Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2217/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 qarşı “qanunsuz tikilinin sökülməsi tələbi barədə” ilk iddiasına, cavabdehlərin iddiaçıya qarşı “zəruri yol yerinin (servitutun) verilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 noyabr 2023-cü il tarixli qətnamədən prosessual hüquq varisləri ilə əvəz edilməzdən öncə cavabdeh olmuş (apellyasiya baxışı zamanı isə prosessual hüquq varisləri ilə əvəz edildikdən sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi mülki işin baxılmasına cəlb edilmiş) Cavabdeh1 verdiyi apellyasiya şikayətinə və apellyasiya instansiya məhkəməsində icraat zamanı (apellyasiya baxışı zamanı prosessual hüquq varislik qaydasında Cavabdeh1 əvəz etmiş) cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 İddiaçı qarşı “zəruri yol yerinin (servitutun) verilməsi tələbi barədə” qarşılıqlı iddialarına dair mülki işə, İddiaçı özünün, cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3, habelə üçüncü şəxs Cavabdeh1 birgə vəkili (nümayəndəsi) olan Vəkil2 və üçüncü şəxs Cavabdeh1 özünün iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. Cavabdeh1 qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, ona məxsus və Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən, 165 saylı torpaq sahəsinə cavabdeh tərəfindən qanunsuz quraşdırılmış darvazaların cavabdeh tərəfindən sökülməsi və iddiaçıya məxsus həmin torpaq sahəsinə iddiaçı tərəfindən darvazanın quraşdırılmasına maneçilik törətməsinin cavabdehə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə 4 saylı Bakı "ASAN xidmət" Mərkəzində fəaliyyət göstərən Notariat Ofisində bağlanmış və rəsmiləşdirilərək, qeydə alınmış “Alğı-satqı müqaviləsinə” əsasən, iddiaçı, Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan 165 saylı bağ sahəsinin 0,1 ha hissəsini cavabdehə satmış, 0,02 ha torpaq sahəsi isə iddiaçının öz mülkiyyətində qalmışdır. Bundan əlavə, xx.xx.2020-ci il tarixdə həmin Notariat Ofisində iddiaçının anası X5 ilə Cavabdeh1 arasında bağlanmış və rəsmiləşdirilərək, qeydə alınmış “Alqı-satqı müqaviləsinə” əsasən, iddiaçının anası qonşuluqda yerləşən sahəsi 0,895 ha olan 165 “A” saylı bağ sahəsini Cavabdeh1 satmışdır. İddiaçıya və Cavabdeh1 məxsus hər iki bağ sahəsinə dair ayrı-ayrılıqda mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlər verilmişdir. Hər iki bağ sahəsinin ayrı-ayrılıqda Pərviz Səmədov küçəsinə çıxışları mövcuddur. Lakin Cavabdeh1 özünə məxsus sahədə sonradan satmaq məqsədi ilə qanunsuz olaraq 4 fərdi yaşayış evi tikdirmiş və kçəyə olan öz müstəqil çıxışını bağlamışdır. O, inşa etdiyi 4 evdən üçünün çıxışını iddiaçının bağ sahəsinə açmış, ayrı-ayrı 3 darvaza quraşdırmışdır. Bununla da, Cavabdeh1 iddiaçıya məxsus bağ sahəsini özü üçün yola çevirmişdir. İddiaçının etirazlarına baxmayaraq, Cavabdeh1 müxtəlif bəhanələrlə iddiaçının bağ sahəsini bütövlükdə zəbt etmişdir. Nəticədə, iddiaçı öz bağ sahəsinin küçəyə olan çıxışına qapı qoya bilmir. Cavabdeh1 bilərəkdən öz torpaq sahəsinin yola olan çıxışını ev tikərək bağlamış və zəbt etmək məqsədilə küçəyə olan müstəqil çıxışını satdığı üçün iddiaçının torpaq sahəsindən istifadə edir. Bu səbəbdən, Cavabdeh1 ilə iddiaçı arasında mübahisə yaranmışdır. Bununla bağlı, Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin müstəntiqinin HK-1/1126 saylı, xx.xx.2021 tarixli qərarı ilə iddiaçının şikayəti əsasında toplanmış materiallar Sabunçu Rayon Prokurorluğuna göndərilmişdir. Hazırda Cavabdeh1 mübahisə predmeti olan tikililəri qanunsuz olaraq qeydiyyata almağa və satmağa çalışır. Qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki, Cavabdeh1 tərəfindən qanunsuz quraşdırlmış darvaza Cavabdeh1 özü tərəfindən sökülməli və iddiaçıya məxsus torpaq sahəsində dəmir darvaza qoyulmasına maneçilik yaradılması Cavabdeh1 qadağan edilməlidir.
3. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 1 saylı Bakı Ərazi İdarəsi iddia ərizəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd edilmişdir. b) iddiaya qarşı etiraz barədə məlumat
4. Cavabdeh1 iddiaya etiraz edərək bildirmişdir ki, sözügedən ərazidə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının sərəncamı əsasında tikinti işlərini icra etmiş və hər hansı hüquqazidd hərəkətə yol verməmişdir. Ekspert tərəfindən də cavabdehin tikdirdiyi evin iddiaçının giriş-çıxışına maneə yaratması ilə bağlı rəy verilməmişdir. Cavabdehin başqa tərəfə çıxış yaratmaq imkanı yoxdur. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən Cavabdeh1 qarşı verdiyi iddia ərizəsində göstərilən hallar məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Bundan başqa Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə verilmiş rəy də, iddianın əsaslı olmasını təsdiq edir. d) apellyasiya şikayəti barədə məlumat
7. Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının sökülməsini tələb etdiyi darvazaların yerləşdiyi torpaq sahələri Cavabdeh1 mülkiyyətində deyil. Həmin torpaq sahələri başqa şəxslərin – Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 mülkiyyətindədir. Lakin Rayon Məhkəməsi qətnamə qəbul edərkən bu halı araşdırmamış və nəticədə iddianı ona cavab verməli olmayan şəxsə qarşı təmin etməklə əsl mülkiyyətçilərin hüquqlarının pozulmasına səbəb olan qanunsuz qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı zamanı cavabdehin prosessual hüquq varisləri ilə əvəz edilməsi barədə məlumat
9. Apellyasiya baxışı zamanı Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehə məxsus olmuş mübahisəli torpaq sahəsi Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 mülkiyyətinə keçmiş, sonradan isə Cavabdeh4 özünə aid torpaq sahəsini X1 adına özgəninkiləşdirmişdir.
10. Odur ki, Məhkəmə tərəfindən əvvəlcə cavabdeh olmuş Cavabdeh1 prosessual hüquq varisləri Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ilə əvəz edilmiş, sonradan isə Cavabdeh4 prosessual hüquü varisi X4 ilə əvəz edilmişdir.
11. Eyni zamanda prosessual hüquq varisləri ilə əvəz edilmiş Cavabdeh1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi mülki işin baxılmasına cəlb edilmişdir.
12. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 58-ci maddəsinə görə, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür (maddə 58.1.). Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir (maddə 58.2.). MPM-in 57.1-ci maddəsinə görə isə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. f) apellyasiya instansiya məhkəməsində icraat zamanı qarşılıqlı iddia tələbinin irəli sürülməsi barədə məlumat
13. Cavabdehlər Vilayət Quliyev, Cavabdeh2 və Cavabdeh3 iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan fərdi yaşayış evlərinə iddiaçının mülkiyyətində olan 165 saylı bağ sahəsindən hazırda faktiki istifadədə olan ölçüdə zəruri yol yerinin (servitutun) verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
14. Qarşılıqlı iddia ərizəsi MPM-in 155.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən icraata qəbul edilərək, ilk iddia ilə birgə baxılmışdır.
15. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının sökülməsini tələb etdiyi 3 ədəd darvaza cavabdehlərin mülkiyyətində olan torpaq sahəsində yerləşir. Həmin torpaq sahələri cavabdehlər tərəfindən alğı-satqı müqavilələri əsasında əldə edilmiş və həmin vaxt darvazaların açıldığı ərazi yol olmuşdur. Qeyd edilən yol iddiaçının mülkiyyətində olan torpaq sahəsi olsa da, cavabdehlər vicdanlı alıcı olmuşlar. Apellyasiya icraatı zamanı Məhkəmə tərəfindən yerində müayinə edilən zaman da həmin ərazinin yol kimi istifadə edildiyi müəyyən olunmuşdur. Darvazaların sökülməsi vicdanlı alıcı kimi cavabdehlərin mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər. Eyni zamanda, qeyd edilən ərazidə cavabdehlərin başqa ərazidən çıxışları yoxdur, ətrafları tam bağlıdır. Ona görə də iddiaçının mülkiyyətində olan və faktiki yol kimi istifadə edilən torpaq sahəsindən cavabdehlərə zəruri keçid (servitut) verilməlidir. g) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iştirak etmiş şəxslərin izahatları barədə məlumat
16. Cavabdehlərin və üçüncü şəxs Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil2 və üçüncü şəxs Cavabdeh1 özü apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin və qarşılıqlı iddia ərizəsinin dəlillərini müdafiə etdilər və onların məzmununa uyğun izahatlar verdilər.
17. Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi.
18. İşə apellyasiya qaydasında baxılmanın iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş digər üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-in 1 saylı Bakı Əİ apellyasiya baxışında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, işə MPM-in 376.2-ci maddəsinə əsasən həmin PHŞ-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. h) mülki mübahisənin həlli, apellyasiya şikayətinin və qarşılıqlı iddianəın dəlillərinin qiymətləndirilməsi
19. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
20. Belə ki, Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, qonşuları olan iddiaçı ilə Cavabdeh1 torpaq sahəsinin satılmasına dair danışıqlarının şahidi olmuşdur. Hər iki tərəf torpağın satılması ilə bağlı razılığa gəlmiş və növbəti gün torpaq sahəsinin alqı-satqısı həyata keçirilmişdir. Qapıların qoyulması ilə bağlı da razılığa gəlmişlər ki, hər iki tərəfə giriş-çıxış üçün yol olsun. Alqı-satqı prosesində iştirak etməmişdir. Cavabdeh1 qapı qoyacağını iddiaçıya demiş, elə razılaşdıqları kimi də etmişlər. Cavabdeh1 əlavə ev tikəcəyindən iddiaçının xəbəri olub-olması barədə onda məlumat yoxdur. Digər tərəfdən giriş-çıxış üçün əlavə qapı yoxdur. Cavabdeh1 torpaq sahəsinə qapı qoyan vaxt iddiaçı ilə aralarında narazılıq olmamışdır.
21. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, 2020-ci ildə cəbhədən qayıtdıqdan sonra qonşusu olan Cavabdeh1 orada ev tikdiyini görmüşdür. Qapı olmasa evə giriş-çıxış yəqin ki olmaz. O, gələndə tikinti artıq bitmək üzrə olmuşdur. Tərəflər arasında hər hansı narazılığın şahidi olmamışdır.
22. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, Cavabdeh1 və iddiaçı ilə qonşudur. Oraya sonradan köçmüş, özünə məxsus torpağı 2021-ci ilin sentyabr ayında alqı-satqı müqaviləsi ilə almışdır. Mübahiəsli 3 qapıdan biri onun qapısıdır. Bununla bağlı tez-tez iddiaçı ilə narazılıqlar yaranır. Qapı olmasa evə giriş-çıxış yəqin ki olmaz. Evinin sağ, sol və arxa tərəflərində də evlər var. Onun evinin yalnız bir çıxışı var. Onun darvazası iddiaçının giriş-çıxışına heç bir maneə yaratmır, onun qapısı uzaqda yerləşir.
23. Göründüyü kimi, şahid Pərviz Orucovun üç darvazadan birinin ona məxsus olmasını bildirməsinə baxmayaraq işə baxmış Rayon Məhkəməsi həmin vaxt cavabdeh olmuş Cavabdeh1 məxsus olmuş torpaq sahəsinin işə baxılan zaman özgəninkiləşdirilməsi məsələsi araşdırılmamış, nəticədə iddiaya cavab verməli olmayan şəxsə qarşı tələbin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Rayon Məhkəməsi qətnamə qəbul edilərkən mübahisəli darvazaların kimə məxsus torpaq sahələrinə aid olmasını araşdırmamış, həmin sahələrin mülkiyyətçilərini işin baxılmasına cəlb etmədən onların mənafeyinə toxunan məsələni həll etmişdir.
24. Belə ki, 12 saylı Notariat Ofisində təsdiq edilmiş və “satıcı” olan Cavabdeh3 ilə “alıcı” olan Cavabdeh2 arasında bağlanmış AN-İ seriyalı, ******* saylı, xx.xx.2021-ci il tarixli “Alğı-satqı müqaviləsindən” görünür ki, “satıcı”, özünə məxsus və Maştağa qəsəbəsində yerləşən 0,053 ha 165 “C” saylı bağ sahəsinin 0,0105 ha hissəsini 20.000 manata “alıcıya” satmışdır. Alğı-satqıdan sonra torpaq sahəsinin 204 kv.m hissəsi Cavabdeh1, 202 kv.m hissəsi Cavabdeh3 mülkiyyətində qalmışdır.
25. Həmin müqavilə əsasında “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş **********01-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli “Çıxarışdan” görünür, 165 “Q” ünvanında yerləşən 0,0105 ha torpaq sahəsi üzərində Cavabdeh2 xüsusi mülkiyyət hüququ qeydə alınmışdır.
26. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş **********03 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli “Çıxarışdan” görünür, 165 “C” ünvanında yerləşən 0,0202 ha torpaq sahəsi üzərində Cavabdeh3 xüsusi mülkiyyət hüququ qeydə alınmışdır.
27. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş **********02 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli “Çıxarışdan” görünür, 165 “K” ünvanında yerləşən 0,0204 ha torpaq sahəsi üzərində Cavabdeh4 xüsusi mülkiyyət hüququ qeydə alınmışdır.
28. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş **********02-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli “Çıxarışdan” görünür, 165 “K” (yeni qaydalarla: AZ1039, ünvan 1 ünvanında yerləşən 0,0204 ha torpaq sahəsi üzərində Vilayət Quliyevin xüsusi mülkiyyət hüququ qeydə alınmışdır.
29. MPM-in 387.2 və 387.2.4-cü maddələrinin mənasına görə, məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
30. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, şikayətin dəlillərindən asılı olmayaraq Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və işdə olan sübutlar əsasında işə mahiyyəti üzrə baxılaraq yeni qətnamə qəbul edilməlidir.
31. İşə mahiyyəti üzrə baxan Məhkəmə bildirir ki, “Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan” görünür ki, Maştağa qəsəbəsində yerləşən, sahəsi 0,058 ha olan 162 “A” saylı bağ sahəsi xx.xx.2011-ci il tarixdə, həmin ünvanda yerləşən, sahəsi 0,12 ha olan 166 saylı bağ sahəsi xx.xx.2011-ci il tarixdə, həmin ünvanda yerləşən, sahəsi 0,12 ha olan 165 saylı bağ sahəsi xx.xx.2020-ci il tarixdə, sahəsi 0,02 ha olan 165 saylı bağ sahəsi xx.xx.2020-ci il tarixdə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır.
32. İşdə olan və 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisi tərəfindən təsdiq edilmiş İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanılmış “Alğı-satqı müqaviləsindən” görünür ki, İddiaçı özünə məxsus 0,12 ha torpaq sahəsini Cavabdeh1 satılmışdır.
33. Həmin Notariat Ofisi tərəfindən təsdiq edilmiş (iddiaçının anası) Gülçöhrə Əliyeva və Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanılmış “Alğı-satqı müqaviləsindən” görünür ki, Gülçöhrə Əliyeva özünə məxsus 0,0895 ha torpaq sahəsini Cavabdeh1 satılmışdır.
34. Sabunçu RPİ-nin 14-cü PB-nin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 PB-nə verdiyi izahatında bildirmişdir ki, iddiaçını təxminən 1 ilə yaxındır ki, tanıyır və ondan torpaq sahəsi almışdır. Belə ki, avqust ayında iddiaçının özündən və iddiaçının anasından torpaq sahələri almışdır. Həmin vaxtdan da həmin torpaq sahələrində özü üçün və ailə üzvləri üçün evlər tikmişdir. Həmin sahədən çıxış üçün darvaza qoymaq qərarına gəlmişdir. Buna görə də, iddiaçı özünə məxsus olduğu 2 sot sahədən, yəni yoldan darvaza qoymuşdur. Bu səbəbdən, iddiaçı ilə aralarında mütəmadi olaraq mübahisələr yaranmışdır. Baxmayaraq ki, torpağı iddiaçıdan aldıqda qeyd olunan 2 sot torpaq sahəsini dalan kimi istifadə olunması barədə razılaşmış və ümumi istifadə üçün saxlamışlar.
35. Sabunçu Rayon İcra Hakimiyyətinin Layihə Smeta Bürosu tərəfindən Cavabdeh1 sifarişi əsasında 2020-ci ildə 165 “C” saylı bağ sahəsində tikiləcək bağ evinin memarlıq planlaşdırmasının eskiz həlli verilmişdir.
36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən işə baxmış Rayon Məhkəməsinə verilmiş xx.xx.2023-cü il tarixli, 10/3745 №-li rəyindən görünür ki, iddiaçıya və Cavabdeh1 məxsus torpaq sahələrinin faktiki olaraq hər birinin ayrı-ayrılıqda giriş-çıxışlarının mövcudluğu müəyyən olunmuşdur. Lakin Cavabdeh1 məxsus 3 ədəd fərdi yaşayış evlərinin həyətyanı sahələrinə giriş-çıxış üçün quraşdırılmış 3 ədəd dəmir qapıların (darvazaların) iddiaçıya məxsus 165 saylı bağ sahəsinə açıldığı və qeyd olunan fərdi yaşayış evlərindən birinin iddiaçıya məxsus 166 saylı bağ sahəsinin sərhəd hasarına bitişik vəziyyətdə olduğu müəyyən edilmişdir.
37. İş materiallarına əsasən müəyyən edilir ki, iş üzrə tərəflərə məxsus torpaq sahələrinin faktiki olaraq hər birinin ayrı-ayrılıqda giriş-çıxışlarının mövcud olmasına baxmayaraq, cavabdehlərə məxsus torpaq sahələrinə aid dəmir darvazalar iddiaçıya məxsus torpaq sahəsinə açılır və həmin darvazalrdan gediş-gəliş üçün iddiaçının torpaq sahəsindən yol kimi istifadə edilir.
38. İddiaçı bu halın onun mülkiyyət hüququnu pozduğunu əsas gətirərək həmin darvazaların sökülməsini tələb edir.
39. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
40. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin huquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın (maddə 152.5.).
41. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir.
42. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Loizidu Türkiyəyə qarşı” iş üzrə qəbul etdiyi xx.xx.1996-cı il tarixli qərarında göstərilmişdir ki, mülkiyyətə “müdaxilə” şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər.
43. Cavabdehlər iddiaçıya qarşı qarşılıqlı iddia irəli sürərək özlərinə aid torpaq sahələrinə gedib-gəlmək üçün zəruri keçidin verilməsini tələb edirlər. Onların tələb etdikləri məhdud əşya hüququnun növünü servitut kimi müəyyən edərək qarşılıqlı iddiasının hüquqi əsası kimi servituta aid müddəaları göstərmişdir.
44. Mülki Məcəllənin tələblərinə görə, Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir (maddə 255.1.). Servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın (maddə 255.6.).
45. Məhkəmə bildirir ki, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur.
46. Məhkəmə qeyd edir ki, iş üzrə üçüncü şəxs olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla Məhkəməyə təqdim edilmiş “ünvan 2 ünvanında yerləşən torpaq sahələrinin bölgü sxemindən” (№ 652446) görünür ki, cavabdehlərə (qarşılıqlı iddia üzrə iddiaçılara) məxsus torpaq sahələrinin daxilində, iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdehə) aid torpaq sahəsi boyunca, üzü qəsəbədaxili avtomobil yoluna – ictimai yola doğru gedən ümumi istifadədə olan yol nəzərdə tutulmuşdur.
47. Məhkəmə, mübahisəli sahəyə keçirdiyi yerində müayinə zamanı müəyyən etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçılar onlara aid ümumi istifadədə olan yolu öz torpaq sahələrinə qataraq yolu ləğv etmişlər.
48. Qarşılıqlı iddia üzrə iddiaçılar bunu onunla izah etmişlər ki, həmin yol ensizdir.
49. Bununla bağlı Məhkəmə ilk növbədə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçılar ensiz olması əsası ilə həmin yolu ləğv etməklə hazırda mövcud vəziyyəti yaratmışlar. Halbuki, onlar ilk iddia üzrə iddiaçıya qarşı “zəruri yol yerinin (servitutun) verilməsi tələbi barədə” iddianı qaldırmazdan əvvəl həmin yolu özlərinə aid torpaq sahəsinin hesabına genləşdirə bilərdilər.
50. Məhkəmə, ikinci növbədə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçılar qeyd edilən yolu bərpa edib onu özlərinə aid torpaq sahəsi hesabına genləşdirsələr belə, həmin yol qəsəbədaxili avtomobil yoluna birləşməyəcək. Belə ki, mübahisəli sahəyə Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, yol (hazırki iş üzrə tərəf olmayan) başqa şəxsə məxsus torpaq sahəsinin hasarına dirənir və bitir. Belə olan halda qəbul edilməlidir ki, “zəruri yol yerinin (servitutun) verilməsi tələbi barədə” iddianın əsaslılığına hüquqi qiymət verilməsi üçün, həmin iddia təkcə hazırki iş üzrə iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdehə) deyil, həm də, yuxarıda qeyd edilən şəxsə qarşı qaldırılmalıdır. Lakin, iddia, qeyd edilən qaydada deyil, yalnız iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdehə) qarşı irəli sürülmüşdür.
51. Buna görə də, Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə qarşılıqlı iddia əsaslı hesab edilə bilməz. i) apellyasiya baxışının nəticəsi
52. Beləliklə, qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, ilk iddia tələbi tam əsaslı hesab edilərək təmin edilməlidir. İlk iddianın əsassızlığı ilə bağlı iş üzrə verilmiş apellyasiya şikayətinin və qarşılıqlı iddianın dəlilləri formal xarakterli olduğundan əsassız hesab edilməlidir.
53. Odur ki, şərh olunanları, MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, ilk iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir.
54. Məhkəmə hesab edir ki, qətnamə ləğv edildiyi üçün apellyasiya şikayəti qismən əsaslı hesab edilmiş olsa da, ilk iddianın əsassızlığı ilə bağlı şikayətin dəlilləri əsassız hesab edildiyindən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPMin 119.1-ci maddəsinə əsasən rüsumu ödəmiş şəxsin özünə aid edilməlidir.
55. İlk iddia təmin, qarşılıqlı iddia rədd edildiyindən digər məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Bu məqsədlə ilk iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
56. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
57. Məhkəmə həmçinin bildirir ki, ilk iddia təmin, qarşılıqlı iddia rədd edildiyindən ilk iddia üzrə iddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz. Cavabdehlər isə MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir. Cavabdeh1 sonradan üçüncü şəxs kimi işin baxılmasına cəlb edilmiş olsa da, apellyasiya şikayəti onun tərəfindən verilmiş olduğundan qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir. İş üzrə digər üçüncü şəxs olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 1 saylı Bakı Ərazi İdarəsi Rayon Məhkəməsinin qətnaməsini mübahisələndirmədiyindən və ona qarşı təmin edilən tələb olmadığından qətnamədən kassasiya şikayəti verə bilməz.
58. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 noyabr 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 qarşı “qanunsuz tikilinin sökülməsi tələbi barədə” ilk iddiası təmin edilsin. İddiaçı mülkiyyətində olan və Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən, 165 saylı torpaq sahəsinə açılan qanunsuz quraşdırılmış üç ədəd darvazalar X4, Cavabdeh2 və Cavabdeh3 vəsaiti hesabına sökülsün. İddiaçı məxsus həmin torpaq sahəsinə iddiaçı tərəfindən darvazanın quraşdırılmasına maneçilik törətməsi cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 qadağan olunsun. Cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 İddiaçı qarşı “zəruri yol yerinin (servitutun) verilməsi tələbi barədə” qarşılıqlı iddiası rədd edilsin. Apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İlk iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Bu məqsədlə cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 10 (on) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərin özlərinə aid edilsin. İş üzrə keçirilmiş keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 və iş üzrə üçüncü şəxs olan Cavabdeh1 hazırki qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilərlər. İlk iddia üzrə İddiaçı və iş üzrə üçüncü şəxs olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.