Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2289/2020 11.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)-8591/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Zahid Qəmbərov küçəsində yerləşən 1 saylı evin 5 saylı mənzili ilə bağlı onunla Cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Zahid Qəmbərov küçəsində yerləşən 1 saylı evin 5 saylı mənzili 1991-ci ildən şəxsi mülkiyyət kimi X4 və X2 adına qeydiyyatdan keçmişdir. 1997-ci ilin avqust ayında qeyd olunan mənzilin satıldığını eşitmiş, Cavabdeh ilə görüşərək arvadı ilə birlikdə mənzilə baxmaq üçün getmişlər. Evi bəyənmiş, cavabdeh və ailə üzvləri, yəni X5, Şahbazova (Məmmədova) Məryəm Amil qızı və Cavabdeh ilə evi almaq üçün razılığa gələrək sövdələşmiş, həmin evin dəyəri olan 7700 ABŞ dolları məbləğində pulu səhəri gün həmin şəxslərin evində hamısının iştirakı ilə onlara vermişdir. X9 gedərkən orada onlara bildirmişlər ki, X8 öldüyü üçün həmin evdən ona düşən pay, yəni evin 1/2 hissəsi miras əmlak kimi qəbul edilməlidir ki, mirası qəbul edən şəxsin adına yeni çıxarış alınsın və alqısatqı əməliyyatı aparılsın. Lakin mirası qəbul etmək üçün 6 ay müddət tələb olunur. Ona görə də notarial qaydada alqı-satqı etmədən o, pulları həmin şəxslərə verdiyi üçün onlar evi boşaltmış, o isə ailə üzvləri ilə birlikdə 1997-ci ilin avqust ayından köçərək həmin mənzildə yaşayır. Cavabdeh tərəfindən evin bütün sənədləri ona verilməklə yanaşı ona etibarnamə də verilmişdir. Eyni zamanda o və ailə üzvləri həmin mənzilə qeydiyyata alınmışlar. Kommunal xərclər də onun tərəfindən ödənilmişdir. O, əmlak üzərində idarəçiliyi həyata keçirməklə yanaşı sərəncam vermək hüququna da malik olmuşdur. Cavabdeh miras əmlakı qəbul etmiş, mənzili alqı-satqı etmədən çıxıb Rusiya Federasiyasına getmişdir. Cavabdeh 2017-ci ildə Azərbaycana qayıdaraq miras əmlakı qəbul etmiş və cavabdehin adına xx.xx.2016-cı il tarixdə RX seriyalı ******* saylı çıxarış verilmişdir. Lakin cavabdeh mənzili onun adına keçirmək istəsə də, cavabdehin keçmiş arvadı X6 buna razı olmamışdır. Baxmayaraq ki, əsas mülkiyyətçilərdən biri olan Cavabdeh anası Əminə Şahbazova x xxxxxx 2003-cü il tarixdə yazılı qaydada bildirmişdir ki, 1997-ci ildə qeyd olunan mənzili 7700 ABŞ dollarına İddiaçı satmışlar. Həmin bildiriş notariat kontorunda təsdiq edilmişdir. Eyni zamanda xx.xx.2007-ci il tarixdə X6 adiyyatı orqanlara ərizə ilə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Zahid Qəmbərov küçəsində yerləşən 1 saylı evin 5 saylı mənzili ilə bağlı heç bir iddiası yoxdur və gələcəkdə satılmasına etiraz etmir. Həmin ərizə də notariat kontorunda təsdiq edilmişdir. Bundan başqa Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onun Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Zahid Qəmbərov küçəsi 1 saylı evin 5 saylı mənzili ilə bağlı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddiasını qəbul etdiyini bildirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)- 8591/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğundur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı № ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Zahid Qəmbərov küçəsində yerləşən 1 saylı evin 5 saylı mənzili xx xxx 2017-ci ildə Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Cavabdeh notarial qaydada təsdiqlənmiş xx.xx.2018-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, İddiaçı tərəfindən ona qarşı qaldırılmış iddianı qəbul edir. Cavabdeh birinci instansiya məhkəməsi zamanı verdiyi izahatında da atası vəfat etdikdən sonra evi 1997-ci ildə iddiaçıya satdıqlarını etiraf etmişdir. Cavabdeh həmin izahatında evi satarkən anası və keçmiş arvadı Məryəmin də razılıq verdiyini, o, 21 il ərzində Rusiyada olduğuna görə evin alqı-satqısını rəsmiləşdirə bilmədiklərini, Rusiyada olduğu dövrdə anasının bir otaqlı evi sataraq keçmiş arvadı Məryəmə ev aldığını bildirmişdir. Mülki işin materiallarında olan X3 notarial qaydada təsdiqlənmiş xx.xx.2007-ci il tarixli ərizəsinin surətindən görünür ki, o həmin mənzillə bağlı heç bir iddiasının olmadığını və gələcəkdə mənzilin satılmasına etiraz etmədiyini bildirmişdir. Mülki iş materiallarından görünür ki, tərəflər arasında daşınmaz əmlakla bağlı mübahisəli mənzilin alqı-satqısı barədə yazılı müqavilə olmamışdır. İddiaçı iddia ərizəsində də göstərdiyi kimi həmin mənzili şifahi müqavilə əsasında əldə etmişdir. Ona verilmiş etirbarnamə isə həmin əmlakın alqı-satqısı barədə yazılı müqaviləyə bərabər tutula bilməz. Çünki etibarnamənin təyinatı alqı-satqı müqaviləsindən fərqlidir, etibarnamə alqı-satqı müqaviləsinin mühüm şərtlərini (tərəflərin alqı-satqı barədə iradəsini, əmlakın dəyərini və s.) özündə əks etdirmir. Həmçinin müəyyən edilmişdir ki, mənzil 1991-ci ildən X4 və X2 adına qeydiyyatdan keçmiş, iddiaçının qeyd etdiyi alqı-satqı əməliyyatı aparıldığı vaxt Nəbi Məmmədov vəfat etmiş, vərəsəlik rəsmiləşdirilməmişdir. Alqı-satqının aparılması barədə tərəflər arasında yazılı müqavilə bağlanmamışdır. İş materiallarından cavabdeh tərəfin əqdin notariat qaydasında təsdiq edilməsindən yayınması görünmür. İşdən görünür ki, 1997-ci ildə mənzilin alqı-satqısının baş tutmamasının səbəbi mənzilin mülkiyyətçisi X8 öldüyünə görə mənzilin sənədlərinin qaydasında olmaması ilə bağlı olmuşdur. Bundan əlavə, 1997-ci ildə mənzilin alqı-satqısı aparılarkən hazırkı iş üzrə Cavabdeh mənzilin mülkiyyətçisi olmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh hazırkı iş üzrə iddianı etiraf etsə də, iddianın etiraf olunması qanuna ziddir və iddia təmin oluna bilməz. Tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı dövrdə, yəni xx xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olmuş redaksiyada Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü maddısinin 2-ci bəndinə əsasən, tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. xx xxxxxxxx 2000-ci ildə qüvvəyə minərək xx xxxx 2005-ci ilədək qüvvədə olmuş redaksiyada Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında mülki münasibətlər 1997-ci ildə yaransa da, birinci instansiya məhkəməsi mübahisəyə xx xxxxxxxx 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normalarını yox, xx xxxx 2005-ci ilədək qüvvədə olmuş redaksiyada Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsini tətbiq etmişdir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının həm xx xxxxxxxx 2000-ci ilədək qüvvədə olmuş redaksiyada, həm də xx xxxxxxxx 2000-ci ildə qüvvəyə minərək xx xxxx 2005-ci ilədək qüvvədə olmuş redaksiyada Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsində əqdin bağlanmış hesab olunması üçün bir sıra şərtlərə riayət olunması, o cümlədən tərəflərdən birinin əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırması tələb olunurdu. Yuxarıda qeyd olunduğu kimi, iş materiallarından cavabdeh tərəfin əqdin notariat qaydasında təsdiq edilməsindən yayınması görünmür. İşdən görünür ki, 1997-ci ildə mənzilin alqı-satqısının baş tutmamasının səbəbi mənzilin mülkiyyətçisi X8 öldüyünə görə mənzilin sənədlərinin qaydasında olmaması ilə bağlı olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini rədd etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)-8591/2019 saylı qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı, mahiyyət və nəticə etibarilə düzgün olduğundan, İddiaçı apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)- 8591/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2289/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2289/2020
11.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver