Məhkəmə qərarları › İş №2(103)-2166/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2166/2020

12.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2166/2020 12.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), X7 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı “pul” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5433/2019 saylı işi üzrə 25 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh və Zamin onun xeyrinə 9512,16 AZN əsas, 1817,47 AZN faiz, cəmi 11329,63 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin tutulması barədə tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5433/2019 saylı işi üzrə 25 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilərək, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 9512,16 manat əsas, 1744,92 manat faiz, cəmi 11257,08 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 11287,08 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinə ödənilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəməyə təqdim olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki: "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 7561tkSTB2/14 saylı “kredit xətti və bank hesabı” müqaviləsinə əsasən bank borcalana 84 ay müddətinə (60 ay kredit xətti, 24 ay kredit olmaqla) illik 25 %4ə (xx.xx.2021 -ci il tarixinədək) 10000 manat məbləğində kredit limiti ayırmış (iş səh.16)."xxxx" KB ASC ilə borcalan Cavabdeh və Zamin arasında bağlanmış xx.xx.2016-cı il tarixli 7561tkSTB2/14 saylı kredit müqaviləsinə əsasən bank borcalana 84 ay müddətinə, illik faiz dərəcəsi 25 % faizədək olmaq şərtilə 10000 manat məbləğində kredit xətti ayırmış, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Zamin isə borcalanın bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə əmələ gələn faizlər (dəbbə pulu), vurulmuş zərərin əvəzi, borc tutulması üzrə məhkəmə xərcləri və digər xərclərin ödənilməsini öhdəsinə götürmüşdür (səh.11).Maliyyə arayışına əsasən, Cavabdeh ilə "xxxx" KB ASC arasında bağlanmış 7561tkSTB2/14 saylı müqaviləyə əsasən 25 sentyabr 2019-cu il tarixə onun "xxxx" KB ASC-yə 9512,16 manat əsas, 1744,92 manat faiz, cəmi 11257,08 manat məbləğində borcu vardır(səh.36). "xxxx" KB ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2019-cu il tarixli bildirişinə əsasən, Cavabdeh borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir(səh.18). Cavabdeh 25 sentyabr 2019 cu il tarixli 2(006)-5433/2019 saylı Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməsinə dair apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində məbləği müdiri olan digər cavabdeh yəni Zamin digər şirkətlər qarşısında borc öhdəliyi olduğu üçün borcunu ödəməsi məqsədilə ona vermişdir. Müdir olduğunu və həmin krediti vaxtında ödəyə biləcəyini zənn edib buna razılıq verib. Lakin sonradan ona məlum oldu ki, Zamin bir neçə fəqrli banklardan kredit götürmüş vaxtında ödəmədiyi üçün adında xeyli miqdarda kredit borcu yaranmışdır. O, isə "xxxx" KB ASC dən hər zaman kredit götürmüş və öhdəliyi vaxtında icra etdiyi üçün bir müştəri kimi bank qarşısında reytinqi yüksək olmuşdur. Elə bu səbəbdəndə həmin kreditin adıına rəsmləşdirlməsinə razılıq verib. Nəticədə isə Zamin adına rəsmiləşdirilmiş krediti ödəmədiyi üçün öz əmək haqqından krediti ödəmək məcburiyyətində qalıb. Sözügedən kredit müqaviləsinə əsasən tərəfindən 12000 manat ödəniş edilmişdir. Buna dair qəbzlər mövcuddur. Məhkəmə bildirişləri qeydiyyatda olduğu ünvana yola salınsada həmin ünvanda yaşayan yoxdur və qəbul edən olmamışdır. Bu səbəbdəndə onda olan qəbzləri Məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə isə iş xüsusi bilik tələb etdiyi halda öz təşəbüsü ilə işi ekspertizaya göndərməli olduğu halda bunu etmədən və bankın təqdim etdiyi şişirdilmiş məbləğlərə istinad edərək sözügedən qətnaməni qəbul etmişdir. Kredit müaviləsinə əsasən 10000 manat kredit götürülmüş və tərəfindən 12000 manat pul ödənilmiş ancaq buna baxmayarq isə cavabdehlərdən müştərək qaydada 11287.08 manat iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilmişdir. Əsas borc və faiz borcu həddindən artıq şişirdilmişdir və bu iş xüsusi bilik tələb etdiyi üçün ekspertizaya göndərilməli və məbləğlər yenidən hesablanmalı olduğu bildirilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 apellyasiya şilkayətini qəbul etməyərək, Cavabdeh restruktuzasiya halının şamil olunmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafə edərək, ona hal-hazırki kredit borcuna görə 3800 manat kompensasiya ödənildiyini, 11287 manat faiz borcu qaldığını, lakin hal-hazırda işləmədiyini, buna görə banka dəfələrlə müraciət etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına Azərbaycan Respublikası MM-in 385.1, 424, 425.1, 427.3, 439, 442, 443-449, 470-477, 739- 744; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və kredit (zaminlik) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qiymət verərək qeyd edilməlidir ki, məhkəmənin işdə olan və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında qəbul etdiyi qərar maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara (tərəflərin qarşılıqlı münasibətlərinə) uyğun olduğundan, iddianın əsasını təşkil edən və qətnamənin qəbul edilməsinə əsas olan (öhdəlik, borc, hesablanma və sair barədə) təkzibedici mötəbər sübutlar təqdim edilmədiyindən, apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli (mübahisələndirən) dəlillərinə münasibətdə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Apellyasiya şikayəti əsassız olduğundan rədd edilməli və onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci Cavabdeh aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5433/2019 saylı işi üzrə 25 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar