Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2267/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X1 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmaları tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-2178/20 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X1 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X1 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və onun ailə üzvlərinin müvəqqəti isitfadəsinə verilmiş Bakı şəhəri, Qaradağ rayonunda məcburi köçkünlər üçün inşa edilmiş Qobu Park 1 yeni yaşayış qəsəbəsində yerləşən 11 saylı binanın 68 nömrəli mənzilinə dair xx.xx.2019-cu il tarixli 11/68 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və Cavabdeh1 ailə üzvləri olan digər cavabdehlər (Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X2) ilə birlikdə həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 65 nömrəli Qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə qeyd olunan Qaydaya əsaslanaraq daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirir. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində bəzi məcburi köçkünlərin onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmədikləri, mənzilləri kirayə verdikləri və yaxud ümumiyyətlə həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmədikləri müəyyən edilmişdir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3-cu hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri müəyyən edilmişdir. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırılmaqla daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. xx xxxx 2019-cu il tarixli 11/68 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Xocavənd rayonundan məcburi köçkün olan Cavabdeh1 ailə üzvləri olan digər cavabdehlər ilə birlikdə Dövlət Proqramı çərçivəsində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş ‘Qobu Park 1” yeni yaşayış qəsəbəsində yerləşən 11 saylı binanın 68 nömrəli 4 otaqlı mənzil ilə təmin edilmişdir. Daha sonra Qaradağ rayonu “Qobu Park 1” qəsəbəsinin Mənzil Kommunal İstismar Sahəsinin rəisi tərəfindən aparılan araşdırma zamanı Cavabdeh1 və ailə üzvlərinin həmin mənzildə yaşamadığı müəyyən edilmişdir. Eyni zamanda həmin 11 saylı binanın sakinləri tərəfindən Cavabdeh4 həmin mənzildən birgə yaşayış qaydalarına uyğun olaraq istifadə etmədiyinə, qonşuların hüquqlarını və qanunla qorunun mənafelərini müntəzəm olaraq pozmasına dair 60 nəfər məcburi köçkünün imzası ilə ərizə tərtib edilmiş və iş materiallarına əlavə edilmişdir. Sahə rəisi tərəfindən Cavabdeh1 və ailə üzvlərinin verilmiş mənzildə yaşamadığı müəyyən edildiyindən, həmin mənzilin boşaldılıb təhvil verilməsi barəsində ona xəbərdarlıqlar edilmiş, lakin cavabdeh tərəf mənzilin təhvil verilməsindən imtina etmişdir. Odur ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri pozulduğundan Cavabdeh1 və ailə üzvlərinə verilmiş mənzil boşaldılıb Komitəyə təhvil verilməlidir. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunması xahiş edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. İddiaçı Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil istismar departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X1 Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş QobuPark 1 yaşayış kompleksindəki 11 saylı binada yerləşən 68 nömrəli 4 otaqlı mənzilin müvəqqəti istifadələrinə verilməsinə dair 31,07.2019-cu il tarixli 11/68 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması”na dair iddia tələbinin təmin edilməsi barəsində qətnamə qəbul ediləsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçınnı səlahiyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən cavabdehlərin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşə əlavə edilmiş xx xxxx 2019-cu il tarixli 11/68 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış kompleksindəki 11 saylı evdə yerləşən 68 nömrəli 4 otaqlı mənzil məcburi köçkün Cavabdeh1 və ailə üzvlərinə (həyat yoldaşı Cavabdeh2, oğlu Cavabdeh3, qızı Cavabdeh4, nəvəsi Cavabdeh5, nəvəsi X2) müvəqqəti yaşamaq üçün verilmişdir. Həmin Müqavilənin 5.7.1ci bəndinə əsasən, kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları, valideynləri, habelə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 (üç) aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. İş materiallarında olan Qobupark Mİİ-nin rəisi Şahid, mühəndis Mehdiyev S., sahə nəzarətçiləri Mehdiyev Ş. və Vəliyev S. tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, “Qobupark” yaşayış kompleksi, bina 11, 68 nömrəli dörd otaqlı mənzildə məskunlaşan Cavabdeh1 mənzilinə dəfələrlə gedilmiş, lakin qapı bağlı olmuşdur və mənzildə yaşayış yoxdur. İş materiallarında olan qonşular: Əzimova Gülxanım, Məmmədov Qurban, Əliyev Anar və 57 nəfərdən ibarət digər qonşular tərəfindən tərtib edilmiş ərizənin surətindən görünür ki, Qobu Park 1, bina 11, 68 nömrəli mənzildə yaşayan Arzu adlı xanım dəfələrlə evinə, yaşadığı mənzilə kənar şəxslər dəvət edərək çirkin əməllər nümayiş etdirməklə qonşuları narahat etmiş və qonşular tərəfindən dəfələrlə xəbərdar olunmasına baxmayaraq əməllərindən çəkinməmişdir. Həmin şəxsin sözügedən mənzildən uzaqlaşdırılması xahiş edilmişdir. İş materiallarında olan Qaradağ rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh1 yaşadığı mənzilin sayğac göstəricisi 53 olaraq göstərilmişdir. İş materiallarında olan Qaradağ rayon Sukanal İdarəsi tərəfindən verilmiş məktubun surətindən görünür ki, Cavabdeh1 yaşadığı mənzilin sayğac göstəricisi 167 olaraq göstərilmişdir. İş materiallarında olan kommunal xidmətlər üzrə ödəniş qəbzlərinin surətlərindən görünür ki, Cavabdeh1 tərəfindən müxtəlif aylar üzrə “Azəriqaz” İB-nə, “xxxx” ASC-nə, “xxxx” ASC-nə kommunal xidmətlər üzrə ödənişlər həyata keçirilmişdir. İş materiallarında olan Qaradağ rayonu, Qobupark 2 ünvanında yerləşən, Azərbaycan Respublikası Təhsil Nazirliyi Zəngilan rayon 20 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 32 və 33 saylı arayışlardan görünür ki, X2 həqiqətən 2020-2021-ci tədris ilində Zəngilan rayon 20 nömrəli tam orta məktəbin Vİİ b sinfində, X3 isə həqiqətən 2020-2021ci tədris ilində Zəngilan rayon 20 nömrəli tam orta məktəbin Vİ a sinfində oxuyurlar. İş materiallarında olan K.Mehmandarov adına Şuşa Mərkəzi Rayon Xəstəxanası tərəfindən verilmiş 621 saylı, xx.xx.2020-ci il tarixli tibbi arayışdan görünür ki, ünvan 2 mənzil 68 ünvanında məskunlaşmış 1963-ci ildə anadan olmuş Cavabdeh1 xx.xx.2020-ci il tarixdən Şuşa Mərkəzi Rayon Xəstəxanasının Qobu poliklinikasında “şəkərli diabet tip 2, insulindən asılı forma, diabetik polineyropatiya” diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarında olan qonşular: Sərdarova Zeynəb (mənzil 70), Abbasova Naridə (mənzil 72), Həsənova Təranə (mənzil 101), Salahova Ürxan (mənzil 67), Şahbazova Gülnarə (mənzil 69) tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh1 ailə üzvləri ilə birlikdə Qobu Park 1 yeni yaşayış qəsəbəsində yerləşən 11 saylı binanın 68 nömrəli mənzilinə köçürülmüşdür. Köçürülən vaxtdan bu günədək onların Cavabdeh1 və ailə üzvlərindən heç bir narazılıqları olmamışdır. Qonşularla rəftarları yaxşı və mehriban olmaqla mənzil verilən tarixdən xx.xx.2020-ci il tarixə kimi həmin mənzildə yaşayırlar. İş materiallarında olan “Qobupark” Mİİ-nin rəisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2662 saylı arayışdan görünür ki, Məmmədov X4 rayonundan məcburi köçkündür və Qaradağ rayonu “Qobu Park” yaşayış kompleksində bina 11, mənzil 68-də ailə üzvləri ((həyat yoldaşı Cavabdeh2, oğlu Cavabdeh3, qızı Cavabdeh4, nəvəsi Cavabdeh5, nəvəsi X2) ilə birlikdə müvəqqəti məskunlaşmışdır və hal-hazırda xx.xx.2020-ci il tarixdə burada yaşayır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon prokurorluğunun xx.xx.2020-ci il tarixli məktubunun və ittiham aktına əsasən məhkəmə iclasına çağırılmalı şəxslərin siyahısının surətlərindən görünür ki, Cavabdeh3 və Cavabdeh4 zərərçəkmiş şəxslər olduğu ********* saylı cinayət işi baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 11/68 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış kompleksindəki 11 saylı evdə yerləşən 68 nömrəli 4 otaqlı mənzil məcburi köçkün olan cavabdehlərə müvəqqəti yaşamaq üçün verilmişdir. İddiaçı cavabdehlərin həmin mənzildə yaşamadığını, bununla da müqavilə şərtlərinin pozulduğunu iddia edərək, müqavilənin ləğvini və cavabdehlərin mənzildən çıxarılmasını tələb edir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, Qobupark Mİİ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli akt cavabdehlərin həmin yaşayış sahəsində fasiləsiz olaraq 3 (üç) aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadığını müəyyən etməyə əsas vermir, digər tərəfdən həmin akt cavabdeh tərəfin izahatları ilə yanaşı “Qobu park 1” yaşayış kompleksində yaşayan qonşuların xx.xx.2020-ci il tarixli aktı, “Qobu park” yaşayış kompleksində yerləşən Zəngilan rayon 20 nömrəli tam orta məktəbin xx.xx.2020-ci il tarixli arayışları, ərazi üzrə poliklinikada dispanser qeydiyyat barədə arayış, kommunal xidmətlər üzrə ödəniş sənədləri, habelə həmin Qobupark Mİİ-nin rəisinin özü tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2662 saylı arayış ilə tam təkzib olunur. Bundan əlavə, iddia ərizəsinə əlavə edilən, 60 nəfər qonşunun imzası ilə Cavabdeh4 mənzildən çıxarılması xahişi barədə ərizə isə iddiaçının dəlillərinə zidd olmaqla həmin cavabdehin mənzildə faktiki yaşadığını bir daha təsdiq etmişdir. Göründüyü kimi, iddiaçı tərəf iddia tələbinin əsası olan halı (kirayə müqaviləsinin 5.7.1-ci bəndinə əsasən kirayəçi və ailə üzvlərinin yaşayış sahəsində fasiləsiz olaraq 3 (üç) aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadığını) sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 99.3cü maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının hazırkı iddia tələblərinin təmin olunması üçün hüquqi əsaslar olmadığından, iddiaçının iddia tələbini əsaslandıra və bununla bağlı məhkəməyə hər hansı sübutlar təqdim edə bilmədiyiyindən, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2267/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2267/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver