Məhkəmə qərarları › İş №2(103)-2281/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2281/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2281/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli e-2(006)-2017/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2017/2025 nömrəli, 11 fevral 2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 60,27 manat məbləğində pulun ona geri qaytarılması qərara alınmışdır. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli e-2(006)- 2017/2025 nömrəli qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı MTK iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MTK ilə Cavabdeh arasında Bakı şəhəri, Ü. Hacıbəyov 128A/128B ünvanındakı “X4” yaşayış kompleksində yerləşən binanın C bloku, 5-ci mərtəbəsində yerləşən 521C saylı mənzilə dair imzalanmış xx.xx.2010-cu il tarixli, PBR 087saylı və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən Cavabdeh 4.026,52 AZN borcun və iddia ərizəsinin verilməsinə görə MTK tərəfindən ödənilmiş 60.27 AZN dövlət rüsumunun tutularaq İddiaçı MTK-nın hesabına köçürülməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi xx.xx.2025cü il tarixli, e-2(006)-2017/2025 saylı qərardadı ilə İddiaçı MTK-nın iddia ərizəsini ərazi aidiyyatı qaydalarına əməl olunmaması əsası ilə geri qaytarmışdır. İddia ərizəsində qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin icra yerinin Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov 128A/128B ünvanındakı “X4” yaşayış kompleksində olduğunu nəzərə alaraq, iddia ərizəsini icra yeri üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli, e-2(006)-2017/2025 saylı qərardadının ləğv edilərək işin məhkəmənin icraatına qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(004)-3314/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli e-2(006)-2017/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. AR Mülki-Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasəni icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. İddiaçı şikayətində AR MPM-nin 36.11-ci maddəsinə istinad edərək tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin icra yerinin Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov 128A/128B ünvanındakı “X4” yaşayış kompleksində olduğunun nəzərə alaraq işə Nəsimi Rayon Məhkəməsində baxılmalı olduğunu bildirmişdir. Kollegiya şikayətin dəlilinə münasibətdə qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçı tərəfindən iş materiallarına yalnız tərəflər arasında bağlanılmış xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsi əlavə edilmiş, xx.xx.2019-cu il tarixli xidmət müqaviləsi iş materiallarına əlavə edilməmişdir. Hazırki işə əlavə edilmiş və tərəflər arasında bağlanılmış xx.xx.2010-cu il tarixli müqavilədə isə onun icra yeri göstərilməmişdir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli e-2(006)-2017/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli e-2(006)- 2017/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar