Məhkəmə qərarları › İş №2(103)-2261/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2261/2021

03.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2261/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-478/2019 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhər 27 saylı Notariat Kontoruna və cavabdehlər tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X1 qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndində 0.015 ha ehtiyyat fondu torpaqlarında yerləşən ümumi sahəsi 145 kv.m olan fərdi yaşayış evinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6099/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərardadı ilə, ərizə təmin edilərək, Abşeron rayonu, Məmmədli kəndində 0.015 ha ehtiyyat fondu torpaqlarında yerləşən ümumi sahəsi 145 kv.m olan fərdi yaşayış evinin üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-478/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhər 27 saylı Notariat Kontoruna və cavabdehlər tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X1 qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin 2(103)-11499/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, apelyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X2 məhkəməyə ərizə ünvanlayaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6099/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərardadının ləğv edilməsini və mənzilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-478/2019 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iddianı təmin etmə barədə 2(001)-6099/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərardadı ilə Abşeron rayonu, Məmmədli kəndində 0.015 ha ehtiyyat fondu torpaqlarında yerləşən ümumi sahəsi 145 kv.m olan fərdi yaşayış evinin üzərinə qoyulmuş həbs götürülmüş, qərardadın icrası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir. Qərardaddan İddiaçı şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd edilən qərardad prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qəbul edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-478/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-478/2019 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-478/2019 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-478/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhər 27 saylı Notariat Kontoruna və cavabdehlər tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X1 qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-11499/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-478/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.2-ci maddəsinə görə iddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. Buna görə də kollegiya hesab edir ki, iddiaçının iddia tələbi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən rədd edildiyindən, Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən dəyişdirilmədən saxlanılmaqla qətnamə qanuni qüvvəsini aldığından iddianı təmin etmə tədbirinin qüvvədə saxlanılma zərurəti artıq aradan qalxmışdır və bununla bağlı olaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6099/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərardadı ilə Abşeron rayonu, Məmmədli kəndində 0.015 ha ehtiyyat fondu torpaqlarında yerləşən ümumi sahəsi 145 kv.m olan fərdi yaşayış evinin üzərinə qoyulmuş həbsi götürməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Şikayətlərin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətlərdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-478/2019 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-478/2019 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar