Məhkəmə qərarları › İş №2(103)-22/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-22/2020

11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-22/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X15 Sarıyevin sədrliyi ilə, X11 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyinin nümayəndəsi X8, Cavabdeh X4 nümayəndəsi və vəkili X7 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyinin cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, Mirzəyev Ədalət Tələt oğluna və X5 qarşı qeydiyyat vəsiqələrinin, alğı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 09 fevral 2017-ci il tarixli, 2(005)-705/2017 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 03.01.2001-ci il tarixli, seriya MN 120342 №-li qeydiyyat vəsiqəsi, Mirzəyev Ədalət Tələt oğlu ilə X9 arasında baglanmış 03.12.2014-cü il tarixli, AN-İN0171252 nömrəli alğı-satqı müqaviləsi və X4 adına verilmiş 19.12.2014-cü il tarixli, seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Bakı şəhəri Sabunçu bələdiyyəsinin 25.05.2000-ci il tarixli, 18 nömrəli sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bag massivində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün X19 ogluna qeyri-qanuni olaraq 8 ha torpaq sahəsi ayrilmışdır. 13 iyul 2000-ci ildə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Nardaran qəsəbəsi Ləhic bag massivində yerləşən tikintilərin hüquqi qeydiyyata alınması barədə sərəncam verilmişdir. Həmin torpaq sahəsində yerləşən sahəsi 249,4 kv.m olan qeyri-yaşayış binasına dair Mirzəyev Ədalət Tələt ogluna Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 03.01.2001-ci il tarixli, seriya MN 120342 №-li qeydiyyat vəsiqəsi verilmişdir. X13 qeyd edilən qeyri-yaşayış binasını 03.12.2014-cü il tarixli, AN-İN ******* nömrəli alğı-satqı müqaviləsi ilə X1. X4 həmin tikili üzərində mülkiyyət hüququ 19.12.2014-cü il tarixdə seriya RX ******* sayı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeydə alınmışdır. Aşağıda göstərilən əsaslardan və səbəblərdən hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X10 verilmiş 03.01.2001-ci il tarixli, seriya MN 120342 25 qeydiyyat vəsiqəsi, həmin qeydiyyat vəsiqəsi əsasında Mirzəyev Ədalət Tələt oglu ilə X16 oglu arasında bağlanmış 03.12.2014-cü il tarixli, AN-1 N ******* nömrəli alğı-satqı müqaviləsi və X4 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilməlidir. Bele ki, Sabunçu bələdiyyəsi öz səlahiyyətlərindən kənara çıxaraq dövlət mülkiyyətində olan torpaq sahəsini fiziki şəxsə ayırmışdır ki, bu da qanunvericiliyə əsasən yolverilməzdir. Belə ki, bələdiyyənin ayırdığı 8 ha torpaq sahəsi Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 21.05.1983-cu il tarixli, 29/771 nömrəli qərarı ilə torpaq sahəsi Dövlət Aerogeodeziya Müəssisəsinin işçilərinin istirahət bazasının tikintisi məqsədi ilə ayrılmış 84145,28 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 21.05.1983-cu il tarixli, 29/771 qərarı ilə Dövlət Aerogeodeziya Müəssisəsinin işçilərinin istirahət bazasının tikintisi məqsədi ilə ayrılmış 84145,28 kv.m torpaq sahəsi X2 istifadəsinde olmaqla həmin torpaq sahəsi üzərində hüquqlar 03.10.2002-ci il tarixli, JN-0141 nömrəli “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” ilə dövlət müəssisəsinin adına rəsmiləşdirilmişdir. X2 (qeydiyyat nömrəsi 14351) balansında olan daşınmaz dövlət əmlakı haqqında Registrdən çıxarışdan aydın olur ki, müəssisənin balansında 775,2 kv/mdən ibarət 1987-ci il tarixdə inşa edilmiş bir mərtəbəli tikili, köməkçi bina və.s var (Registr nömrəsi ***-*******8, ***-*******3 olan dövlət əmlakları). Sabunçu bələdiyyəsi, Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı ilə X2 işçilərinin istirahət bazasının tikintisi məqsədi ilə ayrılmış 84145,28 kv.m torpaq sahəsinin 8 ha hissəsini fiziki şəxsə ayırmaqla torpaq və mülki qanunvericiliyin normalarını pozmuşdur. Bundan sonra Nardaran qəsəbəsində yaşayan Mirzəyev Ədalət Tələt oğlunun Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatından 10.07.2000-ci il tarixli R-196 nömrəli məktubla və Sabunçu rayon Bələdiyyəsi tərəfindən verilmiş 25.05.2000-ci il tarixli, 18 nömrəli sərəncamla daxil olmuş sənədlərinə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Aparatında baxılmış və Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatından daxil olmuş R-196 Nli 10.07.2000-ci il tarixli məktubİa Sabunçu Bələdiyyəsi tərəfindən verilmiş 25 may 2000-ci il tarixli, 18 nömrəli sərəncamla həmin tikintilərin hüquqi qeydiyyata alınması Sabunçu Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Bununla da Mirzəyev Ədalət Tələt oğluna qeyri-qanuni olaraq Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Huquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 03.01.2001-ci il tarixli, seriya MN 120342 №-li qeydiyyat vəsiqəsi verilmişdir. Şərh olunanlardan göründüyü kimi yuxarıda qeyd olunan torpaq sahəsi və onun üzərində yerləşən tikintilər dövlətə məxsusdur, ancaq bunlara baxmararaq Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Huquqlarının Qeydiyyatı İdarəsi göstərilənləri nəzərə almadan qeyri-qanuni sənədlər əsasında X10 həmin torpaq sahəsində yerləşən tikintilərə qeydiyyat vəsiqəsi vermişdir. Göstərilənlərdən aydın olur ki, mübahisəli torpaq sahəsi və orada yerləşən tikili dövlət mülkiyyətindədir. Bu səbəbdən həmin torpaq sahəsində yerləşən tikiliyə dair Mirzəyev Ədalət Tələt oglunun adına verilmiş qeydiyyat vəsiqəsi etibarsız hesab edilməlidir. Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Huquqlarının Qeydiyyatı İdarəsi hüquqi varisi hazırda Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsidir. Mirzəyev Ədalət Tələt oğlu ilə X9 arasında bağlanmış 03.12.2014-cü il tarixli, A-1 N ******* nömrəli alğı-satqı müqaviləsi Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd olduğu üçün bağlandığı andan etibarsız sayılmalıdır. X4 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız əqd əsasında verilmiş sənəd olduğu üçün etibarsız hesab edilməlidir. “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Azərbaycan Respubİikasının 7 dekabr 1999-cu il tarixli Qanununun 4-cü maddəsinə əsasən qanunvericilikdə özəlləşdirilməsi qadağan edilən və ya müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirilən dövlət əmlakı istisna olmaqla bələdiyyələrin ərazilərində yerləşən digər dövlət əmlakı onların mülkiyyətinə verilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respuİikasının 29 iyun 2001-ci il tarixli Qanununun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respubİikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqlar haqqında” Azərbaycan Respuİikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Ümumiyyətlə həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş olsa belə, qəbul olunmuş bələdiyyə sərəncamı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respuİikasının 29 iyun 2001-ci il tarixli Qanununun 8, 9, 10, 11-ci maddələrinin tələblərinə, eləcədə digər normativ aktların tələblərinə zidd olaraq qəbul edilmişdir. İş materiallarından aydın olur ki, mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilməmiş, torpaq sahəsi boş olmamış, üzərində dövlət əmlakı olmuşdur. Qətnamədən iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyi apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia tələbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunur ki, məhkəmə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 noyabr 2016-cı il tarixli qərardadına istinad etmişdir ki, bununla da kobud səhvə yol vermişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 noyabr 2016-cı il tarixli qərardadı ləğv olunmuşdur. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155.1, 155.2, 157.1, 157.2, 157.4, 43.3, 337.1, Torpaq Məcəlləsinin 103-cü maddəsinin 3-cü hissəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli Qanununun 6.1-ci maddəsinə, “Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 3.0.8-ci bəndinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə istinad etmişdir. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 dekabr 2019-cu il tarixli, 2-1(102)-3077/2019 saylı qərarı ilə mübahisələndirilən çıxarışın verilməsi üçün əsas olmuş Bələdiyyə qərarı etibarsız hesab edilmişdir. Belə olan halda iddia təmin edilməlidir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155.1, 155.2, 157.1, 157.2, 157.4, 43.3, 337.1, Torpaq Məcəlləsinin 103-cü maddəsinin 3-cü hissəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli Qanununun 6.1-ci maddəsinə, “Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 3.0.8-ci bəndinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə istinad etmişdir. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyinin nümayəndəsi X14 apellyasiya şikayəti və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh X4 nümayəndəsi və vəkili X12 apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavəni qəbul etməyərək, məhkəməyə təqdim olunmuş etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və Mirzəyev Ədalət Tələt oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 09 fevral 2017-ci il tarixli, 2(005)- 705/2017 saylı qətnaməsi iddia tələbinin “Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 03.01.2001-ci il tarixli, seriya MN 120342 №-li qeydiyyat vəsiqəsi”nin etibarsız hesab edilməsinin təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. İş materiallarından X2 (qeydiyyat nömrəsi 14351) balansında olan daşınmaz dövlət əmlakı haqqında Registrden çıxarışdan aydın olur ki, müəssisənin balansında 775,2 kv/m-dən ibarət 1987-ci il tarixdə inşa edilmiş bir mərtəbəli tikili, köməkçi bina və.s var (Registr nömrəsi ***- *******8, ***-*******3 olan dövlət əmlakları). İş materiallarından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 21.02.2020-ci il tarixli, **********12 saylı məktubla göndərilmiş, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində yerləşən qeyri-yaşayış binasına dair Mirzəyev Ədalət Tələt oğlunun adına verilmiş 03.01.2001-ci il tarixli, MH 120342 saylı qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərdən görünür ki, həmin sənədlər Sabunçu rayon Bələdiyyəsinin 25 may 2000-ci il tarixli, 18 saylı və Sabunçu rayon İcra İcra Hakimiyyəti Başçısının 13 iyul 2000-ci il tarixli, 510 saylı sərəncamıdır. Sabunçu rayon Bələdiyyəsinin 25 may 2000-ci il tarixli, 18 saylı sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 8 ha torpaq sahəsi Mirzəyev Ədalət Tələt oğluna verilməsi qərara alınmışdır. Sabunçu rayon İcra İcra Hakimiyyəti Başçısının “Nardaran qəsəbəsi Ləhiş bağ massivində yerləşən tikintilərin hüquqi qeydiyyata alınması barədə” 13 iyul 2000-ci il tarixli, 510 saylı sərəncamına əsasən Nardaran qəsəbəsi, Ləhiş bağ massivində yerləşən 8 ha torpaq sahəsində tikilmiş tikililərin vətəndaş Ədalət Mirzəyevin adına hüquqi qeydiyyata alınmasına icazə verilmişdir. İş materiallarında olan, MH seriyalı, 120342 saylı, 03.01.2001-ci il tarixli Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən Mirzəyev Ədalət Tələt oğlunun adına verilmiş qeydiyyat vəsiqəsinin (01 nömrəli reyestr kitabında 49-cu səhifə, qeydəalma nömrəsi 30/18) surətinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində yerləşən 8 ha torpaq sahəsində tikilmiş tikililəri Mirzəyev Ədalət Tələt oğlunun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan, RX seriyalı, ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Mirzəyev Ədalət Tələt oğlunun adına verilmiş Hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (58 nömrəli reyestr kitabının 5445 saylı vərəqində qeydiyyatı alınmışdır) surətində aşağıdakılar qeyd olunmuşdur: -hüququ rəsmiləşdirilən-Mirzəyev Ədalət Tələt oğlu; daşınmaz əmlakın (adı) növü-qeyriyaşayış binası; daşınmaz əmlakın ünvanı (olduğu yer)-Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivi; qeyri-yaşayış binasının mülkiyyət növü-xüsusi; qeyri-yaşayış binası üzərində hüququn növü-mülkiyyət; təyinatı-digər; mərtəbəliliyi-1; ümumi sahəsi (kv.m) -249,4; torpaq sahəsinin mülkiyyət növü-dövlət; torpaq sahəsi üzərində hüququn növü-istifadədə; reyestr nömrəsi-**********32-06301; qeydiyyat tarixi-29.03.2014-cü il. İş materiallarından Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 10 may 2019-cu il tarixli, 2-1(103)-742/2019 saylı qərarının surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyinin cavabdeh Bakı şəhəri Sabunçu Bələdiyyəsinə qarşı sərəncamın etibarsız hesab edilməsi tələbi üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli, 2-1(82)-09/2018 saylı qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilərək, Bakı şəhəri Sabunçu rayon Bələdiyyəsinin 25 may 2000-ci il tarixli, 18 saylı sərəncamı çıxarıldığı andan etibarsız hesab edilməsi qərara alınmışdır. İş materiallarından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 dekabr 2019-cu il tarixli, 2-1(102)-3077/2019 saylı qərarının surətindən görünür ki, 3-cü şəxs Mirzəyev Ədalət Tələt oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 10 may 2019-cu il tarixli, 2-1(103)-742/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 nömrəli Qərarının 17-ci bəndinə əsasən: -“Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. -Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır; -Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. -Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. -Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. -Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.” Kollegiya qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 03.01.2001-ci il tarixli, seriya MN 120342 №-li qeydiyyat vəsiqəsinin verilməsinə səbəb Sabunçu rayon Bələdiyyəsinin 25 may 2000-ci il tarixli, 18 saylı və Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 13 iyul 2000-ci il tarixli, 510 saylı inzibati akt hesab olunan sərəncamları olmuşdur. İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 03.01.2001-ci il tarixli, seriya MN 120342 №-li qeydiyyat vəsiqəsinin etibarsızlığını tələb edərkən, qeyd edir ki, Sabunçu rayon Bələdiyyəsinin 25 may 2000-ci il tarixli, 18 saylı sərəncamı və Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 13 iyul 2000-ci il tarixli, 510 saylı sərəncamları əsasında reyestr xidməti tərəfindən qanunsuz çıxarış verilmişdir. Göründüyü kimi, çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. İddiaçı 03.01.2001-ci il tarixli, seriya MN 120342 №-li qeydiyyat vəsiqəsinin etibarsızlığı tələbini irəli sürürkən, iddianın faktiki əsası kimi, inzibati akt olan Sabunçu rayon Bələdiyyəsinin 25 may 2000-ci il tarixli, 18 saylı sərəncamı və Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 13 iyul 2000-ci il tarixli, 510 saylı sərəncamlarının qanunsuzluğunu qeyd edir. İddiaçının tələbi ilə inzibati icraat qaydasında Sabunçu rayon Bələdiyyəsinin 25 may 2000ci il tarixli, 18 saylı sərəncamını etibarsız hesab olunsa da, tikintilərə mülkiyyət hüququnun verilməsinə əsas olmuş Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 13 iyul 2000-ci il tarixli, 510 saylı sərəncamı (inzibati akt) mübahisələndirilməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 03.01.2001-ci il tarixli, seriya MN 120342 №-li qeydiyyat vəsiqəsinin etibarsızlığı tələbinə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Hətta, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1, 262.1, 262.3, 262.5, 263-264, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 09 fevral 2017-ci il tarixli, 2(005)-705/2017 saylı qətnaməsi iddia tələbinin “Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 03.01.2001-ci il tarixli, seriya MN 120342 №-li qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi”nin təmin edilməməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, “Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 03.01.2001-ci il tarixli, seriya MN 120342 №-li qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi” iddia tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar