Məhkəmə qərarları › İş №2(103)-224/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-224/2024

05.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-224/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçı prosessual hüquqi varisi X3 iştirakı ilə, İddiaçı prosessual hüquqi varisi X3 Cavabdehnə qarşı “əsassız hesablanmış pul vəsaitinin silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-63/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış pul vəsaitinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz olaraq itirilmiş qaz sərfiyyatına görə hesablanmış 4923,42 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 18A nömrəli evdə yaşayır, həmin ünvana dair Cavabdeh İB ilə aralarında qazın alğı-satqısına dair müqavilə bağlamış, həmin müqavilə nəticəsində mənzilinə Smart tipli, “G-4” markalı qaz sayğacı quraşırılmışdır. Evində quraşdırılan qaz sayğacın kartı vasitəsilə müəyyən pul məbləği yükləyərkən kartın blokda olduğunun şahidi olmuş, Bakı Regional Qazın Satışı Departamentinə şifahi olaraq müraciət etdikdə ona bildirmişlər ki, sayğacı işlək vəziyyətdə deyil, nəticədə abonent koduna itirilmiş qaz sərfiyyatına görə 4923,42 manat borc yazılıb və bu pul ondan tələb olunur. Evində qurşdırılan qaz sayğacına onun tərəfindən heç bir müdaxilə edilməyib. Belə ki, sayğac mənzildən çöldə yerləşir və buna dair məsuliyyəti o yox, cavabdeh təşkilat özü daşıyır. Cavabdeh təşkilat tərəfindən sayğca nəzarət edilməli olduğunu bildirir, Cavabdeh İB tərəfindən ona akt təqdim edilmiş, kart vasitəsilə həmişə ödəniş etmiş və heç bir çətinlik olmamışdır. Həmçinin bildirir ki, yaşadığı ünvanda əlavə xətdən qaz çəkməmiş, ünvan üzrə 2 ay əvvəl 147 manat, sonra 70 manat, sonra 50 manat borc hesablanmış, əvvəlki ikisini ödəmiş, pensiyasını aldıqdan sonra bu ayı da ödəyəcəkdir, lakin sayğac kartla işləmir, mexanikidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-63/2023 saylı qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia qismən təmin edilmiş, İddiaçı **********00000 saylı abonent koduna Cavabdeh tərəfindən hesablanmış 4627 (dörd min altı yüz iyirmi yeddi) manat 99 (doxsan doqquz) qəpik borcun silinməsi, həmçinin Cavabdehndən 66,27 manat dövlət rüsumunun alınaraq Dövlət Büdcəsinə ödənilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pulun Cavabdehndən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Cavabdeh qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, iddianın tam rədd olunmasını xahiş etmişdir. Apellyasiya icraatı zamanı, yəni 24 may 2024-cü il tarixdə İddiaçı vəfat etdiyindən, MPM-in 58-ci maddəsinə əsasən iddiaçını prosessual hüquqi varisi kimi arvadı X4 əvəz etmişdir (həmçinin qeyd edilməlidlir ki, X1 quraşdırıldığı ünvan üzrə qeydiyyatda olmaqla, orada yaşayır). Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktların iddiaçı tərəfindən Birliyə vurulmuş zərərləri sübut etməsi, aktların təbii qazdan qanunsuz istifadəyə dair əsas olması, iddianın əsassız olması və s. kimi əsaslandırılmışdır. İzahatlar, prosessual məsələlər: Apellyasiya baxışı zamanı iştirak edən iddiaçının prosessual hüquqi varisi apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, mərhum əri (iddiaçı) ilə birlikdə sayğacın quraşdırıldığı ünvanda qeydiyyatda olmaqla, orada yaşayır, heç bir zaman saydağa müdaxilə etməmiş, kənar xətdən istifadə etməmişlər. Ümumiyyətlə aktların yazılmasından məlumatlı olmamışlar. Hesab edir ki, birinci instansiya məhkəməsi düzgün qərar qəbul etmişdir. Məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, Kollegiya, cavabdehin apellyasiya şikayəti həddində (iddianın təmin olunan hissələrində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2017-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus ünvan üzrə İtron G-4 tipli sayğac yeni İtron G-4 tipli qaz sayğacı ilə əvəz edilmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli ******* saylı aktın və xx.xx.2017-ci il tarixli “itirilmiş qazın bərpası üzrə tələblər” barədə hesabatın surətindən görünür ki, İddiaçı məxsus Xəzər, Binə, Xəqani küçəsi ünvanı üzrə “abonent təbii qazdan qeyri-qanuni istifadə edir” nöqsanı qeyd edilmiş, həmçinin ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 4266 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2017-ci il tarixli ******* saylı aktın və xx.xx.2017-ci il tarixli “itirilmiş qazın bərpası üzrə tələblər” barədə hesabatın surətindən görünür ki, İddiaçı məxsus Xəzər, Binə, Xəqani küçəsi ünvanı üzrə “Sayğacın çıxış plasmas borusu kənar təsir nəticəsində deşilib. Yivli birləşmələr korroziyaya uğrayıb” nöqsanı qeyd edilmiş, həmçinin ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 1251 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2018-ci il tarixli ******* saylı aktın xx.xx.2018-ci il tarixli “itirilmiş qazın bərpası üzrə tələblər” barədə hesabatın surətindən görünür ki, İddiaçı məxsus Xəzər, Binə, Xəqani küçəsi ünvanı üzrə “Abonent sayğacdan kənar xətlə təbii qazdan qeyriqanuni istifadə edir” nöqsanı qeyd edilmiş, həmçinin ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 5307 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2018-ci il tarixli ******* saylı aktın və xx.xx.2018-ci il tarixli “itirilmiş qazın bərpası üzrə tələblər” barədə hesabatın surətindən görünür ki, İddiaçı məxsus ünvan üzrə “Sayğacdan kənar xətt aşkarlandı” nöqsanı qeyd edilmiş, həmçinin ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 2269 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2018-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın və xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı məxsus ünvan üzrə “abonent təbii qazdan qeyri-qanuni istifadə edir” nöqsanı qeyd edilmiş, həmçinin **********00000 saylı abonent koduna itirilmiş qazın bərpası üzrə 666 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2018-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın və xx.xx.2018-ci il tarixli “Qanunsuz istifadə olunmuş qazın dəyərinin hesablanması” haqqında hesabatının surətindən görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanı üzrə “mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunur” nöqsanı qeyd edilmiş, həmçinin ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 1998 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İşdə olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus ünvan üzrə İtron G-4 tipli sayğac yeni qaz sayğacı ilə əvəz edilmişdir. İşdə olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktın və xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, İddiaçı məxsus Xəzər, Binə, Xəqani küçəsi ünvanı üzrə “1702AZ**********41 sayğacın elementi bitib. Yivli birləşmələri korroziyaya uğrayıb” nöqsanı qeyd edilmiş, həmçinin ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 2160 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İşdə olan 24 may 2022-ci il tarixli abonentin saldosundan görünür ki, İddiaçı məxsus **********00000 saylı abonent koduna 05/2022-ci il tarixinə ay sonuna borc 5439,89 manatdır. İşdə olan 22 avqust 2022-ci il tarixli abonentin saldosundan görünür ki, İddiaçı məxsus **********00000 saylı abonent koduna “Qalıq və aktlar” əsasında 2010-cu il üzrə 129 manat, 2011-ci il üzrə 270 manat, 2012-ci il üzrə 649,20 manat, 2013-cü il üzrə 600,40 manat, 2014-cü il üzrə 226 manat, 2015-ci il üzrə 284,40 manat, 2017-ci il üzrə 1103,40 manat, 2018-ci il üzrə 2048 manat, 2022-ci il üzrə 216 manat, həmçinin abonentin 02/2020-ci il tarixi üzrə ayın əvvəlinə və sonuna borc “0”, 04/2020 tarixi üzrə ay sonuna borcu 39,90 olmuş, 05/2020-ci il üzrə “Qalıq və aktlar” əsasında 216 manat, habelə əlavə 4431,99 manat borc yazılmış, abonentin 05/2020-ci il tarix üzrə ay sonuna borcu 4669,09 manat olmuşdur. İşdə olan “Məhkəmə Ekspertizası Mərkəzi”nin xx.xx.2023-cü il tarixli 9/6383 saylı Ekspert Rəyindən görünür ki, 2017-ci və 2018-ci illər üzrə qeyd olunan aktlara əsasən 3151,40 manat borc hesablanmışdır, İddiaçı sayğac göstəricilərinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cəmi 820,00 manat ödəniş etmişdir. Həmin məbləğ Cavabdeh təbii qazdan istifafə qaydalarının pozulmasına görə hesablanmış, qeyd edilən borcun düzgün olub-olmaması məhkəmə tərəfindən qiymətləndirilə bilər. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaclar xx.xx.2017-ci il və xx.xx.2020-ci il tarixlərdə yenisi ilə əvəz edilmişdir. Sayğaca baxış keçirilmiş “sayğacın elementi bitib, yivli birləşmələri korroziyaya uğrayıb” barədə nöqsan qeyd olunmaqla, həmin əsasla təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı akt tərtib edilmiş, həmin akt əsasında itirilmiş qazın bərpası üzrə 05/2022-ci il tarixə iddiaçının **********00000 saylı abonent koduna 216 (akt əsasında) manat borc yazılmışdır. Həmçinin eyni tarixdə ünvan üzrə əlavə 4411,99 manat borc iddiaçının abonent koduna daxil edilmişdir. Hazırda həmin məbləğ ondan tələb edilir, ünvan üzrə 02/2020-ci il üzrə ay sonuna borc “0” olmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 820,00 manat ödəniş etmişdir. Bununla belə, iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına, habelə 05/2020-ci il tarixinə hesablanmış 4411,99 manat və daha çox borcun yaranmasına əsas olan hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cavabdeh sübutetmə yükünü daşıdığı halda, iddiaçının adına olan abonent koduna 05/2020-ci il tarixi üzrə daxil etdiyi 4411,99 manat borc üçün əsas olmuş sübutları məhkəməyə təqdim etmədiyindən, həmçinin sayğacda yaranmış hər hansı qüsura görə iddiaçının təqsiri sübut olunmadığından, ümumilikdə yazılmış (02/2020-ci il üzrə 216 manat və 4411,99 manat) 4627,99 manat borc da iddiaçının hesabından silinməlidir. Məhkəmə, iddia tələbinə digər hissədə qeyd edir ki, iddiaçının silinməsini tələb etdiyi digər məbləğ istifadə edilmiş qaz sərfiyyatı nəticəsində yaranmışdır ki, bu məbləğ ödənişlər nəzərə alınmaqla 295,43 manat (4923,42-4627,99) təşkil edir. Beləliklə, birinci instansiya məhkəməsi təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********00000) itirilmiş qazın bərpası məqsədilə yazılmış 4627,99 manat məbləğində borc silinməlidir. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3.-cü bəndinə əsasən (bundan sonra, Qaydalar) qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli Əlavə) əlavə edilir. Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan isehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. «Qaz təchizatı haqqında» Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Baxılan işdə isə, cavabdeh istinad etdiyi aktlarda göstərilən deliktin (hüquqazidd, təqsirli əməli) iddiaçı tərəfindən törətməsinə dair məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bununla yanaşı, işdə olan həmin aktlardan görünür ki, onlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, iddiaçının (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktın bir surəti abonentə təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki, Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Eyni zamanda təqdim edilmiş fotoşəkildən də müdaxilə faktının mövcudluğunu müəyyən etmək mümkün deyildir (ümumiyyətlə şəkildə nəyin təsvir olunması aydın deyildir). Həmçinin, cavabdeh tərəf keçən müddət ərzində iddiaçıya ziyanın ödənilməsi istiqamətində rəsmi xəbərdarlığın, bildirişin və s. bu kimi hər hansı sənədin göndərilməsinə dair də sübut təqdim edə bilməmişdir (baxmayaraq ki, aktların üzərindən uzun müddət keçmişdir). Aktlardan həmçinin görünür ki, bəzi hallarda qüsur kimi bilavasitə sayğacın özündə yaranmış hallar (məsələn, sayğacın elementinin bitməsi, yivli birləşmələrin korroziyaya uğraması, plasmas borunun deşilməsi və s.) qeyd olunmuşdur. Halbuki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (Qaydaların 4.8-ci bəndi) Göründüyü kimi, mövcud qanunvericilik, fiziki şəxs olan istehlakçıya münasibətdə bütün hallarda, o cümlədən qaz sağacının cavabdehliyini və plombların qorunmasını birmənalı şəkildə qaz paylayıcısının üzərinə qoymuş və bu işlərin onun hesabına həyata keçirilməsini müəyyən etmişdir. Bu məqsədlə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Belə olan halda isə, evdən kənarda quraşdırılmış sayğacın mühafizəsi bilavasitə qaz paylayıcısının üzərinə düşür. Cavabdeh isə, sayğaca iddiaçı tərəfindən müdaxilə olunması və bunun nəticəsində sayğacda qeyd edilən müvafiq qüsurun yaranmasını sübut edə bilməmişdir. Həmçinin, bəzi aktlarda pozuntu halı ümumi şəkildə, məsələn “abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi” kimi qeyd olunmuşdur ki, buradan da qeyri-qanuni halın məhz nədən ibarət olması aydın deyildir. Halbuki, cavabdeh aktda pozuntu halını dəqiq və ətraflı təvsir etməli, bu istiqamətdə zəruri sübutları göstərməlidir. Bununla yanaşı, apellyasiya icraatı zamanı təyin edilmiş ekspertizanın nəticələrinə görə tərtib edilmiş rəydən (Məhkəmə Ekspertizası Mərkəzinin 16 aprel 2024-cü il tarixli, 3/371-9/1630 nömrəli rəyi) görünür ki, tədqiqata təqdim edilmiş borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iş və zədə, habelə sayğacdan kənar qaz xətti aşkar olunmamışdır. Eyni zamanda qaz sayğacından kənar xətlərin çəkilməsi halı da müşahidə olunmamışdır. Göründüyü kimi, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmiş, iddiaçının abonent hesabına borc (əlavə sərfiyyat) kimi müvafiq məbləği daxil etməklə bağlı zəruri olan sübutları təqdim edə bilməmiş, qanunvericiliyin tələblərinin pozulması ilə tərtib olunmuş aktların mövcudluğuna istinad etməklə kifayətlənmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, qətnamə yoxlanılan hissədə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin yoxlanılan hissədə ləğv edilməsinə əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, hazırki apellyasiya baxışı zamanı 100 manat məbləğində ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də cavabdehə aid edilməlidir. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsində baxılan hazırki mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır (4627 manat), bu səbəbdən də qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı İddiaçı prosessual hüquqi varisi X3 Cavabdehnə qarşı “borc məbləğinin silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 63/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-63/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı yaranmış məhkəmə xərci Cavabdehnə aid edilsin. Cavabdehdən aparılmış ekspertiza tədqiqatının dəyəri kimi - 100 (bir yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar