlk növbədə hesab edir ki,məhkəmənin AR MM-nin 157.2-ci maddənin tələblərini əsas götürərək iddiamın qismən təmin edilməsi cavabdehlər tərəfindən qanıınsuz inşa edilmiş tikililərin sökülməsi və mülkiyyətimdə olan torpaq sahəsinə giriş-çıxış yolunun məhdudlaşdırılması və yolun bərpa edilməsinə dair qətnamə çıxarmış olsa da, iddia tam təmin edilmədiyindən, ona məxsus 0,12 ha torpaq sahəsinin giriş-çıxış yolunun sağ və sol tərəfdən cavabdehlər tərəfindən hansı hissədə və məsafədə qanunsuz ferdi yaşayış evlər inşa etməklə və hasarlar çəkmələri nəticəsində məhdudlaşdırılması qət edilməməsi müəyyən edilmədiyindən gələcəkdə həmin qətnamənin icrası milnkün deyildir.Belə ki, uzun silrən məhkəmə araşdırmaları zamanı müəyyən edilmiş işin həqiqi halları ondan ibarətdir ki,ünvan 2 ünvanda yerləşən sahəsi 0,12 ha olan torpaq sahəsi şəxsi mülkiyyətimdə dir, cavabdehlər ona məxsus torpaq sahəsinin giriş-çıxış yolunun sağında və solunda qanunsuz ferdi evlər və daş hasarlar inşa etməklə torpaq sahəmə giriş-çıxış yolunu eni 2,6 metr qalmaqla dar altmış,nəticədə də iddiaçıya məxsus torpaq sahəsinə avtomaşınların giriş-çıxışını tam məhdudlaşdırmışlar.Bu hal iş üzrə verilmiş torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İ Şərifovun 23.04.2019-cu il tarixli mütəxəssis rəyi və iş materiiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak X11 Daşınmaz Əmlakın "xxxx" MMC Bakı lahiyyə Tədqiqat İdarəsi tərəfindən verilmiş 07.03.2019-cu il tarixli torpaq sahəsinin faktiki yerləşmə sxemi ilə öz təstiq olunur.Həmin sənədlərdən məlum olur ki, mülkiyyətində olan torpaq sahəsi istiqamətində geniş yol olmuş,lakin cavabdehlər tərəfindən qanunsuz inşa etdikləri ferdi evlər və hasarlar nəticəsində həmin yol eni 2.6 metr olmaqla 25 metr uzunluğunda məhdudlaşdırılmışdır.Məhkəmənin ekspertin qarşısına qoyduğu 4-cü”'cavabdehlər tərəfindən inşa etdikləri ferdi yaşayış evləri inşa etmələri və həyətyanı torpaq sahələrini hasara alınması nəticəsində mənə məxsus torpaq sahəsinə giriş-çıxış yolu hansı hissədə zəbt edilmişdir və məhdudlaşdırılmışdır? ” və 5-ci ‘‘hazırda mövcud olan mənə məxsus ünvan 3 ünvanda yerləşən sahəsi 0,12 ha olan torpaq sahəsinə giriş-çıxış yolu normal istifadə,yanğın və təhlükəsizlik qaydalarına uyğundurmu? ” sualaarına iş üzrə verilmiş torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İ Şərifovun 23.04.2019-cu il tarixli mütəxəssis rəyində “4-cü və 5-ci sualların cavablandırılması tikinti-texniki ekspertizasının səlahiyyətinə addir”göstərilmiş olsa da məhkəmə işin hallarının tam araşdırılması və düzgün hüquqi nəticə verilməsi üçün vacib olmasına əhəmiyyət vermədən həmin sualların cavablandırılması üçün işi məhkəmə-tikinti ekspertizasına göndərməmiş,nəticədə də gələcəkdə icrası münkün olmayan qətnamə qəbul etmiş dir. Bu əsasla da hesab edir ki,yuxarıda istinad edilmiş halların müəyyən edilməsi üçün iş üzrə məhkəmə-tikinti ekspertizasına göndərilməsi zəruridir.AR MM-nin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi,digər tikili,qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır.Həmin Məcəllənin 180.2-ci maddəyə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir və 180.3-cü maddəsinə görə də özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o halda tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun.Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafələrini pozursa göstərilən şəxsin özbaşına tikiliyə mülkiyyət hüququ tanına bilməz.Nəhayət AR MM-nin 180.4-ci maddəsinə görə isə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.Birinci instansiya məhkəməsində aparılmış məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdehlər heç bir hüquqi əsası olmadan qanunla müəyyən edilmiş ona məxsus torpaq sahəsinə giriş-çıxış yolunu zəbt etməklə qanunsuz ferdi yaşayış evləri inşa etmiş, həyətyanı torpaq sahələrini daş hasara almışlar. AR Konstitusiyasının 13-cü, 29-cu maddələrinə və AR MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona məxsus əmlaka öz istədiyi kimi sahib olmaq,ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.Məhkəmə isə hazırki qətnaməni qəbul edərkən qanunla qorunan bu hüquqlarının müdafiəsinin tam təminatını pozaraq iş üzrə cavabdehlər tərəfindən ona məxsus torpaq sahəsinə giriş-çıxış yolunun məhdudlaşdırmasını təstiq edən qətnamə qəbul etmiş, məhdudlaşdırma cavbdehlərin hansıları və hansı hissədə aparıldığını müəyyən edilməmiş və gələcəkdə icrası münkiln olmayan qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyasından ünvan 7 torpaq sahəsinin giriş-çıxış yolunda qanunsuz inşa edilmiş hasar və tikililərin iddiaçının yolunun məhdudlaşdırılması hissəsində sökülməsi və ona məxsus torpaq sahəsinə qanunla müəyyən edilmiş norması hüdudlarında giriş-çıxış yolunun bərpa edilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, cavabdehlər Cavabdeh2 və X9 qətnamədən birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 10.07.2019-cu il tarixli,2(008)- 710/2019 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, bu iddia ilə əlaqədar məhkəmə baxışı zamanı biz İddiaçı mülkiyyətində olan 5 “F” saylı torpaq sahəsinə dair çıxarışın verilməsinə əsas olmuş sənədlərin alınması barədə məhkəmədə vəsatət vermişlər. Vəsatətləri əsasında AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin sənədlər alınmış və sənədlərə baxış zamanı məlum olmuşdur ki, həmin torpaq sahəsinə dair Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən 05.04.1993-cü il tarixli 682 saylı sərəncam verilsə də, həmin torpaq sahəsinə dair cizgi 31.10.2017-ci il tarixində əldə edilmişdir. Təbii ki, torpaq sahəsinin yerləşdiyi ərazinin müəyyən edilməsi barədə Sabunçu Rayon İcra Hakimiyyətinin Memarı tərəfindən bu toıpaq sahəsinə dair cizgi hələ 1993-cü ildə tərtib edilməli olduğu halda qanunsuz olaraq 201 7-ci ildə həmin İcra Hakimiyyətinin bu cizgini verməyə heç bir səlahiyyəti olmayan Rayon İcra Hakimiyyətinin X8 tərəfindən təsdiq edilmişdir. Bu sənədlərin özü İddiaçı tərəfindən həmin çıxarışın qanuni tələblərinin pozulması ilə əldə etdiyini sübut edirdi.Bu məsələlərə aydınlıq gətirmək üçün əlavə olaraq bəzi sənədlərin əldə edilməsi barədə vəsatət vermişlər. Amma əfsuslar olsun ki, məhkəmə tərəfindən əsassız olaraq vəsatətləri təmin edilməmişdir.Bu da məhkəmə tərəfindən AR MPM-nin 14, 76, 184-cü maddələrinin tələblərinin pozulması deməkdir. Həmçinin, mülki işin sənədlərindən də görünür ki, İddiaçı mübahisə predmeti olan torpaq sahəsini 2018-ci ilin iyul ayından əldə etmişdir. Əgər həqiqətən həmin toıpaq sahəsi 2018-ci ildə əldə edilmişdirsə, onda İddiaçı hər bir normal insan kimi bu toıpaq sahəsini almamışdan əvvəl həmin torpaq sahəsinə baxış keçirilməli, həmin torpaq sahəsinə gediş-gəlişin bağlı olub-olmadığını, həmçinin toıpaq sahəsi ilə əlaqədar hər hansı mübahisənin olub-olamamasım aydınlaşdırmalı idi. Lakin işin hallarından da görünür ki, İddiaçı əvvəl bu torpaq sahəsinin mülkiyyətçisi olmuş X14 adından istifadə etmiş, Eldar bu iddiadan imtina etdikdən sonra isə öz adından iddia vermişdir. Əfsuslar olsun ki, məhkəmə işin hallarını ətraflı araşdırmamış və yalnız iddiaçının həmin toraq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışa əsaslanaraq onun iddiasını təmin etmişdir. Ona görə də hesab edirlər ki, bu mülki iş daha ətraflı araşdırılmalı və ədalətli qətnamə qəbul edilməlidir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, özlərinin apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, özlərinin apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-cı maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası tərəfləri dinləyərək, iş üzrə materialları və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçının apelyasiya şikayəti tam, cavabdehlərin apellyasiya şikayətləri qismən təmin olunmalı, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-710/2019 saylı, 10.07.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə-iddiaçının mülkiyyətinə gedən yolun məhdudlaşdırılması hissədə ləğv olunmalı, həmin hissədə yeni qətnamə qəbul olunmalı, iddia həmin hissədə təmin olunmalı, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən sahəsi 0,12 ha olan torpaq sahəsinin giriş-çıxış yolu soldan 1 metr və sağdan 1 metr olmaqla enləndirilməsi məqsədi ilə sağ tərəfdən hasar və tikililər (fərdi yaşayış evi (evləri)), sol tərəfdən isə daş hasarlar sökülərək yol genişləndirilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan Zabrat bələdiyyəsi tərəfindən verilən 46 saylı 23.04.2018-ci il tarixli məktubdan görünür ki, Zabrat qəsəbəsi, Şirvani küçəsində yerləşən 0.12 ha torpaq sahəsinin cənub tərəfində giriş-çıxış piyada yolunun sağ tərəfində Cavabdeh2, Cavabdeh1 və sol tərəfində isə X5 və həmçinin Cavabdeh4 istifadələrində olan həyətyanı torpaq sahələrinə dair təsdiqedici mülkiyyət sənədləri yoxdur. İşdə olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 682 saylı, 05.04.1993-cü il tarixli sərəncamının surətindən görünür ki, X15 şəxsi yaşayış evi tikmək üçün ünvan 1 ünvanda sahəsi 1200 kv.m. olan torpaq sahəsi ayrılmışdır. İşdə olan Seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi 24.01.2018-ci il tarixdə X14 adına xüsusi mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan AN-İ ******* saylı, 25.07.2018-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, X16 ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini İddiaçı satmışdır. İşdə olan Seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi 17.08.2018-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır. İşə əlavə edilmiş 23.04.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, mütəxəssis rəyinin verilməsi üçün mübahisələndirilən ərazinin koordinatları müəyyən edilməklə yerində ölçülmüşdür. Ölçmə işlərinin nəticəsi kameral şəraitdə elektron kadastr bazasında araşdırılaraq rəyə əlavə edilmiş sxemlər hazırlanmışdır. Sxemlərdən göründüyü kimi İddiaçı reyestr nömrəsi 00501303 0858 olan çıxarışa əsasən mülkiyyətində olan 0.1200 hektar torpaq sahəsinə yolun eni 2.6 metr olmaqla bir giriş-çıxış qapısı mövcuddur. Elektron kadastr baza məlumatlarında cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 və X12 torpaq sahəsinin ayrılması barədə heç bir məlumat aşkar edilmədi. İş üzrə İddiaçı reyestr nömrəsi 00501303 0858 olan çıxarışa əsasən mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən torpaq sahəsinə giriş-çıxış yolun sağ və sol hissəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9 və Cavabdeh4 tərəfindən fərdi evlərin tikilməsi və torpaq sahələrinin daş hasara alınması nəticəsində məhdudlaşdırılmışdır, cavabdehlərin istifadələrindəki həmin fərdi yaşayış evlərin inşa edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi, qabaqcadan icra hakimiyyəti orqanı ilə razılaşdırılmış memarlıq və planlaşdırma bölməsi tərəfindən təsdiq edilmiş tikinti lahiyələri olması barədə məlumat aşkar edilmədi.İddiaçı məxsus ünvan 6 ünvanda yerləşən torpaq sahəsinə girişçıxış yolunun eni 2.6 metr olmaqla geniş dalana qədər 25 mertdir. İddiaçı adına olan Bakı şəhəri Zabrat qəsəbəsində yerləşən 5 F saylı, 0,12 ha torpaq sahəsinin naturada yeri müəyyən edildi, hasara alınmış həyətyanı sahədir və yerləşmə mövqeyi elektron kadastr baza məlumatlarında onun adına verilmiş reyestr nömrəsi **********58 olan çıxarışın yerləşmə mövqeyi ilə (eynidir) üst-üstə düşür, onun qonşuluğunda hər hansı fiziki və ya hüquqi şəxsə torpaq sahəsinin ayrılması barədə məlumat yoxdur. İddiaçı faktiki istifadəsində olan ümumi torpaq sahəsi 0.1199 hektardır. İddiaçı istifadəsində və mülkiyyətində olan torpaq sahəsindən ümumi istifadədə olan gediş-gəliş yollarına çıxışı mübahisələndirilən eni 2.65.mert olan dalana çıxan bir yoldur başqa çıxış yoxdur. Ətraflar həyətyanı sahələr və evlərdir.Cavabdehlərin yaşadığı fərdi yaşayış evlərinə xidmət edən hasarın və tikililərin İddiaçı mülkiyyətində olan torpaq sahəsinə nəqliyyat vasitələrinin giriş-çıxışını məhdudlaşdırır. İş materiallarında olan apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 10/2041 saylı, 29 dekabr 2020-ci il tarixli Rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 15 sentyabr 2020-ci il tarixli **********70 saylı mütəxəssis rəyinə əsasən, elektron kadastr baza məlumatlarında cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 və Cavabdeh4 mübahisələndirilən ərazidə torpaq sahəsinin ayrılması, eləcə də hüquqi və ya texniki sənədin verilməsi barədə heç bir məlumatın aşkar edilməməsi, cavabdehlərin istifadələrindəki həmin fərdi yaşayış evlərinin inşa edilməsi üçün müvafiq İcra Hakimiyyəti orqanının icazəsi, qabaqcadan İcra Hakimiyyəti orqanı ilə razılaşdırılmış memarlıq və planlaşdırma bölməsi tərəfindən təsdiq edilmiş tikinti lahiyyələrinin təqdim edilməməsi (olmaması) səbəbindən, iddiaçıya məxsus ünvan 7 ünvanda yerləşən torpaq sahəsinə gedən uzunluğu 25 metr olan yolun eninin ilkin olaraq nə qədər olmasını müəyyən etmək mümkün olmamışdır.Mütəxəssis rəyinə əsasən cavabdehlərə dair yuxarıda qeyd edilən sənədlərin təqdim edilməməsi (olmaması) səbəbindən onlar tərəfindən fərdi yaşayış evləri inşa etmələri və həyətyanı torpaq sahələri hasara alınması nəticəsində həmin torpaq sahəsinə giriş-çıxış yolunun hansı hissədə və hansı məsafədə zəbt edilməsi və məhdudlaşdırılmasını müəyyən etmək mümkün olmamışdır.Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 8 ünvanda yerləşən torpaq sahəsinə keçid yolunun Dövlət Şəhərsalma Norma Qaydaları Şəhər, Qəsəbə və X1 və Tikilib Abadlaşdırılması AzDTN 2.6-1-in 8.18. bəndinin (cədvəl 9), 8.19. bəndinin və “Yanğın əleyhinə tələblər” bölməsinin tələblərinə uyğun olmadığı müəyyən edilir. İş materiallarında olan apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 10/1625 saylı, 16 iyul 2021-ci il tarixli Rəyindən müəyyən olunur ki, tədqiqatın təsviri hissəsinə əsasən tədqiqat ünvan 9 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi üzrə aparılır. Tədqiqatın aparılması üçün həmin torpaq sahəsinə gedən yola baxış keçirilərək ölçü işləri aparılmış və mülki iş materiallarından istifadə olunmuşdur.Baxış zamanı müəyyən olunmuşdur ki, tədqiq olunan torpaq sahəsi trapesiya formalı olub, dörd tərəfdən qonşu torpaq sahələri və fərdi yaşayış evləri ilə əhatə olunmuşdur. Torpaq sahəsinə giriş məhəllə daxili yol ilə həmin sahəni birləşdirən dalan vasitəsilədir. Dalanın uzunluğu 25,0 metr, eni isə başlanğıc hissədə 2,6 metr, torpaq sahəsinə giriş hissədə 2,5 metr təşkil edir.İddiaçıya məxsus ünvan 6 ünvanda yerləşən torpaq sahəsinə gedən yolun soldan 1 metr və sağdan 1 metr olmaqla enlənməsi üçün sağ tərəfdən hasar və fərdi yaşayış evi, sol tərəfdən isə daş hasar maneçilik törədir.Həmin tikililərin sökülərək yolun genişləndirilməsi mümkündür. Beləliklə, tədqiqatın nəticə hissəsinə əsasən iddiaçıya məxsus ünvan 10 ünvanda yerləşən torpaq sahəsinə gedən yolun soldan 1 metr və sağdan 1 metr olmaqla enlənməsi üçün sağ tərəfdən hasar və fərdi yaşayış evləri, sol tərəfdən isə daş hasar maneçilik törədir.Həmin tikililərin 1 metr məsafədə sökülərək yolun genişləndirilməsi mümkündür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ,o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq,öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək,əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək),həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi,həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin,habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Beləliklə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Seriya RX ******* saylın çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi 17.08.2018-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır. Lakin həmin torpaq sahəsinə giriş-çıxış yolu həmin yolun sağ və sol hissəsində cavabdehlər tərəfindən fərdi evlərin tikilməsi və torpaq sahələrinin daş hasara alınması nəticəsində məhdudlaşdırılmışdır, cavabdehlərin istifadələrindəki həmin fərdi yaşayış evlərin inşa edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi, qabaqcadan icra hakimiyyəti orqanı ilə razılaşdırılmış memarlıq və planlaşdırma bölməsi tərəfindən təsdiq edilmiş tikinti lahiyələri olması barədə məlumat aşkar edilməmişdir.Eləcə də, elektron kadastr baza məlumatlarında cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 və X12 torpaq sahəsinin ayrılması barədə heç bir məlumat aşkar edilməmişdir.Cavabdehlərin yaşadığı fərdi yaşayış evlərinə xidmət edən hasarın və tikililərin (fərdi yaşayış evlərinin) İddiaçı mülkiyyətində olan torpaq sahəsinə nəqliyyat vasitələrinin giriş-çıxışını məhdudlaşdırır.İş materiallarında olan apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 10/2041 saylı, 29 dekabr 2020-ci il tarixli Rəyindən və 10/1625 saylı, 16 iyul 2021-ci il tarixli Rəyindən müəyyən olunur ki, ünvan 8 ünvanda yerləşən torpaq sahəsinə keçid yolunun Dövlət Şəhərsalma Norma Qaydaları Şəhər, Qəsəbə və X1 və Tikilib Abadlaşdırılması AzDTN 2.6-1-in 8.18. bəndinin (cədvəl 9), 8.19. bəndinin və “Yar əleyhinə tələblər” bölməsinin tələblərinə uyğun olmadığı müəyyən edilir. Tədqiqatın aparılması üçün həmin torpaq sahəsinə gedən yola baxış keçirilərək ölçü işləri aparılmış və mülki iş materiallarından istifadə olunmuşdur.Baxış zamanı müəyyən olunmuşdur ki, tədqiq olunan torpaq sahəsi trapesiya formalı olub, dörd tərəfdən qonşu torpaq sahələri və fərdi yaşayış evləri ilə əhatə olunmuşdur. Torpaq sahəsinə giriş məhəllə daxili yol ilə həmin sahəni birləşdirən dalan vasitəsilədir. Dalanın uzunluğu 25,0 metr, eni isə başlanğıc hissədə 2,6 metr, torpaq sahəsinə giriş hissədə 2,5 metr təşkil edir.İddiaçıya məxsus ünvan 6 ünvanda yerləşən torpaq sahəsinə gedən yolun soldan 1 metr və sağdan 1 metr olmaqla enlənməsi üçün sağ tərəfdən hasar və fərdi yaşayış evi, sol tərəfdən isə daş hasar maneçilik törədir.Həmin tikililərin sökülərək yolun genişləndirilməsi mümkündür. Beləliklə, tədqiqatın nəticə hissəsinə əsasən iddiaçıya məxsus ünvan 10 ünvanda yerləşən torpaq sahəsinə gedən yolun soldan 1 metr və sağdan 1 metr olmaqla enlənməsi üçün sağ tərəfdən hasar və fərdi yaşayış evləri, sol tərəfdən isə daş hasar maneçilik törədir.Həmin tikililərin 1 metr məsafədə sökülərək yolun genişləndirilməsi mümkündür. Dövlət Şəhərsalma Norma və Qaydaları Şəhər, Qəsəbə və X1 və Tikilib Abadlaşdırılması AzDTN 2.6-1-in 8.18. bəndinin (cədvəl 9), 8.19. bəndinin və "Yanğın əleyhinə tələblər” bölməsinin tələblərinə əsasən, məhəllə daxilində yerləşən yaşayış evlərini küçə ilə əlaqələndirən hərəkət yolunun eni 2,7-3,0 metr, həyətyanı sahələrə yük maşınlarının keçidi 4,5 metr, yanğınsöndürən maşınların keçidi 6,0 metr qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya baxışı zamanı ekspertiza keçirilməsinə çəkilmiş xərc cəmi 150 (bir yüz əlli) manat cavabdehlər Cavabdeh2 və X3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti tam, cavabdehlərin apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-710/2019 saylı, 10.07.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə-iddiaçının mülkiyyətinə gedən yolun məhdudlaşdırılması hissədə ləğv olunsun, həmin hissədə yeni qətnamə qəbul olunsun. İddia həmin hissədə təmin olunsun. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən sahəsi 0,12 ha olan torpaq sahəsinin giriş-çıxış yolu soldan 1 metr və sağdan 1 metr olmaqla enləndirilməsi məqsədi ilə sağ tərəfdən hasar və tikililər (fərdi yaşayış evi (evləri)), sol tərəfdən isə daş hasarlar sökülərək yol genişləndirilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı ekspertiza keçirilməsinə çəkilmiş xərc cəmi 150 (bir yüz əlli) manat cavabdehlər Cavabdeh2 və X3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-216/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-216/2021
03.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver