Məhkəmə qərarları › İş №2(103)-2262/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2262/2024

11.03.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2262/2024 11.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 11 saylı Notariat ofisi və Bakı şəhəri 15 saylı Notariat ofisinə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “müqavilənin etibarsız hesab edilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli 2(007)-78/2021 nömrəli qərardadından Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-78/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri 15 saylı Notariat Kontorunun Dövlət notariusu İ.X.Mütəllimov tərəfindən təsdiq edilmiş və reyestrdə 29-10031 nömrə ilə qeydə almış Cavabdeh1 adına verilmiş 18 avqust 2001-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsindəki 600 kv.metr torpaq sahəsində (yer nömrə 27) inşa edilmiş 9/27 saylı fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, seriya FM 012129 saylı Qeydiyyat Vəsiqəsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsindəki 600 kv.metr torpaq sahəsində (yer nömrə 27) inşa edilmiş 9/27 saylı fərdi yaşayış evinin satılmasına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri 11-ci Dövlət Notariat Kontorunda bağlanılmış və reyestrdə 4Ə295 nömrə ilə qeydə alınmış xx.xx.2002-ci il tarixli 169117 nömrəli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsindəki 2593-cü məhəllədə 600 kv.metr torpaq sahəsi (yer nömrə 27) üzərində İddiaçı mülkiyyət hüquqlarının bərpa edilməsi və mülkiyyət hüququna yaradılan maneələrin aradan qaldırılması, məhkəmə xərclərinin cavabdehlərə aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat məbləğində pul və məhkəmə tikintitexniki ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 11 saylı Notariat ofisi və Bakı şəhəri 15 saylı Notariat ofisindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 21005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi, iş üzrə verilmiş mütəxəssis rəyinin dəyəri olan 207,60 (iki yüz yeddi manat, altmış qəpik) manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 11 saylı Notariat ofisi və Bakı şəhəri 15 saylı Notariat ofisindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına (VÖEN **********, "xxxx" ASC-nin Xətai filialı, Kod 200071, Müxbir hesab AZ37NABZ********************, SWİFT. kod: AİİBAZ2X) ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 noyabr 2021-ci qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(007)-78/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1905/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7999/2021 nömrəli iş üzrə 11 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Hazırda maraqlarına toxunan şəxs qismində Maraqlı şəxs2 tərəfindən qətnamədən apellyasiya şikayəti verilmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmış, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və ona əlavə olunmuş şikayətlə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Daha sonra Maraqlı şəxs2 apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə müraciət etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs2 ərizəsi təmin edilərək, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin ona münasibətdə bərpa edilməsi, qərardaddan şikayət vermə müddəti bitdikdən sonra mülki işin apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7095/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2023-cü il tarixli, 2(103)- 7095/2023 nömrəli qərardadı ləğv edilərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-78/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin mülki işlə birlikdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli 2(007)-78/2021 nömrəli qərardadı ilə Maraqlı şəxs2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-78/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti və ona əlavə etdiyi sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan Maraqlı şəxs2 tərəfindən verilmiş şikayət məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətə etiraz ünvanlayaraq, şikayətin təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Kollegiya hesab edir ki, qəbul edilmiş qətnamə ilə Maraqlı şəxs2 hüquq və vəzifələrinə toxunması müəyyən edilməmiş və sonuncu tərəfindən müvafiq qətnamə ilə maraqlarına toxunduğunu sübut edə biləcək hər hansı bir əsas məhkəməyə təqdim edilməmişdir. Məhkəmə haqlı olaraq göstərmişdir ki, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 30 iyul 1997-ci il tarixli 716 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsindəki 2593-cü məhəllədə 600 kv.metr torpaq sahəsi (yer nömrə 27) iddiaçıya məxsusdur və Maraqlı şəxs2 mülkiyyətində olan M.X.Şərifli küçəsi ünvanında yerləşən 0,13 ha torpaq sahəsi Maraqlı şəxs2 adına daha sonra, yəni xx.xx.2019-cu il tarixdə qeydiyyatda alınmışdır. Mübahisələndirilən qətnamə ilə Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsindəki 2593-cü məhəllədə 600 kv.metr torpaq sahəsi (yer nömrə 27) üzərində İddiaçı mülkiyyət hüquqlarının bərpa edilməsi və mülkiyyət hüququna yaradılan maneələrin aradan qaldırılması qət edilmiş, məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir. Hazırda isə mübahisələndirilən qətnamənin Maraqlı şəxs2 maraqlarına toxunması, İddiaçı tərəfindən onun mülkiyyətinə müdaxilələr edilməsi iş materialları ilə müəyyən edilməmişdir. İddiaçıya məxsus olan Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsindəki 2593-cü məhəllədə 600 kv.m torpaq sahəsi (yer nömrə 27) hasar daxilində yerləşməklə başqa şəxslərin ərazilərindən ayrılmışdır. Kollegiya onu da qeyd edir ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(103)-452/2023 saylı qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-78/2021 saylı qətnaməsinə izah verilməsi barədə tələbkar İddiaçı ərizəsinin təmin edilməsinə dair həmin məhkəmənin 30 yanvar 2023-cü il tarixli 8(007)-28/2023 saylı qərardadı ləğv edilərək, İddiaçı ərizəsi təmin edilməmişdir. Qeyd olunanlara əsasən Kollegiya apellyasiya şikayətinin qaytarılması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə şikayəti geri qaytarmaqda doğru qənaətə gəlmişdir. Beləliklə, şikayətin təmin edilməsi üçün əsas yoxdur, ona görə də şikayət təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli 2(007)-78/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar