Məhkəmə qərarları › İş №2(103)-2258/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2258/2022

25.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2258/2022 25.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçınun Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4042/2021 saylı, 24.12.2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 2(003)- 4042/2021 qətnaməsi ilə, Cavabdeh tərəfindən İddiaçı məxsus **********00088 saylı abonent hesabına əsassız hesablanmış 5385 (beş min üç yüz səksən beş) manat borcun silinməsi, Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət gəlirlərinə alınması qərara alınmışdır. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4042/2021 saylı, 24.12.2021-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 2(003)-4042/2021 №-li qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır (sədrlik edən: Ramilə Xəzri). Qərardaddan cavabdeh şikayət ərizəsi ilə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4042/2021 saylı, 24.12.2021-ci il tarixli qərardadının ləğv olunması haqqında yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4042/2021 saylı, 28.01.2022-ci il tarixli qərardadı ilə, şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etmirlər və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Kollegiya iclasında iştirak edən İddiaçı şikayətin təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Cavabdeh işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməmiş, işin materiallarına istinad etməklə məhkəmə tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməmiş, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmə tərəfindən araşdırılmadığını dəqiq bildirməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361.1.4-361.1.6-cı maddələrinin tələbinə əsasən, apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinin tələbindən görünür ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər birinci instansiya məhkəməsi tərəfindən onu verən şəxsə qaytarılır. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, apellyasiya məhkəməsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Odur ki, şikayət əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh İB tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4042/2021 saylı, 24.12.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar