Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2255/2024 28.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mübahisənin məhkəməyə aidiyyati, məhkəmə qaydasında baxılmalı olmayan tələb, icraata xitam verilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh İB-nə qarşı “aktların ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. İddiaçı ilə “X5” QSC arasında 03 oktyabr 2022-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə görə QSC, İddiaçı məxsus Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən evin qazlaşdırılması işlərini görməyi, İddiaçı isə bunun müqabilində 600 manat ödəməyi öhdəsinə götürmüşdür.
2. İddiaçı ilə "xxxx" QSC arasında xx.xx.2023-cü il tarixdə müqavilə bağlanmış, müqaviləyə görə QSC, İddiaçı məxsus Abşeron-Xırdalan ünvanında yerləşən evin qazlaşdırılması işlərini görməyi öhdəsinə götürmüşdür.
3. İddiaçı tərəfindən həmin müqavilə üzrə QSC-nin hesabına xx.xx.2023-cü il tarixdə 130 manat ödənilmiş, xx.xx.2023-cü il tarixdə qaz kəməri quraşdırılmışdır.
4. Həmin evin qaz təchizatı üçün xx.xx.2023-cü il tarixdə “Zenner G4T” tipli mexaniki sayğac quraşdırılmışdır.
5. Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan İddiaçı Cavabdeh abonentidir və ona **********03244 abonent kodu verilmişdir.
6. Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı barəsində xx.xx.2022-ci il tarixdə ******* nömrəli, xx.xx.2022-ci il tarixdə ******* nömrəli, xx.xx.2023-cü il tarixdə ******* nömrəli, xx.xx.2023-cü il tarixdə ******* nömrəli, xx.xx.2023-cü il tarixdə ******* nömrəli aktlar tərtib edilmiş, aktlarda göstərilmişdir ki, o, təbii qazdan qeydiyyatsız istifadə edir.
7. Sözügedən aktlar İddiaçı iştirakı olmadan yazılmş, aktlar əsasında ona ümumilikdə 6229,44 manat borc hesablanmışdır
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
8. İddiaçı (iddiaçı) Cavabdeh İB-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ona məxsus evə yazılmış “Təbii qazdan istifadə qaydalarının pozulması” barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktların ləğv edilməsi və həmin aktlar əsasında hesablanmış 6299,44 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Qobu qəsəbəsində yerləşən ev yeni olduğu üçün orada yaşayış olmamış, 2022-ci ildə oraya köçməmişdən əvvəl Cavabdeh İB-nə müraciət etmiş, müraciətindən sonra texnik gələrək sayğac quraşdırılacaq yeri müəyyənləşdirmiş və oraya mexaniki sayğac quraşdırmışdır. Evdə yaşayış olmadığından sayğac qurulmamış, deyilmişdir ki, sayğacın plombu layihə ilə birlikdə gələcəkdir. Evdə yaşamadığı üçün razılaşıb gözləməyə başlamış, bir həftə sonra ona zəng olunaraq bildirmişlər ki, sayğac səhv qoyulub, anbarda sayğacların nömrələri səhv düşüb. Bundan sonra sayğacı quraşdırdıqları yerdən çıxarmışlar, sayğac çıxarıldıqdan sonra isə ona əsassız cəriməler yazmışlar. 2023-cü ilin aprel ayında başqa şirkətlə müqavilə bağlamış, bundan sonra evinə sayğac quraşdırmışlar.
10. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə məhkəməyə, “Məlumat” adlandırdığı bir cümlədən ibarət ərizə göndərərək iş üzrə trassoloji ekspertizanın keçirilməsini xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsinin 10 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt”ların ləğv edilməsi, Cavabdeh İB tərəfindən abonent İddiaçı (abonent kodu: **********03244) hesablanmış 6229,44 (altı min iki yüz iyirmi doqquz manat qırx dörd qəpik) manat məbləğində borcun silinməsi, Cavabdehndən 82,29 (səksən iki manat iyirmi doqquz qəpik) manat məbləğində dövlət rüsumunun tutulub Dövlət Büdcəsinə ödənilməsi qət olunmuşdur.
12. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşları sayğaca müdaxilə aşkar etdikdə bu barədə akt tərtib etməli, aktın bur nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idilər. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə cavabdeh təşkilat tərəfindən vurulmuş zərərin ödənilməsi istehlakçıdan tələb edilə bilərdi. Lakin Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, abonentin təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən olunmamışdır. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər istehlakçıdan tələb edilmişdir. Odur ki, iddia təmin edilməli, aktlar ləğv olunaraq 6229,44 manat məbləğində borc silinməlidir.
13. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinə istinad etmişdir.
14. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, iddiaçının təbii qazdan sayğacsız istifadə etdiyinin sübuta yetirildiyini nəzərə almadığı, maddi hüquq normalarını düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apelyasiya baxışı
16. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış Cavabdeh İB nümayəndəsini məhkəməyə göndərməmiş, bununla belə nümayəndə ərizə göndərərək iş üzrə trasoloji ekspertiza keçirilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
19. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.
22. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
23. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
24. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.
27. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə.
28. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
29. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
30. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
31. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
32. Maddə 387.2.8. İddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
33. Maddə 387.3. Bu Məcəllənin 387.2.1-387.2.9-cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir.
Apellyasiya baxışının həddi
34. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
37. Kollegiya aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının “aktların ləğv edilməsi” tələbi üzrə işin icraatına xitam verilməlidir.
38. Belə ki, Mülki Prosessual Məcəllənin tələblərinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (§ 19). İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (§ 26). Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (§ 27), əgər iş icraata qəbul edilibsə iş üzrə icraata xitam verir (§ 28).
39. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, məhkəmədə mülki işlərə hər hansı şəxsin hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün müraciət edildikdə başlanılır. Bu baxımdan şəxs istənilən sənədin, aktın, iradə ifadəsinin deyil, məhz onun hüquqlarına və ya qanunla qorunan mənafeyinə təsir edən, özü-özlüyündə hüquqi nəticələrə səbəb olan bu cür hüquqi faktların etibarsızlığı barədə iddia qaldırdıqda həmin iddia mümkün hesab edilə və məhkəmədə baxıla bilər.
40. Baxılan iş üzrə iddiaçının mübahisələndirdiyi aktlar müstəqil qaydada hüquqi nəticələrə səbəb olmamaqla iddiaçının silinməsini tələb etdiyi borc məbləğinin hesablanmasına əsas yaradan sübut qismində çıxış edir. Həmin aktlar özü-özlüyündə (baxılan iş üzrə məhkəmənin qiymətləndirməsindən kənar) hüquq və vəzifələr doğurmur, iddiaçının qanuni mənafelərinə xələl gətirmir.
41. Mülki prosessual qanunvericiliyin sübutlar və sübutetmə qaydaları ilə bağlı normalarına əsasən təqdim olunan sübutlar işə baxan məhkəmə tərəfindən qiymətləndirilməlidir. Bu zaman işdə iştirak edən şəxslər həmin sübutlara etiraz etmək, onların mötəbər olmaması barədə dəlillər və əks-sübutlar təqdim etmək hüququna malikdirlər. İddiaçının iddia ərizəsi sözügedən hissədə də məhz həmin sübutun mötəbər olmadığı ilə əsaslandırılmışdır.
42. Şübhəsiz ki, mübahisələndirilən aktlar özündə müəyyən məlumatları əks etdirdiyi üçün hər hansı faktın müəyyən olunması və ya hüququn qeydə alınması zamanı ayrılıqda və ya digər sənədlərlə məcmu halda əsas kimi çıxış edə bilər. Lakin bu əlamət də istənilən sənədin, aktın, iradə ifadəsinin etibarsızlığı (ləğvi) barədə məsələnin ayrıca məhkəmə icraatı qaydasında yoxlanılmasına əsas vermir. Qeyd olunan halda maraqlı tərəf təqdim olunan sənədlər əsasında müəyyən edilmiş hüquqi nəticələri (borcun silinməsi, aparılmış qeydə düzəliş edilməsi və s.) mübahisələndirməli və bu zaman hüquqi nəticənin yaranması üçün əsas olmuş sənədlərin (misal üçün mədaxil orderinin, maliyyə arayışının, aktın və s.) həqiqi olmadığını, qeyri-mötəbər və ya saxta olduğunu və s. halları sübut etməlidir.
43. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla kollegiya hesab edir ki, “aktların ləğv edilməsi” tələbi məhkəmədə baxılmalı tələb kimi qiymətləndirilə bilməz.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh İB-nin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-654/2024 saylı iş üzrə 10 yanvar 2024-cü il tarixli qətnaməsi Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt”ların ləğv edilməsi” hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh İB-nə qarşı “aktların ləğv edilməsi” tələbi üzrə işin icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə