Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2281/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi ilə (məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsızlığı tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(004)-3157/2020 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə arasında bağlanmış xx.xx.2018-ci il tarixli E-001/2018 nömrəli mövcud borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(004)- 3157/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi-vəkili vəsatət ünvanlayaraq, qeyd etmişdir ki, 2(103)- 1681/2020 saylı mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Cavabdeh İddiaçı qarşı müqavilə əsasında pul tələbinə dair iddiası üzrə apelyasiya icraatı hazırki mülki iş üzrə məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Göstərilən işlər bilavasitə bir-biri ilə əlaqəlidir, bir tərəf eyni müqavilə üzrə pul tələb edir, digər tərəf isə həmin müqavilənin etibarsız sayılmasını tələb edir. Odur ki, Bakı Apelyasiya Məhkəməsinin icraatında olan Cavabdeh İddiaçı qarşı müqavilə əsasında pul tələbinə dair iddiası üzrə 2(103)-1681/2020 saylı mülk işlə İddiaçı Cavabdeh qarşı həmin müqavilənin etibarsız sayılması haqqında iddiası əsasında 2(103)-2281/2021 saylı mülki işin birləşdirilməsi və işə bir icraatda baxılması xahiş edilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, iş materiallarını nəzərdən keçirib hesab edir ki, hazırkı iş, Bakı Apelyasiya Məhkəməsinə 07.01.202-ci il tarixdə daxil olmaqla hakim Xəyal Sarıyevin icraatında olan, iddiaçı Cavabdeh İddiaçı qarşı müqavilə əsasında pul tələbi üzrə iddia tələbinə dair mülki işlə eyni icraatda birləşdirilməlidir, ona görə ki, apelyasiya instansiyası məhkəməsində olan hər iki mülki iş bir-biri ilə əlaqəlidir, hakim X.Sarıyevin icraatında olan iş daha əvvəl icraata götürülməklə, icraatı hazırkı iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. İşlərə bir icraatda baxılması tərəflər arasında mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan, mülki işlər bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər (maddə 43). Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır (maddə 169.3). Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 43, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin icraatında olan, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsızlığı tələbinə dair” 2(103)-2281/2021 saylı mülki iş, iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilə əsasında pul tələbinə dair” 2(103)-242/2021 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2281/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2281/2021
15.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver