Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-227/2024 05.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2, Bakı şəhəri 9 saylı Notariat Ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi qarşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X5 və X6 cəlb edilməklə “mənzilin miras əmlak toplusuna aid edilməsi nəzərə alınmaqla ümumi əmlak kimi müəyyən olunması və birinci növbəli vərəsələr arasında bərabər paylarda bölünməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilin miras əmlak toplusuna aid edilməsi nəzərə alınmaqla ümumi əmlak kimi müəyyən olunması və birinci növbəli vərəsələr arasında bərabər paylarda bölünməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X5 və Maraqlı şəxs1, iddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslərin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh2, Bakı şəhəri 9 saylı Notariat Ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X5 və Maraqlı şəxs1 cəlb edilməklə “mənzilin miras əmlak toplusuna aid edilməsi nəzərə alınmaqla ümumi əmlak kimi müəyyən olunması və birinci növbəli vərəsələr arasında bərabər paylarda bölünməsi" tələbinə mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3151/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Sahələrinin uçotu və bölünməsi İdarəsinin verdiyi 23 avqust 1973-cü il tarixli, 130476 saylı orderə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Rəhman küçəsindəki 46 saylı evin 5 otaqlı 38-ci mənzil X7 verilmiş, orderdə Aslan Şirinovdan əlavə daha 6 nəfər ailə üzvünün adı qeyd olunmuşdur.
2. X11 xx.xx.2012-ci il tarixdə, arvadı X10 14 noyabr 2003-cü il tarixdə vəfat etmişdir.
3. İddiaçı, Cavabdeh2 və müstəqil tələb irəli sürən üçüncü şəxslər X5 və Maraqlı şəxs1 X4 övladlarıdır.
4. İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxslər X5 və Maraqlı şəxs1 mübahisə predmeti olan mənzildə yaşamırlar.
5. Mübahisə predmeti olan mənzildə Cavabdeh2, onun ailə üzvləri və iddiaçının birinci nikahdan olan keçmiş arvadı və övladı yaşayırlar.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2835/2022 nömrəli qərarından müəyyən olunur ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(005)-2404/2021 nömrəli qətnaməsi ilə İddiaçı ünvan 1, mənzil 38-ə istifadə hüququ itirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh2, Bakı şəhəri 09 saylı Notariat Ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsinə qarşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X5 və Maraqlı şəxs1 cəlb edilməklə “miras əmlak üzrə payların müəyyən olunması və bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı 38 nömrəli mənzilin miras əmlak toplusuna aid edilməsi nəzərə alınmaqla ümumi əmlak kimi müəyyən olunması və birinci növbəli vərəsələr arasında bərabər paylarda bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı 38 nömrəli mənzil Xətai RİN-nin (keçmiş Şamuyan rayon ZDS İK-nin) xx.xx.1973-ci il tarixli, 4 saylı protokolu əsasında mərhum X2nun adına verilmiş və orderdə onun da adı daxıl olmaqla 6 nələr ailə üzvünün adı qeyd olunmuşdur. X2 xx.xx.2012-ci il tarixdə vəfat etmiş, ondan miras qalmış ünvan 3 ünvanındakı 38 nömrəli əmlaka dair ünvan 4şdır. Həmin 9 saylı Notariat Kontoru tərəfindən Asan Xidmət Mərkəzi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 1 saylı Ərazi İdarəsinə sorğu verilmiş, lakin qeyd olunan mənzilə dair çıxarış təqdim olunmamışdır. Hesab edir ki, həmin mənzil miras əmlak toplusuna aid edilməsi nəzərə alınmaqla ümumi əmlak kimi müəyyən olunmalı və birinci növbəli vərəsələr arasında paylar müəyyən edilməklə bölünməlidir.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3151/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2, Bakı şəhəri 9 saylı Notariat Ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, (mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X5 və X6 cəlb edilməklə), "mənzilin miras əmlak toplusuna aid edilməsi nəzərə alınmaqla ümumi əmlak kimi müəyyən olunması və birinci növbəli vərəsələr arasında bərabər payıarda bölünməsi" tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli mənzil daşınmaz əmlak kimi dövlət reyest rində qeydə alınmadığından, xüsusi mülkiyyət hüququ əsasında mə rhum X7 məxsus olmuş əmlak kimi miras kütləsinə aid edilə bilməz.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə, Mülki Məcəllənin 178.1, 178.2, 1145, 1159.1, 1159.1.1, 1246, 1151.1, 1151.2, 1274-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 94, 107-ci maddələri, Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, və Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 76.1, 77.1, 89.3, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 3151/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, ünvan 5 ünvanındakı 38 nömrəli mənzil Xətai RİN-nin (keçmiş Şamuyan rayon ZDS İK-nin1) 0.08.1973-cü il tarixli, 4 saylı protokolu əsasında mərhum X2nun adına verilmiş və orderdə övladlar olaraq onların da adı daxil olmaqla 6 nəfər ailə üzvünün istifadəsinə verilmiş, həmin ünvanda birgə təsərrüfat aparıblar. X1 xx.xx.2012-ci il tarixdə vəfat etmiş, ondan miras qalmış ünvan 7 ünvanındakı 38 nömrəli əmlaka dair ünvan 8ışdır. Həmin 9 saylı Notariat Kontoru tərəfindən Asan Xidmət Mərkəzi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin1 saylı Ərazi İdarəsinə sorğu verilmiş, lakin qeyd olunan mənzilə dair çıxarış təqdim olunmamışdır. Halbuki mənzilin icarədarı vəfat etdiyi halda ondan miras qalmış, lakin özəlləşdirilməmiş əmlak üzərində mülkiyyət hüququ tanınır və adətən ölmüş şəxsin adına çıxarış verilir. Lakin, bu hərəkətlərin aparılmasından imtina olunduğuna görə məhkəmə mübahisəsi yaranmışdır. Hesab edir ki, həmin mənzil miras əmlak toplusuna aid edilməsi nəzərə alınmaqla ümumi əmlak kimi müəyyən olunmalı və birinci növbəli vərəsələr arasında paylar müəyyən edilməklə bölünməlidir. Ona görə də hesab edir ki, həmin qərar ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Nərimanov rayon Məhkəməsinin 2(005)-3151/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Göründüyü kimi qanunun tələblərinə əsasən vəfat etmiş şəxsin mənzil üzərində mülkiyyət hüququ yaranmışdır.
14. Qətnamədən müstəqil tələb irəli sürən üçüncü şəxslər X5 və Maraqlı şəxs1 apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 3151/2022 saylı, xx.xx.2022-ci i l tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
15. Apellyasiya şikayətində göstərilmişdir ki, mübahisə predmeti olan məsələnin həlli yəni, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli məhkəmələrin səlahiyyətlərindədir. Bu səbəbə görə də məhkəmə mənzilin qeydiyyata alınmadığına istinad edərək iddianı rədd etməsi qanunsuz və əsassızdır. Mülkiyyətlə bağlı Avropa Məhkəməsinin president qərarlarında qeyd olunur ki, mülkiyyət mənasına görə milli Qanunvericiliklə tələb olunan qaydada qeydə alınıb-alınmaması mənasına görə formal xarakter daşıyır və mülkiyyət olmasının dəyişmir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
17. İddiaçının və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslərin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirir ki, bu işlə bağlı vərəsəlik işi açılıb. Reyestr xidmətinə sorğu göndərilib və cavab olaraq bildirilib ki, dövlət reyestrində qeydiyyatın alınması ilə bağlı məlumat yoxdur. Vərəsəlik işi açılıb və notariat kontoru imtina edib. İmtina etmə səbəbi isə evə dair çıxarışının olmamasıdır. Bu səbəbdən vərəsəlik işi dayandırılıb. Vəfat etmiş şəxsin adına çıxarışın verilməsini notariatdan bildirdilər ki, məhkəmə həll edə bilər. Onlar Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il qərarına istinad etdilər. Qərara əsasən notariatda həll edilmədiyi halda, vərəsələrin dairəsi və payların müəyyən edilməsi məhkəmənin səlahiyyətinə aiddir. Həm imtina var, həm də tərəflər arasında mübahisə var. Buna görə məhkəməyə müraciət edilmişdir. Tərəf istifadə hüququnun itirilməsi ilə bağlı iddia qaldıran zaman iş Ali Məhkəmənin icratında olmuşdur. Apellyasiya məhkəməsinin qətnaməsindən şikayət verilmişdir. Həmin zaman Nərimanov Rayon Məhkəməsində notariusun hərəkətləri ilə bağlı iddia qaldırılır və notarius imtina verir. Orderdə adı olan şəxslərin razılığı olmadan özəlləşdirmə ola bilməz. Bununla bağlı məhkəmə təcrübəsi formalaşmışdır. Çünki, dövlət təmənassız olaraq bağışlamışdır. Özəlləşdirmə ilə bağlı rəsmi müraciəti tapa bilmədilər.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərarları var ki, mübahisə yarandığı təqdirdə vərəsələrin əhatə dairəsinin müəyyən edilməsi və payların müəyyən olunması məhkəmənin səlahiyyətinə aiddir. Hazırkı mübahisədə mənzil təmannasız bağışlanıb.1995-ci ilə qədər icra hakimiyyətləri sərəncam verib, rəsmiləşdirmə edirdilərsə, daha sonra Nazirlər Kabinetinin qərarı ilə sərəncam ləğv edilmişdir. Qərarda qeyd edilib ki, özəlləşdirmə idarəsinə müraciət edilməlidir. Onlar müraciət ediblər. Mənzil dövlət tərəfindən bağışlanıb. Hazırkı halda apellyasiya şikayətləri təmin edilməlidir. Bugünkü gün mübahisə edən tərəflərin payları mənzil veriləndə yaranmışdı. Özəlləşdirmə üçün icarədar özəlləşdirmə idarəsinə gedib, orada mübahisə yaranıb. Tərəflər özləri də iştirak ediblər. Orada bildirilib ki,şəxslər yazılı razılıq verməlidirlər. Cavabdeh bildirib ki,onun adına özəlləşdirilsin,icarədar isə əsəbiləşib ki, hərənin öz payı veriləcək. Razılıq əldə olunmayıb. Müraciət üçün cəhd edilib, mübahisə olduğu üçün tamamlana bilməyib. Rəsmi ərizə verilməyib.
18. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirir ki, o, 1985-ci ildən Şamaxıda yaşayır. Amma həmin evdə doğulub, böyüyüb. Evlənəndən sonra Şamaxıya köçüb. Qardaşı Fədail hazırda evsiz qalıb.
19. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirir ki, o, 1983-cü ildən Sumqayıtda yaşayır. Atası dünyasını dəyişəndən sonra onlar evi satmaq istəməyiblər. Onlar qardaşına demyiblər ki, evdən çıx. Onlar birdən-birə eşidiblər ki, Famil evi satır. O, evin ilk uşağıdır, ailəsinə baxıb, nə Famil nə də yoldaşı atasının sağlığında baxmayıblar. Ancaq yas vaxtı gəlib-gediblər, digər yad adamlar kimi. Ona deyib ki, onların əziyyəti çox olub. Familin heç valideynlərindən xəbəri olmayıb. Hazırda da orada yaşayır. Famil atasının sağlığında ona deyirdi ki, evi onun adına keçirsin. Onun balaca qardaşı 1976-cı ildə həmin mənzildə dünyaya gəlib. Famil 3 il bundan öncə Fədaili mənzildən qeydiyyatını çıxartdırıb. Qərəzli şəkildə olmuşdur. Hazırda cavabdeh yoldaşı ilə birlikdə 5 otaqlı evdə oturublar. Fədailin indi qalacaq heç yeri də yoxdur. Order onlara görə verilmişdir, onların payı var. Ataları əziyyət çəkib o evi alıb. Famil hazırda nankorluq edir. Atası ona nə vəsiyyətnamə verib, nə də o mülkiyyətçidir. Heç valideynlərinin qulluğunda durmayıb. Valideynlərinə onlar baxıblar. Anası ağır insult keçirdi, digər qardaşı ona qulluq etdi. 13 yaşından Fədail analarına baxıb. Famil Sumqayıtda yaşayıb, heç valideynlərindən xəbəri belə olmayıb. Onların başqa qardaşı var, 50 ildir ki, evdən çıxıb gedib Rusiyada yaşayır. O, amma heç qeydiyyatdan çıxmayıb.
20. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, təqdim edilən sənəddə iddiaçının adı yoxdur. Təqdim edilən sənədi qəbul edir, sorğu verilməsinə ehtiyac yoxdur. Həmin sənədi o, da əldə edib. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanuna istinad edirlər. İddiaçının orderdə adı yoxdur, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər isə özlərinin də dedikləri kimi köçüblər. Mənzildən istifadə hüquqları yoxdur. Məhkəmənin bu barədə qətnaməsi də var. Hesab edir ki, vəsiyyət üzrə vərəsələrin mənzilin özəlləşdirilməsi barədə hər hansısa tələb irəli sürməsi absurddur. İddiaçı ilk nikahı pozulandan sonra başqa yerə köçmüşdür. Bu da öz təsdiqini tapmışdır. Mənzil özəlləşdirilərkən mənzildə kimin qeydiyyatda olması və faktiki kimin yaşaması əsas götürülür. İddiaçının hazırda bu iddia qaldırmağa hüququ yoxdur. Çünki orada yaşamayıb,onun istifadə hüququna xitam verilmişdir. Cavabdehin atası 2012-ci ildə vəfat edib. İddiaçı və üçüncü şəxslər mənzildə yaşamayıb. Hazırda cavabdeh, iddiaçının keçmiş həyat yoldaşı və uşaqları yaşayır. İcra hakimiyyətinə müraciət edilməli idi və tərəflər bunu sübut etməli idilər. 6 nəfər ailə üzvü var, onların özəlləşdirmə hüququ olub. Müraciət edən olmayıb. Faktiki yaşayan və qeydiyyatı olan şəxslər cavabdeh,onun ailəsi, gəlini və s. Apellyasiya şikayətləri əsassızdır, təmin edilməməsini xahiş edir.
21. İddiaçı məhkəmə iclasında çıxış edərək bildirir ki, ev onlara atalarından qalmışdır. Başqa heç nə qalmamışdır. Qardaşı Famil onlara evdən pay vermək istəmir. Onlar bilməyiblər ki, qardaşı belə yollara əl atar. O evdən qeydiyyatdan çıxıb. Mübahisəli məsələlərə görə evdən gedib. Ata dünyasını dəyişəndə amma orada qeydiyyatdaydılar. Onlar atalarının mülkindən onlara düşən pay istəyirlər. Faktiki olaraq atası dünyasını dəyişəndən sonra qəbul etməyiblər. Onlar birinci dərəcə vərəsələrdir, onların hüququ yoxdursa, Familin də hüququ yoxdur. Onlar evdən imtina etməyib, etməyəcəklər də. Söhbət ata mülkündən gedir. Nənə və nəvəyə pay düşmür. Onlar birinci dərəcə vərəslərdir.
22. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər cavabdehlərin nümayəndələrinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq normaları:
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar,bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
24. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. ( 6 mart 2018-ci il tarixli 1039-VQD nömrəli dəyişikliyədək olan redaksiya)
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Hazırki halda iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslərin apellyasiya şikayətləri qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
31. Belə ki, Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Sahələrinin uçotu və bölünməsi İdarəsinin verdiyi 23 avqust 1973-cü il tarixli, 130476 saylı orderə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Rəhman küçəsindəki 46 saylı evin 5 otaqlı 38-ci mənzil X7 verilmişdir. X11 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir.
32. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər ünvan 1 ünvanındakı 38 nömrəli mənzilin miras əmlak hesab edilməsi və birinci növbəli vərəsələrin miras əmlakla bağlı pay hüququnun tanınmasını xahiş edirlər.
33. Məhkəmə kollegiyası iddia tələbinin rədd edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisə predmeti olan mənzilə X4 hüquqları dövlət qeydiyyatına alınmamışdır.
34. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin istifadəyə verilən şəxsin birbaşa mülkiyyətinə keçməsi hesab edilmir, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsaslardandır.
35. Bununla əlaqədar istifadəsinə mənzil verilən şəxs daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyatı üçün bu qeydiyyatı aparan orqana müraciət etməlidir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, X11 isə vəfat etməmişdən qabaq mənzilin özəlləşdirilməsi ilə bağlı istəyini bildirməyərək ərizə ilə müraciət etməmişdir.
37. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apelyatora aid edilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər X5 və Maraqlı şəxs1 apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3151/2022 saylı, xx.xx.2022-ci il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorlara aid olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev