Məhkəmə qərarları › İş №2(103)-2286/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2286/2023

31.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2286/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı qanuni nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh13, X15 Bakı şəhəri 6 saylı notariat ofisinə, İsmayıllı rayon notariat ofisinə, Cavabdeh8nə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 9 saylı Qəbələ Ərazi İdarəsinə, Bakı şəhəri 9 saylı notariat ofisinə qarşı (üçüncü şəxs qismində Azərbaycan Respublikası Baş X24 İdarəsi cəlb edilməklə) “bağışlama müqavilələrinin, alqı-satqı müqaviləsinin və onlara əsasən verilmiş mülkiyyət sənədlərinin etibarsız hesab edilməsi, həmin əmlakların mirasa daxil edilməsi və miras paylarının müəyyən edilməsi” tələbinə dair iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “bağışlama müqavilələrinin, alqı-satqı müqaviləsinin və onlara əsasən verilmiş mülkiyyət sənədlərinin etibarsız hesab edilməsi, həmin əmlakların mirasa daxil edilməsi və miras paylarının müəyyən edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçı qanuni nümayəndəsi Nümayəndəsi və vəkili Vəkil5, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdehlər Cavabdeh2, Cavabdeh9, Cavabdeh13, müstəqil tələb irəli sürməyən 3cü şəxs X6 nümayəndəsi və vəkili və Vəkil1 iştirakları ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-23/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 tərəfindən ayrılıqda, Cavabdeh2, Cavabdeh9, Cavabdeh13, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X11 tərəfindən birgə verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı qanuni nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh13, Cavabdeh9 Cavabdeh11, Cavabdeh10 MTK, Bakı şəhəri 6 saylı notariat ofisinə, İsmayıllı rayon notariat ofisinə, Cavabdeh8nə, Azərbaycan Respublikası ƏMDKyanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 9 saylı Qəbələ Ərazi İdarəsinə, Bakı şəhəri 9 saylı notariat ofisinə qarşı üçüncü şəxs qismində X11, Azərbaycan Respublikası Baş X24 İdarəsi cəlb edilməklə “bağışlama müqavilələrinin, mənzilin alınması ilə bağlı müqavilənin, maliyyə arayışının və həmin müqavilələrə əsasən verilmiş mülkiyyət sənədlərinin etibarsız hesab edilməsi, həmin əmlakların mirasa daxil edilməsi və miras paylarının müəyyən edilməsi və miras payına uyğun pul” tələbinə dair iddia ərizəsi, onun dəqiqləşdirmə və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək:

1. İsmayıllı rayonu, İvanovka kəndi, Krasnoarmeyskaya küçəsi 82 ünvanında yerləşən fərdi yaşayış evinə dair İsmayıllı rayon notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-154 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin evə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın etibarsız hesab edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakın siyahısına daxil edilməsi və İddiaçı 1/3 hissədə miras payının müəyyən edilməsi;

2. ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzilə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-180 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin mənzilə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın etibarsız hesab edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakın siyahısına daxil edilməsi və İddiaçı 1/3 hissədə miras payının müəyyən edilməsi;

3. Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 53 ünvanında yerləşən 30 saylı mənzilə dair ünvan 2 xx.xx.2018-ci il tarixli 4Ə-1089 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin mənzilə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakın siyahısına daxil edilməsi və İddiaçı 1/6 hissədə məcburi miras payının müəyyən edilməsi;

4. Nərimanov rayonu, Təbriz küçəsi 54 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair ünvan 2 xx.xx.2018-ci il tarixli, 4Ə-1222 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakın siyahısına daxil edilməsi və İddiaçı 1/6 hissədə məcburi miras payının müəyyən edilməsi;

5. Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 24 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə- 165 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakın siyahısına daxil edilməsi və İddiaçı 1/6 hissədə məcburi miras payının müəyyən edilməsi;

6. Sabunçu rayonu, Pirşağı qəsəbəsi 851 T ünvanında yerləşən bağ evinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-162 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin bağ evinə dair Cavabdeh13 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakın siyahısına daxil edilməsi və İddiaçı 1/6 hissədə məcburi miras payının müəyyən edilməsi;

7. Sabunçu rayonu, Pirşağı qəsəbəsi 527/t saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-160 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin bağ sahəsinə dair Cavabdeh13 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakın siyahısına daxil edilməsi və İddiaçı 1/6 hissədə məcburi miras payının müəyyən edilməsi;

8. Sabunçu rayonu, Pirşağı qəsəbəsi 852/t saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-164 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin bağ sahəsinə dair Cavabdeh13 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakın siyahısına daxil edilməsi və İddiaçı 1/6 hissədə məcburi miras payının müəyyən edilməsi;

9. Sabunçu rayonu, Pirşağı qəsəbəsi 527a saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-163 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin bağ sahəsinə dair Cavabdeh13 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakın siyahısına daxil edilməsi və İddiaçı 1/6 hissədə məcburi miras payının müəyyən edilməsi;

10. Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinə (**********40 reyestr nömrəli dövlət reystrindən çıxarış əsasında) dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-161 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin torpaq sahəsinə dair Cavabdeh13 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakın siyahısına daxil edilməsi və İddiaçı 1/6 hissədə məcburi miras payının müəyyən edilməsi;

11. Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinə (**********31 reyestr nömrəli dövlət reystrindən çıxarış əsasında) dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-159 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin torpaq sahəsinə dair Cavabdeh13 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakın siyahısına daxil edilməsi və İddiaçı 1/6 hissədə məcburi miras payının müəyyən edilməsi;

12. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hərəkətlərində cinayətin əlamətlərinin olması barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi;

13. X7 mülkiyyətində olan “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E270 CDİ” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin hər birinə dair 1/3 hissədə İddiaçı payının müəyyən edilməsi;

14. Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon 3123-cü məhəllə ünvanında yerləşən 110 saylı mənzilə dair Cavabdeh10 ilə Cavabdeh9 arasında bağlanmış müqavilənin və Cavabdeh9 adına verilmiş arayışın (maliyyə arayışının) etibarsız hesab edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakların siyahısına daxil edilməsi və vərəsə İddiaçı Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon 3123-cü məhəllə ünvanında yerləşən 110 saylı mənzil üzərində 1/3 hissədə miras payının müəyyən edilməsi;

15. ** NK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh11 ödənilmiş 25000 (iyirmi beş min) manat pul vəsaiti üzərində vərəsə İddiaçı miras payının müəyyən edilməsi və həmin məbləğin Cavabdeh11 tutularaq İddiaçı ödənilməsi;

16. xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən ünvan 7 ünvanında yerləşən 7 saylı mənzilin icarəyə verilməsindən əldə edilmiş gəlir olan 40600 (qırx min altı yüz) manat pul vəsaitinin 1/3 hissəsi üzərində vərəsə İddiaçı miras payının müəyyən edilməsi və həmin məbləğin Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Nizami Rayon Məhkəməsinin 2(007)-23/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Həqiqət Əhmədova) ilə iddia tələbi qismən təmin edilmiş, İsmayıllı rayonu, İvanovka kəndi, Krasnoarmeyskaya küçəsi 82 ünvanında yerləşən fərdi yaşayış evinə dair İsmayıllı rayon notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-154 reyestr nömrəli, bağışlama müqaviləsi və onun əsasında həmin evə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarış, ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzilə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-180 reyestr nömrəli, bağışlama müqaviləsi və onun əsasında həmin mənzilə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarış, Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayon 3123-cü məhəllə ünvanında yerləşən 110 saylı mənzilə dair Cavabdeh10 MTK ilə Cavabdeh9 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə və sonuncunun adına verilmiş maliyyə arayışı etibarsız hesab edilmiş, həmin əmlaklar miras əmlaka daxil edilmiş, həmin əmlaklar və “BMC" markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E270 CDİ” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin hər birinə dair İddiaçı 1/3 hissədə miras payı, ünvan 9 ünvanında yerləşən 30 saylı mənzilə dair ünvan 2 xx.xx.2018-ci il tarixli 4Ə1089 reyestr nömrəli bağışlama müqaviləsi, ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair ünvan 2 xx.xx.2018-ci il tarixli, 4Ə-1222 reyestr nömrəli müqavilə və onlar əsasında həmin mənzilə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarış, ünvan 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə- 165 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarış, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 851t ünvanında yerləşən bağ evinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-162 reyestr nömrəli, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 527/t saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-160 reyestr nömrəli, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 852/t saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-164 reyestr nömrəli, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 527a saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-163 reyestr nömrəli, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinə (**********40 reyestr nömrəli dövlət reystrindən çıxarış əsasında) dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-161 reyestr nömrəli, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinə (**********31 reyestr nömrəli dövlət reystrindən çıxarış əsasında) dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-159 reyestr nömrəli bağışlama müqavilələri və həmin müqavilələr əsaında Cavabdeh13 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışlar ləğv edilmiş, həmin əmlakların hər birinə dair İddiaçı 1/6 hissədə məcburi miras payı müəyyən edilmiş, ** NK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair X19 ilə bağlanmış 28 fevral 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh11 ödənilmiş 25000 (iyirmi beş min) manat pul vəsaiti üzərində vərəsə İddiaçı 1/3 hissədə olmaqla 8334 (səkkiz min üç yüz otuz dörd) manat miras payı müəyyən edilmiş və həmin vəsait Cavabdeh11 İddiaçı xeyrinə tutulmuş, ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzilə dair Cavabdeh2 ilə “X23” MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli (xx.xx.2019-cu il tarixli əlavə və dəyişikliklər barədə sazişin şərtləri nəzərə alınmaqla) icarə müqaviləsi əsasında əldə edilmiş 33355,00 (otuz üç min üç yüz əlli beş) manat gəlirin 1/3 hissəsi olan 11118,00 (on bir min yüz on səkkiz) manat vəsait Cavabdeh2 İddiaçı xeyrinə tutulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

3. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 tərəfindən ayrılıqda, Cavabdeh2, Cavabdeh9, Cavabdeh13, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X11 tərəfindən birgə apellyasiya şikayətləri verilmişdir.

4. İddiaçı qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayətləri və onun dəlilləri:

5. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermiş, bildirmişdir ki, iddia tələbi təmin edilən hissədə qətnamə qanunsuz və əsassızdır, işə baxan birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının tətbiqində yanlışlığa yol verilmişdir. Belə ki, iş materialları ilə təsdiq edilir ki, mərhuma məxsus əmlakların bağışlama müqavilələri nəticəsində özgəninkiləşdirilməsi bir neçə ay davam etmişdir. Bu zaman əmlakların müxtəlif şəxslərə bağışlanması onu deməyə əsas verir ki, bağışlamalar məhz mərhumun iradə ifadəsi olmuşdur. Bağışlamanı həyata keçərən şəxs mərhumun iradəsinə uyğun olaraq hansı əmlakı hansı şəxsə bağışlanmalı olduğunu müəyyən etmişdir. Mərhumun sağılığında onun iradəsi olmadığı təqdirdə ən azı etibarnaməni ləğv etməsi mümkün idi. Əmlak əldə edən şəxslər arasında bağışlanan əmlaklarla bağlı mübahisələrin olmaması da bağışlamaların mərhumun iradə ifadəsinə uyğun həyata keçirildiyini deməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. X16 məhz yuxarıda göstərilən mülkiyyət hüquqlarından istifadə edərək əmlakını cavabdehlərdən olan qızı Cavabdeh1 bağışlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Birinci instansiya məhkəməsi hazırki qətnaməsini qəbul edərkən mübahisəli əmlakların bir hissəsinə İddiaçı 1/3, bir hissəsinə isə 1/6 hissədə məcburi payını müəyyən etmişdir. Lakin məhkəmə öz qətnaməsində əmlakların digər 1/5 hissəsinə olan hüquqlara toxunmamışdır, əmlakların həmin hissədə taleyi bəlli deyildir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin mübahisəsiz halı odur ki, X16 və Nümayəndə arasında rəsmi nikah münasibətləri olmamışdır. İddiaçının qanuni nümayəndəsi Nümayəndə guya mərhumla mehriban ailə münasibətlərində yaşamasın istinad etmiş, İsmayıllı rayonu, İvanovka kəndi Krasnoarmeyskaya küçəsi 82 ünvanında yerşələn fərdi yaşayış evini guya X16in məhz onun üçün tikdirdiyini və bağışlama müqaviləsinin nəticəsi olaraq ona məxsus olmalı olan əmlak mənimsənilmişdir. Əslində isə xx.xx.2013-cü il tarixdə Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh X4 uşağın saxlanması üçün aliment tutulmasını tələb etmiş, Əhmədov Rövşən iddia tələbini qəbul edərək, ayda 150 manat məbləğində aliment tutulmasına razılıq vermişdir. Buna baxmayaraq, Nümayəndə uşaqla görüşü qadağan etmiş və Əhmədov Rövşən uşaqla ünssiyyət tələbi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Binəqədi Rayon Məhkəməsinin 2(0010- 2584/2022 saylı 24 iyul 2014-cü il tarixli qətnaməsi ilə Əhmədov Rövşənə uşaqla ünsiyyət üçün vaxt müəyyən edilmişdir. Həmin məhkəmə qətnaməsində cavabdeh Nümayəndə izahatı əks olunur. O bildirmişdir ki, aliment ödəmək iddiaçının borcudur və aliment ödənilməsi uşaqla ünsiyyətdə olmağa əsas vermir. Bu səbəbdən iddia rədd olunmalıdır. Yəni hətta buna baxmayaraq, uşağı ilə ünsiyyətə problem yaradan İrina Pereytsveyq bu gün, Əhmədov Rövşən artıq həyatda olmadığı zaman, guya çox mehriban ailə olduqları təsəvvürü yaratmağa çalışır. Bundan əlavə nəzərə alınmalıdır ki, mərhum ömrünün son dövrlərində onkoloji xəstə olmuş və həmin müddətdə ona tələb olunan xüsusi qulluq məhz qızı Cavabdeh1 tərəfindən edilmişdir. Xəstəliyinin şiddətlənməsi ilə əlaqədar mərhum yuxarımərtəbəyə çıxıbdüşməsində problem olduğu səbəbindən aşağımərtəbədə mənzili olan bacısı Cavabdeh2 evinə daşınmış və orada da qayğı ilə əhatə olunmuşdur. Bütün bu müddət ərzində Nümayəndə xəstəyə heç bir mənəvi dəstək görülməmiş, hətta xəstənin halı ilə maraqlanmağı belə rəva görməmişdir. Mərhum dünyasını dəyişdikdən sonra, maddi sərvət əldə etmək üçün hal-hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət olunmuşdur. Bu səbəbdən, qətnamənin qismən-iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsi, iddianın həmin hissədə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Həmin qətnamədən cavabdehlər Cavabdeh2, Cavabdeh9, Cavabdeh13, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X9 birgə apellyasiya şikayəti vermiş, şikayət Cavabdeh1 şikayətinə uyğun əsaslandırılmış, bildirilmişdir ki, iddia tələbi təmin edilən hissədə qətnamə qanunsuz və əsassızdır, işə baxan birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının tətbiqində yanlışlığa yol verilmişdir əlavə olaraq qeyd edilmişdir ki, mərhum ömrünün son dövrlərində onkoloji xəstə olmuş və bacısı Cavabdeh2 evində ona qulluq olunmuşdur. Mərhumun bacısı Cavabdeh2 məktəb direktoru olmuş, mərhuma maddi yardım göstərmiş, yəni mərhum neçə ay xəstə yatmış, işləməmiş, bunların qarşılığında onun müalicəsi üçün 50000-80000 avro xərclər çəkilmişdir. Bütün bu müddət ərzində Nümayəndə xəstəyə heç bir mənəvi dəstək görülməmiş, hətta xəstənin halı ilə maraqlanmağı belə rəva görməmişdir. Amma buna baxmayaraq Emilə Rövşən müəllim rəhmətə gedəndən sonra Nazim müəllim ayda 1000 manat pul ödəmişdir. Mərhum dünyasını dəyişdikdən sonra, hal-hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət olunmuşdur. Göstərilənlərə əsasən, qətnaməsinin qismən -iddianın təmin edildiyi hissədə ləğv edilməsi, iddianın həmin hissədə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Tərəflərin izahatı:

8. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, göstərdi ki, rayon məhkəməsi əqdlərin etibarsızlığı və vərəsəliklə bağlı münasibətləri tənzimləyən maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol vermiş, nəticədə də düzgün olmayan qətnamə qəbul etmişdir, bu səbəbdən də şikayətlərin təmin edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh9, Cavabdeh13, müstəqil tələb irəli sürməyən 3-cü şəxs V.Əhmədovanın nümayəndəsi və vəkili R.Mehdizadə apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək göstərdi ki, rayon məhkəməsi hazırkı mübahisəyə baxarkən maddi hüquq normalarını səhv tətbiq etmiş, xüsusən də miras qoyanın ölümünədək bağlanmış əqdlərə münasibətdə düzgün olmayan nəticəyə gəlmiş, eləcə də miras qoyanın hələ öz sağlığında Nümayəndəə ayrıca mənzil və bahalı avtomobil almasını, onun hər ehtiyaclarını lazımi səviyyədə qarşılamasını nəzərə almamış, qanunsuz və əsasız qətnamə qəbul etmişdir, bu səbəbdən də şikayətlərin təmin edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iddiaçının qanuni nümayəndəsi Nümayəndəin nümayəndəsi və vəkili Vəkil5 apellyasiya şikayətləri ilə razılaşmayaraq, şikayətlərin formal mülahizələrə əsaslandığını qeyd edərək onların təmin edilməməsini xahiş etdi.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, yalnız Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 9 saylı ünvan 13 ünvanladıqları ərizədə işə onların iştirakı ilə baxılmasını xahiş etmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

12. “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli “Ölüm haqqında şəhadətnamə”dən məlum olur ki, X12 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir.

13. Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”dən müəyyən olunur ki, X12 xx.xx.2010-cu il tarixdə Nümayəndə doğulmuş X3 atası hesab edilmişdir.

14. Doğum haqqında AZ İİ 421301 nömrəli şəhadətnamədən məlum olur ki, xx.xx.2010-cu il tarixdə anadan olmuş İddiaçı atası X12 anası Nümayəndədır.

15. Bakı şəhərinin notariusu X5 tərəfindən xx.xx.2019-cu il tarixdə məhkəmə orqanlarına ünvanlanmış məlumatından məlum olur ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X7 vərəsəlik işi ilə əlaqədar vərəsələrin dairəsi müəyyən edilib, vərəsələri: oğlu-İddiaçı, qızı-X10, anası-X8r.

16. Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-180 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsindən məlum olur ki, X12 tam mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzili bacısı Cavabdeh2 bağışlamışdır.

17. İsmayıllı rayonu notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-154 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsindən məlum olur ki, X12 tam mülkiyyət hüququ ilə özünə məxsus olan İsmayıllı rayonu, İvanovka kəndi, Krasnoarmeyskaya küçəsi 82 ünvanında yerləşən fərdi yaşayış evini qızı Cavabdeh1 bağışlamışdır.

18. ünvan 2 xx.xx.2018-ci il tarixli, 4Ə-1222 reyestr nömrəli bağışlama müqaviləsindən görünür ki, X12 tam mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsini qızı Cavabdeh1 bağışlamışdır.

19. ünvan 2 xx.xx.2018-ci il tarixli 4Ə-1089 reyestr nömrəli bağışlama müqaviləsindən məlum olur ki, X12 tam mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 9 ünvanında yerləşən 30 saylı mənzili qızı Cavabdeh1 bağışlamışdır.

20. Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-165 reyestr nömrəli bağışlama müqaviləsindən məlum olur ki, X12 tam mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsini bacısı Cavabdeh2 bağışlamışdır.

21. Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-162 reyestr nömrəli bağışlama müqaviləsindən məlum olur ki, X12 tam mülkiyyət hüququ ilə özünə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 851 T ünvanında yerləşən bağ evini qardaşı olan Cavabdeh13 bağışlamışdır.

22. Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-164 reyestr nömrəli bağışlama müqaviləsindən məlum olur ki, X12 tam mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 15 ünvanında yerləşən 0,12 ha torpaq sahəsini qardaşı olan Cavabdeh13 bağışlamışdır.

23. Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-160 reyestr nömrəli bağışlama müqaviləsindən məlum olur ki, X12 tam mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 16 ünvanında yerləşən ümumi sahəsi 0,1199 ha olan torpaq sahəsini qardaşı olan Cavabdeh13 bağışlamışdır.

24. Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-163 reyestr nömrəli bağışlama müqaviləsinin surətindən məlum olur ki, X12 tam mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 17 ünvanında yerləşən 0,1122 ha olan torpaq sahəsini qardaşı olan Cavabdeh13 bağışlamışdır.

25. Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-159 reyestr nömrəli bağışlama müqaviləsindən məlum olur ki, X12 tam mülkiyyət hüququ ilə özünə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,12 ha olan torpaq sahəsini (********** qeydiyyat nömrəli, **********31 reyestr nömrəli dövlət reystrindən çıxarış əsasında) qardaşı olan Cavabdeh13 bağışlamışdır.

26. Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-161 reyestr nömrəli bağışlama müqaviləsindən məlum olur ki, X12 tam mülkiyyət hüququ ilə özünə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,12 ha olan torpaq sahəsini (********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli dövlət reystrindən çıxarış əsasında) qardaşı olan Cavabdeh13 bağışlamışdır.

27. AR DİN Baş Dövlət Yol Polis İdarəsinin ünvan 18 ünvanlanmış xx.xx.2019-cu il tarixli məlumatından məlum olur ki, “BMC Yük” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə X2.

28. Cavabdeh2 ilə “X23” MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən isə ünvan 7 ünvanında yerləşən 7 saylı mənzil aylıq 1400 manat məbləğdə xx.xx.2029-cu il tarixədək icarəyə verilmiş, xx.xx.2019-cu il tarixli İcarə müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə saziş bağlanaraq icarə haqqı 1055 manat müəyyən edilmişdir.

29. Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon 3123-cü məhəllə ünvanında yerləşən 110 saylı mənzilə dair Cavabdeh10 ilə X12 arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən MTK Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3123-cü məhəllə ünvanında tikilməkdə olan yaşayış binasının 2-ci blokunda 16-cı mərtəbədə, 1 otaqlı, 55,0 kv.m 110 nömrəli mənzilin tikintisini öz üzərinə götürür, payçı X12 müqavilə imzalanarkən müqavilənin ümumi dəyərini ödəməyi öz üzərinə götürür. Arayışdan məlum olur ki, həmin mənzilin pay haqqını X12 100% ödənilmişdir.

30. Cavabdeh10 sədri A.H. Sadıqova Cavabdeh11 tərəfindən yazılmış xx.xx.2019-cu il tarixli izahatdan məlum olur ki, qohumu X12 MTK-nın Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3123-cü məhəllə ünvanında tikilməkdə olan yaşayış binasının 2-ci blokunda 16-cı mərtəbədə, 1 otaqlı, 55,0 kv.m 110 nömrəli mənzili almışdı, xx.xx.2017-ci il tarixdə ona etibarnamə vermişdi, hazırda həmin mənzilin qardaşı Cavabdeh9 adına keçirilməsini xahiş edir, gələcəkdə bu mənzil haqqında heç bir iddiası olmayacaqdır, etibarnamənin surəti təqdim edilir.

31. Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon 3123-cü məhəllə ünvanında yerləşən 110 saylı mənzilə dair Cavabdeh10 ilə Cavabdeh9 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən MTK Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3123-cü məhəllə ünvanında tikilməkdə olan yaşayış binasının 2-ci blokunda 16-cı mərtəbədə, 1 otaqlı, 55,0 kv.m 110 nömrəli mənzilin tikintisini öz üzərinə götürür, payçı Cavabdeh9 müqavilə imzalanarkən müqavilənin ümumi dəyərini ödəməyi öz üzərinə götürür. Arayışdan məlum olur ki, həmin mənzilin pay haqqını Cavabdeh9 100% ödənilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

32. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

33. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

34. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

35. Maddə 365.1. Etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir: 365.1.7. etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması;

36. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

37. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.

38. Maddə 1200. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.

39. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2021-ci il tarixli Qərarı Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

43. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

44. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

45. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

46. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

49. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

50. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

51. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlər Cavabdeh1 tərəfindən ayrılıqda, Cavabdeh2, Cavabdeh9, Cavabdeh13, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X11 tərəfindən birgə verilmiş apellyasiya şikayətlərinə əsasən iddia tələbinin təmin edilən hissəsində tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

52. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə qismən, iddia tələbinin təmin edilən- miras qoyanın sağlığında bağlanmış aşağıdakı müqavilələrə aid hissələrdə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissələrdə təmin edilməməlidir.

53. Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 53 ünvanında yerləşən 30 saylı mənzilə dair ünvan 2 xx.xx.2018-ci il tarixli 4Ə-1089 reyestr nömrəli bağışlama müqaviləsi;

54. Nərimanov rayonu, Təbriz küçəsi 54 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair ünvan 2 xx.xx.2018-ci il tarixli, 4Ə-1222 reyestr nömrəli bağışlama müqaviləsi;

55. Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 24 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-165 reyestr nömrəli bağışlama müqaviləsi;

56. Sabunçu rayonu, Pirşağı qəsəbəsi 851 T ünvanında yerləşən bağ evinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-162 reyestr nömrəli bağışlama müqaviləsi;

57. Sabunçu rayonu, Pirşağı qəsəbəsi 527/t saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-160 reyestr nömrəli bağışlama müqaviləsi;

58. Sabunçu rayonu, Pirşağı qəsəbəsi 852/t saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-164 reyestr nömrəli bağışlama müqaviləsi;

59. Sabunçu rayonu, Pirşağı qəsəbəsi 527a saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-163 reyestr nömrəli bağışlama müqaviləsi;

60. Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinə (**********40 reyestr nömrəli dövlət reystrindən çıxarış əsasında) dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-161 reyestr nömrəli bağışlama müqaviləsi;

61. Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinə (**********31 reyestr nömrəli dövlət reystrindən çıxarış əsasında) dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-159 reyestr nömrəli bağışlama müqaviləsi.

62. Məhkəmə kollegiyası ilk növbədə iddia tələbinin təmin edilən “İsmayıllı rayonu, İvanovka kəndi, Krasnoarmeyskaya küçəsi 82 ünvanında yerləşən fərdi yaşayış evinə dair İsmayıllı rayon notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-154 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin evə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın etibarsız hesab edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakın siyahısına daxil edilməsinə və İddiaçı 1/3 hissədə miras payının müəyyən edilməsi, ünvan 20 ünvanında yerləşən 7 nömrəli mənzilə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə180 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin mənzilə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın etibarsız hesab edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakın siyahısına daxil edilməsinə və İddiaçı 1/3 hissədə miras payının müəyyən edilməsi, Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon 3123-cü məhəllə ünvanında yerləşən 110 saylı mənzilə dair Cavabdeh10 ilə Cavabdeh9 arasında bağlanmış müqavilənin və Cavabdeh9 adına verilmiş arayışın (maliyyə arayışının) etibarsız hesab edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakların siyahısına daxil edilməsi və vərəsə İddiaçı Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon 3123-cü məhəllə ünvanında yerləşən 110 saylı mənzil üzərində 1/3 hissədə miras payının müəyyən edilməsi” hissəsi ilə bağlı rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həmin hissələrlə bağlı məhkəmənin mövqeyi Mülki Məcəllənin 365.1.7-ci maddəsinə əsasən düzgün olmuşdur.

63. Çünki mərhum X12 xx.xx.2019-cu il tarixdə vəfat etsə də, onun Cavabdeh11 verdiyi xx.xx.2017-ci il tarixli etibarnamə əsasında Cavabdeh11 tərəfindən X7 adından İsmayıllı rayon notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-154 reyestr nömrəli bağışlama müqaviləsi ilə İsmayıllı rayonu, İvanovka kəndi, Krasnoarmeyskaya küçəsi 82 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1, Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-180 reyestr nömrəli bağışlama müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzili Cavabdeh2 bağışlanılmış, Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayon 3123-cü məhəllə ünvanında yerləşən 110 saylı mənzilə dair Cavabdeh10 MTK ilə Cavabdeh9 arasında xx.xx.2019-cu il tarixli müqavilə bağlanılmışdır. Bu da Mülki Məcəllənin 365.1.7-ci maddəsinin tələblərinə ziddir, çünki həmin etibarnaməyə X7 xx.xx.2019-cu il tarixdə vəfat etməsi ilə xitam verilmişdir. Demək ki, həmin əqdlərin etibarsızlığına dair rayon məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

64. Birinci instansiya məhkəməsinin iddia tələbinin “X7 mülkiyyətində olan “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E270 CDİ” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin hər birinə dair 1/3 hissədə İddiaçı payının müəyyən edilməsi” hissəsi ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, həmin avtomobillər miras qoyan X7 mülkiyyətində olduğu üçün iddia tələbini həmin hissədə də təmin etməkdə haqlı olmuşdur.

65. Birinci instansiya məhkəməsi həmçinin iddia tələbinin “** NK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh11 ödənilmiş 25000 (iyirmi beş min) manat pul vəsaiti üzərində vərəsə İddiaçı miras payının müəyyən edilməsi və həmin məbləğin Cavabdeh11 tutularaq İddiaçı ödənilməsi” hissəsi ilə bağlı da düzgün nəticəyə gələrək, qeyd etmişdir ki, X7 əvəzindən etibarnamə əsasında Cavabdeh11 ilə X19 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə X19 vicdanlı alıcıdır və onun tərəfindən müqavilə üzrə 25.000 manat məbləğ Cavabdeh11 ödənilmişdir. Lakin müqavilə X7 ölümündən sonra bağlanıldığından, hazırkı halda da iddiaçının qanuni nümayəndəsi tərəfindən alqı-satqı qiymətinin üzərində pay hüququnun tanınması tələb edildiyindən həmin alqı-satqı müqaviləsi üzrə Cavabdeh11 ödənilmiş 25000 (iyirmi beş min) manat pul vəsaiti üzərində vərəsə İddiaçı 1/3 hissədə, yəni 8334 (səkkiz min üç yüz otuz dörd) manat olmaqla miras payı müəyyən edilməli və həmin vəsait Cavabdeh11 İddiaçı xeyrinə tutulmalıdır. Məhkəm kollegiyası hesab edir ki, rayon məhkəməsi iddia tələbinin həmin avtomobilin satılmasından əldə olunan pul vəsaitinə aid hissədə də düzgün nəticəyə gəlmişdir.

66. Birinci instansiya məhkəməsinin mövqeyi iddia tələbinin “xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən ünvan 21 ünvanında yerləşən 7 saylı mənzilin icarəyə verilməsindən əldə edilmiş gəlir olan 40600 (qırx min altı yüz) manat pul vəsaitinin 1/3 hissəsi üzərində vərəsə İddiaçı miras payının müəyyən edilməsi və həmin məbləğin Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi” hissəsinə münasibətdə də əsaslı olmuşdur. Çünki qeyd olunan mənzilin bağışlanmasına dair müqavilə də X7 ölümündən sonra bağlanıldığından etibarsız olmuşdur, beləliklə də birinci instansiya məhkəməsi həmin mənzilin icarəyə verilməsindən əldə olunan icarə haqqının 1/3 hissəsi üzərində vərəsə İddiaçı miras payını müəyyən etməkdə haqlı olmuşdur.

67. Bununla belə, rayon məhkəməsi iddia tələbini miras qoyanın sağlığında bağlanmış Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 53 ünvanında yerləşən 30 saylı mənzilə dair ünvan 2 xx.xx.2018-ci il tarixli 4Ə-1089 reyestr nömrəli bağışlama müqaviləsi, Nərimanov rayonu, Təbriz küçəsi 54 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair ünvan 2 xx.xx.2018-ci il tarixli, 4Ə-1222 reyestr nömrəli bağışlama müqaviləsi, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 24 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-165 reyestr nömrəli bağışlama müqaviləsi, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 851 T ünvanında yerləşən bağ evinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-162 reyestr nömrəli bağışlama müqaviləsi, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 527/t saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-160 reyestr nömrəli bağışlama müqaviləsi, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 852/t saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-164 reyestr nömrəli bağışlama müqaviləsi, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 527a saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-163 reyestr nömrəli bağışlama müqaviləsi, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinə (**********40 reyestr nömrəli dövlət reystrindən çıxarış əsasında) dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-161 reyestr nömrəli bağışlama müqaviləsi, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinə (**********31 reyestr nömrəli dövlət reystrindən çıxarış əsasında) dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-159 reyestr nömrəli bağışlama müqavilələrinə aid hissələrdə iddianı təmin edərkən maddi hüquq normasının tətbiqində və təfsirində səhvə yol vermiş və həmin hissədə düzgün olmayan nəticəyə gəlmişdir. Rayon məhkəməsi bu vaxt öz mövqeyini Mülki Məcəllənin 1200-ci və 1201-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Rayon məhkəməsinin həmin qənaəti əsaslı olmamışdır.

68. Belə ki, Mülki Məcəllənin 1200 və 1201-ci maddələrinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər. Müəyyən olunduğu kimi, miras qoyan X12 xx.xx.2019-cu il tarixdə vəfat etmiş, ölümündən öncə bağışlanan əmlakların bağışlanılmasından iki il keçməmişdir. Buna görə də həmin əmlaklar hədiyyə olaraq hesaba alınır. Bu zaman iddiaçının qeyd olunan əmlaklardan qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olan hissəni tələb etmək hüququ yaranır.

69. Mülki Məcəllənin 667.1-ci maddəsinə görə fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.

70. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2021-ci il tarixli Qərarında aşağıdakılar qeyd edilmişdir:

71. bəzən miras qoyan vəfatından öncə yalnız vəsiyyətnamə ilə deyil, bağışlama müqaviləsi əsasında əmlakını əvəzsiz özgəninkiləşdirməklə də qanuni vərəsələrini həmin mirasdan məhrum edə və ya miras əmlakın həcmini azalda bilər. Bununla əlaqədar qeyd edilməlidir ki, mülkiyyətçinin öz əmlakına dair sərəncam verməsi, bağışlaması onun konstitusiya hüquqlarından biridir. Bu hüquqların məhdudlaşdırılması isə yalnız qanunvericilik qaydasında ola bilər və belə məhdudlaşdırma digər şəxslərin bəşəri hüquqlarının müdafiəsinə xidmət etməlidir.

72. Mülki Məcəllənin bağışlamaq və hədiyyəni qəbul etmək qabiliyyətini müəyyən edən 667-ci maddəsində isə bağışlamanın həyata keçirilməsi üçün zəruri olan şərtlər nəzərdə tutulmuşdur. Belə ki, Məcəllənin 667.1-ci maddəsində göstərilmişdir ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.

73. Müvafiq maddədə bağışlama hüququnun konkret hansı vərəsələrin hüquqları ilə məhdudlaşdırıldığı dəqiq göstərilməsə də, Mülki Məcəllənin 667.1, 1193 və 1200-cü maddələrinin funksional əlaqəsinin, həmçinin vərəsəlik hüququnun prinsipləri ilə bağlı yuxarıda qeyd olunanların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, qanunverici bağışlama qabiliyyətinin reallaşdırılmasını bağışlanan əmlakın vərəsəlik hüquq normalarına uyğun olaraq qanun üzrə vərəsələrdən birinci növbə vərəsələrə, yəni məcburi pay əldə etmək hüququ olan şəxslərə çatacaq əmlak payına daxil olan hissəsi ilə məhdudlaşdırmışdır.

74. Beləliklə, Mülki Məcəllənin 667.1-ci maddəsində bağışlama müqaviləsinin bağlanması zamanı vərəsəliklə bağlı müddəalarla mülkiyyətçi üçün müəyyən məhdudiyyətlər tətbiq edilməsi, vərəsəlik institutunun mahiyyətinin və prinsiplərinin, ailə maraqlarının qorunmasına xidmət edir və istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı mirasda məcburi pay hüququ olan şəxslərin müvafiq paya hüquqlarını təsbit edir. Qanunverici həmin maddədə bağışlama müqaviləsinin əvəzsiz xarakter daşıdığını nəzərə alaraq bağışlamaya dair belə məhdudiyyət müəyyən etməklə, miras qoyan tərəfindən müxtəlif motivlə sağ ikən verilmiş sərəncamlar nəticəsində məcburi pay sahibi vərəsələrinin məcburi paylarının pozulmasının qarşısının alınması məqsədini güdmüşdür.

75. Vərəsəlik hüququ baxımından qeyd olunan normanın davamı olaraq Mülki Məcəllənin 1200-cü maddəsində məcburi payın bağışlanmış əşya hesabına artırılması qaydası nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.

76. Məcburi payın tamamlanması tələbi məcburi paya hüququn xüsusi forması olmaqla, subsidiar xarakter daşıyır. Bu tələbin əsas məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulmuş hüquqlarını bərpa etməkdən ibarətdir. Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir.

77. ...Bağışlama halında isə məcburi pay hüququ olan şəxslər hesab olunan birinci növbə vərəsələrə çatacaq pay pozulduğundan, onlar həmin bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etməklə pozulmuş hüquqlarını bərpa edə bilərlər.

78. Göründüyü kimi, MM-in istinad olunan normalarının tələbinə, eləcə də Konstitusiya Məhkəməsinin həmin Qərarındak hüquqi mövqeyinə əsasən miras qoyanın, hazırkı işdə mərhum X1 öz əmlakını dair bağlanmış bağışlama müqavilələrin etibarsız hesab edilməsi üçün Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı münasibətləri tənzimləyən XİV fəslində təsbit olunmuş halların hər hansı müəyyən edilmir, demək ki, miras qoyanın sağlığında bağlanmış həmin əmlaklara dair müqavilələrin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilə bilməz.

79. Hazırkı halda iddiaçı bağışlanmış əmlakların ümumi miras kütləsinə daxil ediləcəyi halda, ona çatası məcburi payın artacağı məbləğdə (əgər bu müəyyən olarsa) məcburi payın tamamlanması tələbinə dair ayrıca iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Çünki həm MM-in istinad olunan maddələrinə əsasən, həm də Konstitusiya Məhkəməsinin qərarında əks olunan hüquqi mövqeyə görə məcburi payın tamamlanması buna dair ayrıca tələbin olmasına bağlıdır. Hazırkı iş üzrə idiaçının belə bir tələbi olmamış, demək ki, həmin məsələ hazırkı iddia tələbi daxilində baxıla və həll edilə bilməz.

80. Beləliklə də müəyyən olunur ki, rayon məhkəməsi hazırkı iş üzrə miras qoyanın sağlığında bağlanmış əqdlərə münasibətdə tətbiq edilməli maddi hüquq normasının, eləcə də Konstitusiya Məhkəməsinin istinad olunan qərarında əks olunmuş hüquqi mövqeyin təfsirində səhvə yol vermiş, nəticədə iddia təəbinin mərhumun sağlığında bağlanmış bağışlama müqavilələrinin etibarsız hesab edilməsinə dair hissədə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Nəticə:

81. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi tərəfindən maddi hüquq normasının tətbiqində səhvə yol verildiyindən və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul edildiyindən cavabdehlər Cavabdeh1 tərəfindən ayrılıqda, Cavabdeh2, Cavabdeh9, Cavabdeh13, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X11 tərəfindən birgə verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə qismən, iddia tələbinin Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 53 ünvanında yerləşən 30 saylı mənzilə dair ünvan 2 xx.xx.2018-ci il tarixli 4Ə-1089 reyestr nömrəli bağışlama müqaviləsi, Nərimanov rayonu, Təbriz küçəsi 54 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair ünvan 2 xx.xx.2018-ci il tarixli, 4Ə-1222 reyestr nömrəli bağışlama müqaviləsi, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 24 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-165 reyestr nömrəli bağışlama müqaviləsi, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 851 T ünvanında yerləşən bağ evinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-162 reyestr nömrəli bağışlama müqaviləsi, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 527/t saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-160 reyestr nömrəli bağışlama müqaviləsi, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 852/t saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-164 reyestr nömrəli bağışlama müqaviləsi, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 527a saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-163 reyestr nömrəli bağışlama müqaviləsi, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinə (**********40 reyestr nömrəli dövlət reystrindən çıxarış əsasında) dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-161 reyestr nömrəli bağışlama müqaviləsi, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinə (**********31 reyestr nömrəli dövlət reystrindən çıxarış əsasında) dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-159 reyestr nömrəli bağışlama müqavilələrinə aid hissələrdə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

82. MPM-in 119-cu maddəsinə əsasən, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir.

83. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdehlər Cavabdeh1 tərəfindən ayrılıqda, Cavabdeh2, Cavabdeh9, Cavabdeh13, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X11 tərəfindən birgə verilmiş apellyasiya şikayətləri qismən təmin olunsun. Nizami Rayon Məhkəməsinin 2(007)-23/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 53 ünvanında yerləşən 30 saylı mənzilə dair ünvan 2 xx.xx.2018-ci il tarixli 4Ə-1089 reyestr nömrəli bağışlama müqaviləsi, Nərimanov rayonu, Təbriz küçəsi 54 ünvanında yerləşən qeyriyaşayış sahəsinə dair ünvan 2 xx.xx.2018-ci il tarixli, 4Ə-1222 reyestr nömrəli bağışlama müqaviləsi, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 24 ünvanında yerləşən qeyriyaşayış sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-165 reyestr nömrəli bağışlama müqaviləsi, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 851 T ünvanında yerləşən bağ evinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-162 reyestr nömrəli bağışlama müqaviləsi, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 527/t saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-160 reyestr nömrəli bağışlama müqaviləsi, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 852/t saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-164 reyestr nömrəli bağışlama müqaviləsi, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 527a saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-163 reyestr nömrəli bağışlama müqaviləsi, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinə (**********40 reyestr nömrəli dövlət reystrindən çıxarış əsasında) dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-161 reyestr nömrəli bağışlama müqaviləsi, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinə (**********31 reyestr nömrəli dövlət reystrindən çıxarış əsasında) dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-159 reyestr nömrəli bağışlama müqavilələrinə aid hissələrdə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin əqdlərə aid hissədə təmin edilməsin. Qətnamə apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar