Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2189/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsinin geri qaytarılması haqqında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-3682/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-3682/2020 saylı qərаrdаdı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi öz qərardadını belə əsaslandırmışdır ki, Cavabdeh qeydiyyatda olduğu ünvan Cəlilabad rayonu Qarakazımlı kəndidir. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia ərizəsi ərazi aidiyyatı qaydaları pozulmaqla verildiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. İddiаçı İddiaçı şikаyət vеrərək, qərаrdаdın ləğv еdilməsini və işin məhkəmə icraatına qəbul edilməsini хаhiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-3682/2020 saylı qərardadı ilə şikayət təmin olunmayaraq mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəmə iclasında şikayətini müdafiə edərək izahatında göstərdi ki, iddia tələbi tapşırıq müqavilələrindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlıdır. Tapşırıq müqavilələrində icra yeri kimi Bakı şəhəri Xəzər və Sabunçu Rayon Məhkəmələri göstərilmişdir. Tapşırıq yerinə yetirilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsində qətnamə çıxarılmışdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən bu iddiaya Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxıla bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-3682/2020 saylı qərаrdаdı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinin yenidən müzakirə edilməsi üçün iş rayon məhkəməsinə qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı Cavabdeh ilə xx xxxxxx 2015-ci il və xx xxxx 2017-ci il tarixlərdə tapşırıq müqavilələri bağlamış, Cavabdeh tərəf olduğu məhkəmə işlərində sonuncunu təmsil edərək onun tapşırıqlarını yerinə yetirmiş, lakin Cavabdeh xidmət haqqını və mükafat məbləğini ödəməmişdir. Tapşırıq müqavilələrində icra yeri kimi Bakı şəhəri Xəzər və Sabunçu Rayon Məhkəmələri göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 151.2-ci maddəsinə əsasən, zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında tapşırıq müqavilələrinin bağlanıb-bağlanmaması, əgər bağlanmışsa, müqavilədə icra yeri kimi Bakı şəhəri Xəzər və Sabunçu Rayon Məhkəmələrinin göstərilib-göstərilməməsi araşdırılmalı, bu məqsədlə tapşırıq müqavilələrinin əsli tələb edilməli, müqavilənin nüsxəsi Cavabdeh varsa, müqavilənin icra yeri barədə qrafada qeyd olunan məlumatlar tutuşdurulmalı, nəticəsindən asılı olaraq iddia ərizəsinin icraata qəbul məsələsi həll olunmalıdır. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan tapşırıq müqavilələrinin həqiqiliyini qarşı tərəfi prosesə cəlb etməklə araşdırmadan, yəni sözügedən müqavilənin mövcudluğuna qiymət vermədən iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə istinad etməklə iddia ərizəsini icraata qəbul etməkdən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-3682/2020 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi icraata qəbul məsələsinin yenidən müzakirə olunması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2189/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2189/2021
26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver