Məhkəmə qərarları › İş №2(103)-2272/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2272/2024

11.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2272/2024 11.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh 4 saylı Bakı "Asan Xidmət" Mərkəzinə qarşı iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh 4 saylı Bakı "Asan Xidmət" Mərkəzinə qarşı "mərhum atası X1 və anası X2 miras qalmış ******* nömrəli **********32 reyestr nömrəli DƏDRX-dən verilmiş çıxarışa əsasən onların mülkiyyəti olan, Qax rayonunun Ləki-Kötüklü kəndində yerləşən 0,05 ha torpaq sahəsinin müvafiq olaraq ½-in 1/6 hissəsi və ½ hissə və ½-in 5/6 hissəsi ilə bağlı mirasın tam olaraq faktiki qəbul edilməsi müəyyən edilməklə, miras əmlakı üzərində payının tam olaraq müəyyən edilməsini və mülkiyyətinə verilməsi" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-1628/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh 4 saylı Bakı "Asan Xidmət" mərkəzinə qarşı "mərhum atası X1 və anası X2 miras qalmış ******* nömrəli **********32 reyestr nömrəli DƏDRX-dən verilmiş çıxarışa əsasən onların mülkiyyəti olan, Qax rayonunun Ləki-Kötüklü kəndində yerləşən 0,05 ha torpaq sahəsinin müvafiq olaraq ½-in 1/6 hissəsi və ½ hissə və ½-in 5/6 hissəsi ilə bağlı mirasın tam olaraq faktiki qəbul edilməsi müəyyən edilməklə, miras əmlakı üzərində payının tam olaraq müəyyən edilməsini və mülkiyyətinə verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 1628/2024 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

3. Qərardad belə əsaslandırılmışdır ki, iddia ərizəsi forma və məzmununa riayət edilmədən tərtib olunmuş, tələbə xüsusi icraat qaydasında baxılmalı olduğundan ərizədə tərəflərin statusu “iddiaçı və cavabdeh” kimi deyil, “ərizəçi və maraqlı şəxs” kimi qeyd edilməlidir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

4. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və işin icraata qəbul edilərək baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, tələb miras əmlakında payların müəyyən edilməsi və mülkiyyətə verilməsi ilə bağlıdır və bu halda MPM-nin 307.2.9-cu maddəsi tətbiq oluna bilməz və tələbə iddia icraatı qaydasında baxılmalıdır. Həmçinin bildirir ki, eyni iddia tələbi ilə 2023-cü ilin dekabr ayında da Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinə müraciət olunmuş və məhkəmə tamamilə başqa əsasla işi icraata qəbul etməkdən imtina etmişdir. Məhkəmənin hesab etdiyi nöqsanlar düzəldilərək tərəfindən yenidən iddia ərizəsi ilə müraciət olunmuş və bu dəfə də fərqli əsaslarla işi icraata götürməkdən imtina etmişdir. Hazırki tələbdən göründüyü kimi, tərəfindən Məhkəmədən miras əmlakında payın müəyyən edilməsi və mülkiyyətə verilməsi tələb edilir. Hesab edir ki, bu tələbə məhkəmə iddia icraatı qaydasında baxmalıdır.

6. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 151.1. Ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 307.2.9. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

10. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2020-ci il tarixli qərarı: Mülki mühakimə icraatında fiziki və hüquqi şəxslər arasında yaranmış mübahisələr, bir qayda olaraq, iddia icraatı qaydasında həll edilir. Lakin bir sıra hallarda heç kəs tərəfindən pozulmayan və mübahisələndirilməyən hüquq və mənafelərin mülki məhkəmə icraatı qaydasında müəyyən və ya təsdiq edilməsinə zərurət yaranır. Prosessual qanunvericilik bu kateqoriya işlərə baxılmasının xüsusi qaydasını müəyyən edir və onu xüsusi icraat adlandırır. Xüsusi icraat qaydasında hüquq haqqında mübahisənin mövcud olmadığı mülki işlərə baxılır. Bu səbəbdən bu cür işlərdə tərəflər (iddiaçı, cavabdeh) və üçüncü şəxslər deyil, yalnız ərizəçi və maraqlı şəxslər iştirak edir. Məhkəmədə xüsusi icraat qaydasında işin qaldırılması səlahiyyəti məhdud şəxslərə məxsus olur. Xüsusi icraat qaydasında baxılan işlərdən biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərdir. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsi hüquqi faktlardan asılıdır. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi də hüquqi əhəmiyyəti olan fakt olduğundan belə işlərə xüsusi icraat qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsi).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

12. İşdən görünür ki, iddiaçı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, mülki-prosessual qanunvericiliyə əsasən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır.

13. O da qeyd edilməlidir ki, iddiaçının digər tələblərinin həlli (miras əmlak üzərində payın müəyyən edilməsi və s.) bilavasitə qeyd olunan faktın məhkəmə tərəfindən müəyyən edilib-edilməməsindən asılıdır.

14. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya izah etmişdir ki, o, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla xüsusi icraat qaydasında mirasın qəbul edilməsi faktının müəyyən edilməsi üçün ərizə ilə müraciət etməlidir.

15. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 1628/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar