Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2281/2024 01.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı1 vəkili Nümayəndə iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 25 saylı Notariat Ofisinə qarşı (X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və bərpası"na dair ərizəsi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3436/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi İddiaçı1 və İddiaçı2 mərhum babası xx.xx.1993-cü il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılmasının üzrlü hesab olunmaqla, müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-3436/2022-ci il tarixli qətnaməsi ilə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1243.1, 1243.2, 1246, 1248.1-ci maddələrinə istinadən) ərizənin təmin edilməsi, mərhum xx.xx.19939-cü il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakın İddiaçı1 və İddiaçı2 tərəfindən miras kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunmaqla uzadılması qət edilmişdir. Maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, Bakı Xəzər rayon Məhkəməsinin e-2(003)-3436/2022 saylı, xx.xx.2022- ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barəsində qətnamə qəbul etməyinizi xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 217-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinin müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktybr 2022-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, X6 və nənəsi Fərəcova Soltanxanım (Lalə) xanım sağ ikən ərizəçinin valideyinlərini təssərüfatının ayırmaq məqsədi ilə öz qayınanasının Buzovna qəsəbəsində Ruhulla Axundov küçəsinə köçürmüşdülər. Ərizəçilər mərhum ataları dünyasını dəyişməzdən öncə atası tərəfindən halallıq olsun deyə bir mənzilin qiyməti dəyərində ödəniş etmişdir. Hətta ərizəçilərin mərhum atası ərizəçilərin anası ilə nikaha xitam verdikdən sonra əmisi Ədalət Rusiya Federasiyasında yaşayıb işlədiyinə görə ərizəçilərin alimentlərini belə mərhum atası ödəyib ki, korluq çəkməsinlər. Belə ki, nənəsi 1987-ci il, babası isə 1993-cü ildə dünyasını dəyişiblər. O ki, qaldı ərizəçilərin faktiki olaraq mirası qəbul edib sahiblik etdiyi hal doğru olduğu halda, yenidən məhkəməyə müraciət edərək “Maneçiliyin aradan qaldırılması tələbinə dair” iddiaya nə lüzum var idi? Xəzər rayon məhkəməsi xx.xx.2023-cü il tarixdə sözü gedən iddianı təmin etmişdir. Hesab edir ki, həmin qətnamə əsassızdır, işdə iştirak etməyən, lakin qeyd edilən qətnamə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin hüquqlarının ciddi pozulmasına səbəb olur. Məhkəmə ərizəçilərin verdiyi arqumentlərə istinad edərək ərizəçilərin həmin ünvanda anadan olması və orada uzun müddət yaşamaları, bu günə kimi də həmin torpaq sahəsindən və fərdi yaşayış evindən istifadə etmələrini əsas götürərək Azərbaycan Respublikası adından qətnamə qəbul etmişdir. Halbuki ərizəçilər 36 ildir nə torpaqdan, nə də fərdi yaşayış evindən istifadə etmirlər. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının hazırkı işə tətbiqi barədə sədrlik edənin sualına cavab olaraq isə bunu məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı2, cavabdeh Bakı şəhəri 25 saylı Notariat Ofisi (onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini göndərdiyi məktubla ərz etmişdir), müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 və maraqlarına toxunan şəxs Maraqlı şəxs iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, ilk olaraq münasibətlərin səciyyəsin nəzərə alaraq, işin məhkəmənin səlahiyyətlərinə aid olmasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən: İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən: İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vİİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən: Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Məcəllənin 24.1-cü maddəsinin tələblərinə əsasən: Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Məcəllənin 261.0.1-ci maddəsinə əsasən: iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icaata xitam verir. Məcəllənin 384-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər (384.0.5.). Notariat haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: Maddə
59. (Qanun üzrə vərəsəlik hüququ haqqinda şəhadətnamənin verilməsi) Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Məhkəmə kollegiyası, sədrlik edənin işin hallarına dair məruzəsini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, 80; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5, 24.1, 261.0.1 və 262-ci, Notariat haqqında Azərbaycan Respublikası Qanununun 33-43-cü maddələrini; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarını rəhbər tutaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3549/2023 saylı işi üzrə 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Bakı şəhəri 25 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli məktubunda Mülki Məcəlləsinin 1246, 1248-ci maddələrinə istinad edilərək, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin buraxıldığı və mirasın qəbulu faktını təsdiq edən sənədin təqdim olunmadığı qeyd edilmiş və mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin bərpası, mirasın qəbulu faktını təsdiq etmək üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bu halda iddia tələblərinə və ondan irəli gələn qətnaməyə (apellyasiya şikayətinə) baxılması üçün mülkiprosessual əsaslar mövcud olmadığından işə məhkəmədə baxılmalı deyil. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, məhkəmənin vəzifələrinə və mülki mühakimənin məqsədlərinə (məhkəməyə) aid baxılmalı mübahisə olmadığından və ondan irəli gələrək iş məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icaata xitam verilməlidir.Tərəflərə izah edilməlidir ki, Notariat orqanı tərəfindən imtinanın əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən müddətin ötməsi ilə olduğundan və Konstituisiya Məhkəməsi tərəfindən qeyd edilən norma qüvvədən düşmüş hesab edildiyindən, ədalət mühakiməsində müddətlə bağlı məsələ mübahisə predmeti olaraq baxış predmeti ola bilməz, habelə notariat orqanı tərəfindən bu əsasla imtinanın mümkünlüyü istisna edilir. Ona görə, tərəflər müvafiq notariat orqanına müraciət etməli və ümumi razılıq olduğu təqdirdə vərəsəlik hüquqlarının rəsmiləşdirilməsində haqlıdırlar. Notariat orqanının başqa əsasla imtina etdiyi halda tərəflərin məhkəmə müdafiə hüququndan istifadə etmək imkanları itirilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261, 398- 402, 406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3436/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.