Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2299/2025 13.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kompensasiya ödənilməklə özbaşına tikilinin sökülməsi” tələbi barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1454/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq Müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən Cavabdeh 65000 manat ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə ona məxsus qeyri-yaşayış üçün nəzərdə tutulmuş özbaşına tikililərin boşaldılaraq sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 vəsatətlə məhkəməyə müraciət edərək mülki işin baxılması üçün aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1454/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan cavabdehin verdiyi şikayət birbaşa mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 269-cu maddəsində qeyd olunur ki, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə ,.., göndərilir. Qeyd edilən maddənin tələbləri baxımından Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1454/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından cavabdehin verdiyi şikayətə əvvəlcə həmin məhkəmə tərəfindən baxılıb hüquqi qiymət verilməli, şikayətin təmin edilmədiyi halda isə Bakı Apellyasiya Məhkəməsinə göndərilməli idi. Lakin iş materiallarında birinci instansiya məhkəməsinin şikayətlə bağlı hər hansı prosessual hərəkət etməsinə dair məhkəmə aktı aşkar edilməmiş, şikayətin birbaşa baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi müəyyən edilmişdir. Yaranmış vəziyyət isə işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1454/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə baxılması apellyasiyanın mümkünlüyü üçün əsaslar olmadığından qeyri-mümkün hesab edilsin və iş materialları Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(103)-2299/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2299/2025
13.03.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver