Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2292/2025 16.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, sonrakı ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə, İddiaçı2 Cavabdeh qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə, iddiaçı Cavabdeh İddiaçı1 qarşı mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: müqavilənin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X13 Asəf qızının katibliyi, İddiaçı (eyni zamanda Cavabdeh iddiası üzrə cavabdeh) İddiaçı1 nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh (üçüncü iş üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkilləri Vəkil4 və Vəkil2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-138/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh (üçüncü iş üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində 4ə-3383 reyestr nömrəsi ilə təsdiq edilmiş və “Satıcı” qismində İddiaçı1 ilə “alıcı” Cavabdeh qismində arasında bağlanılmış 3.12.2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 28a ünvanda yerləşən, İ mərtəbə 92.8 kv.m qaraj və İİ mərtəbə y/s 16.9 kv.m, 22.2 kv.m, 11.2 kv.m olan 3 otaq, səhə 9.6 kv.m olan mətbəx, sahə 3.7 kv.m sanitar qovşaq, 5.8 dəhliz, 4.3 eyvan 100000 manata satılmışdır.
2. 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda təsdiq edilmiş və “Borc verən” qismində Cavabdeh ilə “Borc alan” qismində İddiaçı1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli borc (kredit) müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “Borc verən” Cavabdeh “Borc alan” İddiaçı1 262.500 manatın ekvivalenti olan 250.000 ABŞ dolları məbləğində pul borc vermiş (bənd 1), “Borc alan” İddiaçı1 müqavilənin 1-ci bəndində göstərilən borc məbləğini 6 ay xx.xx.2015-ci il müddətinə kimi “Borc verən” Cavabdeh qaytarmağı öhdəsinə götürmüşdür (bənd 2). “Borc verən” Cavabdeh müqavilənin 2-ci bəndində göstərilənlərlə razı olduğunu bildirmişdir (bənd 3).
3. 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda təsdiq edilmiş və “Borc verən” qismində Cavabdeh ilə “Borc alan” qismində İddiaçı1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “Borc verən” “Borc alana” 155.000 ABŞ dolları məbləğində pul borc vermiş (bənd 1), “Borc alan” krediti xx.xx.2015-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür (bənd 2).
4. 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində 3M-700 reyestr nömrəsi ilə təsdiq edilmiş və “İpoteka qoyan” qismində İddiaçı2 ilə “İpoteka saxlayan” qismində Cavabdeh və “Borc alan” qismində İddiaçı1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “İpoteka qoyan” ünvan 7nda yerləşən 2 otaqlı, ümumi sahəsi 50,7 kv.m., yaşayış sahəsi 35,2 kv.m., yardımçı sahəsi 155,5 kv.m. 3a saylı mənzilini ipotekaya qoyur, “İpoteka saxlayan” isə ipotekaya götürür (bənd 1.1), ipoteka qoyulmuş əmlak Azərbaycan Respublikasının DƏDRX-nin Bakı şəhəri ərazi idarəsi tərəfindən xx.xx.2011-ci il tarixli reyestr nömrəsi **********93-05101-093002, qeydiyyat nömrəsi ********** nömrəli çıxarışa əsasən “İpoteka qoyanın” xüsusi mülkiyyətindədir (bənd 1.2), ipoteka predmeti tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir (bənd 1.3), bu ipoteka müqaviləsi borcverən Cavabdeh ilə borcalan İddiaçı1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranan borc (kredit) öhdəliyinin icrasının təmin etmək üçün bağlanılır və həmin öhdəlik tam həcmdə yerinə yetirilənədək qüvvədə olacaqdır (bənd 1.4), “Borc alan”ın “Borc verən”dən aldığı 155.000 ABŞ dolları məbləğində borcunun (kreditinin) və onun icrası ilə bağlı yarana biləcək digər bütün zəruri xərcləri ilə birlikdə tam həcmdə ödəməyə görə “İpoteka qoyan” ipoteka qoyduğu əmlakı ilə məsuliyyət daşıyır (bənd 1.5).
5. 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində 3M-702 reyestr nömrəsi ilə təsdiq edilmiş və “İpoteka qoyan” qismində İddiaçı1 ilə “İpoteka saxlayan” qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “İpoteka qoyan” mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 74,9 kv.m., yaşayış sahəsi 53,8 kv.m., yardımçı sahəsi 21,1 kv.m. olan fərdi yaşayış evini ipotekaya qoyur, “İpoteka saxlayan” isə ipotekaya götürür (bəndlər 1.1, 1.2), ipoteka predmeti tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir (bənd 1.3), ipoteka müqaviləsi borcverən Cavabdeh ilə borcalan İddiaçı1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranan borc (kredit) öhdəliyinin icrasını təmin etmək üçün bağlanılır və həmin öhdəlik tam həcmdə yerinə yetirilənədək qüvvədə olacaqdır (bənd 1.4), “Borc alan”ın “Borc verən”dən aldığı 155.000 ABŞ dolları məbləğində borcunun (kreditinin) və onun icrası ilə bağlı yarana biləcək digər bütün zəruri xərcləri ilə birlikdə tam həcmdə ödəməyə görə “İpoteka qoyan” ipoteka qoyduğu əmlakı ilə məsuliyyəti daşıyır (bənd 1.5).
6. X10 tərəfindən notariat qaydada yazılmış xx.xx.2015-ci il tarixli ərizənin surətindən görünür ki, paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı1 məxsus olan hissəsinin ona düşən üstünlük hüququndan imtina edir, digər şəxsə satılmasına etiraz etmir.
7. X6 tərəfindən notariat qaydada yazılmış xx.xx.2015-ci il tarixli ərizənin surətindən görünür ki, paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı1 məxsus olan hissəsinin ona düşən üstünlük hüququndan imtina edir, digər şəxsə satılmasına etiraz etmir.
8. 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda 4Ə-2089 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2015-ci il tarixli, AN-İ No ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən İddiaçı1 paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 302,0 kv.m. olan fərdi yaşayış evinin özünə məxsus olan 3-cü mərtəbədən 2,4 kv.m.eyvan, 18,4 kv.m. otağı, 6,9 kv.m. otağı, 10,0 kv.m. otağı və 3,5 kv.m. otağı istisna olmaqla qalan hissəsi 1-ci mərtəbədən 3 saylı otağını və dam sahəsini (mansard) Cavabdeh 35.000 manata satmışdır.
9. 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontoru tərəfindən təsdiq edilmiş və İddiaçı1 ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli mövcud borcun etirafı haqqında müqaviləsinin surətindən görünür ki, İddiaçı1 etiraf edir ki, xx.xx.2015-ci il tarixdə və xx.xx.2015-ci il tarixdə “ASAN” Xidmət mərkəzində fəaliyyət göstərən notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş borc müqavilələrinə əsasən Cavabdeh cəmi 405.000 ABŞ dolları məbləğində pul borc almışdır. Lakin bu günə kimi müəyyən hissəsini qaytara bilmişdir. Borc məbləği 200.000 ABŞ dolları qalıb. Razılaşmalarına əsasən öhdəsinə götürür ki, həmin qalıq borc olan 200.000 ABŞ dolları məbləğində olan pulu xx.xx.2018-ci il tarixədək ona qaytaracaq. Cavabdeh İddiaçı1 etirafını qəbul edir, qeyd edilən şərtlərlə qeyd edilən müddətdə borcun ödənilməsinə razıdır. 10.2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində 4ə-1778 reyestr nömrəsi ilə təsdiq edilmiş və “Satıcı” qismində Cavabdeh ilə “alıcı” qismində X6 arasında bağlanılmış 4.08.2015-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 28a ünvanda yerlışən Cavabdeh özünə məxsus tam hissədən 2 otaq y/s 22.2 və y/ 16.9 hissəni 40000 manata satmışdır.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsində yerləşən ümumi sahəsi 302,9 kv.m. olan 28a saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X2 adına (İİ mərtəbədən 6,7 saylı y/otaqları (39,1 kv.m.) və 2,4,5,8,10,11 saylı k/s (32,6 kv.m.)-xx.xx.2015-ci il tarixdən), X5 adına (1-ci mərtəbədən 2 saylı otaq (qaraj 92,8 kv.m.), mərtəbədən 9 saylı otaq (11,2 kv.m.), 2-ci mərtəbədən 9 saylı otaq (11,2 kv.m.) – xx.xx.2015-ci il tarixdən), X3 adına (3cü mərtəbədən 1 otaq (y/s-18,4 kv.m,k/s-20,4 kv.m., açıq eyvan 2,4 kv.m.)-xx.xx.2015-ci il tarixdən) və Cavabdeh adına (3-cü mərtəbə 2 yaş/otağı (18,0 kv.m. və 9,0 kv.m.), köməkçi sahə-13.1 kv.m.,4.2 kv.m.,7.9 kv.m. və 23.3 kv.m.mansard) – xx.xx.2015-ci il tarixdən) qeydiyyata alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı1 Cavabdeh qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, ev 36Z və ünvan 2 ünvanlarında yerləşən fərdi yaşayış evlərinə dair bağlanmış AN-İ No ******* saylı xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin, ANİ No ******* saylı, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin və AN-İ No ******* saylı xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onların əsasında verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh olan Cavabdeh faizə pul verməklə məşğuldur. O, ondan borc pul götürdükdə cavabdeh onu aldadaraq bildirmişdir ki, borcun təminatı kimi mülkiyyətində olan mənzili onun adına keçirməlidir, borc ödənildikdən sonra mənzil yenidən ona qaytarılacaqdır. Bu razılıqla aralarında 4 dəfə alqı-satqı müqaviləsi olmuşdur. Belə ki: 1.AN-İ No ******* saylı xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh adına keçirilmişdir; 2.AN-İ No ******* saylı xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus müqavilədə qeyd olunan hissə Cavabdeh adına keçirilmişdir; 3.AN-İ No ******* saylı xx.xx.2015-ci il alqı-satqı müqaviləsi ilə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin müqavilədə qeyd olunan hissə Cavabdeh adına keçirilmişdir. Hazırda cavabdeh ona məxsus fərdi yaşayış evlərini ona qaytarmaqdan imtina edir. Bununla bağlı dəfələrlə aralarında danışıqlar olmuş, lakin heç biri müsbət nəticələnməmişdir. Alqı-satqı müqavilələrinin bağlanma məbləğlərindən də aydın olur ki, bu müqavilələr formal olaraq bağlanmışdır. Çünki sözügedən fərdi yaşayış evlərinin real bazar dəyərləri müqavilə məbləğlərindən qat-qat yüksəkdir. Cavabdeh götürdüyü borcun təminatına əsas kimi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, ev 36Z və ünvan 2 ünvanlarında yerləşən fərdi yaşayış evlərini aralarında tərtib olunan AN-İ No ******* saylı xx.xx.2014-cü il tarixli, AN-İ No ******* saylı, xx.xx.2014-cü il tarixli və AN-İ No ******* saylı xx.xx.2015-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən onun adına rəsmiləşdirmişlər. Lakin aralarındakı şifahi razılaşmaya əsasən aldığı borc tam ödənildikdən sonra əmlakların təkrar onun adına rəsmiləşdiriləcəyini qeyd etmişdir. Aldığı borcu Cavabdeh tam şəkildə ödəməsinə baxmayaraq, sözügedən fərdi yaşayış evlərini onun mülkiyyətinə geri qaytarılmasından imtina etmişdir. Bu səbəbdən pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
14. İddiaçı1 AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, verilmiş sorğular əsasında bağlanmış kredit, alqı-satqı və ipoteka müqavilələri barədə dəqiq məlumatlar əldə olunmuşdur. Bu səbəbdən iddianın dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Göründüyü kimi, Cavabdeh evlərdə yaşamaması, evlərə dair münasibətdə heç bir aktiv hərəkət etməməsi, bu dövr ərzində evlərin kommunal xərclərinin onun tərəfindən ödənilməsi aralarında bağlanmış alqı-satqı və ipoteka müqavilələrinin hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqdlər olduğunu sübut edir. AN-İ No ******* saylı, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh faiz pul müqabilində onunla alqı-satqı etmişdir və ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini adına keçirmişdir. AN-İ ******* saylı xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə faiz pul müqabilində onunla alqı-satqı etmişdir və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini adına keçirmişdir. AN-İ No ******* saylı xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə faiz pul müqabilində onunla alqı-satqı etmişdir və ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 3- cü mərtəbədən 2,4 kv.m. eyvan, 18.4 kv.m. otağı, 6,9 kv.m. otağı, 10,0 kv.m.otağı və 3,5 kv.m. otağı istisna olmaqla qalan hissəsini, 1-ci mərtəbən 3 saylı otaq və dam sahəsini adına keçirmişdir. xx.xx.2015-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi ilə Cavabdeh faiz pul müqabilində ondan aldığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini bank vasitəsi ilə ona formal salaraq bankdan 50.000 manat məbləğində kredit götürmüşdür və Cavabdeh vermişdir. Bu evi yalnız xx.xx.2024-cü il tarixdə bankdan ipotekadan çıxararaq Daşınmaz Əmlakın Reyestr Xidmətindən öz adına çıxarış almışdır. xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi ilə X4 ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh qarşısında ipoteka ilə yüklü edilmişdir. Sonradan xx.xx.2015-ci il tarixdə bağlanmış saziş əsasında X4 ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi ipotekadan azad edilmiş, əvəzində xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi ilə ona məxsus ünvan 7nda yerləşən 3 saylı mənzil ünvan 7nda yerləşən 3 saylı mənzil Cavabdeh qarşısında ipoteka ilə yüklü edilmişdir. xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi ilə qardaşı İddiaçı2 məxsus ünvan 7nda 3a saylı mənzil Cavabdeh qarşısında ipoteka ilə yüklü edilmişdir. Yuxarıda sadalanan daşınmaz əmlaklarla bağlı müqavilələr də bir daha onu təsdiq edir ki, Cavabdeh faizə pul verməklə məşğuldur. Belə ki, o, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evdə ümumiyyətlə yaşamamışdır, heç bir təsərrüfat aparmamışdır. Həmin evin kommunal ödənişləri indiyədək onun tərəfindən həyata keçirilir. Bütün bunlar həmin evlə bağlı alqı-satqı müqaviləsinin əslində formal bağlandığını sübut edir. Göstərilənləri nəzərə alaraq iddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair bağlanmış AN-İ No ******* saylı, xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə dair bağlanmış xx.xx.2015ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
15. İddiaçı1 AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, hazırda iddianın dəyişdirilməsinə zərurət yaranmışdır. Əvvəla, iddianın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair hissəsinə münasibətdə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmasından 9 il keçdikdən sonra mənzilin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə müddətin ötürülməsi obyektiv səbəblərlə əlaqədar olmuşdur. Sözügedən alqı-satqı müqaviləsinin bağlanmasına baxmayaraq, iddiaçı tərəf hazırda mübahisəli mənzildə yaşamaqla davam etməsi faktdır və iş materiallarından da göründüyü kimi, mənzilin alqısatqısının qanuniliyi ilk dəfə 2024-cü ildə mübahisələndirilmişdir. Hazırda iddiaçı qeyd edilən müqavilənin formal olaraq faizə verilən pulun təminatı kimi bağlanmasını göstərərək, eyni zamanda onların müqavilənin etibarsızlığı ilə bağlı tələb irəli sürənə kimi qarşı tərəfin onların mənzildən çıxarılmasına dair tələb sürməməsinə istinad edərək bildirmişdir ki, məhkəmə mübahisəsindən əvvəl aralarında faizlə bağlı verilən pul barədə müəyyən söhbətlərin olmasına baxmayaraq, o, müvafiq iddianı qaldırdıqdan sonra cavabdeh digər məhkəmədə, alqı-satqı müqaviləsinin bağlanmasından 9 ildən də artıq müddət keçdikdən sonra iddiaçının mənzildən çıxarılmasına dair iddia qaldırmışdır. İşin həqiqi hallarından məlum olur ki, iddiaçı tikinti işləri ilə məşğul olmuş və tikinti işləri ilə bağlı cavabdehlə tanış olmuş, dəfələrlə cavabdeh ona faizə pul vermiş, bunun müqabilində cavabdehlə formal ipoteka və alqısatqı müqavilələri bağlanmış, pul vəsaitləri qaytarıldıqdan sonra mənzillər də geri qaytarılmış, lakin sonuncu, yəni hazırkı iş üzrə mübahisənin predmeti olan mənzilə münasibətdə 2024-cü ildə cavabdeh pulun qaytarılmasına baxmayaraq, mənzili iddiaçının adına geri rəsmiləşdirməkdən imtina etmiş, məhz bundan sonra iddiaçı onun etibarından cavabdehin sui-istifadə etdiyini bilmiş, bundan sonra hazırkı iş üzrə iddianı qaldırmış, daha sonra isə cavabdeh digər məhkəmədə iddiaçının mənzildən çıxarılmasına dair iddia qaldırmışdır. Belə olan halda hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış mübahisə predmeti olan mənzilə dair alqı-satqı müqaviləsi hüquqi nəticə yaratmaq niyyəti ilə deyil, görünüş və digər əqdi (faizə pul verilməsinin təminatı kimi evin girov qoyulması) pərdələmişdir. Cavabdehin isə faizə pul verilməsi və onun qaytarılması kimi halların olmasının iş üzrə heç bir mötəbər faktla öz təsdiqini tapmaması barədə dəlilləri tamamilə əsassızdır, əksinə tərəfindən təqdim edilən çoxsaylı sübutlarla, o cümlədən notarial qaydada təsdiq olunmuş əqdlərlə cavabdehin hansı fəaliyyətlə məşğul olmasını müəyyən etmək o qədər də çətin deyildir. Göründüyü kimi, mübahisələndirilən əqdin heç də mənzilin məhz alınması niyyəti ilə bağlanmasına dair iddiaçı tərəfin dəlilləri daha inandırıcı olmaqla mötəbər sübutlarla təsdiqini tapır. Digər tərəfdən sözügedən alqı-satqı müqaviləsi etibarsız olduğu üçün ona əsasən mübahisəli mənzilə dair Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində cavabdehin adına aparılmış (çıxarışla təsdiqlənmiş) qeydiyyat da ləğv edilməlidir. Beləliklə, tərəflər arasında bağlanmış müqavilə yalan əqd olmaqla puçdur və heç bir hüquqi nəticə doğura bilməz. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Göründüyü kimi, yalan əqdə tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir, bir şərtlə ki, onun mahiyyəti buna imkan versin, hazırkı işdə isə tərəflərin nəzərdə tutduqları əqdin mahiyyəti buna imkan vermir. Cavabdeh tərəfin hazırkı mübahisəyə iddia müddəti tətbiq edilməsinə dair ərizə ilə əlaqədar bildirir ki, yuxarıda qeyd edildiyi kimi əqd daşınmaz əmlakla bağlı olduğu halda iddia müddəti tətbiq edilə bilməz. O da qeyd olnmalıdır ki, cavabdeh tərəfindən verilən borcun təminatı olduğunu bilərək mübahisəli mənzillə bağlı alqı-satqı müqaviləsi bağlanmasından və mənzilin mülkiyyəti kimi qeydiyyatının da onun adına aparılmasında istifadə edərək mənzildə faktiki yaşayanların çıxarılmasına dair 9 ildən artıq müddətdə iddia qaldırılmaması da tərəflərin həqiqi niyyətlərinin müəyyən edilməsi bu əqdin əhəmiyyətsiz olmasını və bu müqavilənin alqı-satqı məqsədi ilə deyil, müəyyən edilmiş hallarla əlaqədar olmasını bilə-bilə, ona qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi iddia qaldırıldıqdan sonra tərəfindən qeyd edilən iddianı qaldırmaqla hüquqdan sui-istifadəyə yol verməsi sübut etmişdir. Bundan başqa, tərəflər arasında yaranan ipoteka hüquq münasibətlərinin əsası kimi Cavabdeh ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və xx.xx.2017-ci il tarixli mövcud borcun etirafı haqqında müqavilə təşkil edir. xx.xx.2015-ci il tarixli kredit müqaviləsində 155.000 ABŞ dolları borc məbləği, xx.xx.2015-ci il tarixli kredit müqaviləsində isə 262.500 manatın eksvivalenti olan 250.000 ABŞ dolları borc təşkil edir. xx.xx.2017-ci il tarixli mövcud borcun etirafı haqqında müqavilədə isə 405.000 ABŞ dolları borcdan 205.000 ABŞ dolları məbləğin ödənildiyi, qalıq borcun 200.000 ABŞ dolları olduğu qeyd olunmuşdur. Cavabdeh ilə İddiaçı1 və iddiaçının qardaşı İddiaçı2 Qadim oğlu arasında bağlanmış və 2 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat Kontoru tərəfindən təsdiq olunmuş, reyestrdə 3M-700 nömrə ilə qeyd edilmiş xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin şərtlərinə görə İddiaçı1 mülkiyyətində olan ünvan 7nda yerləşən 3A saylı mənzil Cavabdeh ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən götürülmüş 155.000 ABŞ dolları borcun müqabilində Cavabdeh xeyrinə yüklü edilmişdir. Eyni gündə, yəni xx.xx.2015-ci il tarixdə Cavabdeh ilə İddiaçı1 arasında bağlanmış və 2 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat Kontoru tərəfindən təsdiq olunmuş, reyestrdə 3M-702 nömrə ilə qeyd edilmiş xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin şərtlərinə görə İddiaçı1 Qədim oğlunun mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən götürülmüş 155.000 ABŞ dolları borcun müqabilində Cavabdeh xeyrinə yüklü edilmişdir. Belə ki, hər iki, yəni xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqavilələrinin 1.3-cü bəndinə görə ipoteka predmeti tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin sonrakı ipoteka müqaviləsinin 1.4-cü bəndinə görə bu ipoteka müqaviləsi borcverən Cavabdeh ilə borcalan İddiaçı1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ilə yaranan borc (kredit) öhdəliyinin icrasını təmin etmək üçün bağlanır və həmin öhdəlik tam həcmdə yerinə yetirilənədək qüvvədədir. Beləliklə, göründüyü kimi, tərəflər arasında bağlanmış və reyestrdə müvafiq olaraq 3M-700 və 3M-702 nömrə ilə qeyd edilmiş xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqavilələrinin şərtləri eyni olmaqla, ipoteka predmetləri daha əvvəl tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş və həmin ipoteka müqavilələri tərəflər, yəni Cavabdeh ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən götürülmüş 155.000 ABŞ dolları borcun müqabilində Cavabdeh xeyrinə yüklü edilmişdir. İşin həqiqi hallarından göründüyü kimi, onun mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinin əsası kimi çıxış edilən borc öhdəliyi iddiaçı tərəfindən tam ödənilmişdir. Yəni hər iki ipoteka predmetinin əsası kimi çıxış edən 155.000 ABŞ dolları tam şəkildə bağlanmışdır. Belə olan halda, əsas öhdəlik icra olunubsa, əlavə öhdəlik də icra olunmalıdır. Nəzərə almaq lazımdır ki, xx.xx.2017-ci il tarixli mövcud borcun etirafı haqqında müqavilə, eyni gündə bağlanan xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqavilələrinin əsas öhdəliyi kimi çıxış etmir. Göstərilənləri nəzərə alaraq iddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış, AN-İ ******* saylı 4Ə-2089 nömrə ilə reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqısatqı müqaviləsinin şərtlərinə əsasən ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh adına aparılmış (RX seriyalı ******* saylı çıxarışla təsdiqlənmiş) qeydiyyatın ləğv edilməsi (çıxarılması), ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin yüklü edilməsinə əsas hesab edilmiş Cavabdeh ilə İddiaçı1 arasında bağlanmış və 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 155.000 ABŞ dolları borc öhdəliyinin tam icra olunması səbəbindən, yəni əsas öhdəliyə xitam verildiyinə görə, tərəflər arasında bağlanmış və 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq olunmuş reyestrdə 3M-702 nömrə ilə qeyd edilmiş xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi ilə yüklü edilmiş həmin fərdi yaşayış evinə dair ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
16. İddiaçı2 Cavabdeh qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 7nda yerləşən 2 otaqlı, ümumi sahəsi 50,7 kv.m. olan mənzilə dair onunla Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddiaçı2 tələbini onunla əsaslandırmışdır ki, cavabdeh olan Cavabdeh faizə-sələmə pul verməklə məşğuldur. Qardaşı İddiaçı1 ondan borc pul götürdükdə cavabdeh qardaşını və onu aldadaraq bildirmişdir ki, borcun təminatı kimi mülkiyyətlərində olan mənzilləri onun adına keçirilməlidir, borc ödənildikdən sonra mənzil yenidən onlara qaytarılacaqdır. Cavabdeh ilə qardaşı İddiaçı1 arasında xx.xx.2015-ci il və xx.xx.2015- ci il tarixlərdə borc müqavilələri bağlanmışdır. Həmin müqavilələrə görə Cavabdeh tərəfindən qardaşı İddiaçı1 ümumilikdə 405.000 ABŞ dolları borc verildiyi qeyd edilmişdir. Əslində isə cavabdeh tərəfindən ona 200.000 manat borc verilmişdir. Sonradan ölkədə baş verən devalvasiya nəticəsində dollar kəskin bahalaşdığından, cavabdeh borcun ABŞ dolları ilə yazılmasını tələb etmişdir. Onlar da əmlakları onun adında olduğu üçün razılaşmaq məcburiyyətində qalmışlar. Bu səbəbdən xx.xx.2017-ci il tarixdə bağlanmış borcun etirafı müqaviləsində qardaşının cavabdehə 200.000 ABŞ dolları borcu qaldığını qeyd olunmuşdur. Borc müqavilələrinin təminatı kimi cavabdehlə qardaşı və onun arasında alqı-satqı və ipoteka müqavilələri olmuşdur. Belə ki: 1.AN-İ No ******* saylı, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə mülkiyyətində olan Bakı şəhəri, Rəşid Bağırov küçəsi, ev 36 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh adına keçirilmişdir. 2.AN-İ No ******* saylı xx.xx.2014cü il tarixli alqı-satqı müqaviləsi ilə mülkiyyətində olan ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus müqavilədə qeyd olunan hissə Cavabdeh adına keçirilmişdir. 3. AN-İ No ******* saylı xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin müqavilədə qeyd olunan hissə Cavabdeh adına keçirilmişdir. 4.Cavabdehlə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi ilə qardaşının borcuna təminat kimi mülkiyyətində olan ünvan 7nda yerləşən 2 otaqlı, ümumi sahəsi 50,7 kv.m. olan mənzil ipoteka qoyulmuşdur. Həmin müqavilədən borcun 150.000 manat olduğu qeyd olunmuşdur. 5. Sonradan xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi qüvvədən düşmüş və aralarında həmin mənzilə dair xx.xx.2015-ci il tarixdə yenidən ipoteka müqaviləsi bağlanmışdır. Bu dəfə müqavilədə borc 155.000 ABŞ dolları qeyd edilmişdir. Bağlanmış borc müqavilələrinə görə bu günədək cavabdehə 750.000 ABŞ dolları pul vəsaiti qaytarılmışdır. Lakin hazırda cavabdeh qardaşına məxsus fərdi yaşayış evlərini ona qaytarmaqdan imtina edir. Onunla bağlanmış ipoteka müqaviləsi ləğv olunmamışdır. Bununla bağlı dəfələrlə aralarında danışıqlar olmuş, lakin heç biri müsbət nəticələnməmişdir. Alqı-satqı müqavilələrinin və ipoteka müqaviləsinin bağlanma məbləğlərindən də aydın olur ki, bu müqavilələr formal olaraq bağlanmışdır. Çünki sözügedən fərdi yaşayış evlərinin real bazar dəyərinin müqavilə məbləğlərindən qat-qat yüksəkdir. Bildirir ki, qardaşı cavabehi uzun müddətdir ki, tanıyırdı. Onlar arasında işgüzar münasibətlər olmuşdur. Qardaşı tikinti işləri aparılması üçün cavabdehdən böyük məbləğlərdə manat ekvivalentində faizə pul alırdı və qaytarırdı. Eyni zamanda qardaşı İddiaçı1 evləri alqı-satqı müqaviləsi əsasında cavabdehin mülkiyyətində olsa da, həmin mənzillərdə qardaşı və onun ailəsi yaşayır, birgə təsərrüfat aparırlar. Bundan başqa ipoteka ilə yüklü olan mübahisəli mənzildə də o, ailə üzvləri ilə yaşayır.
18. Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-2307/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı2 Cavabdeh qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair 2(009)-2307/2024 saylı mülki iş, məhkəmənin hakimi Şahin Abdullayevin icraatında olan İddiaçı2 Cavabdeh qarşı “alqı-satqı müqavilələrinin ləğv edilməsi və s.” tələbinə dair 2(009)-2055/2024 saylı mülki işlə bir icraatda birləşdirilmişdir.
19. İddiaçı Cavabdeh İddiaçı1 qarşı mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın 3-cü mərtəbəsi və mansarda yerləşən və xüsusi mülkiyyət hüququ əsasında ona məxsus 3 mənzil qanunsuz olaraq İddiaçı1 tərəfindən zəbt olunmuşdur. Belə ki, dəfələrlə müraciətinə cavab olaraq müxtəlif bəhanələr gətirərək mənzillərini geri qaytarmaqdan imtina edir. Göstərilənləri nəzərə alaraq iddiaçı ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın 3-cü mərtəbəsi və mansarda yerləşən və xüsusi mülkiyyət hüququ əsasında ona məxsus 3 mənzil qanunsuz olaraq mülkiyyət və istifadə hüquqlarının pozulmasının qarşısının alınaraq cavabdehin qanunuz hərəkətlərinin dayandırılması, mənzillərdən çıxarılması və qeyd olunan mənzillərin boşaldılaraq onun istifadəsinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
20. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-8179/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı1 qarşı mənzildən çıxarılma tələbinə dair 2(011)-8179/2024 nömrəli mülki iş, İddiaçı1 Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair 2(009)-2055/2024 nömrəli mülki işlə bir icraata birləşdirilmişdir.
21. Məhkəmə iclasında iddiaçı (eyni zamanda Cavabdeh iddiası üzrə cavabdeh) İddiaçı1 nümayəndəsi və vəkili Vəkil3 izahatında qeyd etmişdir ki, mübahisəli ev götürülən borcun təminatı kimi alqı-satqı yolu ilə cavabdehin adına keçmişdir,borc qaytarılsa da, cavabdeh evi iddiaçının adına keçirməkdən imtina etmişdir, buna görə də hazırkı tələblə məhkəməyə müraciət olunmuşdur. Cavabdeh onların məhkəməyə müraciət etməsini bilib, evdən çıxarma ilə əlaqədar Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Əgər ev həqiqətən cavabdeh tərəfindən alınmışdırsa, niyə 9 ildən sonra məhkəməyə müraciət olunurdu? Cavabdeh müddətin ötürülməsi ilə bağlı məhkəməyə ərizə vermişdir. Qeyd edir ki, iddiaçı borcu qaytardıqdan sonra evin onun adına qaytarılması barədə təklifi cavabdeh tərəfindən rədd edildiyindən, həmin vaxtdan da 1 il müddət keçmədiyindən iddiaçı məhkəməyə müraciət etmək üçün müddəti ötürməmişdir. Yəni burada kəsici müddətdən söhbət gedə bilər. Eyni zamanda iddiaçı tərəfindən kredit müqaviləsi üzrə 155.000 ABŞ dolları qaytarıldığı üçün, yəni həmin öhdəliyə xitam verildiyi üçün kreditin təminatı olan ipotekaya da xitam verilməlidir. Qarşı tərəfin iddiası isə əsassızdır, çünki alqı-satqı formal olmuş, bağlandığı vaxtdan hazırkı vaxtadək iddiaçı həmin mənzildə yaşayır.
22. Məhkəmə iclasında izahatı alınmış iddiaçı (eyni zamanda İddiaçı1 və İddiaçı2 iddiaları üzrə cavabdeh) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında qeyd etmişdir ki, tərəflər arasında qarşılıqlı iş birliyi olmuşdur. Dəfələrlə nümayəndəsi olduğu şəxs tərəfindən İddiaçı1 pul verilmiş, onun təminatı kimi əmlaklar ipoteka ilə yüklü edilmiş, verilən pullar geri qaytarıldığı təqdirdə yüklü edilmiş əmlaklar yüklülükdən azad edilmiş və geri qaytarılmışdır. İddiaçı1 tərəfindən götürdüyü kredit müqaviləsi üzrə pulun geri qaytarılmasını təsdiq edən hər hansı bir sübut mövcud deyil. Alqı-satqı müqaviləsi isə qanuni əsaslarla olmuşdur, Cavabdeh həmin evin hüquqmüəyyənedici sənədləri olduğu üçün evlə bağlı tələb əvvəllər irəli sürülməmişdir. Məhkəməyə müraciət edilməmişdən qabaq isə hüquq-mühafizə orqanlarına müraciət olunmuşdur. Tərəflər arasında münasibətlər 2014-cü ildən yaranmışdır. Həmin vaxtdan 10 il müddət keçir, yəni həm iddia müddəti, həm də kəsici müddət ötürülmüşdür. Ona görə də İddiaçı1 iddiasını əsassız hesab edir. İddiaçı2 iddiası da əsassızdır və onun iddiasının da heç bir hüquqi əsası yoxdur. İddiaçı2 iddiası əsassız olduğu üçün heç bir məhkəmə proseslərində də iştirak etmir.
23. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-138/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə:
24. İddiaçı1 iddia tələblərinin təmin edilməsi, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı1 ilə Cavabdeh arasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanılmış AN-İ №0523034 saylı, xx.xx.2015-ci il tarixli, 4Ə-2089 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Həmin alqı-satqı müqaviləsinin hüquqi nəticələrinin ləğv edilməsi, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindən aparılmış qeydin etibarsız hesab edilməsi, Cavabdeh adına verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi və İddiaçı1 həmin ev üzərində mülkiyyət hüququnun bərpa edilməsi, Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsində yerləşən ümumi sahəsi 74,9 kv.m., yaşayış sahəsi 53,8 kv.m., yardımçı sahəsi 21,1 kv.m. olan 3 otaqlı 44E saylı fərdi yaşayış evinə dair Cavabdeh ilə İddiaçı1 arasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanılmış xx.xx.2015-ci il tarixli, 3M-702 reyestr nömrəli ipotekaya xitam verilməsi və həmin fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi;
25. İddiaçı2 Cavabdeh qarşı ünvan 7nda yerləşən 2 otaqlı, ümumi sahəsi 50,7 kv.m. olan mənzilə dair onunla Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbinin əsassız olduğundan təmin edilməməsi, məhkəmə xərclərinin İddiaçı2 aid edilməsi;
26. İddiaçı Cavabdeh İddiaçı1 qarşı ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın 3-cü mərtəbəsi və mansarda yerləşən və xüsusi mülkiyyət hüququ əsasında ona məxsus 3 mənzil qanunsuz olaraq mülkiyyət və istifadə hüquqlarının pozulmasının qarşısının alınaraq cavabdehin qanunuz hərəkətlərinin dayandırılması, mənzillərdən çıxarılması və qeyd olunan mənzillərin boşaldılaraq onun istifadəsinə təhvil verilməsi barədə iddia tələblərinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçı Cavabdeh aid edilməsi qət edilmişdir.
27. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı1 ilə Cavabdeh arasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunun xüsusi notarius tərəfindən xx.xx.2015-ci ildə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən İddiaçı1 Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsində yerləşən ümumi sahəsi 302,9 kv.m. olan fərdi yaşayış evinin özünə məxsus olan 3-cü mərtəbədən 2,4 kv.m. eyvan, 18,4 kv.m. otaq, 6,9 kv.m. otaq, 10 kv.m. otaq və 3,5 kv.m. otaq istisna olmaqla qalan hissəsi, birinci mərtəbədən 3 saylı otaq və dam sahəsi (mansard) alıcı Cavabdeh satmışdır. Həmin evin digər paylı mülkiyyətçiləri evin alınması ilə əlaqədar üstünlük hüququndan imtina etmişlər. Qeyd edilən alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına alınmış əmlaklarla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydiyyat aparılmış və onun adına çıxarış verilmişdir.
28. İddiaçı1 qeyd olunan alqı-satqı müqaviləsinin və onun bütün hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və iddiasını onunla əsaslandırmışdır ki, həmin müqavilə alqı-satqı niyyəti olmadan bağlanmış əhəmiyyətsiz əqddir. Belə ki, o, tikinti işləri ilə məşğul olmuş və tikinti işləri ilə bağlı cavabdehlə tanış olmuş, dəfələrlə cavabdeh ona faizə pul vermiş, bunun müqabilində cavabdehlə formal ipoteka və alqı-satqı müqavilələri bağlanmış, pul vəsaitləri qaytarıldıqdan sonra mənzillər də geri qaytarılmış, lakin sonuncu, yəni hazırkı iş üzrə mübahisənin predmeti olan mənzilə münasibətdə 2024-cü ildə cavabdeh pulun qaytarılmasına baxmayaraq, mənzili iddiaçının adına geri rəsmiləşdirməkdən imtina etmişdir. Əslində cavabdehə olan borcunun təminatı kimi mübahisəli evi formal olaraq cavabdehin adına alqı-satqı yolu ilə keçirmişdir.
29. Məhkəmə İddiaçı1 iddiası ilə bağlı qeyd etmişdir ki, İddiaçı1lə Cavabdeh arasında dəfələrlə borc pulu verilməsi ilə əlaqədar müqavilələr bağlanılmış, həmin müqavilələrin təminatı kimi İddiaçı1 məxsus əmlaklar ipoteka ilə yüklü edilmiş, bəzi əmlakların alqısatqısı həyata keçirilmiş, sonradan həmin əmlakların bir hissəsi ipoteka yüklülüyündən azad edilmiş, satılmış əmlaklar geri qaytarılmışdır. Məhkəmə İddiaçı1 və Q.Hacyev arasında müxtəlif vaxtlarda kredit (borc) müqavilələrinin bağlanılmasını, kredit müqavilənin təminatı kimi əmlakların yüklü edilməsini, hazırkı mübahisə predmeti olan əmlakın alqısatqı müqaviləsinin bağlanılmasından (2015-ci il) 9 ildən sonra Cavabdeh tərəfindən İddiaçı1 qarşı mübahisəli mənzildən çıxarılma və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə tələb irəli sürülməsini nəzərə alaraq hesab etmişdir ki, İddiaçı1lə Cavabdeh arasında faktiki borc münasibətləri olmuş, mübahisəli daşınmaz əmlakın isə alqı-satqı müqaviləsi görünüş məqsədli olmuş, əslində borc öhdəliyinin icrasının təminatı olaraq alqısatqı müqaviləsi bağlanılmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı1 iddiası əsaslı hesab edilməli, onunla Cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsində yerləşən 28a saylı evə dair xx.xx.2015-ci il tarixdə bağlanılmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində Cavabdeh adına aparılmış qeyd və onun əsasında verilmiş çıxarış ləğv edilməlidir.
30. Məhkəmə İddiaçı1 2-ci tələbi üzrə qeyd etmişdir ki, borc verən qismində Cavabdeh ilə borc alan qismində İddiaçı1 arasında xx.xx.2015-ci il tarixdə 250.000 ABŞ dolları məbləğində pulun verilməsinə dair borc müqaviləsi, xx.xx.2015-ci il tarixdə isə 155.000 ABŞ dolları məbləğində pulun verilməsinə dair kredit müqaviləsi bağlanılmışdır. Tərəflər arasında xx.xx.2015-ci il tarixdə 155.000 ABŞ dolları məbləğində pulun verilməsinə dair bağlanılmış kredit müqaviləsinin təminatı kimi İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsində yerləşən 44E saylı fərdi yaşayış evini xx.xx.2015-ci il tarixdə bağlanılmış sonrakı ipoteka müqaviləsi əsasında yüklü etmişdir. xx.xx.2017-ci il tarixli mövcud borcun etirafı haqqında müqaviləyə əsasən İddiaçı1 xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli borc müqavilələrinə əsasən Cavabdeh borc aldığı 405.000 ABŞ dolları məbləğindən 200.000 ABŞ dolları məbləğində borcu qaldığını etiraf etmiş, həmin pulu xx.xx.2018-ci il tarixədək qaytaracağı barədə öhdəlik götürmüşdür. Qeyd edilən müqavilədə Cavabdeh qalıq borcla və onun qeyd olunan müddətdə ödənilməsi ilə razılaşmışdır. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda 155.000 ABŞ dolları məbləğində pulun verilməsinə dair bağlanılmış kredit müqaviləsi üzrə İddiaçı1 tərəfindən borc götürdüyü 155.000 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh qaytarıldığından, bu hal yuxarıda qeyd edilən borcun etirafı barədə bağlanılmış müqavilə ilə də təsdiq olunduğundan, bununla da həmin müqavilə üzrə öhdəliyə xitam verildiyindən, həmin müqavilənin təminatı kimi yüklü edilmiş fərdi yaşayış evinə dair ipotekaya da xitam verilməli və İddiaçı1 bununla bağlı tələbi təmin edilməlidir.
31. Məhkəmə iddiaçı Cavabdeh İddiaçı1 qarşı ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın 3-cü mərtəbəsi və mansarda yerləşən və xüsusi mülkiyyət hüququ əsasında ona məxsus 3 mənzilə dair qanunsuz olaraq mülkiyyət və istifadə hüquqlarının pozulmasının qarşısının alınaraq cavabdehin qanunuz hərəkətlərinin dayandırılması, mənzillərdən çıxarılması və qeyd olunan mənzillərin boşaldılaraq onun istifadəsinə təhvil verilməsi barədə tələbi üzrə qeyd etmişdir ki, məhkəmə tərəfindən Cavabdeh istinad etdiyi alqı-satqı müqaviləsi və onun hüquqi nəticələri (daşınmaz əmlakın dövlət reyestrində aparılan qeyd və çıxarış) etibarsız hesab edilərək ləğv edilməsi qənaətinə gəlindiyindən, iddiaçı Cavabdeh iddiası əsaslı hesab edilə bilməz və təmin edilməməlidir.
32. Məhkəmə İddiaçı2 tərəfindən verilmiş iddia tələbi ilə bağlı qeyd etmişdir ki, borc alan qismində İddiaçı1 ilə borc verən qismində Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə 155.000 ABŞ dolları məbləğində pulun verilməsinə dair kredit müqaviləsi bağlanılmış, həmin müqavilənin təminatı kimi həmçinin İddiaçı2 mülkiyyətində olan ünvan 12 ünvanda yerləşən 2 otaqlı, ümumi sahəsi 50,7 kv.m., yaşayış sahəsi 35,2 kv.m., yardımçı sahə 155,5 kv.m. olan 3a saylı mənzili xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmişdir. İddiaçı2 xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə tələb irəli sürmüş və tələbin hüquqi əsası kimi kredit müqaviləsinin pərdələnmiş əqd olmasını, faizə pul verilməsinin təminatı kimi evin girova qoyulduğunu göstərmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Ramil İddiaçı1 Qocayev və Cavabdeh arasında 155.000 ABŞ dolları məbləğində borcun verilməsinə dair bağlanılmış kredit müqaviləsinin pərdələnmiş və yalan əqd olmasını bildirsə də, həmin müqavilənin tərəfi kimi İddiaçı1 qeyd edilən müqavilə üzrə pulun alınması və onun qaytarıldığını, bununla bağlı borcun etirafına dair müqavilə bağlanıldığını iddiasında qeyd etmiş, məhkəmə həmin kredit müqaviləsi üzrə əsas öhdəliyə xitam verilməsini nəzərə alaraq İddiaçı1 mülkiyyətində olan və təminat kimi ipoteka ilə yüklü edilmiş evinə dair ipotekaya xitam verilməsi barədə tələbini təmin etmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdehlə İddiaçı1 arasında 155.000 ABŞ dolları məbləğində borcun verilməsinə dair xx.xx.2015-ci il tarixdə bağlanılmış kredit müqaviləsi qanuni və əsaslı olduğundan, İddiaçı2 həmin müqavilənin görüntü xarakterli və pərdələnmiş əqd olmasına dair dəlilləri təsdiq olunmadığından, həmin müqavilənin təminatı kimi İddiaçı2 tərəfindən mülkiyyətində olan əmlakın yüklü edilməsinə dair bağlanılmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair tələbi əsaslı hesab edilə bilməz və təmin edilməməlidir.
33. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60, 127, 13 və 29-cu; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.4, 337.1, 340.2, 354.1, 157.2, 157.5, 527.1, 527.2, 528-ci; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları, Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli, N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart tarixli və B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 8.1, 9.1, 9.3, 217.3, 217.4, 14.2, 77.1, 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
34. Qətnamədən cavabdeh (üçüncü iş üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin İddiaçı1 iddia tələbinin təmin olunması və Cavabdeh iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək, Cavabdeh iddia tələbinin təmin olunması və İddiaçı1 iddia tələblərinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdmişdir.
35. Apellyasiya şikayətində göstərilmişdir ki, mübahisələndirilən qətnamənin 13 vərəqi 7 – ci abzasında məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə 2 saylı Bakı“ASAN xidmət” mərkəzinin notariat kontorunda 155.000 ABŞ dolları məbləğində pulun verilməsinə dair bağlanılmış kredit müqaviləsi üzrə İddiaçı1 tərəfindən borc götürdüyü 155.000 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh qaytarıldığından, bu hal yuxarıda qeyd edilən borcun etirafı barədə bağlanılmış müqavilə ilə də təsdiq olunduğundan, bununla da həmin müqavilə üzrə öhdəliyə xitam verildiyindən, həmin müqavilənin təminatı kimi yüklü edilmiş fərdi yaşayış evinə dair ipotekaya da xitam verilməli və İddiaçı1 bununla bağlı tələbi təmin edilməlidir. Məhkəmə hansı sübutlara istinad edərək hesab etmişdir ki, borc məbləği qaytarılmışdır. Məhkəmənin belə bir mövqeyi , istənilən borc öhtəliyi olan şəxsi , yalnız sözlə mən borcumu qaytarmışam deməsi , borclunun öhtəliyinə xitam verilməsi üçün presedent yaratmış olur. Nə iddia ərizəsində, nə mübahisələndirilən qətnamədə borcun ödənilməsini təsdiq edən heç bir sübuta istinad olunmamışdır. Mübahisələndirilən qətnamənin 13-cü vərəqi sonuncu abzasında Məhkəmə hesab etmişdir ki, məhkəmə tərəfindən Cavabdeh istinad etdiyi alqı-satqı müqaviləsi və onun hüquqi nəticələri (daşınmaz əmlakın dövlət reyestrində aparılan qeyd və çıxarış) etibarsız hesab edilərək ləğv edilməsi qənaətinə gəlindiyindən, iddiaçı Cavabdeh iddiası əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. – Məhkəmənin qəbul etdiyi qanunsuz qətnamə ilə vətəndaş öz əmlakından məhrum edilir və ona ödənməli vəsaitdən də məhrum olur. Mübahisələndrilən qətnaməyə baxdıqda İddiaçı1 iddia tələbinin təmin olunması üçün hüquqi əsasa rəst gəlinmir. Nə səbəbdən İddiaçı1 Cavabdeh olan borcunu qaytarmamalıdır. Bakı“ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanılmış AN-İ №0523034 saylı, xx.xx.2015-ci il tarixli, 4Ə-2089 reyestr nömrəli alqı-satqı müqaviləsini hansı əsasla etibarsız hesab edilmişdir. Müqavilənin etibarsızlığına dair qanunvericiliklə nəzərdə tutulan müddətin məhkəmə tərəfindən nəzərə alınmaması məhkəmənin qərəzli mövqeyindən xəbər verir. Bundan başqa müqavilənin etibarsız hesab edilməsi, məhkəmənin Cavabdeh mülkiyyət hüququnun kobud şəkildə pozması ilə nəticələnmişdir. Əgər məhkəmə vətəndaşın əmlakının mənimsənilməsinə şərait yaradırsa , vətəndaş hüquqlarının müdafiə olunmasını hansı orqanda tələb etməlidir. Məhkəmə işin mahiyyətini bilərəkdən təhrif edərək tamamilə qanunsuz qətnamə qəbul etmişdir. İddiaçı tərəfindən cavabdehdən borc götürülmüşdürsə və əgər bunu müqavilə ilə rəsmləşdirmişdisə, nə səbəbdən borcun qaytarılması rəsmi qaydada aparılmamışdır. İddiaçı necə sübut edə bilir ki, aralarında belə bir razılıq olmuşdur ki, o cavabdehdən borc götürür və borcun təminatı olaraq özünə məxsus iki əmlak üzərində cavabdehin hüquqlarının qeydə alınmasına razılıq verir və borc qaytarıldıqdan sonra həmin əmlaklar iddiaçıya qaytarılmalıdır. İddiaçı götürdüyü borcu qaytardığını bildirsədə bunu təsdiq edən sənədi və ya sübutu təqdim edə bilmir. Necə ola bilər ki, əmlakların borcun təminatı olaraq cavabdehin adına reyestrdə qeydə alınır və sən heç bir qəbz olmadan borcu qaytarırsan. Başqa əqdi pərdələnməsi məqsədi ipotekanın etibarsızlığını tələb edilməsi formal xarakter daşıyır və heç bir sübutla təsdiq olunmur . Sadəcə olaraq üzərlərinə götürdükləri öhtəliklərdən yayınmaq məqsədi daşıyır. Bununla bağlı bildirmək istəyir ki , Cavabdeh tərəfindən İddiaçı1 qarşı qarşı Xətai RPİ – yə şikayət ərizəsi ilə müraciət olunur. Müraciətin əsası kimi ünvan 13 ünvanında yerləşən daşınmaz əmlakın 3-cü mərtəbəsi və mansarda yerləşən və xüsusi mülkiyyət hüququ əsasında ona məxsus 3 mənzil qanunsuz olaraq İddiaçı1 tərəfindən zəbt olunaraq ona qaytarmaması qeyd olunmuşdur. Xətai RPİ-nin qərarı cinayət təqibinin başlanamsından imtina olunaraq mülki icraatda müraciət olunması bildirilmişdir. Bu səbəbdən də tərəfindən Xətai rayon Məhkəməsinə müraciət olunaraq Bakı şəhəri , Xətai rayonu , ZakirYusifov küçəsiev 28a ünvanında yerləşən daşınmaz əmlakın 3 – cü mərtəbəsi və mansarda yerləşən və xüsusi mülkiyyət hüququ əsasında ona məxsus 3 mənzil qanunsuz olaraq ona dair mülkiyyət və istifadə hüquqlarının pozulmasının qarşısının alınaraq cavabdehin qanunsuz hərəkətlərinin dayandırılması, mənzillərdən çıxarılması və qeyd olunan mənzillərin boşaldılaraq özünün istifadəsinə təhvil verilməsi barədə tələb irəli sürülmüşdür və e-2(011)- 8179/2024 saylı mülki iş Xətai Rayon Məhkəməsinin hakimi Samirə xanım Eyvazovanın icraatına verilmişdir və məhkəmənin hazırlıq icraatında qəbul olunan qərardadla bu işin icraatı birləşdirilmişdir. İddiaçı1 Qədim oğlu formal iddia tələbi irəli sürərək məhkəməyə müraciət etmişdir. İddianın formal olması elə iddia ərizəsində heç bir dəlil olmadan tələbin irəlisürülməsi ilə də sübut olunur. Belə olmasaydı 10 il əvvəl bağlanması iddia olunan müqavilələrin etibarsızlığı tələbi irəli sürülməzdi. Qanunvericilikılə əqdin etibarsızlığına səbəb olunacaq hallar qeyd olunmuşdur. Lakin iddia ərizəsində müqavilələrin etibarsız hesab edilməsi üçün heç bir əsas və səbəb göstərilməmişdir. Sadəcə olaraq “mən borcumu qaytarmışam” deməklə müqavilənin etibarsızlığına nail olmaq olmaz. Təbii ki, İddiaçı1 formal iddia irəli sürməklə, Cavabdeh məxsus əmlakları qaytarmaqdan yayınmaq istəyir və özünün qanunsuz əməllərinə hüquqi don geyindirməyə çalışır. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər – mübahisələndirilən qətnamənin 12 – ci vərəqi sonuncu abzasında Məhkəmə qeyd edir ki, özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz, o halda Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət də əqdin etibarsız hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. – burda məhkəmə öz səlahiyyətlərini aşaraq , AR Konstitusiya Məhkəməsinin səlahiyyətlərini mənimsəyib maddəyə yeni şərh vermişdir. Qanunvericiliyin tələbinə əsasən qeyd olunan müddət əqdin mübahisələndirilməsini nəzərdə tutan müddətdir. Səbail rayon məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə Cavabdeh mülkiyyət hüquqları kobud şəkildə pozularaq İddiaçı1 tərəfindən satılmış mənzildən əlavə olaraq hətta alqı-satqının predmeti olmayan əmlak belə Cavabdeh əlindən alınmışdır. Göründüyü kimi Cavabdeh qəbul olunmuş qanunsuz və mübahisələndirilən qətnamə ilə mülkiyyətindən məhrum olur. Cavabdeh məxsus əmlak qanunsuz olaraq İddiaçı1 qanunsuz istifadəsində olmuşdur və bu səbəbdən də Cavabdehı həmin əmlaka olan istifadə hüququndan yararlana bilməyərərk fayda götürə bilməmişdir. Lakin məhkəməyə bununla bağlı əlavə sübutlar təqdim olunsa da, məhkəmə tərəfindən qərəzli şəkildə qiymət verilməmişdir. Heç bir sübuta istinad edilməyən iddia tələbini təmin edən məhkəmə, əksinə olaraq Cavabdeh tərəfindən təqdim olunan sübutlara əhəmiyyət belə vermiyərək onun iddia tələbini rədd etmişdir. Baxmayaraq ki, Cavabdeh həmin əmlaka dair hüquqmüəyyənedici sənədləri təqdim etmişdir. Bundan başqa müqavilənin predmetindən əlavə olaraq alınmış əmlakın üst mərtəbəsi Cavabdeh tərəfindən icazə alınmaqla əlavə mənzil inşa olunmuşdur. Məhkəmə bununla da kifayətlənməyərək hələ həmin əmlakları da alıb İddiaçı1 hədiyyə etmişdir. Məhkəmə hesab etmişdir ki , İddiaçı1 Cavabdeh olan borcunu qaytarmışdır. Lakin buna dair nə İddiaçı1 sübut təqdim etmişdir, nə də işin materialları arasında belə sübut əlavə olunmamışdır. Lakin İddiaçı1 Cavabdeh olan borc öhdəliyi rəsmi qaydada notariat orqanında rəsmləşdirilmişdir. Nədənsə məhkəmə araşdırmamışdır ki, necə ola bilər ki, borc alanda rəsmləşdirir amma borc verəndə bunu etmir. Əgər İddiaçı1 bunu deməklə kifayətlənirsə, məhkəmə nə səbəbdən sübutu olan borcu sübut olmayan əsasla silir. Belə çıxır ki, məhkəmələr istənilən şəxsin borcunu bu qaydada silə bilər. Məhkəmə hesab etmişdir ki, İddiaçı1 tərəfindən əmlakın ipoteka ilə yüklü edilməsinə səbəb olmuş öhdəlik icra olunduğundan ipotekaya xitam verilmişdir. Lakin İddiaçı1 tərəfindən öhdəliyin icrasına dair sübut təqdim etmədiyi halda məhkəmə əmlakı yüklülükdən azad etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
a) Proses iştirakçılarının izahatı
37. Məhkəmə kollegiyasının iclasında cavabdeh (üçüncü iş üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək izahatında qeyd etdi ki, borclu etirafına dair müqaviləyə əsasən 2 borc 250 min və 155 min birləşdirilərək 405 min ümumi borc göstərilib. Borcun etirafına dair 200 mini ödənilib yerdə qalıb 205 min. Məhkəmə müəyyən edir ki, ödənilmiş 200 minin icində 155 min gedir, bu necə müəyyən edilib. Onlara (Cavabdeh) qarşı tərəf borcun etirafına dair müqavilə bağlandıqdan sonra ödəniş etdilər. 405 min borc 3 əmlaka yönləndirilib.
38. Məhkəmə kollegiyasının iclasında iddiaçı (eyni zamanda Cavabdeh iddiası üzrə cavabdeh) İddiaçı1 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilmməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, tərəflər arasında saysız hesabsız çoxsaylı müqavilələr olub. Təmsil etdiyi tərəf deyir ki aralarında 405 minlik borc olub o, 200 mini qaytarmışdır, yerdə qalıb 200 min borc. Mənzildə indiyə kimi təmsil etdiyi tərəf yaşayıb, mənzil qarşı tərəfə məxsus idisə, indiyə kimi onu mübahisələndirərdi artıq iddia müddəti də bitib.
39. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh (üçüncü iş üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətini müdafiə edərək izahatında qeyd etdi ki, alğı-satqı müqaviləsi formal olmayıb. Formal olsa niyə Cavabdeh mansardı layihələşdirirdi, sənədləri hazırlayırdı. 2016-cı ildəki Sərəncam ilə Cavabdeh adına torpaq sahəsi keçirilib. Sonradan yeni Sərəncam verilib əvvəlki Sərəncam ləğv edilib. Həmin sənəddən əvvəldən xəbərləri olmayıb. Qarşı tərəfin niyyəti düzgün olmayıb. Cavabdeh pulu, qarşı tərəfin mənzilləri də olub. İş birlikləri olduğu üçün razılaşma ediblər. Ortaq pul qoyulub.
40. İkinci iş üzrə İddiaçı2 işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası İddiaçı2 üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
41. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Maddə 311.3. Kreditoru təmin edərkən mülkiyyətçi daşınmaz əmlakın dövlət reyestrinə və ya daşınar əmlakın digər rəsmi reyestrinə müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədləri və ipotekaya xitam verilməsini tələb edə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddələr 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
43.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 44.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının İddiaçı1 iddiasının təmin, Cavabdeh iddiasının rədd edilən hissələrində yoxlanılması təşkil edir. Çünki Cavabdeh qətnaməni həmin hissələrdə mübahisələndirmiş, digər tərəflər apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, mülki iş materiallarını nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-138/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən - İddiaçı1 iddiasının təmin, Cavabdeh iddiasının rədd edilən hissələrində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı1 iddia tələbi təmin edilməməli, Cavabdeh iddia tələbi təmin edilməlidir.
46. İddiaçı1 iddia tələbini dəfələrlə dəyişdirərək sonda ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı1 ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış, AN-İ ******* saylı 4Ə-2089 nömrə ilə reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh adına aparılmış (RX seriyalı ******* saylı çıxarışla təsdiqlənmiş) qeydiyyatın ləğv edilməsi (çıxarılması), ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin yüklü edilməsinə əsas hesab edilmiş Cavabdeh ilə İddiaçı1 arasında bağlanmış və 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 155.000 ABŞ dolları borc öhdəliyinin tam icra olunması səbəbindən, yəni əsas öhdəliyə xitam verildiyinə görə, tərəflər arasında bağlanmış və 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq olunmuş reyestrdə 3M-702 nömrə ilə qeyd edilmiş xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi ilə yüklü edilmiş həmin fərdi yaşayış evinə dair ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
47. İş materiallarında əsasən müəyyən olunur ki, İddiaçı1lə Cavabdeh arasında dəfələrlə borc pulun verilməsi ilə əlaqədar müqavilələr bağlanılmış, həmin müqavilələrin təminatı kimi İddiaçı1 məxsus əmlaklar ipoteka ilə yüklü edilmiş, bəzi əmlaklara dair isə alğı-satqı müqavilələri bağlanmışdır.
48. İddiaçı iddia ərizəsində qeyd edir ki, Cavabdeh faizə pul verməklə məşğuldur. O, ondan borc pul götürdükdə cavabdeh onu aldadaraq bildirmişdir ki, borcun təminatı kimi mülkiyyətində olan mənzili onun adına keçirməlidir, borc ödənildikdən sonra mənzil yenidən ona qaytarılacaqdır. Bu razılıqla aralarında 4 dəfə alqı-satqı müqaviləsi olmuşdur... Alqı-satqı müqavilələrinin bağlanma məbləğlərindən də aydın olur ki, bu müqavilələr formal olaraq bağlanmışdır.. Cavabdeh ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində ümumiyyətlə yaşamamışdır, heç bir təsərrüfat aparmamışdır. Həmin evin kommunal ödənişləri indiyədək onun tərəfindən həyata keçirilir. Bütün bunlar həmin evlə bağlı alqı-satqı müqaviləsinin əslində formal bağlandığını sübut edir...O, tikinti işləri ilə məşğul olmuş və tikinti işləri ilə bağlı cavabdehlə tanış olmuş, dəfələrlə cavabdeh ona faizə pul vermiş, bunun müqabilində cavabdehlə formal ipoteka və alqı-satqı müqavilələri bağlanmış, pul vəsaitləri qaytarıldıqdan sonra mənzillər də geri qaytarılmış, lakin sonuncu, yəni hazırkı iş üzrə mübahisənin predmeti olan mənzilə münasibətdə 2024-cü ildə cavabdeh pulun qaytarılmasına baxmayaraq, mənzili iddiaçının adına geri rəsmiləşdirməkdən imtina etmişdir. Əslində cavabdehə olan borcunun təminatı kimi mübahisəli evi formal olaraq cavabdehin adına alqı-satqı yolu ilə keçirmişdir.
49. Hazırda mübahisə predmeti olan alğı-satqı müqaviləsi ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 302,0 kv.m. olan fərdi yaşayış evinin özünə məxsus olan 3-cü mərtəbədən 2,4 kv.m.eyvan, 18,4 kv.m. otağı, 6,9 kv.m. otağı, 10,0 kv.m. otağı və 3,5 kv.m. otağı istisna olmaqla qalan hissəsi 1-ci mərtəbədən 3 saylı otağını və dam sahəsini (mansard) əhatə edir. 50.Lakin işdən görünür ki, daha əvvəl 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində 4ə-3383 reyestr nömrəsi ilə təsdiq edilmiş və “Satıcı” qismində İddiaçı1 ilə “alıcı” Cavabdeh qismində arasında bağlanılmış 3.12.2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı alıcıya Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 28a ünvanda yerləşən, İ mərtəbə 92.8 kv.m qaraj və İİ mərtəbə y/s 16.9 kv.m, 22.2 kv.m, 11.2 kv.m olan 3 otaq, səhə 9.6 kv.m olan mətbəx, sahə 3.7 kv.m sanitar qovşaq, 5.8 dəhliz, 4.3 eyvan 100000 manata satmışdır. Daha sonra isə 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində 4ə-1778 reyestr nömrəsi ilə təsdiq edilmiş və “Satıcı” qismində Cavabdeh ilə “alıcı” qismində X6 arasında bağlanılmış 4.08.2015-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı alıcıya Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 28a ünvanda yerlışən Cavabdeh özünə məxsus tam hissədən 2 otaq y/s 22.2 və y/ 16.9 hissəni 40000 manata satmışdır. 51.Daha əvvəl bağlanmış alğı-satqı müqaviləsi də ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 302,0 kv.m. olan fərdi yaşayış evi ilə bağlı olmuş sadəcə həmin evin İ mərtəbə 92.8 kv.m qaraj və İİ mərtəbə y/s 16.9 kv.m, 22.2 kv.m, 11.2 kv.m olan 3 otaq, səhə 9.6 kv.m olan mətbəx, sahə 3.7 kv.m sanitar qovşaq, 5.8 dəhliz, 4.3 eyvanı əhatə etmişdir. 52.Göründüyü kimi əgər iddiaçı cavabdehə əmlakını formal olaraq satmışdırsa necə olur ki, cavabdeh sonradan aldığı əmlakın bir hissəsini başqa şəxsə satmışdır. Hətta bundan sonra tərəflər arasında borc və alğı satqı, ipoteka müqavilələrinin bağlanması yenə davam etmişdir. 53.İddiaçının digər dəlili odur ki, cavabdeh ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində ümumiyyətlə yaşamamışdır. İddiaçının bu dəlilini də kollegiya əsassız hesab edərək qeyd edir ki, işdən də göründüyü kimi cavabdehin bu evləri almaqda məqsədi həmin evlərdə yaşamaq olmamışdır. Yəni cavabdeh sonradan gəlir əldə etmək üçün aldığı evin müəyyən otaqlarını başqa şəxsə satmışdır. 54.Əlavə olaraq qeyd edilə bilər ki, iş materiallarında olan Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli sərəncamdan çıxarışda qeyd olunur ki, 249 saylı, xx.xx.2016-cı il tarixli Sərəncamla 249 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı ilə İ.İsmayılov küçəsi 28 saylı binanın yaxınlığında X7 uzun illər istifadəsində olan tikililərin yararsız vəziyyətdə olduğu nəzərə alınaraq sökülüb yerində yeni müasir üslubda çoxmənzilli fərdi yaşayış evinin tikintisinə icarzə verilmişdir. İ.İsmayılov küçəsi 28 saylı binanın yaxınlığında çoxmənzilli fərdi yaşayış evinin tikintisinin X14 ərizə ilə müraciət edərək Cavabdeh adına sənədləşdirilməsini xahiş etmişdir. 55.Kollegiya hesab edir ki, iddiaçının Cavabdeh ilə bağlanmış müqavilələrin formal olması barədə dəlili heç bir əsasa söykənmir.
56. O cümlədən, iddiaçı bildirir ki, 2024-cü ildə cavabdeh pulun qaytarılmasına baxmayaraq, mənzili iddiaçının adına geri rəsmiləşdirməkdən imtina etmişdir. Əslində cavabdehə olan borcunun təminatı kimi mübahisəli evi formal olaraq cavabdehin adına alqı-satqı yolu ilə keçirmişdir. 57.Kollegiya qeyd edir ki, cavabdeh 2024-cü ildə pulu qaytardığını bildirsə də buna dair heç bir sübut təqdim etməmişdir. Özü də nəzərə alsaq ki, tərəflər arasında münasibətlərin gedişatından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli məktubla Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etmiş və ona bildirilmişdir ki, İddiaçı2 məxsus Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi 40 saylı evin 3 a saylı mənzilinə, İddiaçı1 məxsus Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi 44E saylı fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Yəni kollegiya hesab edir ki, ən azından münasibətlərin gedişatı onu göstərmişdir ki, iddiaçı 2024-cü ildə hər hansı borcu ödəmişdirsə artıq bunun bir təsdiqini də əldə etməli idi.
58. Kollegiya İddiaçı1 qeyd olunan alqı-satqı müqaviləsinin etibarsızılığı ilə bağlı tələbini vicdanlılıq prinsipinə zidd hesab etməklə qeyd edir ki, İddiaçı1 hüquqdan sui-istifadə edərək, qarşı tərəfin güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkət edərək əqdin etibarsızlığını tələb etmişdir.
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və İİ hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2025-ci il tarixli Plenum Qərarında qeyd olunur ki, tərəflər aralarındakı borc münasibətlərini yalan əqd olaraq alğı-satqı müqaviləsi vasitəsilə təminat altına almış olduqları təqdirdə, sonradan borclu tərəfindən alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı tələbin irəli sürülməsi, bəzi hallarda hüquqlardan istifadə edilməsi zamanı vicdanlılığın qorunması prinsipinə zidd olmaqla kreditorların mənafelərinin, mülki dövriyyənin sabitliyinin pozulmasına gətirib çıxara bilər. -Belə ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrası böyük iqtisadi-sosial əhəmiyyətə malikdir. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi borc və ya kredit müqavilələri üzrə tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə yönəlməklə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli Qərarı). -Bu baxımdan, mülki hüququn əsas prinsiplərindən olan vicdanlılıq prinsipinin təmin edilməsi, hüquqdan sui-istifadənin qarşısının alınması məqsədi ilə bu kimi hallarda əqdin yalan əqd olaraq etibarsızlığı ilə bağlı iddiaların işin faktiki halları, tərəfin güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilib-keçirilmədiyi nəzərə alınmaqla rədd edilməsi istisna edilmir. 60.Beləliklə Kollegiya qeyd edir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış, AN-İ ******* saylı 4Ə-2089 nömrə ilə reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiaçının tələbi əsassız olduğundan rədd edilməli, Cavabdeh isə qeyd edilən alqı -satqı müqaviləsinin predmeti olmuş əmlakla bağlı tələbi təmin edilməlidir.
61. Belə ki, xx.xx.2015-ci ildə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən İddiaçı1 Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsində yerləşən ümumi sahəsi 302,9 kv.m. olan fərdi yaşayış evinin özünə məxsus olan 3-cü mərtəbədən 2,4 kv.m. eyvan, 18,4 kv.m. otaq, 6,9 kv.m. otaq, 10 kv.m. otaq və 3,5 kv.m. otaq istisna olmaqla qalan hissəsi, birinci mərtəbədən 3 saylı otaq və dam sahəsi (mansard) alıcı Cavabdeh satmışdır. Qeyd edilən alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına alınmış əmlaklarla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydiyyat aparılmış və onun adına çıxarış verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsində yerləşən ümumi sahəsi 302,9 kv.m. olan 28a saylı fərdi yaşayış evinin Cavabdeh adına (3-cü mərtəbə 2 yaş/otağı (18,0 kv.m. və 9,0 kv.m.), köməkçi sahə-13.1 kv.m.,4.2 kv.m.,7.9 kv.m. və 23.3 kv.m.mansard) – xx.xx.2015-ci il tarixdən) qeydiyyata alınmışdır.
62. Didər tələblə bağlı qeyd edilməlidir ki, 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda təsdiq edilmiş və “Borc verən” qismində Cavabdeh ilə “Borc alan” qismində İddiaçı1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli borc (kredit) müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “Borc verən” Cavabdeh “Borc alan” İddiaçı1 262.500 manatın ekvivalenti olan 250.000 ABŞ dolları məbləğində pul borc vermiş (bənd 1), “Borc alan” İddiaçı1 müqavilənin 1-ci bəndində göstərilən borc məbləğini 6 ay xx.xx.2015-ci il müddətinə kimi “Borc verən” Cavabdeh qaytarmağı öhdəsinə götürmüşdür (bənd 2). “Borc verən” Cavabdeh müqavilənin 2-ci bəndində göstərilənlərlə razı olduğunu bildirmişdir (bənd 3).
63. 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda təsdiq edilmiş və “Borc verən” qismində Cavabdeh ilə “Borc alan” qismində İddiaçı1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “Borc verən” “Borc alana” 155.000 ABŞ dolları məbləğində pul borc vermiş (bənd 1), “Borc alan” krediti xx.xx.2015-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür (bənd 2).
64. 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində 3M-702 reyestr nömrəsi ilə təsdiq edilmiş və “İpoteka qoyan” qismində İddiaçı1 ilə “İpoteka saxlayan” qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “İpoteka qoyan” mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 74,9 kv.m., yaşayış sahəsi 53,8 kv.m., yardımçı sahəsi 21,1 kv.m. olan fərdi yaşayış evini ipotekaya qoyur, “İpoteka saxlayan” isə ipotekaya götürür (bəndlər 1.1, 1.2), ipoteka predmeti tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir (bənd 1.3), ipoteka müqaviləsi borcverən Cavabdeh ilə borcalan İddiaçı1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranan borc (kredit) öhdəliyinin icrasını təmin etmək üçün bağlanılır və həmin öhdəlik tam həcmdə yerinə yetirilənədək qüvvədə olacaqdır (bənd 1.4), “Borc alan”ın “Borc verən”dən aldığı 155.000 ABŞ dolları məbləğində borcunun (kreditinin) və onun icrası ilə bağlı yarana biləcək digər bütün zəruri xərcləri ilə birlikdə tam həcmdə ödəməyə görə “İpoteka qoyan” ipoteka qoyduğu əmlakı ilə məsuliyyəti daşıyır (bənd 1.5).
65. 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontoru tərəfindən təsdiq edilmiş və İddiaçı1 ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli mövcud borcun etirafı haqqında müqaviləsinin surətindən görünür ki, İddiaçı1 etiraf edir ki, xx.xx.2015-ci il tarixdə və xx.xx.2015-ci il tarixdə “ASAN” Xidmət mərkəzində fəaliyyət göstərən notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş borc müqavilələrinə əsasən Cavabdeh cəmi 405.000 ABŞ dolları məbləğində pul borc almışdır. Lakin bu günə kimi müəyyən hissəsini qaytara bilmişdir. Borc məbləği 200.000 ABŞ dolları qalıb. Razılaşmalarına əsasən öhdəsinə götürür ki, həmin qalıq borc olan 200.000 ABŞ dolları məbləğində olan pulu xx.xx.2018-ci il tarixədək ona qaytaracaq. Cavabdeh İddiaçı1 etirafını qəbul edir, qeyd edilən şərtlərlə qeyd edilən müddətdə borcun ödənilməsinə razıdır. 66.Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xx.xx.2017-ci il tarixli mövcud borcun etirafı haqqında müqaviləyə əsasən İddiaçı1 xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli borc müqavilələrinə əsasən Cavabdeh borc aldığı 405.000 ABŞ dolları məbləğindən 200.000 ABŞ dolları məbləğində borcu qaldığını etiraf etmiş, həmin pulu xx.xx.2018-ci il tarixədək qaytaracağı barədə öhdəlik götürmüşdür. Qeyd edilən müqavilədə Cavabdeh qalıq borcla və onun qeyd olunan müddətdə ödənilməsi ilə razılaşmışdır. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda 155.000 ABŞ dolları məbləğində pulun verilməsinə dair bağlanılmış kredit müqaviləsi üzrə İddiaçı1 tərəfindən borc götürdüyü 155.000 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh qaytarıldığından, bu hal yuxarıda qeyd edilən borcun etirafı barədə bağlanılmış müqavilə ilə də təsdiq olunduğundan, bununla da həmin müqavilə üzrə öhdəliyə xitam verildiyindən, həmin müqavilənin təminatı kimi yüklü edilmiş fərdi yaşayış evinə dair ipotekaya da xitam verilməli və İddiaçı1 bununla bağlı tələbi təmin edilməlidir. 67.Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə aşağıdakılara əsasən razılaşmır. 68.Birincisi, borcun etirafı müqaviləsində iki öhdəlik münasibətləri üzrə qalıq borca görə razılıq əldə edilmişdir. Birinci müqaviləyə görə borc məbləği 250.000 ABŞ dollar, ikinci müqaviləyə görə isə 155.000 ABŞ dollar təşkil etmişdir. Borcun etirafında tərəflər bəyan etmişlər ki, cəmi məbləğ olan 405.000 ABŞ dollar məbləğindən 200.000 ABŞ dolları məbləğində borc qalmışdır. Deməli, əgər birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi ikinci müqavilə üzrə borc məbləği olan 155000 dollar ödənilmiş 205000 dollarla əhatə olunurdursa o zaman borcun etirafı müqaviləsində xx.xx.2015-ci il tarixli borc müqaviləsinin ümumiyyətlə qeyd edilməsinə lüzum olmamalı idi.
69. İkincisi, əgər tərəflər borcun etirafı müqaviləsində iki müqavilə üzrə borcun cəmi 405000 dollar olmasını qeyd edirdisə və həmin etiraf müqaviləsində qalıq borcun cəmi 200000 dollar olduğunu vurğulayırdısa, o zaman ödənilmiş məbləğin məhz ipoteka təminatlı olan ikinci müqavilə üzrə olmasını da xüsusi vurğulaya bilərdilər. 70.Üçüncüsü, xronoloji ardıcıllıqla da ilkin olaraq xx.xx.2015-ci il tarixli borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə borc məbləği 250000 dollar idi və həmin borc müqaviləsi də təminatsız bağlanmışdır. Deməli, həmin müqavilə üzrə 205000 dollar ödənilsə də qalıq 45000 dollar qalmış və ondan sonra bağlanmış ipoteka təminatlı borc müqaviləsi üzrə isə borc 155000 olmuş və hər iki müqavilə üzrə qalıq borcları topladıqda 200000 dollar borcun qalması təsdiqini tapır. Tərəflər də borcun etirafı müqaviləsində qalıq borcun 200000 dollar olmasını qeyd etmişlər.
71. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
72. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
73. Eyni Məcəllənin 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə saylır.
74. Normaların məznunundan göründüyü kimi mülki hüquqların həyata keçirilməsi zamanı tərəflər yalnız formal olaraq qanunda nəzərdə tutulan prosedurlara əməl etməklə kifayətlənməməli, həm də vicdanlılıq, dürüstlük, qarşı tərəfin qanuni etimadına hörmət və davranışların ardıcıllığı prinsiplərinə əməl etməlidirlər. Mülki Məcəllənin 425.1-ci maddəsində nəzərdə tutulmuş vicdanlılıq tələbi tərəflərə öhdəlik münasibətlərində birbirinin qanuni maraqlarını nəzərə almağı, əvvəlki davranışlarına zidd mövqe tutmamağı, qarşı tərəfdə yaranmış etimadı pozmamağı tələb edir. 75.Mülki prosessual qanunvericiliyə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
76. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Buna görə də qətnamə həmin hissədə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı1 iddia tələbləri təmin edilməməli, Cavabdeh iddia tələbi təmin edilməlidir.
77. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdeh (üçüncü iş üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-138/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən - İddiaçı1 iddiasının təmin, Cavabdeh iddiasının rədd edilən hissələrində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı1 iddia tələbi təmin edilməməli, Cavabdeh iddia tələbi təmin edilməli, İddiaçı1 Cavabdeh mülkiyyətindən olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin üçüncü mərtəbəsində yerləşən 2 yaşayış otağı, köməkçi sahə və mansarddan çıxarılmalı və qeyd olunan əmlak boşaldılaraq Cavabdeh istifadəsinə təhvil verilməlidir.
78. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh (üçüncü iş üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-138/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən - İddiaçı1 iddiasının təmin, Cavabdeh iddiasının rədd edilən hissələrində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı1 iddia tələbi təmin edilməsin. Cavabdeh iddia tələbi təmin edilsin. İddiaçı1 Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin üçüncü mərtəbəsində yerləşən 2 yaşayış otağı, köməkçi sahə və mansarddan çıxarılsın və qeyd olunan əmlak boşaldılaraq Cavabdeh istifadəsinə təhvil verilsin. Məhkəmə xərcləri tərəflərin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Günel Abbasova Fərrux Qasımov