Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2256/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: mənzilə istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X7, Cavabdehin nümayəndəsi X2 və digər nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5186/2022 nömrəli, 21 oktyabr 2022-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-325/2011 saylı qərarının surətindən görünür ki, iddiaçı "Faktor Lizinq” MMC cavabdehlər X6 və X11 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" MMC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2016-cı il tarixli D040 saylı daxili lizinq müqaviləsinə xitam verilməsi, cavabdeh X1 lizinq məbləği üzrə 22340,71 ABŞ dolları, 3516 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 25856, 71 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "Faktor Lizinq” MMC-yə ödənilməsi, cavabdeh X6 tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzilin boşaldılması, X8 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzilə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1507/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Cavabdeh X6 apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1507/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. İddiaçı Cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Ofisi və "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, M.Hadi küçəsi, ev 82 korpus 5, giriş C-də yerləşən 32 saylı mənzilə dair yerləşən mənzilə bağlanmış xx.xx.2016-cı il tarixdə, 4Ə/399 reyestr ilə rəsmiləşən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4236/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4236/2019 saylı, xx.xx.2018ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci mülki iş üzrə icraat Bakı Apellyasiya məhkəməsinin 2(103)-10710/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə Sevda İsgəndərovanın İddiaçı MMC-yə qarşı “əqdin etibarsız hesab edilməsi" tələbinə dair və iddiaçı Cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Ofisi və "Faktor Lizinq” MMC-yə qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiaları üzrə mülki işlərə baxılıb yekun məhkəmə qərarları qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2494/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh İddiaçı MMC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9636/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 7955/2019 saylı xx.xx.2019- cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı MMC-nin cavabdehlər X5 və X11 qarşı iddiası üzrə olan mülki işlə iddiaçı Cavabdehlər Bakı şəhəri 09 saylı Notariat Ofisi, İddiaçı MMC-yə qarşı iddiası üzrə olan mülki iş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1953/2020 saylı xx.xx.2020- ci tarixli qərardadı ilə bir icraatda birləşdirilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı “Faktor Lizinq" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən apelyasiya məhkəməsinə təqdim olunmuş ərizədə cavabdeh X5 qarşı iddia tələbinin “pul məbləğinin tutulması" hissəsindən imtina etdiklərini bildirilmiş, buna görə də Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 128/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının iddiadan hissəvi imtinası qəbul edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1507/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi qismən, iddianın cavabdeh X1 lizinq məbləği üzrə 22340.71 ABŞ dolları, 3516 ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 25856.71 ABŞ dollarının ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə tutularaq İddiaçınə ödənilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-128/2021 tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1507/2019 saylı xx.xx.2019cu il tarixli qətnaməsi “D040 saylı xx.xx.2016-cı il tarixli daxili lizinq müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, M.Hadi küçəsi, ev 82 korpus 5, giriş C-də yerləşən 32 saylı mənzilin X6 tərəfindən boşaldılaraq, “Faktor Lizınq" MMCyə təhvil verilməsi və X8 həmin mənzilə istifadə hüququnun itirilməsi hissələrində dəyişdirilmədən saxlanılmış, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)- 4236/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-325/2011 saylı qərarı ilə birinci iş üzrə cavabdeh X6 və ikinci iş üzrə iddiaçı Cavabdeh Xanməmməd qızının birgə verdikləri kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-128/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı MMC Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 82 saylı evin 5-ci korpusu, giriş C-də yerləşən 32 saylı mənzilinə hüquqlarının itirilmiş hesab edilməklə onun həmin mənzildən çıxarılması və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbini onunla əsaslandırmışdır ki, X6 İddiaçı MMC-yə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 82 saylı evin 5-ci korpusunda giriş C-də olan 32 saylı mənzilini lizinqə götürməklə əldə etmək istədiyini bildirmişdir. Bundan sonra mənzilin alınması və sonradan lizinqə verilməsi məqsədi ilə əmlakın əvvəlki mülkiyyətçisi olmuş X13 ilə xx.xx.2016-ci il tarixli daşınmaz əmlakın alqısatqısı müqaviləsi bağlanaraq mənzil 90.000 manata alınmışdır. Mənzil alqı-satqı olunarkən həmin mənzilə hüququ olan bütün şəxslər, o cümldən də Cavabdeh əmlakın satılmasına notarial təsdiq olunmuş ərizə ilə razılıq vermişdir. Bundan sonra liziq alan Sevda İsgəndərova müqavilə öhdəliklərini pozduğuna görə lizinq predmetinin qaytarılması tələbinə dair məhkəmədə iddia qaldırılmış, hazırki iddia üzrə cavabdeh də qeyd olunan həmin məhkəmə mübahisəsinə qoşularaq alqı-satqı və lizinq müqavilələrini mübahisələndirmişdir. Lakin, nəticə etibarı ilə İddiaçı MMC-nin iddia tələbi təmin olunmuşdur. İcra sənədinin icrası zamanı isə məlum olmuşdur ki, cavabdeh hələ də qanunsuz olaraq mənzildə qeydiyyatda qalmaqdadır. Bu isə iddiaçının mülkiyyət hüquqlarını pozur.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5186/2022 nömrəli, 21 oktyabr 2022-cü il tarixli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddianın təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 82 saylı evin 5-ci korpusu, giriş C-də yerləşən 32 saylı mənzilinə hüquqlarının itirilmiş hesab edilməsi və o, həmin mənzildən çıxarılması, məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya aid ödənilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, İnsan Hüquqlarının və X10 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4-cü maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 1, 9.5-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsini və iddianın tam olaraq rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından, habelə iş materiallarında mötəbər sayılmayan və iş üzrə birinci instansiya məhkəməsinin qətnamədə yalnız iddiaçının mövqeyinə əsaslanan dəlillərdən bilmək olur ki, iddia tələbi əsassızdır, iş üzrə qəbul olunmuş xx.xx.2022-ci ilt arixli qətnamə isə yalnız iddiaçının bir tərəfli mövqeyini əks etdirir. Belə ki, məhkəmə qətnaməsində lazımi əsaslandırma aparmamış və iddia ərizəsinə eitrazda qeyd olunan dəlillərə qətnamədə doğru hüquqi qiymət verməmişdir. Bununla birinci instansiya məhkəməsi, iddiaçı ilə aralarında olan əvvəlki məhkəmə mübahisələri üzrə (lizinq müqvailəsinin, alqı-satqı müqaviləsinin etibarsızlığı və sair) müəyyən olunan halların yenidən gündəmə gətirilməsinin yolverilməzliyini qeyd etmişdir. Lakin, bu zaman onun məqsədi cavabdeh olaraq həmin halları yenidən gündəmə gətirmək yox, sadəcə mənzilin alqı-satqının lizinq müqaviləsindən irəli gəldiyini, lakin onun məhz lizinq məqsədi ilə mənzilin alqı-satqısına razılığının olmadığını məhkəmənin diqqətinə çatdırmaq idi. Çünki, mənzilin alqı-satqısına dair xx.xx.2016-cı il tarixli razılıq ərizəsində xüsusi olaraq qeyd edilmişdir ki, o mənzilin istər adi qaydada, istərsə də, ipoteka yolu ilə satılmasına etiraz etmir. Lakin, nəzərə alaq ki, mənzil nə adi qaydada, nə də ki, ipoteka yolu ilə satılmışdır. Mənzil məhz lizinqə verilməsi məqsədilə satılmışdır. Bu hal vəziyyəti təmamilə dəyişir. Bundan əlavə, mənzilin alqı-satqısına dair xx.xx.2016-cı il tarixli müqavilədə də, bu barədə xüsusi qeyd edilmişdir ki, (alqı-satq muq. bənd:1) bu mənzil S.İsgəndərovaya lizinqə verilməsi məqsədilə satılır. Deməli, mənzilin adi qaydada və ipoteka yolu ilə satılmasına razılıq versə də, mənzilin lizinq yolu ilə satılmasına razılıq verməmişdir. Bu barədə razılıq ərizəsində heç bir qeyd yoxdur. Yəni, o, mənzilin lizinq yolu ilə satılmasına iradə ifadəsi bildirməmişdir. Bu amil vacib olmasaydı, mənzilin alqı-satqısına dair razılıq ərizəsində mənzilin adi və ya ipoteka yolu ilə satılması ilə bağlı xususi müdəa yer almazdı. Bu səbəbdən hesab edir ki, xx.xx.2016-cı il tarixli razılıq ərizəsində mənzilin məhz lizinq yolu ilə satılması qeyd olunmalı idi, əks halda onun həmin mənzilin məhz lizinq yolu ilə satılması ilə bağlı iradə ifadəsi qəbul olunmazdır. Öz növbəsində bu hal onun, yaşadığı həmin mənzildən istifadə hüququnun itirilməsi üçün əsas sayıla bilməz. Lakin bütün bu hallar və dəlilləri məhkəmə qətnaməsində diqqətəlayiq halı nəzərə alınmamışdır. Məhkəmənin bununla bağlı digər yanlış əsaslandırması isə iş üzrə qəbul olunmuş qətnamənin 5-ci səhifəsi, 9-cu abzasında olmuşdur. Məhkəmə qətnamədə hazırki iddia tələbinin təmin olunmasını, əvvəlki işlər üzrə İddiaçı MMC-nin xeyrinə olan məhkəmə qətnamələri ilə əlaqələndirməsi kökündən yanlışdır. Məhkəmə iş üzrə sübutlara obyektiv qiymət verərək nəzərə almalı idi ki, onun mənzildən çıxarılmama əsas göstərilən xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi, adi alqı-satqı müqaviləsi deyidlir. İşin hallarında qeyd etdiyi kimi, qeyd olunan mənzilin alqısatqı müqaviləsi lizinq məqsədi ilə bağlanmışdır. Belə ki, göstərilən mənzilin alqı-satqısına dair əri Amil Qurbanov ilə - Faktor Lizinq MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixdə, 4Ə/399 reyestr ilə rəsmiləşən alqı-satqı müqaviləsində xüsusi olaraq qeyd edilmişdir ki, bu mənzil Sevda İsgəndərovaya lizinqə verilməsi məqsədilə alınır. Alıcı həmin mənzili Sevda İsgəndərovaya müvəqqəti istifadəvəsahiblik etməsi üçün alır. Göründüyü kimi, bu müqavilə adi alqı-satqı müqvailəsi deyildir. Bu mənzil Sevda İsgəndərovaya lizinqə (icarəyə) verilməsi üçün nəzərdə tutulmuşdur. Sevda İsgəndərova isə, onun doğma anasıdır. Məlumdur ki, anasına gercəkdən yaşamağına mənzil lazım olsa idi, həmin mənizli ondan və həyat yoldaşından lizinq şərtləri ilə olmadan ala bilərdi. Yəni, bunun üçün ayrıca lizinq müqaviləsi və alqı-satqı müqaviləsi bağlanılmasına lüzüm yox idi. Burada məqsəd, sadəcə formal alqı-satqı yolu ilə mənzilin lizinq maliyyələşdirilməsi adı ilə Faktor lizinq MMC-nin adına keçirmək və bunun müqabilində anası S.İsgəndərovaya 30.000 ABŞ dolları məbləğində 24 ay müddətində aylıq 20% faiz və mükafat almaq üçün kredit şərtləri ilə pul vermək idi. Çünki, lizinq şirkəti (Faktor Lizinq MMC) alqı-satqı müqaviləsi üzrə 90.000 manat dəyərində aldığı mənzili, eyni gündə dəyərindən iki dəfə aşağı qiymətə (30000 ABŞ dollara yəni, həmin dövr üçün təqribən 45.000 manata) S.İsgəndərovaya lizinqə verdiyini nəzərə alınsa müqavilənin formallığı göz qabağındadır. Bir daha qeyd edir ki, apellyasiya şikayətinin hazırki dəlili iddiaçı ilə əvvəlki məhkəmə mübahisələri zamanı tərəfindən qaldırılan məsələləri yenidən qaldırmaq deyildir. Burada məqsəd, sadəcə onun mənzildən çıxarılma dəlil olar. İddiaçı tərəfindən gətirilən xx.xx.2016-cı il tarixli mənzilin alqı-satqı müqaviləsinin, lizinq məqsədləri ilə bağlanmasını məhkəmənin diqqətinə çatdırmaqdır. Çünki, onun həmin alqı-satqı müqaviləsinə xx.xx.2016-cı il tarixli razılıq ərizəsində, lizinq məqsədləri ilə bağlı razılığına dair iradə ifadəsi əks olunmamışdır. Bundan əlavə, o yaşadığı mənzildən qeydiyyatdan çıxmaq ilə bağlı üzərinə heç bir öhdəlik götürməmişdir. Amil Qurbanov yaşadığı qeyd olunan mənzilin alqı-satqı müqaviləsində bu barədə üzrərinə xüsusi öhdəlik götürərək, yalnız özünə münasibətdə xx.xx.2016-cı il tarixdə mənzildən qeydiyyatdan çıxması ilə bağlı öhdəlik götürmüşdür. Lakin, onunla bağlı buna dair heç bir hüquq müəyyənedici sənəd və ya öhdəlik mövcud deyildir. Həmçinin, o heç bir sənəd üzərində bununla bağlı ayrıca olaraq üzərinə öhdəlik götürməmiş və onnun iradəsinə zidd olaraq yaşadığı mənzildən istifadə hüququmun əlimdən alınması ilə bağlı 3cü şəxsin hərəkət və ya hərəkətsizliyi legitim sayıla bilməz. Yaşdığı qeyd olunan mənzildən istifadə hüququmun itirilməsi ilə bağlı iddiaçının tələbinin nə faktiki, nə dəki hüquqi əsası yoxdur. Bütün bu dəlillər həm məhkəmə iclasında verilən izahatda, həm də, iddia ərizəsinə etirazda birinci inztansiya məhkəməsinin diqqətinə çatdırırsa da, nədənsə bu dəlillərə qətnamədə münasibət bildirilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 və digər nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi
10. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X14 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur.
12. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və X10 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 152.1 mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
14. Maddə 157.2 mülkkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
15. Maddə 157.4 əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
16. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu
17. Maddə 1 yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
18. Maddə 9.5n şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5186/2022 nömrəli, 21 oktyabr 2022-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
29. Məhkəmə baxışı zamanı işin müəyyən edilmiş hallarından görünür ki, araşdırılmış sübutlarla və qanuni qüvvəsini almış məhkəmə aktları ilə X8 mülkiyyətində olmuş cavabdehin Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 82 saylı evin 5-ci korpusu, giriş C-də yerləşən 32 saylı mənzilinin lizinqverən İddiaçı MMC tərəfindən əldə olunaraq lizinq alan X3 lizinqə verilməsi, "xxxx" MMC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2016-cı il tarixli D040 saylı daxili lizinq müqaviləsinə xitam verilməsi, cavabdeh X6 tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzilin boşaldılması, X8 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzilə istifadə hüquqlarının itirilməsinin qət edilməsi, Cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Ofisi və "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, X2 cavabdeh İddiaçı MMC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, hazırki iş üzrə Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 82 saylı evin 5-ci korpusu, giriş C-də yerləşən 32 saylı mənzildə yaşaması və ondan istifadə etməsi üçün heç bir hüquqi əsasın olmaması müəyyən edilmişdir.
30. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3- cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5186/2022 nömrəli, 21 oktyabr 2022-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.