Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2163/2024 01.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması" tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2610/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri BPİ X15 İdarəsinin Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:00-da yolnəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh hadisə baş verdiyi an idarə etdiyi “Tofaş Kartal” minik markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolnəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmişdir.
2. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş X4 yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktına dair toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Cavabdeh məsuliyyətə cəlb olunması məqsədilə toplanmış materialın Sabunçu RPİ-nin DYPŞ-si vasitəsilə Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
3. Avtonqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatı barədə arayışdan müəyyən olunur ki, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması" tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3280 manat pul vəsaitinin və 52,8 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə İddiaçı ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən “Tofaş Kartal” minik markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixində Bakı şəhəri ərazisində ** PH *** dövlət qeydiyyat nişanlı “Khazar SD” markalı avtomobili ilə toqquşmuşdur və Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəs., Q.Salahov küç., döngə 2, ev 2-də yaşayan X5 avtomobil ilə vuraraq yüngül xəsarət yetirmişdir. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 327.1-ci və 332.1-ci maddələri ilə xx.xx.2023-cü il tarixli qərar yazılmışdır. “Khazar SD” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 2530 (iki min beş yüz otuz) manat ödənişi verilmişdir. X1 dəymiş ziyanla bağlı 750 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi verilmişdir.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2610/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 3280 manat sığorta ödənişi və 52,80 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, müəyyən olundu ki, Cavabdeh tərəfindən idarə olunan “Tofaş Kartal” minik markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə ** PH *** dövlət qeydiyyat nişanlı “Khazar SD” markalı avtomobilinə xx.xx.2023-cü il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar tərtib olunmuş və sürücü Cavabdeh təqsirli bilinmişdir. Müqavilə üzrə öhdəlikləri əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. Tərtib olunmuş hesabata əsasən “Tofaş Kartal” minik markalı ** VL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 2530 manat müəyyən edilmişdir. İddiaçı ASCnin sığorta aktlarına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 2530 manat, X1 dəymiş yüngül zərərə görə isə 750 manat məbləğində sığorta ödənişlərinin zərərçəkmişin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Lakin, cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır. Faydalanan şəxsin zərərvuran şəxsə (həm hüquqi, həm də fiziki) qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 3280 manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab etmişdir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar İddiaçı ASC ilə Cavabdeh arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini ödəməlidir.
8. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 936.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1099.1, 1108.1, 1114.1-ci maddələri, "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 6.8, 14.1, 24.1.5, 25.1.2, 25.1.8, 63.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 284-6.1, 284-5, 284-6, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2610/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini ləğv edib, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər qəbul edilmiş və əsas götürülmüş, lakin cavabdeh tərəfindən təqdim edilmiş sübutlar qəbul edilməmişdir. Belə ki, “Tofaş Kartal” minik markalı, ** VL *** dövlət qeydiyat nişanlı avtomobil Cavabdeh nəqliyyat vasitələrini idarə etmək hüququ olsa da, həmin avtomobili idarə etmək üçün etibarnaməsi olmamışdır. Bu əsasdan sığorta şirkəti subroqasiya qaydasında iddia irəli sürmüşdür. Birinci instansiya məhkəməsi də qeyd etmişdir ki, nəqliyyat vasitəsini etibarnaməsiz idarə edilməsi, nəqliyyat vasitəsini idarə etməyə, istifadə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsini ehtiva etmir. Yalnız avtomobilin nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan istismar edilməsi həmin maddənin təsiri altına düşə bilərdi.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
13. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
19. Belə ki, hazırkı iddiasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin tərəfindən xx.xx.2022-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi əsasında sığortalanmış Cavabdeh tərəfindən idarə edilən “Tofaş Kartal” minik markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə ** PH *** dövlət qeydiyyat nişanlı “Khazar SD” markalı avtomobil ilə toqquşması nəticəsində X6 dəymiş ziyanın əvəzi olaraq ödənilmiş sığorta ödənişinin cavabdehdən subroqasiya qaydasında tutulmasını xahiş edir.
20. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, hadisə baş verən zaman “Tofaş Kartal” minik markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilmişdir.
22. İş materiallarına əlavə edilmiş X2 ilə xx.xx.2022-ci il tarixdə bağlanmış icbari sığorta müqaviləsindən görünür ki, müqavilə 12 ay müddətinə bağlanmış və “Tofaş Kartal” minik markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobil icbari sığorta olunmuşdur.
23. İşin hallarından müəyyən edildiyi kimi, “Tofaş Kartal” minik markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X7r.
24. İş materiallarının araşdırılması zamanı “Tofaş Kartal” minik markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün X9 tərəfindən Cavabdeh etibarnamə verilməsi halı müəyyən edilməmiş, bununla bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.
25. Qeyd olunmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və sair kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsi).
26. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsində qeyd edilir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranmasına əsas olan hallardan biridir.
27. İş materiallarına əlavə edilmiş Bakı şəhəri BPİ X15 İdarəsinin Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, Cavabdeh “Tofaş Kartal” minik markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmamışdır.
28. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 2610/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı cavabdehdən 3280 manat və 52,8 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə iddia tələbi təmin edilməməlidir.
29. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
30. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2610/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı cavabdehdən 3280 manat pul vəsaitinin və 52,8 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev