Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2192/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X28 oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil3, Cavabdehlər X7 Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6 cavabdehlər X8, X13 qarşı (üçüncü şəxs qismində Cavabdeh3 olmaqla) "qanunsuz tikilinin sökülməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23.10.2020ci il tarixli, 2(009)-280/2020 nömrəli qətnaməsindən cavabdeh X21 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı5, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı6 cavabdehlər X7 Vəkil2 qarşı (üçüncü şəxs qismində Cavabdeh3 olmaqla) “ümumi istifadədə olan zəbt olunmuş torpaq sahəsinin azad olunması, qanunsuz inşa olunmuş daş hasarın sökülməsi”nə dair iddia ərizəsi və iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail rayonu Xanlar küçəsində yerləşən 2 saylı yaşayış binasının həyət hissəsində (avtomaşın yolunun əks hissəsi) inşa olunmuş daş hasarın cavabdehlərin hesabına sökülməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 2 saylı evin sakinləridirlər. Onların yaşadığı binaya ümumi avtomaşın yoluna giriş-çıxışı və əks tərəfə giriş-çıxışıvardır. Binanın ümumi avomaşın olmayan yoluna olan tərəfdə boş torpaq sahəsi var və onun yanında iki köhnə tikili vardır. Boş torpaq sahəsi ümumi istifadədə olan və gediş-gəliş yolu üçün istifadə olunan torpaq sahəsidir. Bir müddət əvvəl cavabdehlər tərəfindən həmin torpaq sahəsi tikililərlə birlikdə dəmir hasara alınmışdır. Həmin dəmir hasar tamamilə qanunsuzdur, çünki həmin torpaq sahəsinin cavabdehə məxsus olmasına dair hüquq müəyyənedici sənəd yoxdur.Bu hal qonşular tərəfindən həmin torpağın öz hesablarına abadlaşdırılması və bina sakinlərinin asudə istirahətinin təmin edilməsi, uşaqlarının oynaması üçün meydança qurulması üçün yer düzəltmək niyyətini bildirməsindən sonra baş vermişdir.Həmin dəmir hasarla binanın arasında təqribən iki metr məsafə vardır və burada tikinti aparılması da tikinti norma qaydalarına ziddir. Beləliklə, istər həmin dəmir hasar, istər torpaq zəbti qanunsuzdur və qanunla birbaşa qadağan olunur. Sonradan iddiaçıların nümayəndəsi və vəkili X18 iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 2 saylı yaşayış binasının həyət hissəsində (avtomaşın yolununun əks hissəsi) «dəmir qapı» sözlərinin, «inşa olunmuş daş hasar» sözləri ilə əvəz edilməsi və cavabdehin hesabına sökülərək torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki,iddiaçılar Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 2 saylı evin sakinləridir. İddiaçılar Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 2 saylı yaşayış binasının həyət hissəsində (avtomaşın yolununun əks hissəsinə) inşa olunmuş dəmir hasarın sökülməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia irəli sürmüşlər. Həmin işə baxılan ərəfədə müəyyən olunmuşdur ki, mübahisəli ünvanın mülkiyyətçiləri dəyişmişdir. Daha sonra daşınmaz əmlakın mülkiyyətçilərindən biri olan X21 cavabdeh qismində cəlb olunmuşdur. Mülki işin baxılması pandemiya ilə bağlı uzanmış və “Covid-19” virusunun yayılmasının qarşısının alınması məqsədi ilə mülki işlərə baxılmamışdır. Bundan istifadə edən cavabdehlər qanunsuz dəmir hasarı daş hasar ilə əvəz etmiş və tikinti işləri aparılmışdır. İddiaçıların yaşadıqları binanın ümumi avtomaşın yoluna giriş çıxışı və əks tərəfə giriş çıxışı tamamilə bağlanmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23.10.2020-ci il tarixli, 2(009)-280/2020 nömrəli qətnaməsi iddia tələbinin təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh X21 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində iddianın qismən əsaslı olduğunu bildirib qismən təmin edilməsini qət etsə də, iddianın hansı hissədə əsassız olmasını göstərməmiş və təmin edilməyən hissəsinə heç bir münasibət bildirməmişdir. Eyni ilə, "qət etdi" hissəsinə baxdıqda görürük ki, məhkəmə belə desək iddiaçıların binası ilə cavabdehin evinin arasında inşa edilən daş hasarın sökülərək həmin torpaq sahəsinin boşaldılmasını qət edir. Məhkəmə qətnamənin həm əsaslandırıcı, həm də nəticə hissəsində daş hasar tikilən torpaq sahəsini binanın həyət hissəsi kimi təqdim etmiş, lakin həmin yeri vizual olaraq görməmiş, ora baxış keçirməmiş, yalnız şəkillərə baxmaqla özündə mübahisə predmeti olan həyət sahəsinin binaya aid olması təsəvvürünü yaratmışdır. Yəni, ilk öncə mübahisə predmeti olan həyət sahəsinin binaya aid olması və beləliklə iddiaçıların subyektiv hüquqların olub-olmaması arasdırlmaq əvəzinə, məhkəmə qətnaməni öz daxili inamı, hec bir mötəbər sübuta və fakta əsaslanmadan çıxarmışdır. Məhkəmə yerində müayinə keçirib, binanın, ərazinin, əraziyə giriş-çıxışın, mövcud infrastrukturun foto şəkillərini əldə edib məhkəmə iclasında araşdırmaq əvəzinə, tərəflərin təqdim etdiyi fotoşəkilləri müayinə etmiş və yalnız iddiaçı tərəfin təqdim etdiyi fotoşəkillər üzərindən mübahisə üzrə fikir formalaşdırmaqla qərəzli mövqeyini sərgiləmişdir. Məhkəmə öz araşdırması zamanı torpaq sahəsinin bina ərazisinə aid olub-olmaması üçün hər hansı araşdırma aparmamışdır. Məhkəmə iddiaçıların və cavabdehlərin mənzillər üzrə mülkiyyət hüququnu müəyyənedici sənədlərə dair daşınmaz əmlakın dövlət reyestri xidmətinə sorğu etmiş, lakin, mənzillərə aid sənədlərdə binaya aid torpaq əraziləri qeyd olunmamışdır. Məhkəmə heç iddiaçılar tərəfindən mübahisə predmeti olan ərazinin ünvanını qeyri dəqiq, çaşdırıcı əks etdirmələrinə belə münasibət bildirməmişdir. Məhkəmə yuxarıda qeyd edilən prosessual pozuntulara yol verdiyinə görə, tərəflər arasında yaranmış mübahisəyə tətbiq edilən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə prosessual pozuntuya yol vermədən gəlib yerində müayinə aparıb aşkar etsəydi ki, iddia edilən torpaq sahəsi və hasarın Xanlar küçəsində yerləşən binaya heç bir aidiyyəti yoxdur, sahənin ünvanı belə başqadır, o zaman cavabdehin etirazda istinad etdiyi hallara - yəni iddiaçıların bu iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmələrinə dair subyektiv hüquqlarının olmamasına düzgün qiymət vermiş olardı. Məhkəmə yalnız iddiaçıların təqdim etdiyi fotoşəkillərə istinad edərək hesab etmişdir ki, şəkillərdə təsvir edilən ərazi binanın həyətidir və cavabdeh daş hasar inşa etməklə iddiaçıları binanın həyətindən təyinatı üzrə istifadə etmək imkanlarından məhrum etmişdir. İş üzrə cavabdeh X21 və onun nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında verdikləri izahatda apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs Cavabdeh3 nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş: RX seriyalı, ******* nömrəli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 evin 16 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 1183 nömrəli reyestr kitabının 107470 nömrəli vərəqində 14.07.2017-ci il tarixdə qeydiyyata alınmışdır. MA seriyalı, ******* nömrəli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 evin 6 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 1188 nömrəli reyestr kitabının 107935 nömrəli vərəqində 06.07.2010-cu il tarixdə qeydiyyata alınmışdır. MA seriyalı, ******* nömrəli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 evin 14 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı4 adına daşınmaz əmlakın dövlət reyestrində 1184 nömrəli reyestr kitabının ******* nömrəli vərəqində 09.06.2012-ci il tarixdə qeydiyyata alınmışdır. MA seriyalı, ******* nömrəli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 evin 5 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı5 adına daşınmaz əmlakın dövlət reyestrində 1188 nömrəli reyestr kitabının 107936 nömrəli vərəqində 06.07.2010-cu il tarixdə qeydiyyata alınmışdır. MA seriyalı, ******* nömrəli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 evin 13 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı6 adına daşınmaz əmlakın dövlət reyestrində 1183 nömrəli reyestr kitabının 107459 nömrəli vərəqində 01.07.2010-cu il tarixdə qeydiyyata alınmışdır. RX seriyalı, ******* nömrəli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 evin 3 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 2113 nömrəli reyestr kitabının 195585 nömrəli vərəqində 17.05.2014-cü il tarixdə qeydiyyata alınmışdır. MA seriyalı, ******* nömrəli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 evin 8 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı2 Rafik oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 1339 nömrəli reyestr kitabının 122360 nömrəli vərəqində 01.04.2011-ci il tarixdə qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 23.01.2020-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binası (ü/s-4139.5 kv.m, y/s-1597.9 kv.m, q/y-523.5kv.m) X14 və Cavabdeh1 adlarına 21.05.2010-cu il tarixdə qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 2, 1 saylı mənzil 1 saylı NK-nın 04.05.2020-ci il tarixli 4"Ə"-01-77 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X15 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 2, 16 saylı mənzil 2 saylı NK-nın 12.07.2017-ci il tarixli, 2V-107 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən İddiaçı3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 2, 2 saylı mənzil 1 saylı NK-nın 04.05.20212-ci il tarixli 4”Ə"-01-78 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X15 adına qeydiyyatdan keçmişdir və hazırda, mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 2, 7 saylı mənzil 41 saylı DNK-nın 02.02.2011-ci il tarixli 4Ə/1-53 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 2, 9- 10 saylı mənzil 1 saylı DNK-nın 05.06.2010-cu il tarixli 4”Ə”-01-87 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən X16 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 2, 5 saylı mənzil 1 saylı DNK-nın 03.06.2010-cu il tarixli 4"Ə”-01-86 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 2, 11 saylı mənzil 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş 23.08.2019-cu il tarixli 4Ə-1644 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X17 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 2, 12 saylı mənzil 1 saylı NK-nın 08.11.2013-cü il tarixli 4”Ə"-02- 325 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X12 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 2, 13 saylı mənzil 1 saylı DNK-nın 08.06.2010-cu il tarixli, 4"Ə"-01-91 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı6 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 2, 6 saylı mənzil 1 saylı DNK-nın 10.06.2010-cu il tarixli 4"Ə"-01-101 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 2, 4 saylı mənzil 1 saylı DNK-nın 08.06.2010-cu il tarixli 4"Ə"-01-92 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X4 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 2, 15 saylı mənzil 1 saylı DNK-nın 09.06.2010-cu il tarixli 4Ə/01-100 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X9 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 2, 14 saylı mənzil 1 saylı NK-nın 21.04.2012-ci il tarixli 4"Ə"-01-66 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 2, 8 saylı mənzil 1 saylı DNK-nın 05.06.2010-cu il tarixli 4"Ə"-01-88 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı2 Rafik oğlunun adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 2, 3 saylı mənzil 1 saylı DNK-nın 10.06.2010-cu il tarixli 4"Ə”-01-102 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (ü/s-10.1kv.m) 1 saylı NK-nın 30.05.2014cü il tarixli 4”Ə”-01-93 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsi (ü/s- 25.7kv.m) 1 saylı NK-nın 30.05.2014-cü il tarixli 4”Ə”-01-84 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (ü/s- 25.6kv.m) 1 saylı NK-nın 30.05.2014-cü il tarixli 4”Ə”-01-83 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (ü/s- 29.6kv.m) 1 saylı NK-nun 30.05.2014-cü il tarixli 4“Ə”-01-87 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (ü/s- 29kv.m) 1 saylı NK-nın 30.05.2014-cü il tarixli 4”Ə”-01-82 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X19 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (ü/s- 25.7kv.m) 1 saylı NK-nun 30.05.2014-cü il tarixli 4”Ə”- 01-91 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (ü/s- 22kv.m) 1 saylı NK-nın 30.05.2014-cü il tarixli 4”Ə”-01- 88 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı6 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (ü/s- 25.6kv.m) 1 saylı NK-nın 30.05.2014-cü il tarixli 4”Ə”-01-92 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (ü/s22.7kv.m) 1 saylı NK-nın 30.05.2014-cü il tarixli 4”Ə’’-01-89 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X10 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (ü/s- 21.3kv.m) 1 saylı NK-nın 30.05.2014-cü il tarixli 4”Ə”- 01-85 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (ü/s- 29.5kv.m) 1 saylı NK-nun 30.05.2014-cü il tarixli 4”Ə”-01-86 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X19 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (ü/s- 21.3kv.m) 1 saylı NK-nın 30.05.2014-cü il tarixli 4”Ə”-01-90 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X16 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (ü/s- 260.7kv,m) X3 və X9 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsi (ü/s- 518.8kv.m) X3 (75.05 kv.m), X9 (75.05 kv.m) və X1 (368.7 kv.m) adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. İşə əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 28.04.2020-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsi, 3 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Əlavə olaraq bildirirlər ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsi, ev 3, 1 saylı mənzil 2 saylı DNK-nın 4Ə-78 reyestr nömrəli 14.03.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X7 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsi, ev 3, 2 saylı mənzil 1 saylı DNK-nın 4Ə-180 reyestr nömrəli 04.12.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X7 adına (sorğuda qeyd olunan cavabdeh olan X6 almış) qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsi, ev 3, 3 saylı mənzil 1 saylı DNK-nın 3ma-49 reyestr nömrəli 01.05.1997-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X11 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş elektron Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, 3 saylı evin 1 saylı mənzili tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 697 nömrəli reyestr kitabının 65481 nömrəli vərəqində 17.03.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş elektron Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, 3 saylı evin 2 saylı mənzili tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 564 nömrəli reyestr kitabının 51886 nömrəli vərəqində 04.12.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri İcra Hakimiyyəti Başçısı aparatının X13 ünvanladığı 03.06.2020-ci il tarixli N-93-126 saylı məktubunun məzmunundan görünür ki, ünvan 2 ünvanda yerləşən 1 və 2 nömrəli mənzillərin həyətyanı sahəsində (241,2 ) təqdim olunmuş sxemə uyğun olaraq (müvafiq sxem məktuba əlavə olunmuşdur) abadlıq və yaşıllaşdırma işlərinin aparılması şərti ilə həmin ərazi onun istifadəsinə verilmişdir. Məhkəmə kollegiyası tərəfindən mübahisəli əraziyə baxış keçirilmiş və bu zaman müəyyən edilmişdir ki, iddiaçıların yaşadıqları ünvan 3 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binası ilə cavabdehin mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən 1 və 2 saylı fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahəsi qonşu ərazilərdir. Həmin ərazinin relyefi yamac tipli olmaqla, binaların biri digərindən hündürdə inşa edilmişdir. Cavabdehə məxsus evlərin yerləşdiyi torpaq sahəsi hər tərəfdən daş hasarla əhatə olunmuşdur və onun tərəfindən həyətyanı sahə kimi istifadə olunur. Həmin sahəyə evlərin arxa tərəfində yerləşən alaqapı vasitəsilə daxil olduqda, daş pilləkanlarla həyətə düşmək lazım gəldi. Həyətdə bir neçə ağac və yaşıllıq sahəsi mövcuddur. İddiaçıların yaşadığı çoxmənzilli bina cavabdehə məxsus evlərin qarşı tərəfində yerləşir. Müvafiq olaraq, iddiaçıların yaşadığı binanın arxa hissəsi cavabdehin həyətyanı sahə kimi istifadə etdiyi əraziyə baxır. İddiaçıların yaşadığı binanın qarşı və yan tərəfi avtomobil yoluna açılır, digər yan tərəfində hündürmərtəbəli yaşayış binası inşa olunmaqdadır, arxa tərəfdən isə daş hasar vasitəsilə cavabdehin istifadəsində olan mübahisəli torpaq sahəsi ilə həmsərhəddir. Həmin hasarın bir hissəsi sökülərək, dəmir arakəsmə ilə bağlanmışdır. İddiaçıların yaşadıqları binanın bir əsas, bir qəza girişi vardır. Əsas giriş binanın yan tərəfində olan küçəyə açılır. Həmin küçə ilə cavabdehin istifadəsindəki alaqapının yerləşdiyi küçə bir-birinə perpendikulyar yerləşmişlər. Cavabdehə məxsus evlər həmin küçələrin kəsişməsində yerləşir. İddiaçıların yaşadığı çoxmərtəbəli binanın əsas girişindən içəri daxil olduqda (1-ci mərtəbə), holl vardır. Holl-un digər qurtaracağından binanın qabaq hissəsindəki küçəyə doğru qəza çıxışı vardır. Həmin holl-un mübahisəli torpaq sahəsi ilə həmsərhəd hissəsi boyaboy vitrin tipli şüşə arakəsmədən ibarətdir. Həmin hissədə şüşə qapı vardır. Bu şüşə arakəsmənin çöl hissəsində ona paralel olaraq cavabdehin istifadəsində olan torpaq sahəsinin hasarı yerləşir. Onların arasında təxminən 1,5-2 metr məsafə vardır. İddiaçılar həmin daş hasarın sökülməsini və hasarın içərisində yerləşən torpaq sahəsinə giriş-çıxışın açılmasını tələb edirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırki mübahisənin həllinə dair mövqeyi ilə razılaşmır. Belə ki, iş materialları, tərəflərin izahatları və məhkəmə heyəti tərəfindən mübahisəli əraziyə baxış keçirilməsi ilə müəyyən edilir ki, iddiaçılara məxsus mənzillərin yerləşdiyi çoxmərtəbəli yaşayış binası ilə cavabdeh F.Nemətovun istifadəsində olan fərdi yaşayış evlərinin yerləşdiyi və onun tərəfindən həyətyanı sahə kimi istifadə edilən torpaq sahəsi qonşu ərazilər olmaqla, bir-birlərindən hasar vasitəsilə ayrılmışdır. Cavabdehin həyətyanı sahə kimi istifadə etdiyi ərazi dörd tərəfdən daş hasarla əhatə edilmişdir və iddiaçıların yaşadığı binanın ərazisi ilə hər hansı bağlılığı yoxdur. Həmçinin, qeyd edilən ərazinin cavabdeh tərəfindən istifadə edilməsi iddiaçıların öz mənzillərindən maneəsiz istifadə etmələrinə, yaşadıqları binaya sərbəst şəkildə daxil olmalarına hər hansı şəkildə mane olmur. Belə ki, binanın həm əsas, həm qəza girişləri, həmçinin yeraltı qaraja olan girişi digər küçələrdən təmin olunur. İddiaçılar qeyd edilən torpaq sahəsinin onlar tərəfindən gediş-gəliş üçün istifadə olunduğunu bildirsələr də, bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmır. Həmçinin, iddiaçılar həmin ərazini onların yaşadığı binanın həyətyanı sahəsi kimi təqdim edərək, bu ərazidə uşaqların əylənməsi və sakinlərin dincəlməsi üçün şərait yaratmaq istədiklərini bildirsələr də, həmin ərazinin onların yaşadığı binaya hər hansı aidiyyatının olması müəyyən edilməmişdir. İddiaçılar mübahisəli torpaq sahəsinin boş olmasını və onun binanın sakinləri tərəfindən gediş-gəliş yolu kimi istifadə edilməsini bildimişlər, lakin bu halı təsdiq edən hər hansı sübutu təqdim etməmişlər. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, iddiaçılar mübahisəli torpaq sahəsinin dörd tərəfdən hasarla əhatə olunmasına baxmayaraq, yalnız onların yaşadığı bina ilə həmsərhəd bir hasarın sökülməsini tələb etmişlər. Belə olduğu halda, həmin hasarın sökülməsi ilə onların hansı istiqamətdə gediş-gəlişinin bərpa olunacağı aydın deyildir. Həmçinin, mübahisəli əraziyə baxış zamanı torpaq sahəsinin relyefinin yamac olması müəyyən edilmişdir ki, bu şəkildə həmin sahədən gediş-gəliş yolu kimi istifadə edilməsi ağlabatan deyildir. Bundan başqa, iddiaçılar mübahisəli torpaq sahəsinin onların yaşadığı binanın 2 metrliyində yerləşdiyinə və orada tikinti işlərinin aparılmasının tikinti norma və qaydalarına zidd olduğuna istinad etmişlər. Lakin həmin ərazidə hər hansı tikinti işlərinin aparılması müəyyən edilməmişdir. Beləliklə, müəyyən olunur ki, iddiaçıların mübahisələndirdiyi daş hasar onların yaşadığı çoxmənzilli yaşayış binası ilə cavabdehin istifadəsində olan torpaq sahəsini ayırmaqla, cavabdeh tərəfindən inşa edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı aparatı tərəfindən verilmiş məktubdan və ona əlavə edilmiş plan-sxemdən görünür ki, qeyd edilən torpaq sahəsi cavabdehin qanuni istifadəsindədir. Belə olduğu təqdirdə, iddiaçıların həmin torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq hasara alınmasına dair dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Həmçinin müəyyən edilir ki, qeyd edilən torpaq sahəsinin hasara alınması iddiaçıların öz mənzillərindən və yaşadıqları binanın ümumi istifadədə olan hissələrindən maneəsiz istifadə etmələrinə hər hansı şəkildə mane olmur. İddiaçılar cavabdeh tərəfindən özbaşına tikintinin aparılması nəticəsində onların hüquqlarının pozulmasına istinad etdiklərindən, onların iddiasının hüquqi əsasını Mülki Məcəllənin 180.4-cü maddəsi təşkil etmişdir. Həmin maddənin dispozisiya şərtinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddənin mənasına görə, maraqlı şəxs dedikdə, bina və ya qurğunun özbaşına inşa edilməsi nəticəsində hər hansı formada hüquqları pozulmuş və ya maraqlarına toxunulmuş şəxslər başa düşülür. Məhkəmə araşdırması zamanı cavabdehin mübahisəli sahədən qanunsuz istifadə etmədiyi, həmçinin bu sahəni daş hasara almasının iddiaçıların hüquqlarını hər hansı şəkildə pozmadığı müəyyən edildiyindən, iddiaçıların Mülki Məcəllənin 180.4-cü maddəsinin dispozisiya şərtləri baxımından belə bir tələbi irəli sürmək hüququ olan maraqlı şəxs hesab edilə bilməzlər. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 176.1-ci maddəsinə əsasən hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, mülki-prosessual qanunvericilik ayrı-ayrı şəxslərin qanunla qorunan hüquq və azadlıqları, eləcə də maraqları pozulduğu təqdirdə, onların məhkəməyə müraciət etmək hüququnu təsbit etmişdir. Lakin hazırkı iş üzrə araşdırma zamanı iddiaçıların hər hansı hüquqlarının cavabdehin təqsirli hərəkətləri nəticəsində pozulduğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Bundan başqa, M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsində araşdırma zamanı cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin ətrafında inşa etdiyi hasarın iddiaçıların hüquqlarını pozması müəyyən olunmadığından, kollegiyanın qənaətinə görə, onların hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən apellyasiya qaydasında ləğv edilməli və iş üzrə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən işin faktiki hallarını düzgün müəyyən etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir, ona görə də mübahisələndirilən qətnamə ləğv edilməklə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh X21 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23.10.2020-ci il tarixli, 2(009)-280/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Elşən Kazımov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-2192/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2192/2021
29.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver