Məhkəmə qərarları › İş №2(103)-2261/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2261/2022

22.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2261/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, İlham Əziz oğlu Kərimli və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(003)-367/2021 saylı qətnaməsindən X4 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(003)-367/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 xeyrinə 20000 ABŞ dolları dəyərində 45 kq 45 sm hündürlükdə Xocalı anası, 20000 manat dəyərində giriş koridorunda Varşava antik komod, 20000 manat dəyərində ingilis qarnituru qədim saat ilə birgə, 10000 manat dəyərində antik güzgü, 8000 manat dəyərində iki pol saatı SSSRİ Yatran hər biri 2500 dollar, 50000 manat dəyərində Avropanın oğurlanması rəsm əsəri 100 illik kopiya, 5000 manat dəyərində Şişkinin şam meşəsi əsəri kopiya, 25000 manat dəyərində Qız qalası qobileni rəssam Madlen Qinzburqun əsəri, 15000 manat dəyərində bir iri “biçok” tipli maşın yükü həcmdə qab qaçaq, 3000 manat dəyərində qədim komod, 5000 manat dəyərində 9 ədəd qədimi palaz 2 ədəd müasir, vərəsələrə məxsus yataq dəsti ilə xırdavat, 500 manat dəyərində bir ədəd LG markalı kondisioner, 200 manat dəyərində 2 cüt Çexoslavakiya istehsalı olan büllur vazalar, 800 manat dəyərində Samsung televizor və ya onların dəyəri, həmçinin ödənilmiş dövlət rüsumuna görə 15 (on beş) manat məbləğində pul vəsaitinin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. X4 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(003)-367/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş X4 mümkünlüklə bağlı məsələyə münasibət bildirərək, qeyd etdi ki, hazırki iş üzrə o, maraqlı şəxsdir, apellyasiya şikayətinə baxılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı3 mümkünlüklə bağlı məsələyə münasibət bildirərək, qeyd etdi ki, X4 hazırkı iş üzrə maraqlı şəxs, Təranə Talibovanın apellyasiya şikayətinə baxılmalıdır. Daha sonra X4 hakimə etiraz edərək, özü, İddiaçı3 və sonradan məhkəmə iclasına daxil olmuş İddiaçı2 məhkəmə iclas zalını nümayəşkəranə surətdə tərk etmişlər. Məhkəmə kollegiyası İddiaçı3, apellyasiya şikayəti vermiş X2 dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, X4 hazırki iş üzrə tərəf, üçüncü şəxs, qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs olmadığından, onun tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra-MPM) 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-nin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Kollegiya qeyd edir ki, qətnamənin işdə iştirak etməyə cəlb edilməyən digər şəxslərin hüquq və vəzifələrinə toxunduğu hallar elə bir vəziyyəti nəzərdə tutur ki, qətnamə ilə: 1) həmin şəxslərin hüquqları haqqında məsələ bu hüquqların pozulması və ya əsassız məhdudlaşdırılması ilə müşaiyət olunan formada həll edilir; 2) həmin şəxslərin üzərinə hər hansı vəzifəni icra etmək öhdəliyi qoyulur. Qətnamənin işdə iştirak etməyə cəlb edilməyən şəxslərin hüquq və vəzifələrinə toxunmadığı hallarda həmin şəxslərin qətnamədən apellyasiya şikayəti vermək hüququ istisna olunur. Mülki iş materiallarından görünür ki, iddia ərizəsi 22.09.2020-ci ildə elektron qaydada iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1, X4 tərəfindən verilsə də, iddia ərizəsi yalnız İddiaçı3 tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi iddia ərizəsini imzalamayan iddiaçılara münasibətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.2-ci maddəsinə əsasən geri qaytarmalı olduğu halda, prosessual pozuntuya yol verməklə, 25.09.2020-ci il tarixli qərardadla iddianı iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1 münasibətdə mümkün hesab etmiş, məhkəmə hazırlıq iclasını təyin etmişdir. Bundan sonra iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1 22.09.2020-ci ildə və 13.10.2020-ci il tarixdə iddia tələbinə son dəqiqləşmə barədə ərizələr vermişlər. Göründüyü kimi, X1 məhkəmədə baxılmalı olan iddia tələbi mövcud olmamış, mövcud olmayan tələbə isə məhkəmə qiymət verməmişdir. Digər iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1 isə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(003)-367/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verməmişlər. MPM-nin 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Kollegiya hesab edir ki, X1 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(003)-367/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermək hüququ olmayan şəxs olduğu halda, məhkəmə 17.01.2022-ci il tarixli qərardadı ilə buraxılmış müddəti bərpa edərək, X4 tərəfindən qətnamədən verilmiş apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Kollegiya qeyd edir ki, X1 iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 400, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(003)-367/2021 saylı qətnaməsindən X4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. X3 izah edilsin ki, müstəqil olaraq iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər İlham Kərimli Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar