Məhkəmə qərarları › İş №2(103)-2242/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2242/2023

27.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2242/2023 27.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, İddiaçının nümayəndəsi-vəkili Vəkil4, Cavabdehin nümayəndəsi-vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızının Cavabdeh1 və digərlərinə qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakda payın müəyyən edilməsi və s.” tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı eyni adlı tələb üzrə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4071/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfin apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlə 16 noyabr 2002-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 3 uşaqları vardır. Həmin nikah aktı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Hazırda hər iki tərəf birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X26 İdarəsinə, Bakı şəhəri 23 saylı notariat ofisinə, Samux rayon notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Kia Sportage” minik markalı, 2015-ci il buraxılışlı, ağ rəngli, **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik 37 saylı evin 36 saylı mənzilinin, Samux rayonunun Sərkar kəndində yerləşən 0,54 ha. torpaq sahəsinin, Samux rayonunun Sərkar kəndində yerləşən 1,288 ha. torpaq sahəsinin, Samux rayonunun Sərkar kəndində yerləşən 0,2724 ha. torpaq sahəsinin, Samux rayonunun Sərkar kəndində yerləşən 0,27 ha. torpaq sahəsinin, Samux rayonunun Sərkar kəndində yerləşən 2,0509 ha. torpaq sahəsinin, Samux rayonunun Sərkar kəndində yerləşən 1,0794 ha. torpaq sahəsinin, Samux rayonunun Sərkar kəndində yerləşən 0,2024 ha. torpaq sahəsinin alğı-satqıları nəticəsində X1 əldə etdiyi, daşınmaz əmlakların satıldığı dövrlər üzrə həqiqi bazar dəyərləri olaraq 102000 manatın, avtomobilin satılmasından əldə edilmiş 22000 manatın, beləliklə ümumilikdə 124000 manat məbləğində pul vəsaitinin üzərində 1/2 hissədə payının tanınması, cavabdehdən həmin məbləğin 1/2 hissəsi olan 61000 manatın tutularaq ona ödənilməsi; birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 107/a saylı, xx.xx.2006-cı il tarixli qərarı ilə cavabdehə satılmış 400 kv.metr torpaq sahəsinə, cavabdehin adına qeydiyyatdan keçən Şəki rayonu, Suçma kəndində yerləşən, ümumi birgə 0,22 ha torpaq sahəsinə və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 1a saylı evin 79 saylı mənzilinə münasibətdə 1/2 hissədə payının müəyyən edilməsi; ona və uşaqlarına hədiyyə edilmiş 1 ədəd 1615 manat dəyərində 585 əyarlı, 3 karat brilyant qaşlı (saffir) 11 qram çəkidə sırğa-üzük dəstinin, 1 ədəd 1485 manat dəyərində 583 əyarlı, 2 karat Belçika brilyant qaşlı, 9 qram çəkidə sırğaüzük dəstinin, 1 ədəd 4000 manat dəyərində 583 əyarlı, 3 karat Sibir brillyant qaşlı, 13 qram çəkidə badam sırğa-kulon dəstinin, 1 ədəd 1430 manat dəyərində 585 əyarlı, pandora üzük-sırğa-qolbaq dəstinin, 1 ədəd 690 manat dəyərində 750 əyarlı, 5,6 qram çəkidə 57 sot brilyant qaşlı nişan üzüyünün, 1 ədəd 1000 manat dəyərində 10-luq (Nikolay qızılı), 1 ədəd 590 manat dəyərində təkqaş, 583 əyarlı, 20 sot Sibir brilyant qaşlı sırğa dəstinin, 1 ədəd 260 manat dəyərində 583 əyarlı, 4 qram çəkidə qızıl sepin, 1 ədəd 200 manat dəyərində 583 əyarlı, 8 sot Sibir brilyant qaşlı 2,5 qram qızıl kulonun və ya onların dəyərinin, 1 ədəd 845 manat dəyərində 585 əyarlı, 13 qram çəkidə “Gül” kulon-üzükqolbaq dəstinin, 1 ədəd 700 manat dəyərində, 583 əyarlı, 3,5 qram çəkidə, 80 sot “Fransız” brilyant qaşlı üzük adda və sayda qızıl-zinət əşyalarının və ya onların dəyərinin; habelə iddiaçıdan korrupsiyada problemini həll etmək adı ilə aldığı 35000 manat pulun (həmin pulun 32000 manatı iddiaçının Maraqlı şəxs QSC-dəki hesabından çıxarılmış, 3000 manat isə bacısından borca alınmışdır), evdən apardığı 2000 ABŞ dolları məbləğində pulun, mediasiya mərhələsində iddiaçıdan aldığı 10000 manatın 1/2 hissəsinin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 388 manatın cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla yanaşı Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə edilmiş və cavabdehə saxlanması üçün verilən 43000 manatın 21500 manat hissəsinin İddiaçı ona qaytarılması, birgə nikah dövründə əldə edilmiş və Maraqlı şəxs QSC-də İddiaçı hesabında olmuş pul vəsaitinin yarısının cavabdehdən tutularaq ona ödənilməsi, habelə birgə nikah dövründə əldə edilən “Hyundai Elantra” minik markalı, 2015-ci il buraxılışlı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin aralarında bərabər paya bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində dindirilmiş: X16 ifadəsində göstərmişdir ki, o, iddiaçı ilə cavabdehin qızıdır. O, atasının qızılların saxlandığı qutunu evdən apardığını görmüş, hara apardığını soruşanda atası “məndə qalacaq, lazım olanda qaytaracağam” cavabını vermişdir. Həmin vaxt anası evdə olmamış, lakin bacısı ilə qardaşı evdə olmuşlar. Daha sonra həmin qutunu atasının avtomobilinin kitabça yerində görmüşdür. 2022-ci ilin yanvar ayında atası anasına zəng edərək korrupsiya ilə bağlı probleminin olduğunu və ona təcili pul lazım olduğunu bildirmiş, anası onunla birlikdə bankdan 18000 manat pul götürüb atasına göndərmişlər. X8 ifadəsində göstərmişdir ki, o, İddiaçı bacısıdır. O, lotereya oynamış, digər oyunçulara məxsus ümumilikdə 3000 manat pul onda olan zaman Aysel ona zəng vurub Cavabdeh1 korrupsiya ilə bağlı problemi olduğunu, təcili pula ehtiyacları olduğunu demişdir. O, həmin 3000 manatı Ayselə versə də, sonradan pul ona qaytarılmamışdır. Bacısının qızıllarını isə görməmiş, uşaqların dediklərinə görə, qızılları Cavabdeh1 özü ilə aparmış, maşınında gizlətmişdir. X4 ifadəsində göstərmişdir ki, o, Cavabdeh1 qardaşıdır. Taleh ona zəng vuraraq evində problemlər olduğunu, təcili onlara gəlməsini xahiş etmiş, evdə mübahisə olmuş, mübahisə bitdikdən sonra Taleh onunla birlikdə evi axtarmış, evdən nə qızıl, nə də pul tapılmamışdır. X17 ifadəsində göstərmişdir ki, o, İddiaçı bacısı Aygülün keçmiş həyat yoldaşıdır. İddiaçı ilə cavabdehin məlum problemləri yaranan dövrdə o, Aygüllə rəsmi boşanmış olsa da faktiki birlikdə yaşayırdı. Onların evində heç vaxt 3000 manat pul olmamışdır. O özü dəfələrlə Aygüldən pul istəsə də, Aygül pulunun olmadığını bildirmişdir. Aygül heç vaxt lotereya oynamamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4071/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 03 mart 2006-cı il tatixli, 107/a saylı qərarı ilə Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün alğı-satqı yolu ilə Cavabdeh1 ayrılmış 400 kv.metr torpaq sahəsi üzərində Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızının 1/2 hissədə payı müəyyən edilməsi, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, ev 1a, 79 saylı mənzil üzərində Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızının 1/2 hissədə payının müəyyən edilməsi, Cavabdeh1 5000 manat pul tutularaq Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızına ödənilməsi, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızına ödənilməsi, ilk iddianın digər hissələrdə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olan “Hyundai Elantra” markalı (istehsal ili 2015-ci il), **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində Cavabdeh1 1/2 hissədə payının müəyyən edilməsi, Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızından 9794,45 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh1 ödənilməsi, qarşılıqlı iddianın digər hissədə təmin edilməməsi, qarşılıqlı iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilməli 219 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki: iddiaçı ilə cavabdeh 16 noyabr 2002-ci il tarixli rəsmi nikahı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(001)-2235/2022 saylı qətnaməsi əsasında pozulsa da, iş materiallarında olan “mediasiya xidməti ilə bağlı verilmiş mədaxil qəbzi”ndən görünür ki, Cavabdeh1 21 fevral 2022-ci il tarixdə mediasiyaya müraciət etmiş, yəni tərəflər arasında ailə münasibətlərinin ən geci 21 fevral 2022-ci il tarixdə pozulması müəyyən edilmişdir. “Kia Sportage” minik markalı avtomobil 03 iyun 2021-ci il tarixdə Cavabdeh1 adına dövlət qeydiyyatına alınmış, 18 fevral 2022-ci il tarixdə alğı-satqı yolu ilə özgəninkiləşdirilmişdir. Yəni, həmin avtomobil tərəflərin birgə mülkiyyətidir, onun özgəninkiləşdirilməsi zamanı İddiaçı rəsmi razılığı tələb olunmur və avtomobil tərəflər arasında ailə münasibətlərinin pozulması tarixi kimi məhkəməyə məlum olan 21 fevral 2022-ci il tarixdən 3 gün əvvəl Cavabdeh1 tərəfindən özgəninkiləşdirilmişdir. Tərəflər arasında ailə münasibətlərinin daha öncədən pozulması ilə bağlı məhkəməyə iddiaçı tərəfdən heç bir sübut təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, sözügedən avtomobil birgə nikah dövründə satıldığından və əldə edilmiş 22000 manat pul vəsaitinin Cavabdeh1 tərəfindən ailəvi xərclərə deyil, şəxsi maraqları üçün sərf edilməsinə dair heç bir sübut mövcud olmadığından, həmin pulun yarısının üzərində iddiaçının payının tanınaraq, 11000 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması üçün əsas yoxdur və iddia bu hissədə təmin edilməməlidir. İddiaçı iddia tələbinin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik 37 saylı evin 36 saylı mənzilinin, Samux rayonunun Sərkar kəndində yerləşən 0,54 ha. torpaq sahəsinin, Samux rayonunun Sərkar kəndində yerləşən 1,288 ha. torpaq sahəsinin, Samux rayonunun Sərkar kəndində yerləşən 0,2724 ha. torpaq sahəsinin, Samux rayonunun Sərkar kəndində yerləşən 0,27 ha. torpaq sahəsinin, Samux rayonunun Sərkar kəndində yerləşən 2,0509 ha. torpaq sahəsinin, Samux rayonunun Sərkar kəndində yerləşən 1,0794 ha. torpaq sahəsinin, Samux rayonunun Sərkar kəndində yerləşən 0,2024 ha. torpaq sahəsinin alğı-satqıları nəticəsində X1 əldə etdiyi, daşınmaz əmlakların satıldığı dövrlər üzrə həqiqi bazar dəyərləri olaraq 102000 manatın 1/2 hissəsi üzərində iddiaçının payının tanınaraq, həmin pulun yarısının, yəni 51000 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, mülki iş materialları ilə həmin əmlakların da birgə nikah dövründə əldə edildikləri, Cavabdeh1 mülkiyyəti kimi dövlət qeydiyyatına alındıqları müəyyən edilir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik 37 saylı evin 36 saylı mənzil xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən özgəninkiləşdirilmiş, bu zaman İddiaçı və onların yetkinlik yaşına çatmış Mari adlı uşaqları notarial qaydada verdikləri ərizədə mənzilin satılmasına etiraz etmədiklərini göstərmişlər. Eyni hal Samux rayonu ərazisində yerləşən, ilk iddia tələbində göstərilən torpaq sahələrinə münasibətdə də öz əksini tapmışdır. Belə ki, həmin torpaq sahələri 01 iyun 2021-ci il tarixdə Cavabdeh1 tərəfindən özgəninkiləşdirilmiş, məhkəmə sorğusu ilə əldə edilmiş notariat işləri araşdırılarkən, hər bir alğı-satqı zamanı İddiaçı alğı-satqıya etiraz etməməsinə dair notarial qaydada ərizəsinin mövcud olduğu müəyyən edilmişdir. Beləliklə, yuxarıda göstərilən əmlaklar tərəflərin birgə nikah dövründə əldə edilmiş, birgə nikah dövründə də özgəninkiləşdirildiklərindən, əldə edilmiş pul vəsaitinin Cavabdeh1 tərəfindən ailəvi xərclərə deyil, şəxsi maraqları üçün sərf edilməsinə dair heç bir sübut mövcud olmadığından, həmin pulun yarısının üzərində iddiaçının payının tanınaraq, 102000 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması üçün əsas yoxdur və iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə bu hissədə onu da qeyd etmişdir ki, mülki iş materiallarında olan alğı-satqı müqavilələri ilə müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik 37 saylı evin 36 saylı mənzil 35000 manata, Samux rayonu ərazisindəki torpaq sahələri isə ümumilikdə 10500 manata satılmışdır. İddiaçı həmin əmlakların real dəyəri kimi 102000 manat tələb etməklə, buna dair mütəxəssis rəyi təqdim etsə də, məhkəmə qeyd etmişdir ki, əmlakların alğı-satqısı zamanı onların qiyməti də müqavilədə göstərilmiş və alğı-satqı İddiaçı razılığı ilə həyata keçirilmişdir. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 03 mart 2006-cı il tatixli, 107/a saylı qərarından görünür ki, Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün 400 kv.metr torpaq sahəsi tərəflərin birgə nikah dövründə əldə edildiyindən, həmin əmlak birgə mülkiyyət olmaqla, iddiaçının həmin torpaq sahəsinə 1/2 hissədə payı müəyyən edilməli, beləliklə İddiaçı iddiası bu hissədə təmin edilməlidir. İddia tələbinin Şəki rayonunun Suçma kəndində yerləşən torpaq sahəsi üzərində iddiaçının 1/2 hissədə payının tanınması hissəsinə münasibətdə məhkəmə bildirmişdir ki, həmin torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd məhkəməyə təqdim edilməmiş, habelə, torpaq sahəsinin hansı əsasla tərəflərdən birinin mülkiyyətinə və ya istifadəsinə verilməsi ilə bağlı məhkəməyə sübut təqdim edilmədiyindən , iddia bu hissədə təmin edilə bilməz. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, ev 1a, 79 saylı mənzil 11 aprel 2014-cü il tarixdə, yəni birgə nikah dövründə Cavabdeh1 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış və hazırda Cavabdeh1 mülkiyyətindədir. Həmin mənzil Cavabdeh1lə "xxxx" ASC arasında bağlanmış 28 mart 2014-cü il tarixli, İK-049-İ nömrəli kredit müqaviləsi ilə bank tərəfindən Cavabdeh1 30000 manat kreditin verilməsi yolu ilə əldə edilmişdir. Məhkəmə hesab etmişdir ki, həmin mənzil birgə nikah dövründə əldə edildiyindən, həm iddiaçının, həm də cavabdehin həmin mənzil üzərində 1/2 hissədə payı müəyyən edilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, mənzil bank qarşısında ipoteka ilə yüklü edilmiş, götürülmüş kredit Cavabdeh1 birgə nikah dövründə ailə ehtiyaclarının təmin edilməsi, yəni həmin evin alınması məqsədi ilə üzərinə götürdüyü öhdəlik kimi qəbul edilir və tərəflərin ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Evin ipoteka predmeti olmaqla kreditlə alınması həmin əmlaka İddiaçı payının tanınmaması üçün əsas ola bilməz. Hər bir halda, ipoteka predmeti olmaqla tərəflərin ümumi birgə mülkiyyətini təşkil edən mənzilin 1/2 hissəsinə payı müəyyən edilən iddiaçı hüquqi nəticə etibarı ilə kreditor-ipoteka saxlayan "xxxx" ASC qarşısında borcluya çevrilir. Başqa sözlə, iddiaçının bu mənzilə payının müəyyən edilməsi "xxxx" ASC-nin kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icra edilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tutulmasını və tutmanın həmin mənzilə yönəldilməsini tələb etmək hüququnu hər hansı formada məhdudlaşdırmır və ya istisna etmir. İddiaçı iddia tələbinin qızıl-zinət əşyalarının və ya onların dəyərinin cavabdehdən tutulması hissəsinə müasibətdə məhkəmə hesab etmişdir ki, iddia bu hissədə də təmin edilə bilməz. Belə ki, məhkəmə qızıl-zinət əşyalarının Cavabdeh1 olub-olmamasının, onun tərəfindən götürülüb-götürülməməsindən öncə, ümumiyyətlə iddia tələbində adları çəkilən qızıl-zinət əşyalarının əvvəllər iddiaçıda olub-olmamasının araşdırılmasını zəruri hesab etmişdir. İddiaçı iddia tələbinin bu hissəsinə sübut kimi mütəxəssis rəyini məhkəməyə təqdim etmişdir. Hansı ki, həmin mütəxəssis rəyində qeyd edilmişdir ki, həmin rəy iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərin tədqiqi yolu ilə tərtib edilmişdir. Rəyin əsaslandırma hissəsinə sözügedən fotoşəkillər əlavə edilmişdir. Məhkəmə qeyd etmişdir ki, qızıl-zinət əşyalarının maddi dəyərinin əsas göstəricisi onun əyarı, çəkisi, istehsal tarixidir. Fotoşəkil əsasında isə qızılın əyarını qismən müəyyən etmək mümkün olsa da, onun çəkisini, istehsal tarixini müəyyənləşdirmək qeyrimümkündür. Belə nəticəyə gəlinir ki, qızılların adları, əyarı, çəkiləri və s. barədə məlumatı mütəxəssis məhz iddiaçı tərəfdən əldə etmişdir. Məhkəmə iddia tələbinin bu hissəsinə cavabdehin nümayəndəsinin münasibətini haqlı hesab etmişdir və qeyd etmişdir ki, əgər mütəxəssis rəyi iddia tələbində göstərilən qızıl-zinət əşyalarının Cavabdeh1 olmasına sübut kimi qəbul edilərsə, demək İddiaçı sonsuz sayda qızıl-zinət əşyası adını qeyd edib, həmin əşyaların Cavabdeh1 qaldığını bildirib onları tələb edə bilər. Belə ki, sübutetmə yükü baxımından mübahisəli qızıl-zinət əşyaların əşyalarının iddiaçıya hədiyyə kimi verildiyini və onların məhz cavabdehdə olduğunu, bir sözlə, tələbin hüquqi və fatiki əsaslarını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddia tələbində adları göstərilən qızıl-zinət əşyalarının tərəflər arasında ailə münasibətləri pozulanadək iddiaçıda olmasını təsdiq edən əsaslı sübut məhkəməyə təqdim edilmədiyi müəyyən olunur. Bu fakt işin məhkəmə araşdırılması ilə də təsdiq edilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 atası Cavabdeh1 qızılların saxlandığı qutunu özü ilə götürdüyünü bildirsə də, bu ifadə də iddia tələbində göstərilən qızıl-zinət əşyalarının Cavabdeh1 olmasını təsdiq etmək üçün kifayət edəcək sübut deyil. Belə ki, həmin ifadədə şahid qızıl əşyalarının fərdi növlərini, onların xüsusiyyətlərini təsfir etməmiş, buna münasibətdə fikirini ümumi sözlərlə ifadə etmişdir. Bu isə həmin qutudakı qızılların məhz iddia tələbində adları göstərilən qızıllar olmasının müəyyən edilməsinə kifayət etmir. Buna görə də, məhkəmə hesab etmişdir ki, İddiaçı iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir. İddia tələbinin digər, cavabdehin işi ilə bağlı yaranmış problemin həlli ilə bağlı iddiaçıdan aldığı 35000 manatın və evdən götürdüyü 2000 ABŞ dolları məbləğində pulun iddiaçıya verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı 35000 manatın 32000 manat hissəsini Maraqlı şəxs QSC-dən, 3000 manatını isə bacısından borc alıb cavabdehə göndərdiyini bildirsə də, bankdan həmin məbləğdə pulu götürməsi ilə bağlı məhkəməyə sübut təqdim edə biləcəyi halda bunu etməmiş, məhkəmə iclasında şahid qismində dindirilmiş bacısı X8 özündə olan, başqa şəxslərə məxsus 3000 manat pulu həqiqətən də Cavabdeh1 işindəki problemin həlli ilə bağlı İddiaçı verdiyini bildirmiş, lakin Aygül Hüseynovanın keçmiş əri Aygülün heç vaxt lotereya oynamadığını, evdə əlavə pulun olmadığını demişdir. Beləliklə, iddia tələbi cavabdehdən 35000 manatın tutulması hissəsində də sübuta yetirilmədiyindən, bu hissədə də təmin edilməməlidir. İddiaçının mediasiya sessiyası zamanı cavabdehə 10000 manat verməsini cavabdeh özü də etiraf etdiyindən, məhkəmə hesab etmişdir ki, mediasiyada bağlanmış barışıq sazişi icra edilmədiyindən, iddia bu hissədə əsaslıdır və cavabdehdən 5000 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə ilk iddia ilə bağlı onu da qeyd etmişdir ki, İddiaçı məhkəməyə təqdim etdiyi ilkin iddia ərizəsində cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X26 İdarəsi, Bakı şəhəri 23 saylı notariat ofisi, Samux rayon notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi göstərilmiş, iddia tələbi isə müqavilələrin etibarsız hesab edilməsi olmuş, sonradan iddiaçı tələbi dəyişdirmiş və hazırki qətnamədə göstərilən tələblə məhkəməyə müraciət etmişdir. Yekun məzmunlu iddia tələbində Baş X26 İdarəsinə, Bakı şəhəri 23 saylı notariat ofisinə, Samux rayon notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələb müəyyən edilməmişdir. Məhkəmə Cavabdeh1 iddia tələbinə münasibətdə isə qeyd edir ki, qarşılıqlı iddia tələbinin birinci hissəsi birgə nikah dövründə əldə edilmiş və cavabdehə saxlanması üçün verilən 43000 manatın 21500 manat hissəsinin İddiaçı ona qaytarılması təşkil edir. İddiaçı (Cavabdeh1) tələbinin bu hissəsini uşaqlarına ev almaq üçün özünə məxsus əmlakları satıb, pulun bir hissəsini ailənin xərclərinə sərf etməsi, qalan 43000 manatı isə saxlanmaq üçün İddiaçı verməsi ilə əsaslandırsa da, pulun cavabdehə verilməsini təsdiq edən sübut məhkəməyə təqdim etməmişdir. Cavabdeh1 məhkəmə iclasındakı izahatında cavabdehin mediasiya sessiyası zamanı ona 10000 manat verməsini və mənzilin əvəzində 33000 manatı verməyə hazır olduğunu, həmin pulun məhz onun cavabdehə saxlamaq üçün verdiyi 43000 manat olduğunu bildirsə də, məhkəmə bunu iddianın təmin edilməsinə kifayət sübut kimi qəbul etməmiş və hesab etmişdir ki, iddia bu hissədə təmin edilməməlidir. Cavabdeh1 iddia tələbinin digər hissəsini birgə nikah dövründə İddiaçı bank hesabına yerləşdirilmiş və münasibətləri pozulduqdan sonra sonuncu tərəfindən çıxarılmış pulun yarısının ona ödənilməsi təşkil edir ki, məhkəmə iddianın bu hissəsinə münasibətdə bildirmişdir ki, Maraqlı şəxs QSC tərəfindən məhkəməyə təqdim edilmiş çıxarışdan görünür ki, İddiaçı aid AZ50ACAB******************** nömrəli hesaba 15 mart 2021-ci il tarixdən 13 dekabr 2021-ci il tarixədək, yəni birgə nikah dövründə ümumilikdə 19588,91 manat pul mədaxil edilmiş, 24 fevral 2022-ci il tarixdə, yəni tərəflər arasında ailə münasibətləri faktiki olaraq pozulduqdan sonra tam məbləğ hesabdan çıxarılmışdır. Həmin pulun ailənin xərclərinə sərf edilmədiyi məlum olduğu üçün məhkəmə hesab etmişdir ki, 19588,91 manatın yarısı, yəni 9794,45 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdeh1 ödənilməli, beləliklə iddia bu hissədə təmin edilməlidir. Qarşılıqlı iddia tələbinin “Hyundai Elantra” markalı avtomobilin üzərində Cavabdeh1 1/2 hissədə payının müəyyən edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, “Hyundai Elantra” minik markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobil 2020-ci ildə, yəni tərəflərin birgə nikah dövründə İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış və hazırda onun mülkiyyətindədir. Məhkəmə hesab etmişdir ki, iddia bu hissədə də təmin edilməli, həmin avtomobil birgə mülkiyyət hesab edilməklə, avtomobilin üzərində 1/2 hissədə Cavabdeh1 payı müəyyən edilməlidir. Qətnamədən narazı qalan iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddianın rədd edilən, qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv edilməsi, ilkin iddianın tam təmin edilməsinə və qarşılıqlı iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamədən həmçinin cavabdeh də (qarşılıqlı iddia üzrə iddiaçı) apellyasiya şikayəti verərək, qətnamənin - qismən ləğv edərək RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, ev 1a, 79 saylı mənzil üzərində Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızının 1/3 hissədə, Cavabdeh1 isə 2/3 payı müəyyən edilməsi barədə və birgə nikah dövründə özgənikləşdirilən ünvan 1 ünvanda yerləşən 36 saylı mənzildən əldə olunan 33000 (otuz üç min) manat vəsaitin yarısını, yəni 16 500 (on altı min beş yüz) manatın ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. . Apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, fotoşəkil əsasında iddia ərizəsində sadalanan qızıl-ziynət əşyalarının istehsal tarixi və çəkisi barədə müəyyənləşdirilməsi çətin olan məlumatlar olmuşdursa rəy verən mütəxəssis əlavə suallara cavab verilməsi üçün məhkəməyə dəvət edilə bilərdi. Bundan başqa ekspert rəyində də iddiaçının və onun qızının üstündə qızıl-ziynət əşyaları olan şəkillər vardır. Əgər bu şəkillər kifayət etməmişdirsə apellyasiya instansiyasında təyin olunacaq məhkəmə iclasında əlavə şəkillər təqdim ediləcəkdir. İş üzrə şahid qismində dindirilmiş X16 da məhkəmədə ifadə verərkən bildirmişdir ki, atasının qızılların saxlandığı qutudan apardığını görmüş, qızıllar barədə soruşanda “məndə qalacaq, lazım olanda qaytaracağam” dediyini, sonradan həmin qutunu atasının avtomobilinin kitabça yerində gördüyünü bildirmişdir. Məhkəmə ümumilikdə həm ilkin, həm qarşılıqlı iddiaya qiymət verərkən birgə nigah dövründə əldə olunmuş əmlakların 1/2 hissədə bölünməsini nəzərdə tutmuş, ananın himayəsində qalan uşaqların mənafeləri nəzərə alınmamışdır. Qeyd olunanlardan əlavə tərəflər arasında bağlanmış barışıq sazişi də əsassız olaraq mahiyyətini iddiaçının ziyanına itirmişdir. Belə ki, tərəflər arasında mediator X9 iştirakı ilə bağlanmış 24 fevral 2022-ci il tarixli barışıq sazişinin şərtlərində göstərilmişdir ki, tərəflər birgə nigah dövründə ipoteka ilə alınan və X2 adına rəsmiləşdirilən ünvan 2 ünvanında yerləşən mənzilin İddiaçı sərəncamına və mülkiyyətinə verir. Gələcəkdə ipoteka məbləğinin qalan hissəsi İddiaçı tərəfindən ödənilməlidir. Həmçinin tərəflər mənzilə dair mülkiyyəti əldə etmək üçün 33000 manat vəsaitin Cavabdeh1 İddiaçı tərəfindən ödənilməsinə razılaşmışlar. Bundan başqa tərəflər birgə nigah dövründə alınan “Hyundai Elantra” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə İddiaçı Cavabdeh1 10000 manat vəsait ödəmiş və nəqliyyat vasitəsinin İddiaçı mülkiyyətində qalmasına razılaşmışlar. Razılaşmanın əksinə cavabdeh tərəfindən məhkəmədə fərqli iddialar irəli sürülmüşdür. Cavabdehin barışıq sazişindəki mövqeyini sonradan məhkəmə prossesi zamanı dəyişməklə iddiaçıdan qarşılıqlı iddia qaydasında başqa tələblər etməsi və tələbinin qismən də olsa sazişin ziddinə təmini tərəflər arasında mediasiya prosseslərində bağlanan barışıq sazişlərinin hüquqi qüvvəsinə inamsızlıq yaradır. İş materiallarından da göründüyü kimi, barışıq sazişinin evlə bağlı hissəsinin İddiaçı tərəfindən icrası özündən asılı olmayan səbəblərdən gecikmişdir. Bu isə öhdəliyinin icrasından yayınma kimi qiymətləndirilə bilməzdi. Belə ki, həmin müddətdə tərəflər arasında olan nikah pozulmadığı üçün notariusda evin Ayselin adına keçirilməsi mümkün olmamışdır. Qarşı tərəf isə barışıq şərtlərini qəsdən pozmaqla iddiaçının avtomobilin müqabilində ona verdiyi 10000 manat pula baxmayaraq sazişə zidd tələblər irəli sürmüşdür. Bundan başqa satılan digər əmlaklardan əldə olnan gəliri cavabdeh öz ehtiyacları üçün sərf etmiş, iddiaçının payını verməmiş, ailə ehtiyaclarına sərf etməmişdir. Belə ki, gündəlik dolanışıq üçün cavabdehin kifayət qədər aylıq əmək haqqı olmuşdur. Nikahın pozulmasına dair iddia Cavabdeh1 tərəfindən verilmişdir. Tərəflər arasında faktiki ailə münasibətləri pozulmaqla cavabdeh tərəfindən birgə nikah dövründə əldə olunmuş əmlakların satılması üçün İddiaçı psixoloji təsirlər edilmişdir. Əmlaklar sırası ilə satılmaqla əmlakların planlaşdırılmış şəkildə satılmasını və satışdan əldə olunmuş məbləğdən İddiaçı payının verilmədiyini sübut edir, əmlakların kimə satılması ilə bağlı şübhəli məqamlara məhkəmə tərəfindən toxunulmamışdır. İlkin iddia üzrə Cavabdeh1 mediasiyaya müraciət etmədən 3-4 gün əvvəl “Kia Sportage” markalı avtomobili 22000 manata, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik 37 saylı evin 36 saylı mənzili isə 35000 manata satdığını ifadəsində bildirmişdir. Qətnamədə iddiaçının öz adına olan bank əmanətini çıxardıqdan sonra ailə ehtiyaclarına sərf etdiyinin müəyyən edilmədiyi bildirilsə də, məsələyə birtərəfli qiymət verilmiş, Cavabdeh1 tərəfindən mediasiyaya müraciət edib, son ailə münasibətlərini də kəsdiyi günlərə qədər olan 3-4 günlük müddətdə evin və maşının satışından əldə etdiyi cəmi 57000 manat pulu ailənin məhz hansı ehtiyaclarına sərf etdiyi aydınlaşdırılmamışdır. Belə ki, cavabdeh bu pulun bir hissəsinin xərcləndiyini, 43000 manat qaldığını iddia edir ki, nə xərcləndiyini etiraf etdiyi 14000 manatın ailənin hansı ehtiyaclarına xərclənməsi, nə də ifadəsində qeyd etdiyi kimi 43000 manatı evdə qoyub getməsi sübuta yetirilməmişdir. Sonda isə bu məbləğin bölünməsinə məhkəmə tərəfindən qiymət verilməmişdir. Cavabdeh ifadəsində bildirir ki, İddiaçı 33000 manatı ipotekada olan evin müqabilində ona verməyə hazır olması onu göstərir ki, həqiqətən də 43000 manat Ayseldə olmuşdur. Cavabdeh1 də ifadəsində bildirmişdir ki, ipotekada olan evin ödənilmiş məbləğinin yarısını Ayselə ödəməyə razıdır. Eyni yanaşma ilə yanaşılarsa Cavabdeh1anın İddiaçı verməyə razı olduğu pulun mənbəyi də şübhə doğurur. Qızıl-zinət tələbinə dair hissədə iddiaya qiymət verərkən məhkəmə qətnaməsində göstərilmişdir ki, əvvəlcə iddia tələbində adları çəkilən qızıl-ziynət əşyalarının əvvəllər olub-olmaması müəyyən edilməlidir ki, bu barədə iddiaçı sübut təqdim etməmişdir. Qətnamədə qeyd edildiyi kimi əgər fotoşəkil əsasında iddia ərizəsində sadalanan qızıl-ziynət əşyalarının istehsal tarixi və çəkisi barədə müəyyənləşdirilməsi çətin olan məlumatlar vardırsa rəy verən mütəxəssis əlavə suallara cavab verilməsi üçün məhkəməyə dəvət edilə bilərdi. Bundan başqa ekspert rəyində də iddiaçının və onun qızının üstündə qızıl-ziynət əşyaları olan şəkillər vardır. Məhkəmə “Hundai Elantra” markalı, **-RU-*** dövlət qeydiyyatnişanlı avtomobil üzərində Cavabdeh1 1/2 hissədə payını müəyyən etməklə İddiaçı sonuncunun xeyrinə 9794.45 manat məbləğində pulun tutulmasını qət etmişdir. Məhkəmə bu qənaətə gələrkən avtomobilin qiymətləndirilməsinə dair ekspertiza təyin etməmiş, dəqiq müəyyən edilməmiş və şişirdilmiş qiymət əsasında avtomobilin dəyərinin bölünməsini qət etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş apellyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, nikahın pozulması üçün mediasiya təşkilatına müraciət edərkən İddiaçı ondan hazırki iddia ərizəsində göstərilən qədər əmlak tələbi olmamışdır. Razılaşmalarına əsasən, Aysel ipotekada olan evin əvəzində ona 33000 manat ödəməyi, o isə həmin evi Ayselə verməyi öhdəsinə götürmüş, bundan əlavə, birgə nikah dövründə əldə etdikləri və İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış “Hyundai Elantra” markalı avtomobilə görə Aysel ona 10000 manat verməyi, o isə həmin avtomobildəki payından Ayselin xeyrinə imtina etməli idi. Aysel avtomobilə görə ona 10000 manat vermiş, lakin, həmin müddətdə nikahları pozulmadığından notariusda evin Ayselin adına keçirilməsi mümkün olmamış, beləliklə Aysel 33000 manatı ona verməmişdir. Həmin evin üzərində 1/2 hissədə hər ikisinin payının tanınmasını qəbul etmir. Belə ki, ev məhz onun hərbçi olması əsası ilə güzəştli şərtlərlə, illik 4 faizlə ipoteka krediti ilə ona verilmişdir. Yəni, evin güzəştli şərtlərlə bu qiymətə əldə edilməsi məhz ona olan imtiyazdan irəli gəlir. İddiaçı belə imtiyazı olmadığından həmin evə payı müəyyən edilə bilməz. O, evli olduqları dövrdə həmin evlə bağlı ödənilmiş pulun yarısını Ayselə verməyə razıdır, bu şərtlə ki, Aysel həmin evə dair iddiasını geri çəksin. Evli olduqları dövrdə Aysel işləməmiş, belə olan halda 10000 manat ona verməsi, habelə 33000 manatı verməyə hazır olması onu göstərir ki, həqiqətən də onun öz adına olan əmlakların satışından əldə etdiyi 43000 manat yaşadıqları evdə, Ayseldə olmuşdur. İddia tələbində göstərilən digər xüsusatların isə heç bir əsası yoxdur. Aysel ona 10000 manat verməyi, o isə həmin avtomobildəki payından Ayselin xeyrinə imtina etməli idi. Aysel avtomobilə görə ona 10000 manat vermiş, lakin, həmin müddətdə nikahları pozulmadığından notariusda evin Ayselin adına keçirilməsi mümkün olmamış, beləliklə Aysel 33000 manatı ona verməmişdir. Məhkəmə Ayselin iddiasını 10000 manat hissəsində təmin etdiyi halda, qarşılıqlı iddianı hansı əsaslarla təmin etmədiyi anlaşılan deyil. Məhkəmə iddia tələbinin qismən təmin etməsinə baxmayaraq, ər-arvadın birgə nikahda əldə etdikləri əmlakın kreditora olan borcunun kim və necə ödənilməsi hissəsinə hüquqi qiymət verməməsi və iddiaçının birgə nikahda əldə olan vəsaitini iddiaçının xeyrinə təmin etməsinə baxmayaraq o vəsaitin yaranma mənbəyi olduğu halda qarşılıqlı iddia da rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2242/2023 saylı 14 mart 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, X6 və X15 qarşı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqavilələrinə əsasən verilmiş mülkiyyət hüququna dair çıxarışların ləğv edilməsi tələbinə dair mülki iş üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək hazırki mülki iş üzrə icraat dayandırılmışdır. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2284/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, X6 və X15 qarşı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqavilələrinə əsasən verilmiş mülkiyyət hüququna dair çıxarışların ləğv edilməsi tələbinə dair iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2242/2023 saylı 11 sentyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçı Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızının Cavabdeh1 və digərlərinə qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakda payın müəyyən edilməsi və s.” tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı eyni adlı tələb üzrə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə icraat təzələnmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2242/2023 saylı 27 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçı Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızının və Cavabdeh1 apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-4771/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən-RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, ev 1a, 79 saylı mənzil üzərində Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızının 1/2 hissədə payı müəyyən edilməsi, qarşılıqlı iddia tələbi üzrə “Hyundai Elantra” markalı (istehsal ili 2015-ci il), **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində Cavabdeh1 1/2 hissədə payının müəyyən edilməsi və Cavabdeh1 5000 manat pulun tutularaq Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızına ödənilməsi hissəsində ləğv edilməsi və həmin hissələrdə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Proses iştirakçılarının izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil4 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafə edərək təmin olunmasını, digər tərəfin verdiyi apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil3 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafə edərək təmin olunmasını, digər tərəfin verdiyi apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Ailə Məcəllə: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.2. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.

35. nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. 36.3. mübahisə olduqda ər-arvadın ümumi əmlakının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir. 36.8. Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. 37.1. Ər-arvadın arasındakı müqavilədə başqa hal nəzərdə tutumayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2 Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzıün tətbiq edilməməsi; məhkəmənin ıəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi “Kia Sportage” minik markalı avtomobilin və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, hərbi şəhərcik 37 saylı evin 36 saylı mənzilinin satışından əldə olunan pul vəsaitinə 1/2 hissədə Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızının payı tanınaraq həmin hissədə iddia tələbi qismən təmin edilməli, ilkin iddia tələbi üzrə Cavabdeh1 28500 manat məbləğində pul tutularaq iddiaçı Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızına ödənilməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbinin - “Kia Sportage” minik markalı, 2015-ci il buraxılışlı, ağ rəngli, **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobilinə münasibətdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi sözügedən avtomobilə münasibətdə iddia tələbinin əsaslı olması ilə bağlı sübutetmə yükünün iddiaçının üzərində olmasını göstərsə də, nəzərə almamışdır ki, cavabdeh həmin avtomobili 18 fevral 2022-ci il tarixdə alğı-satqı yolu ilə özgəninkiləşdirdikdən sonra 21 fevral 2022-ci il tarixdə mediasiyaya müraciət etmişdir. Başqa sözlə məhkəmə hesab etmişdir ki, tərəflər arasında ailə münasibətlərinin ən geci 21 fevral 2022-ci il tarixdə pozulması müəyyən edilmişdir. Halbuki, işin materiallarından görünür ki, 03 iyun 2021-ci il tarixdə Cavabdeh1 adına dövlət qeydiyyatına alınmış, “Kia Sportage” minik markalı, 2015-ci il buraxılışlı, ağ rəngli, **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobil 18 fevral 2022-ci il tarixdə alğı-satqı yolu ilə indiki həyat yoldaşı X10 adına özgəninkiləşdirilmişdir. Sonuncu Cavabdeh1 etibarnamə vermişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında Cavabdeh1 “Kia Sportage” minik markalı avtomaşını 22000 manata satmasını göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2023-cü ildə avtomobilini satdıqdan sonra cavabdehin iddiaçı ilə ailə münasibətlərinin ən geci 21 fevral 2022-ci il tarixdə, yəni mediasiyaya müraciət etdiyi vaxtdan pozulması qənaətinə gələn birinci instansiya məhkəməsi avtomaşını alan R.Xəlilova ilə cavabdeh arasında faktiki ailə münasibətləri mövcud olmaqla hal-hazırda ailə qurmaları faktına diqqət yetirməmişdir. Belə olan halda sözügedən avtomobil birgə nikah dövründə satıldığından və əldə edilmiş 22000 manat pul vəsaitinin Cavabdeh1 tərəfindən ailəvi xərclərə deyil, şəxsi maraqları üçün sərf edilməsinə dair, eləcə də, tərəflər arasında ailə münasibətlərinin daha öncədən pozulması ilə bağlı məhkəməyə iddiaçı tərəfdən heç bir sübut təqdim edilməməsinə dair məhkəmənin qənaəti əsaslı sayıla bilməz. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik 37 saylı evin 36 saylı mənzilinə münasibətdə də düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında olan 16 fevral 2022-ci il tarixli “Daşınmaz əmlakın alğısatqı müqaviləsi”ndən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 22 yanvar 2009-cu il tarixdə şəxsi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsində istifadədə olan 0,07248 ha. torpaq sahəsində yerləşən 37 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində, 46,51 kv.metr ümumi, 26 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 36 nömrəli mənzili 35000 manata bacısı oğlu X3, alğı-satqı zamanı İddiaçı və X16 mənzilin satılmasına etiraz etməmələrinə dair ərizə vermişlər. Tələbin bu hissələrinə etiraz edən Cavabdeh1 bildirir ki, qeyd olunan avtomobilin və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsində istifadədə olan 0,07248 ha. torpaq sahəsində yerləşən 37 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində, 46,51 kv.metr ümumi, 26 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 36 nömrəli mənzilin satışından əldə edilmiş vəsaiti İddiaçı vermişdir. Lakin işin araşdırılmış hallarından həmin vəsaitin İddiaçı verilməsi müəyyən edilməmişdir. Həmçinin əldə edilmiş vəsaitin İddiaçı verilməsini sübutetmə yükü Cavabdeh1 üzərinə düşsə də bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mübahisəli “Kia Sportage” minik markalı avtomobiliə dair alğı-satqı müqaviləsinin bağlanması məhz ər-arvad arasında münasibətlərin pisləşdiyi dövrə (nikahın pozulması ərəfəsində) təsadüf etmiş, alğı-satqı müqaviləsinin bağlanmasında Cavabdeh1 məqsədi həmin əmlakın gələcəkdə əmlak bölgüsü zamanı bölgünün predmeti olmasının qarşısını almaqdan ibarət olmuşdur. Məhkəmə kollegiyası bu qənaətə gələrkən hər iki əmlakın satışından əldə olunan gəlirin ailə ehtiyaclarına bütünlüklə sərf edilməsinə dair sübutların olmamasından əlavə, tərəflər arasında İddiaçı satışa razılıq verəcəyi qədər mehriban, normal ailə münasibətləri olmuşsa sadəcə satışdan sonrakı 3-5 gün ərzində Cavabdeh1a tərəfindən boşanma prossesləri başlanılmasını da mütləq qaydada nəzərə almışdır. Həmçinin məhkəmə kollegiyası tərəflər arasında munaqişəli vəziyyətin yaranması səbəbləri baxımından qeyd edir ki, Cavabdeh1n qeyd olunan avtomobilin və mənzilin satış pullarının iddiaçıya verməsi həm inandarıcı, həm də ağılabatan deyildir. Kollegiyanın qənaətinə görə cavabdeh tərəfindən həyata keçirilmiş bu hərəkətlər İddiaçı birgə nigah dövründə əldə olunmuş əmlakdakı paylarına düşən hissəni ala bilməməsinə hesablanmışdır. Lakin işin faktiki və araşdırılmış halları hər iki əmlakın satışından əldə edilən vəsaitlərin satışdan sonra mediasiya ərizə verilən olduqca qısa vaxt ərzində heç də tərəflərin ailə ehtiyacları üçün sərf edilməsini deyil, cavabdehin özü üçün əldə etməsini təsdiq edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, “Kia Sportage” minik markalı avtomobilin və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, hərbi şəhərcik 37 saylı evin 36 saylı mənzilinin satışından əldə olunan pul vəsaitinə 1/2 hissədə Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızının payı tanınmaqla, həmin əmlakların satışından əldə edilmiş vəsaitin yarısı Cavabdeh1 tutularaq Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızına ödənilməlidir. Məhkəmə kollegiyası həmin əmlakların dəyərlərinə münasibətdə qeyd edir ki, “Kia Sportage” minik markalı avtomobil 22000 manata satılmış, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, hərbi şəhərcik 37 saylı evin 36 saylı mənzil isə 35000 manata satılmışdır. Həmçinin, qeyd olunan əmlakların dəyərinin daha yüksək olması işin halları ilə müəyyən edilməmişdir. Belə olan halda da həmin əmlakların dəyəri alqı-satqı müqavilələrində göstərilən məbləğdə, yəni ümumlikdə 57000 manat vəsaitin yarısı 28500 manatı hissəsi Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yoxlanılan digər hissələrdə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, həmin hissələrdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri həmin hissələrdə əsassız olmuşdur. Belə ki, Samux rayonu ərazisində yerləşən, ilk iddia tələbində göstərilən torpaq sahəsinin 01 iyun 2021-ci il tarixdə Cavabdeh1 tərəfindən özgəninkiləşdirilmiş, notariat işləri araşdırılarkən, hər bir alğı-satqı zamanı İddiaçı alğı-satqıya etiraz etməməsinə dair notarial qaydada ərizəsinin mövcud olduğu müəyyən edilmişdir. Belə olan halda həmin əmlakın tərəflərin birgə nikah dövründə əldə edilmiş, birgə nikah dövründə də özgəninkiləşdirildiklərindən, əldə edilmiş pul vəsaitinin Cavabdeh1 tərəfindən ailəvi xərclərə deyil, şəxsi maraqları üçün sərf edilməsinə dair sübut mövcud olmadığından, həmin pulun yarısının üzərində iddiaçının payının tanınaraq, cavabdehdən iddiaçının xeyrinə tutulması üçün əsas olmadığı üçün iddianın bu hissədə təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 03 mart 2006-cı il tatixli, 107/a saylı qərarı əsasında Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün 400 kv.metr torpaq sahəsi tərəflərin birgə nikah dövründə əldə edildiyindən həmin əmlakın da birgə mülkiyyət olmaqla, iddiaçının həmin torpaq sahəsinə 1/2 hissədə payı müəyyən edilməli, beləliklə İddiaçı iddiası bu hissədə təmin edilməli olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə də razılaşır və qeyd edir ki, hətta bu əmlak üzrə tərəflər arasında hazırda mübahisə yoxdur. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, Şəki rayonunun Suçma kəndində yerləşən torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd məhkəməyə təqdim edilməmiş, habelə, torpaq sahəsinin hansı əsasla tərəflərdən birinin mülkiyyətinə və ya istifadəsinə verilməsi ilə bağlı məhkəməyə sübut təqdim edilmədiyindən həmin əmlakın üzərində iddiaçının 1/2 hissədə payının tanınması barədə iddia təmin edilə bilməməsinə dair birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçı iddia tələbinin qızıl-zinət əşyalarının və ya onların dəyərinin cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə də işin araşdırılmış hallarına uyğun olmuşdur. Belə ki, mübahisəli qızıl-zinət əşyalarının iddiaçıya hədiyyə kimi verildiyini və onların məhz cavabdehdə olduğunu, bir sözlə, tələbin hüquqi və fatiki əsaslarını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşsə də iddiaçı bu barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası tələbin qeyd edilən hissəsi üzrə şahid qismində dindirilmiş tərəflərin birgə nikahlan olan qızları X12 ifadəsinə verdiyi hüquqi qiymətlə də razılaşır. Belə ki şahid atası Cavabdeh1 qızılların saxlandığı qutunu özü ilə götürdüyünü bildirsə də, bu ifadə də iddia tələbində göstərilən qızıl-zinət əşyalarının Cavabdeh1 olmasını təsdiq etmək üçün kifayət edəcək sübut kimi qiymətləndirilə bilməz. Çünki, şahid ifadəsində göstərdiyi “qutunun” Cavabdeh1 tərəfindən götürüldüyünü bildirsə də həmin qutuda məhz iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının olması işin araşdırılmış halları ilə müəyyən edilməmişdir. Buddan başqa iddiaçı cavabdehin işi ilə bağlı yaranmış problemin həlli ilə bağlı iddiaçıdan aldığı 35000 manatın və evdən götürdüyü 2000 ABŞ dolları məbləğində pulun iddiaçıya verilməsini tələb etsə də, iddiaçı 35000 manatın 32000 manat hissəsini Maraqlı şəxs QSC-dən, 3000 manatını isə bacısından borc alıb cavabdehə göndərməsi barədə bankdan həmin məbləğdə pulu götürməsi ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı tələbin qeyd edilən hissəsi üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş bacısı X8 özündə olan, başqa şəxslərə məxsus 3000 manat pulu həqiqətən də Cavabdeh1 işindəki problemin həlli ilə bağlı İddiaçı verdiyini bildirsə də məhkəmə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, şahidin ifadəsi ziddiyyətli olmaqla işin faktiki halları ilə eləcə də mötəbər sübutlarla təsdiq edilmədiyindən iş üçün əhəmiyyətli hesab edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından birinci instansiya məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçı “Kia Sportage” minik markalı avtomobilin və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, hərbi şəhərcik 37 saylı evin 36 saylı mənzili, ilə bağlı tələblər istisna olmaqla digər yoxlanılan hissələrdə, yəni, Samux rayonu ərazisində yerləşən torpaq sahəsi, Şəki rayonunun Suçma kəndində yerləşən torpaq sahəsi, qızılzinət əşyaları 35000 manat və 2000 ABŞ dolları məbləğində pul tələbi üzrə öz hüquqi mövqelərini sübut edilə bilməmiş və bu hissələrdə tələbinin əsaslı olmasına hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbinin digər təmin edilən hissəsi ilə bağlı gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaqla, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Cavabdeh1-birgə nikah dövründə əldə edilmiş və cavabdehə saxlanması üçün verilən 43000 manatın 21500 manat hissəsinin İddiaçı ona qaytarılmalı olmasına dair qarşılıqlı iddia tələbinin əsasını onun uşaqlarına ev almaq üçün özünə məxsus əmlakları satıb, pulun bir hissəsini ailənin xərclərinə sərf etsə də, qalan 43000 manatı isə saxlanmaq üçün İddiaçı verməsi təşkil etmişdir. Lakin Cavabdeh1 qeyd olunan vəsaitin İddiaçı verilməsini təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Qarşılıqlı iddia tələbinin digər hissəsi - birgə nikah dövründə İddiaçı bank hesabına yerləşdiyilmiş və münasibətləri pozulduqdan sonra sonuncu tərəfindən çıxarılmış pulun yarısının Cavabdeh1 ödənilməsi təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, bu hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, Maraqlı şəxs QSC tərəfindən məhkəməyə təqdim edilmiş çıxarışdan görünür ki, İddiaçı aid AZ50ACAB******************** nömrəli hesaba 15 mart 2021-ci il tarixdən 13 dekabr 2021-ci il tarixədək, yəni birgə nikah dövründə ümumilikdə 19588,91 manat pul mədaxil edilmiş, 24 fevral 2022-ci il tarixdə, yəni tərəflər arasında ailə münasibətləri faktiki olaraq pozulduqdan sonra tam məbləğ hesabdan çıxarılmışdır. Həmin pulun ailənin xərclərinə sərf edilmədiyi məlum olduğu üçün birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, 19588,91 manatın yarısı, yəni 9794,45 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdeh1 ödənilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi “Kia Sportage” minik markalı avtomobilin və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, hərbi şəhərcik 37 saylı evin 36 saylı mənzilinin satışından əldə olunan pul vəsaitinə 1/2 hissədə Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızının payı tanınaraq həmin hissədə iddia tələbi qismən təmin edilməli, ilkin iddia tələbi üzrə Cavabdeh1 28500 manat məbləğində pul tutularaq iddiaçı Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızına ödənilməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi:

Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızının və Cavabdeh1 apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-4771/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. “Kia Sportage” minik markalı avtomobilin və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, hərbi şəhərcik 37 saylı evin 36 saylı mənzilinin satışından əldə olunan pul vəsaitinə 1/2 hissədə Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızının payı tanınaraq həmin hissədə iddia tələbi qismən təmin edilsin. İlkin iddia tələbi üzrə Cavabdeh1 28500 manat məbləğində pul tutularaq iddiaçı Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızına ödənilsin. Qalan hissələrdə qətnamə dəyişdirilmədən qüvvədə saxlanılsın. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar