Məhkəmə qərarları › İş №2(103)-2167/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2167/2022

09.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2167/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçıların vəkili Vəkil1, Cavabdeh1, Cavabdeh8 Əliqulu oğlunun nümayəndəsi Nümayəndə, Cavabdeh6 vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh5, X32, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, 12 saylı Notariat Ofisi, 19 saylı Notariat Ofisi və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(004)- 5745/2021 saylı qətnaməsindən iddiaçıların apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh5, X32, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, 12 saylı Notariat Ofisi, 19 saylı Notariat Ofisi və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakla bağlı 12 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 06.01.2017-ci il tarixli, 2V-02 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdehlər X32, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 verilmiş çıxarışın ləğv edilməsi, həmin daşınmaz əmlakla bağlı 23.02.2017-ci il tarixdə 19 saylı Dövlət Notariat X2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair 4Ə-54 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 verilmiş çıxarışın ləğv edilməsi, daşınmaz əmlakla bağlı 17.01.2018-ci il tarixdə 19 saylı Dövlət Notariat Kontorunda Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış daşınmaz əmlakın alğısatqısına dair 4Ə-7 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 verilmiş çıxarışın ləğv edilməsi, daşınmaz əmlaka İddiaçı1 1/12 hissədə, İddiaçı2 isə 1/4 hissədə miras pay hüququnun müəyyən edilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak mərhum Məmmədov Qüdrət Aslan oğlu, X40 və X21 məxsus olmuşdur, X49 və X5 Bərxudar Qəmbər oğlunun övladlarıdır. X33 1967-ci ildə vəfat etmişdir. Onun oğlu - X40 isə 1943-cü ildə vəfat etmiş, vəfat edərkən subay olmuşdur. X49 isə 1978-ci ildə vəfat etmişdir. Mehti Məmmədov və Bərxudar Məmmədovun vəfatından sonra ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak X41 miras qalmışdır. Qüdrət Məmmədovun vəfatından sonra sözügedən miras əmlakla bağlı vərəsəlik işi açılmamışdır. Ona görə ki, ümumiyyətlə X41 məxsus hər hansı miras əmlakın mövcudluğundan uzun müddət xəbərsiz olmuşlar. Rəsmi sənədlərdə heç vaxt babaları X34 adına sənəd tapılmamışdır. Ona görə də bu illər ərzində vərəsəlik işi ilə bağlı hər hansı quruma müraciət edilməmişdir. Lakin sonradan onlara məlum olmuşdur ki, X6 Rayon Məhkəməsinə müraciət edərək rəsmi sənədlərdə adı X9 qeyd edilən şəxsin İ-JQ 438147 saylı ölüm haqqında şəhadətnamədə adı göstərilən X49 ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və 30.06.2016-cı il tarixdə də həmin ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Həmçinin bu qətnamə ilə X34 09 fevral 1978-ci il tarixdə ölməsi faktı müəyyən edilmişdir. Məhz bundan sonra həmin əmlak vərəsəliyin predmetinə çevrilmişdir. Eyni zamanda Cavabdeh1 ərizəsi əsasında Yasamal Rayon Məhkəməsinin 23.09.2016-cı il tarixli, 2(004)-11703/2016 saylı qətnaməsi ilə miras qoyanlardan biri - Mehti Məmmədovun 1943-cü ildə ölməsi faktı müəyyən edilmişdir. Qeyd edilən bu hüquqi faktlar müəyyən edildikdən sonra isə X32, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 digər vərəsələrin, o cümlədən onların xəbəri olmadan və miras əmlakın mövcudluğu barəsində onlara məlumat vermədən miras əmlakda pay hüquqlarının müəyyən edilməsi tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişlər. 02.12.2016-cı il tarixdə məhkəmədə həmin işə baxılaraq iddia tələblərinin qismən təmin edilməsi barədə 2(004)-14857/2016 saylı qətnamə qəbul edilmişdir. Bu qətnaməyə əsasən ünvan 2 ünvanında yerləşən əmlakın 1/6 hissəsinə Cavabdeh1, 1/3 hissəsinə X16, 1/6 hissəsinə Cavabdeh4, 1/3 hissəsinə isə Cavabdeh5 miras pay hüququ müəyyən edilmişdir. Daha sonra 06.01.2017-ci il tarixdə adı çəkilən şəxslərə 12 saylı Dövlət Notariat Kontoru tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, məhkəmənin qətnaməsi və şəhadətnamə əsasında isə cavabdehlərin miras əmlaka dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.09.2016-cı il tarixli, 2(004)- 11703/2016 saylı qətnaməsindən məlumatlı olduqdan sonra isə ondan apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.10.2020-ci il tarixli, 2(103)- 7095/2020 saylı qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilmiş və iddia ərizələri baxılmamış saxlanılmışdır. Cavabdehlər əlbir hərəkət edərək məqsədli şəkildə bu prosesləri onlara xəbər vermədən aparmış və miras əmlakın əvvəlcə Cavabdeh2 adına, daha sonra isə Cavabdeh3 adına özgəninkiləşdirilməsinə nail olmuşlar. Belə ki, X32, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 tərəfindən vərəsələr barəsində məhkəməyə düzgün məlumat verilməməsi, tələsik şəkildə məhkəmə qətnaməsinin çıxarılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edilməsi, bundan qısa müddət sonra, 23.02.2017-ci il tarixdə əmlakın Cavabdeh2 adına özgəninkləşdirilməsi, 23.02.2017-ci il tarixli alğı-satqı müqaviləsində əmlakın dəyərinin dəfələrlə aşağı qiymət, yəni 100000 manat göstərilməsi, bundan sonra uzun müddət keçmədən, yəni 17.01.2018-ci il tarixdə əmlakın guya Cavabdeh2 tərəfindən öz qayınanası Cavabdeh3 satılması, həmçinin gəlin-qaynana olmalarına baxmayaraq formallığı gizlətmək üçün Cavabdeh3 və Cavabdeh2 arasındakı sənədləşmənin alğı-satqı qaydasında edilməsi bütün bu sənədləşmələrin formal olmasını və cavabdehlərin birgə və məqsədli hərəkət etməsini aşkar şəkildə təsdiq edir. Cavabdeh3 Cavabdeh2 qaynanasıdır. Bu əmlak İlahə və Ofeliyanın adına sənədləşdirilsə də, əslində bütün bu prosesləri idarə edən və əmlakın faktiki alıcısı Cavabdeh3 oğlu Cavabdeh6 olmuşdur. Hətta, notariat işindən də görünür ki, 23.02.2017-ci il tarixli alğı-satqı zamanı sənədləşmələr də məhz onun tərəfindən aparılmış və nümayəndə qismində iştirak etmişdir. Cavabdeh6 ona verilən etibarnamədən sui-istifadə edərək ən azı ******* manat dəyərində olan əmlakı 35 dəfə aşağı qiymətə, yəni 100000 manata formal olaraq əvvəlcə qardaşının arvadı Cavabdeh2, sonra isə anası Cavabdeh3 adına sənədləşdirmişdir. Birinci instansiya məhkəməsində əsl olmayan cavabdeh X32 (28.05.2019-cu il tarixdə vəfat etmişdir) əsl Cavabdeh8 Əliqulu oğlu ilə əvəz edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(004)- 5745/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakla bağlı 12 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 06.01.2017-ci il tarixli, 2V-02 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş və həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdehlər X32, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 verilmiş çıxarış ləğv edilmiş, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka İddiaçı1 1/12 hissədə, İddiaçı2 isə 1/4 hissədə miras pay hüququ müəyyən edilmiş və onlara digər vərəsələr tərəfindən sözügedən mübahisəli daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı əldə etdikləri əmlakdan paylarına mütənasib pul tələbi üzrə iddia qaldırmaq hüquqlarına malik olmaları izah edilmişdir. İddia tələbi qalan hissədə rədd edilmiş və ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar apelyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin rədd edilmiş hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, vərəsəlik qaydasında pay hüquqları olduğu halda onların razılığı və məlumatı olmadan miras əmlakın özgəninkiləşdirilməsinə dair bağlanmış əqdlərin mübahisələndirməsi barədə iddia qaldırmağa subyketiv hüquqları mövcuddur. Müqavilə tərəfi olmayan şəxslər də müqaviləni mübahisələndirə bilər. Məhkəmə alqı-satqı müqavilələrinin etibarlı olubolmamasına qiymət verməmişdir. Mübahisələndirilən alqı-satqı müqavilələri məhkəmə tərəfindən etibarsız hesab olunmuş vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında bağlanmışdır, birinci əqd etibarsız hesab edildiyi təqdirdə, ikinci və sonrakı əqdlərin hamısı etibarsız hesab edilir. Hər iki alqı-satqı müqaviləsi bilavasitə onlarda nəzərdə tutulan hüquq nəticəni doğurmaq üçün deyil, formal olaraq Cavabdeh2 və X12 adına bağlanmışdır. 23.02.2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən satıcı qismində iştirak edən mülkiyyətçilərin özləri iştirak etməmiş və onların adından etibarnamə əsasında Vidadi Baymarov imzalamış, alıcı qismində isə Cavabdeh2 tərəfindən imzalansa da, faktiki olaraq bu əmlakı Cavabdeh6 özünə alması işin mübahisə edilməyən halıdır. Cavabdeh6 etibarnaməni etibar edənin maraqları daxilində deyil, öz maraqlarına uyğun hərəkər edərək özü barəsində əqd bağlamışdır. Məhkəmənin mülkiyyətçilərin vicdanlı əldə edən olması barədə qənaəti tamamilə yalnışdır. Torpaq sahəsi üzərində vərəsələrin payının müəyyən edilməsi ilə bağlı məhkəmə prosesləri və digər sənədləşmələrin aparılması Vidadinin nəzarəti altında baş vermiş və o, bu işlərin görülməsi üçün vərəsələrə maliyyə və digər dəstəyi də göstərmişdir. İlk başda Vidadi vərəsələr olaraq Şərqiyyə Namatova, Cavabdeh1 və Mayıs Məmmədovla danışaraq onların özlərinə çatası payla bağlı razılıq əldə etdikdən sonra məhkəmə prosesləri başlansa da, danışıqlar zamanı Mətanət, Qəmər və Ağamehtinin də vərəsə olması Vidadiyə deyilmişdir. Göründüyü kimi Vidadi vərəsələrin dairəsinin kimlərdən ibarət olmasını bilmiş, lakin sənədləşmə işlərinin uzanmaması üçün onların işə cəlb edilməsini istəməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh1 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdeh8 nümayəndəsi də apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Digər Cavabdeh6 vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Digər cavabdehlər (nümayəndələri) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və bunun səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Odur ki, Kollegiya işə digər cavabdehlərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hazırki apelyasiya baxışının predmetini qətnamənin qismən, iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılması təşkil edir, belə ki, iddia qismən təmin edilmiş, cavabdehlər qətnamədən apelyasiya şikayəti verməmiş, iddiaçılar isə iddianın rədd edilmiş hissəsində qətnaməni mübahisələndirmişlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə aşağıdakılar müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 31.05.2021-ci il tarixli, **********42 saylı məktubuna əsasən ünvan 3 fərdi yaşayış evi X15, X22 və X17 adlarına ilkin qeydiyyatdan keçmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)- 14857/2016 nömrəli 02.12.2016-cı il tarixli qətnaməsinə və 12 saylı DNK-nın 2V-02 reyestr nömrəli 06.01.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən ünvan 3 ünvanda yerləşən (fərdi yaşayış evi söküldüyü üçün) 0.0828 ha torpaq sahəsi özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin M-34/101 saylı, 19.06.2020-ci il tarixli arxiv arayışına əsasən “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1934-cü ilə dair Bakı şəhəri Voroşilov (Səbail) rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında 15 oktyabr 1934-cü ildə doğulan, atası X53, anası X42 olan X18 təvəllüdü qeyd olunur. Azərbaycan SSR Oktyabr rayonu Qeydiyyat şöbəsi tərəfindən 11.01.1985-ci il tarixli, İİİ-JQ № 302372 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən Hüseynova (Məmmədova) Məleykə Qüdrət qızı 26.12.1984-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin M-35/97 saylı, 10.06.2020-ci il tarixli arxiv arayışına əsasən “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1930-cu ilə dair Bakı şəəhəri Voroşilov (Səbail) rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında 26 may (sənəddə olduğu kimi) 1930-cu ildə doğulan, atası Məmmədov Qüdrət, anası Məmmədova Zeynəb olan X29 təvəllüdü qeyd olunur. Xətai rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ 079963 nömrəli, 14.11.2003-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X46 05.11.2003-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin 2(012)-4736/2016 saylı, 30.06.2016-cı il tarixli qətnaməsinə əsasən SSR Bakı şəhər X10 Bürosu tərəfindən verilmiş 173 nömrəli çıxarışda qeyd edilmiş X35 ilə İ-JQ 438147 saylı ölüm haqqında şəhadətnamədə qeyd edilmiş X34 eyni şəxs olması faktı müəyyən edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 11703/2016 saylı, 23.09.2016-cı il tarixli qətnaməsinə əsasən X23 1943-cü il tarixdə Bakı şəhərində vəfat etmiş X14 ilə Cavabdeh1 və atası X8 qohum olmaları faktı müəyyən edilmişdir. Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 104592 nömrəli, 09.07.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X49 09.02.1978-ci il tarixdə vəfat etmişdir. X43, X50 və X11 28.11.2016-cı il tarixli ərizələrinin surətinə əsasən X7 Qüdrət Aslan oğlu, X33, X19, X50 və X24 isə X30 onlara qalmış miras payından Cavabdeh5 xeyrinə imtina etmişlər. 06.01.2017-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən 09.02.1978-ci il tarixdə vəfat etmiş X34, 1943-cü il tarixdə vəfat etmiş X22, 05.11.1967-ci il tarixdə vəfat etmiş X20 vərəsələri Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, X25r. Miras əmlak X41 məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka məxsus 1/3 hissədə paydan ibarətdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-14857/2016 saylı, 02.12.2016-cı il tarixli qətnaməsinə əsasən miras əmlakdan X32 1/3 hissə, Cavabdeh1 1/6 hissə, Cavabdeh5 1/3 hissə və Cavabdeh4 1/6 hissə miras payı almışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0828 ha olan torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə 1/3 hissədə X32, 1/6 hissədə Cavabdeh1, 1/3 hissədə Cavabdeh5 və 1/6 hissədə Cavabdeh4 mülkiyyətindədir və bu barədə dövlət reyestrində 22.02.2017-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan satıcı qismində X32, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 ilə alıcı qismində Cavabdeh2 arasında bağlanmış 23.02.2017-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətinə əsasən satıcılar ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0828 ha olan torpaq sahəsinin onlara məxsus hissəsindən X32 1/3 hissə, Cavabdeh1 1/6 hissə, Cavabdeh5 1/3 hissə və Cavabdeh4 1/6 hissəni hər bir satıcı 25000 manat olmaqla cəmi 100000 manata alıcı Cavabdeh2 satmışdır. Müqavilə satıcıların əvəzinə etibarnamə üzrə nümayəndələri Cavabdeh6 tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0828 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 mülkiyyətindədir və bu barədə dövlət reyestrində 28.02.2017-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan satıcı qismində Cavabdeh2 ilə alıcı qismində Cavabdeh3 arasında bağlanmış 17.01.2018-ci il tarixli, ANİ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin təsdiq olunmuş surətinə əsasən satıcı Cavabdeh2 tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0828 ha olan torpaq sahəsinin cəmi 100000 manata alıcı Cavabdeh3 satmışdır. Abşeron rayon İHB-in Qobu qəsəbə İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş 07.06.2019-cu il tarixli, AZ-İİ 009221 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X32 28.05.2019-cu il tarixdə vəfat etmişdir. 09.12.2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X16 vərəsəsi Cavabdeh8 Əliqulu oğludur və miras əmlakı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən ümumi sahəsi 0,08 ha torpaq sahəsindən ibarətdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-14857/2016 saylı, 02.12.2016-cı il tarixli qətnaməsinin surətinə əsasən iddia qismən təmin edilərək, miras əmlak olan ünvan 1 ünvanında yerləşən mülkdə X16 1/3 hissə, Cavabdeh1 1/6 hissə, Cavabdeh5 1/3 hissə və Cavabdeh4 1/6 hissədə payları müəyyən edilərək onlara vərəsəlik haqqında şəhadətnaməsinin verilməsi Bakı şəhəri 12 saylı Notariat kontoruna həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15.10.2020-ci il tarixli 2(103)7095/2020 saylı qərardadına əsasən maraqlı şəxslər İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətləri qismən təmin edilərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-14857/2016 saylı iş üzrə 02.12.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçılar Cavabdeh4, Cavabdeh1 qizi, X13 cavabdeh Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoru qarşı mirasın qəbulu müddətinin bərpası və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin həvalə edilməsi və müstəqil tələb irəli sürən 3-cü şəxs Cavabdeh5 cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı miras əmlakın qanun üzrə vərəsələr arasında bölüşdürülməsinə və vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə iddia ərizələri baxılmamış saxlanılmışdır. Beləliklə müəyyən olunmuşdur ki, mübahisə predmeti olan əmlak 1967-ci il tarixdə vəfat etmiş X15 mülkiyyətində olmuşdur. Onun oğlu X40 1943-cü ildə vəfat etmişdir və vərəsəsi yoxdur. X69 (Bərxudar) oğlu isə 09.02.1978-ci ildə vəfat etmiş, onun vərəsələri X46, X31, X51 və X36 olmuşdur. X3 05.11.2003-cü ildə vəfat etmiş və onun vərəsələri Cavabdeh4, İddiaçı1 və Cavabdeh1dır. X4 vəfat etdikdən sonra onun vərəsələri X43, X50 və X24 mirasdan digər vərəsə Cavabdeh5 xeyrinə imtina etmişlər. Vərəsələrdən Hüseynova (Məmmədova) Məleykə Qüdrət qızı 26.12.1984-cü il tarixdə vəfat etmiş, vərəsəsi İddiaçı2dır. Vərəsələrdən Cavabdeh1, X31, Cavabdeh4, Cavabdeh5 məhkəməyə müraciət edərək miras əmlak olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə payları müəyyən etmişlər. Həmin qətnamə əsasında çıxarış əldə olunmuş və miras əmlak özgəninkiləşdirilmişdir. Daha sonra digər vərəsələr - hazırki iş üzrə iddiaçılar apelyasiya şikayəti vermiş və qətnamə ləğv olunaraq, ərizə baxılmamış saxlanılmışdır. Vərəsələr Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, X32 miras əmlakı hazırki iş üzrə Cavabdeh2 satmış, sonuncu da sonradan əmlakı cavabdeh X1. Hazırda iddiaçılar 06.01.2017-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlak olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0828 ha olan torpaq sahəsinin alğı-satqısı barədə müqavilələrin etibarsız hesab edilərək onun əsasında verilmiş çıxarışların ləğv olunması və həmin əmlak üzərində qanun üzrə vərəsəlik qaydasında paylarının müəyyən olunmasını xahiş etmiş, məhkəmə iddia tələbini 06.01.2017-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi və əmlak üzərində qanun üzrə vərəsəlik qaydasında iddiaçıların paylarının müəyyən olunması hissəsində əsaslı hesab edərək, iddianı qismən təmin etmişdir. Göstərilən hissədən apellyasiya şikayəti verilməmişdir. Hazırki apelyasiya baxışının predmetini iddianın təmin edilməyən hissəsində qətnamənin yoxlanılması təşkil edir. Məhkəmə iddianın rədd edilməsi hissəsində gəldiyi nəticəni belə əsaslandırmışdır ki, daşınmaz əmlakı əldə edən şəxslər vicdanlı əldə edən statusuna malik şəxslərdir və həm də iddiaçıların həmin müqavilələri mübahisələndirmək üçün subyektiv hüquqları yoxdur. Kollegiya əvvəla qeyd edir ki, məhkəmə iddiaçıların subyektiv hüquqlarının olmaması barədə ziddiyətli nəticəyə gəlmişdir, belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, miras açılarkən vərəsə kimi hazırki iş üzrə iddiaçılara məlumat verilmədiyindən, mirasda digər vərəsələr müəyyən hissədə pay aldığı halda, iddiaçılar vərəsə kimi müəyyən edilmədiyindən pay almamışlar, buna görə də məhkəmə həmin hissədə iddianı qismən təmin edərək, iddiaçıların miras payını da müəyyən edib, onların vərəsəlik hüquqlarını bərpa etmişdir. Bir halda ki, məhkəmə iddiaçıların vərəsəlik hüquqlarını tanımışdır, deməli onların subyektiv hüququnun olması da mübahisəsiz olur. Kollegiya qeyd edir ki, iddiaçıların müqavilələrin etibarsızlığını mübahisələndirməyə subyektiv hüquqları mövcuddur, buna baxmayaraq, həmin subyektiv hüququn olması mübahisələndirilən müqavilələrin etibarsız hesab edilməsinə müstəqil əsas verən hal olmadığından, məhkəmənin bununla bağlı gəldiyi səhv təfsir qətnamənin bu hissədə ləğv edilməsinə əsas vermir, çünki həmin hissədə iddianın rədd olunmasının əsasını təşkil edən başlıca hal alıcıların vicdanlı əldə edən olmaları təşkil edir və məhkəmə də bu halı rəhbər tutmuşdur. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və X27 nümayəndəsi bildirmişlər ki, onlar iddiaçılarla danışmadıqlarına görə sonunculara miras əmlak barəsində məlumat verməmişlər. Digər cavabdehlərin isə iddiaçıların vərəsə olmasından xəbərdar olması sübut olunmamışdır. Kollegiya hesab edir ki, məhkəmənin daşınmaz əmlakı əldə edən şəxslərin vicdanlı əldə edən statusuna malik şəxslər olması barədə qənaəti qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinin tələbinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Kollegiyanın qənaətinə görə, hətta iddiaçıların hüquqlarının pozulması ehtimal edilsə belə, bu pozuntu mübahisəli daşınmaz əmlakın vicdanla əldə etmiş şəxsin (şəxslərin) hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Plenum Qərarında göstərilmişdir: “Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazınının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Yuxarıdakıları göstərməklə, Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır”. Bundan başqa, “X28 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin birbirinə olan inamının da azalmasına gətirib çıxarardı.” Nəzərə almaq lazımdır ki, mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Apelyasiya şikayətində əmlakın faktiki olaraq Cavabdeh6 tərəfindən alınması ilə bağlı qeyd edilənlərə münasibətdə Kollegiya bildirir ki, bu hal birmənalı olaraq həmin alqısatqı müqavilələrinin etibarsız əqd hesab edilməsi qənaətinə gəlməyə əsas vermir, iş materiallarından aşkar görünür ki, Cavabdeh6 ona məlum olan vərəsələrin hər biri ilə qarşılıqlı razılıq əldə etmiş və sonuncuların hər birini pul və mənzil ilə təmin etmişdir, alqısatqı müqaviləsi tərəflərin razılığı ilə qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanmışdır. Bununla bağlı apelyasiya şikayətinin dəlilləri müqavilələrin etibarsız hesab edilməsinə əsas vermir, daşınmaz əmlakın qiyməti barədə tərəflər razılığa gəlmiş və razılaşdırılmış dəyər alıcı tərəfindən satıcılara tam olaraq ödənilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, satıcılar tərəfindən hazırki vaxtadək alqı-satqı müqavilələrinin etibarsızlığı ilə bağlı və ya daşınmaz əmlakın dəyəri ilə bağlı hər hansı mübahisə qaldırılmamışdır. Mübahisəli daşınmaz əmlakın dəyəri məlum vərəsələrə tam olaraq ödənilmişdir, həmin məbləğ bütün vərəsələr arasında bölünməli olduğundan Kollegiya hesab edir ki, məhkəmə haqlı olaraq digər vərəsələrin mübahisəli daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı əldə etdiyi əmlakdan iddiaçıların paylarına mütənasib pul tələbi üzrə iddia qaldırmaq hüquqlarına malik olmalarını izah etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya iddiaçı tərəfin apelyasiya şikayətinin əsası kimi istinad etdiyi hallara qiymət verərək onları əsassız sayır. Apelyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçıların apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5745/2021 saylı iş üzrə 21 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (23.02.2017-ci il tarixdə 19 saylı Dövlət Notariat X2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair 4Ə-54 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 verilmiş çıxarışın ləğv edilməsi, daşınmaz əmlakla bağlı 17.01.2018-ci il tarixdə 19 saylı Dövlət Notariat Kontorunda Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış daşınmaz əmlakın alğısatqısına dair 4Ə-7 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 verilmiş çıxarışın ləğv edilməsi) dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar