Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2232/2020 13.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi ilə İddiaçı, onun vəkili X7, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X10 oğlunun iştirakı ilə, İddiaçı Məlik qızının cavabdehlər Cavabdeh1 MMC və DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3106/2019saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək,ünvan 1 ünvanında yerləşən 88 saylı mənzilə dair xx.xx.2012-ci il tarixdə İddiaçı Məlik qızı ilə “xxxx” MMC arasında bağlanmış alqı-satqı müqaviləsi və xx.xx.2013- cü il tarixdə “xxxx” MMC-nin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 88 saylı mənzil üzərində İddiaçı Məlik qızının mülkiyyət hüququnun bərpa edilməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Məlik qızı cavabdehlər “xxxx” MMC və Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 88 saylı mənzilə dair xx.xx.2012-ci il tarixdə İddiaçı Məlik qızı ilə “xxxx” MMC arasında bağlanmış alqı-satqı müqaviləsi və xx.xx.2013-cü il tarixdə “xxxx” MMC-nin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilməsi və mənzil üzərində onun mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/58, 8 saylı evin 88 nömrəli mənzili daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmışdır. İddiaçının həyat yoldaşı X8 Cavabdeh1xxxxCavabdeh1 MMC arasında xx xxxxxx 2012- ci il tarixdə 12/546 saylı daxili lizinq müqaviləsi və iddiaçı ilə 12/546-1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin, Cavabdeh1» MMC-nin təkidi ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/58, 8 saylı evin 88 saylı mənzilinə dair xx xxxxxx 2012-ci il tarixdə iddiaçı ilə Cavabdeh1 MMC arasında alqısatqı müqavıləsi bağlanmışdır. Göstərilən alqı-satqı müqaviləsi əsasında həmin mənzilə Cavabdeh1 MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh1 MMC iddiaçıya və həyat yoldaşına qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2521/2017 saylı, xx xxxxx 2017-ci il tarixli qətnaməsi Cavabdeh1 MMC-nin iddiaçı qismən təmin edilmiş 9178,54 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh1 MMC-nin xeyrinə ödənilməsi və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/58, 8 saylı evin 88 nömrəli mənzilin “Cavabdeh1» MMC-nə təhvil verilərək iddiaçının və X4 lizinq obyektindən çıxarılması qət edilmişdir. Bakı Apelyyasiya Məhkəməsinin 2(103)-2904/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, 8 saylı evin 88 nömrəli mənzilin “Cavabdeh1» MMC-nə təhvil verilərək iddiaçının və X4 lizinq obyektindən çıxarılması hissəsində ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həm Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2904/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə və həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5516/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh1 MMC ilə cavabdeh X8 arasında xx xxxxxx 2012-ci il tarixdə bağlanmış 12/546 saylı müqavilənin necə adlandırılmasmdan asılı olmayaraq həmin əqd lizinq müqaviləsi olmamaqla başqa əqdi pərdələmişdir. İşin faktiki halları tərəflər arasında bağlanmış əqdin əslində əmlakın girov qoyulması əvəzində borc hüquq münasibətlərini pərdələdiyi barədə qənaətə gəlməyə əsas verir. Göstərilənlərə əsasən Cavabdeh1 MMC ilə cavabdehlər X8 və İddiaçıməlik qızı arasında yaranmış münasibətlərin borc (kreditor-debitor) münasibətləri qanuni qüvvədə olan həm Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2( 103)- 2904/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə və həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5516/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə müəyyən edildiyindən göstərilən faktlar yenidən mübahisələndirilə bilməz və həmin faktlar yenidən sübut edilməməlidir. Göstərilənlərə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirdiyindən və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva etdiyindən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2904/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5516/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə müəyyən edilmiş Cavabdeh1 MMC ilə cavabdeh X8 arasında xx xxxxxx 2012-ci il tarixdə bağlanmış 12/546 saylı müqavilənin necə adlandırılmasından asılı olmayaraq həmin əqdin lizinq müqaviləsi olmamaqla başqa əqdi pərdələməsi və tərəflər arasında bağlanmış əqdin əslində əmlakın girov qoyulması əvəzində borc hüquq münasibətlərini pərdələməsinə dair göstərilən faktlara və hüquq münasibətlərinə qarşı başqa proses olan hazırkı işdə yenidən mübahisə edilə bilməz. Göstərilən məhkəmə aktları ilə Cavabdeh1 MMC ilə cavabdeh X8 arasında bağlanmış müqavilənin başqa əqdi pərdələsi müəyyən edilsə də, etibarsız əqdin qaydaları tətbiq edilməmişdir. Qeyd olunanları nəzərə alıb iddiaçı iddiasının təmin edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Cavabdeh1 MMC-nin səlahiyyətli nümayəndəsi Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Qeyd olunanları nəzərə alıb, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini,şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən Cavabdeh1 MMC-nin səlahiyyətli nümayəndəsini, şikayəti qəbul etməyərək rədd olunmasını xahiş edən iddiaçını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan Bakı Şəhəri 14 saylı Notariat Kontorunun 4Ə-1374 saylı notariat işində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev 8 ünavnında yerləşən 88 saylı mənzil İddiaçı Məlik qızının xüsusi mülkiyyətindədir. Həmin notariat işindən olan xx.xx.2012-ci il tarixi AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı Məlik qızı ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev 8 ünavnında yerləşən 88 saylı mənzili alıcı Cavabdeh1 MMCnin mülkiyyətinə vermişdir. İş materiallarında olan Binəqədi rayon Məhkəməsinin 2(001)2521/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 MMCnin cavabdehlər X8 və İddiaçı Məlik qızına qarşı iddia tələbi qismən təmin edilməsi, ödəniş gününə olan məzənnə üzrə 9098 (doqquz min doxsan səkkiz) ABŞ dolları 54 (əlli dörd) sent, 80 (səksən) ABŞ dolları cərimə, cəmi 9178 (doqquz min yüz yetmiş səkkiz) ABŞ dolları 54 (əlli dörd) sent məbləğində pul vəsaiti Azərbaycan manatı ilə cavabdehlər X2 və İddiaçı Məlik qızından müştərək qaydada tutularaq iddiaçı Cavabdeh1 Lizinq Şirkəti MMC-nin xeyrinə ödənilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, 8 saylı binada binada yerləşən 88 saylı mənzilin Cavabdeh1 Lizinq şirkəti MMC-yə təhvil verilərək cavabdehlər X8 və İddiaçı Məlik qızının lizinq obyektindən çıxarılması, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 08 %-i, yəni 02 manat 40 qəpiyi iddiaçıya aid edilməsi, qalan 92 %-i, yəni 27 manat 60 qəpik məbləğində pul vəsaiti cavabdehlər X2 və İddiaçı Məlik qızından müştərək qaydada tutularaq iddiaçı Cavabdeh1 Lizinq Şirkəti MMC-nin xeyrinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 50 manatın 08%-i, yəni 04 manat iddiaçıdan, 92%-i isə, yəni 46 manat cavabdehlər X2 və İddiaçı Məlik qızından müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi, iddia tələbinin qalan hissəsində təmin edilməməsi qət edilmişdir. İş materiallarından görünür ki, Binəqədi rayon Məhkəməsinin 2(001)2521/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7104/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)8739/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7104/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin Məhkəməyə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2904/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər X4 və İddiaçı apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2521/2017 saylı iş üzrə xx xxxxx 2017-ci il tarixli qətnaməsi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, 8 saylı binada yerləşən 88 saylı mənzilin Cavabdeh1nə təhvil verilərək cavabdehlər X4 və İddiaçı lizinq obyektindən çıxarılmaları hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməməsi, qətnamə 9098,54 ABŞ dolları əsas, 80 ABŞ dolları cərimə olmaqla, cəmi 9178,54 ABŞ dolları borcun (ödəniş gününə olan dolların manata məzənnəsi nəzərə alınmaqla manatla), ödənilmiş 30 manat dövlət rüsumundan 27,60 manat pulun cavabdehlər X4 və İddiaçı müştərək qaydada iddiaçı Cavabdeh1 xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında etibarlı lizinq müqaviləsindən irəli gələn lizinq hüquq münasibətləri yaranmamış, bağlanmış əqdlər başqa əqdləri pərdələməklə onların real iradə ifadələrini əks etdirməmişdir... İddiaçı ilə cavabdeh Valeh Əzizov arasında lizinq müqaviləsinin imzalandığı xx.xx.2012-ci il tarixdə lizinq obyekti İddiaçı mülkiyyətində olmuşdur. Sonuncu ilə iddiaçı arasında lizinq obyektinin alqı-satqısma dair müqavilə isə lizinq və zaminlik müqavilələrinin bağlanmasından iki gün sonra - xx.xx.2012-ci il tarixdə imzalanmış, lizinq obyekti yalnız xx.xx.2013-cü il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır... Göründüyü kimi, lizinq müqaviləsinin bağlandığı tarixdə iddiaçının lizinq obyekinə dair sahiblik, istifadə və ya sərəncam hüququ mövcud olmamışdır. Başqa sözlə lizinq müqavilənin bağlandığı tarixdə iddiaçının həmin müqaviləni lizinq verən qismində imzalamaq səlahiyyəti olmamışdır. Digər tərəfdən, lizinq müqaviləsinin kirayə münasibətinin bir növü olduğu nəzərə alınmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən və alqı-satqı dəyəri 21000 manat göstərilmiş mənzilə görə 4 il müddətinə aylıq lizinq ödənişinin məbləğinin 811 ABŞ dolları müəyyən edilməsi, lizinq alanın arvadı olan satıcının isə həmçinin lizinq müqaviləsi üzrə zamin olması həmin münasibətlərin həqiqi məzmununa uyğun gəlmir... İş üzrə tərəflər arasında yaranmış hüquq münasibətləri ölkəmizdə lizinq münasibətlərinin inkişaf etdirilməsi məqsədlərinə cavab vermir. Tərəflər arasında lizinq müqaviləsi bağlananadək lizinq obyektinin əldə olunmasına dair alqı-satqı müqaviləsi mövcud olmamış, habelə alqısatqı müqaviləsində lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edildiyi göstərilməmişdir. Həmçinin müəyyən edilmiş lizinq müddəti lizinq obyektinin amortizasiya müddətlərinə uyğun gəlmir. Sadalanan hallar, habelə aylıq lizinq ödənişinin məbləği əsasında belə qənaətə gəlmək olar ki, tərəflər arasında yaranmış hüquq münasibəti maliyyə lizinqi institutunun təyinatına və mahiyyətinə uyğun gəlmir... Beləliklə, iddiaçı ilə Valeh Əzizov arasında xx xxxxxx 2012-ci il tarixdə bağlanmış 12/546 saylı müqavilənin necə adlandırılmasından asılı olmayaraq həmin əqd lizinq müqaviləsi olmamaqla başqa əqdi pərdələmişdir... İşin faktiki halları tərəflər arasında bağlanmış əqdin əslində cavabdehlərin bildirdiyi kimi əmlakın girov qoyulması əvəzində borc hüquq münasibətini pərdələdiyi barədə qənaətə gəlməyə əsas verir... Bu baxımdan tərəflərin lizinq müqaviləsini bağlayarkən əslində nəzərdə tutduqları əqdə - kredit müqaviləsinə aid olan qaydalar tətbiq edilməklə cavabdeh Valeh Əzizovun Mülki Məcəllənin 739-cu maddəsinə əsasən iddiaçıdan aldığı pulu müqavilə şərtlərində göstərilmiş müddətdə və faizlərlə qaytarmaq öhdəliyi yaranmışdır. Cavabdeh İddiaçı kreditin qaytarılması üçün zamin qismində birgə öhdəliyi öz üzərinə götürdüyü üçün Mülki Məcəllənin 472-ci maddəsinə əsasən kredit qarşısında borclu ilə birgə məsuliyyət daşıyır... Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsi 9098,54 ABŞ dolları əsas borcun və 80 ABŞ dolları cərimənin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması hissəsində mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Nəzərə alınmalıdır ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəhayət, Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında yaranmış münasibətlərə ipotekaya aid qaydaların tətbiq edilməsi qeyrimümkündür. Çünki, Mülki Məcəlləyə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır (309.1.). İpotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır (309.2.). "İpoteka haqqında” Qanunun 33-48-ci maddəsi ipoteka predmetinə tutma yönəldilməsi əsasları və qaydalarını tənzimləyir. Göründüyü kimi qanunvericilik ipoteka müqaviləsinin bağlanmasının, qeydiyyata alınmasının, ipoteka predmetinə tutma yönəldilməsinin xüsusi prosedurlarım müəyyən etmişdir. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış lizinq və alqısatqı münasibətləri yalan əqd (əhəmiyyətsiz müqavilə) hesab edilsə də, həmin prosedurlara riayət edilmədən tərəflər arasındakı münasibətlərə ipotekaya aid qaydaların tətbiq edilməsi qeyrimümkündür. Mülki Məcəllənin 340.2-ci maddəsinin məzmunundan da göründüyü kimi həmin maddə yalan əqdə məhz onun mahiyyəti nəzərə alınmaqla, əslində nəzərdə tutulan əqdə aid olan qaydaların tətbiqini mümkün hesab edir”. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)5516/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2904/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2904/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə hazırki mülki iş üzrə tərəflər arasında bağlanmış lizinq və alqısatqı müqavilələri yalan əqd (əhəmiyyətsiz müqavilə) hesab edilmişlər. Həmin qətnamə ilə tərəflər arasında olan münasibətlərə kredit müqaviləsinə aid qaydalar tətbiq edilmiş, lakin ipotekaya dair qaydaların tətbiq edilməsi qeyri-mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı Məlik qızı və cavabdeh “xxxx” MMC arasında olan xx xxxxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsinin yalan əqd (əhəmiyyətsiz müqavilə) olduğu müəyyən edilmiş və bu fakt hazırkı iş üzrə preyudisial xaraxter daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, hazırkı mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, mövcüd iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisial əhəmiyyəti ilə bağlı olduğundan, cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsi barəsində ərizəsinin dəlilləri əsassızdır. Buna görə də, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia tələbinin məhz bu əsasla rədd edilməsi üçün əsas yoxdur. Kollegiya hesab edir ki,iddianı yuxarıda qeyd olunan qaydada təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya qətnamənin ləğv edilməsinə heç bir hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393,405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh “xxxx” MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2232/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2232/2020
13.02.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver