Məhkəmə qərarları › İş №2(103)-23/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-23/2025

16.02.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-23/2025 16.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Maraqlı şəxs3 qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi və Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə (açar sözlər: bağ sahəsinin zəbt olunması, özbaşına tikilinin sökülməsi və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil3, Cavabdeh Maraqlı şəxs3 nümayəndəsi (vəkili) Vəkil4 iştirakı ilə, İddiaçı cavabdeh Maraqlı şəxs3 qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi və Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) özbaşına tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-277/2021 nömrəli qətnaməsindən cavabdeh Maraqlı şəxs3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin vətəndaş Maraqlı şəxs3 artıq torpaq sahəsinin ayrılması barədə xx.xx.2005-ci il tarixli 145 nömrəli qərarından müəyyən olunur ki, Bigəh Bələdiyyəsi Azərbaycan Respublikasının “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” 7 dekabr 1999-cu il tarixli 771-İQ nömrəli və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-11Q saylı Qanunu ilə təsdiq olmuş Əsasnaməni rəhbər tutaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 817 saylı Sərəncamına istinad edərək Bilgəh qəsəbəsi ərazisində yerləşən 1636 a saylı bağın 800 m2 artıq torpaq sahəsini Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) Maraqlı şəxs3 mülkiyyətinə verilməsini, Maraqlı şəxs3 torpağın satın alınmasına dair müvafiq qaydada aktın tərtib olunması və torpağın dəyəri (pulla) Torpaq Məcəlləsinin 96-cı maddəsinin 3-cü bəndinə uyğun olaraq vətəndaş tərəfindən bələdiyyənin xüsusi hesabına keçirilməsinin təmin olunmasını qərara almışdır. Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi ilə Maraqlı şəxs3 arasında bağlanmış xx.xx.2005-ci il tarixli torpaqların alqı-satqısına dair aktdan müəyyən olunur ki, Maraqlı şəxs3 xx.xx.2005-ci il tarixli torpaq sahəsinin alınmasına dair müraciətinə bələdiyyə orqanının iclasında baxılaraq Bilgəh Bələdiyyə ərazisində 800 m2 torpaq sahəsinin satılması barədə xx.xx.2005-ci il tarixli 145 nömrəli qərar qəbul edilmiş, bunun müqabilində Maraqlı şəxs3 tərəfindən Bilgəh Bələdiyyəsinin hesabına 10.880.000 (on milyon səkkiz yüz səksən min) manat haqq ödənilmişdir. (qəbz № -368 xx.xx.2005) Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 368 nömrəli kassa mədaxil orderinin qəbzindən müəyyən olunur ki, torpaq alqı-satqısına görə Nakxal X27 Bələdiyyəsinə 10.880.000 (on milyon səkkiz yüz səksən min) manat ödəmişdir. Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.1993-cü il tarixli 19398 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilədən müəyyən olunur ki, Bilgəh qəsəbəsində torpaq sahəsi 0,12 ha olan 1637 a nömrəli bağ sahəsi Cavabdeh xx.xx.1993-cü ildən xx.xx.2005-ci il tarixədək icarəyə verilmişdir. Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2005-ci il tarixli 19398 nömrəli Bilgəh ərazisindəki 1636 a nömrəli bağın istifadəyə verilməsinə dair müqavilədən müəyyən olunur ki, Bilgəh qəsəbəsində torpaq sahəsi 0,12 ha olan 1637 a nömrəli bağ sahəsi Cavabdeh xx.xx.2005-ci ildən xx.xx.2013-cü il tarixədək istifadəsinə verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-23928D KOD 00501016 nömrəli xx.xx.2005ci il tarixli şəhadətnamədən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1993-cü il tarixli 08 saylı Qərarı ilə 0,12 hektar Bilgəh bağ massivində yerləşən 1636 a saylı bağ sahəsi Cavabdeh, X10 və X11 mülkiyyətinə verilmiş, şəhadətnamə iki nüsxədən ibarət tərtib edilərək 3047 nömrə ilə kitabda qeydə alınmışdır. Satıcı Cavabdeh qısı ilə alıcı Maraqlı şəxs3 arasında xx.xx.2005-ci il tarixdə bağlanmış AN-İ № ******* nömrəli daınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş 10183 nömrəli arayışa əsasən sahəsi 0,12 hektar olan Bakı şəhəri Bilgəh massivində yerləşən 1636 a saylı bağ sahəsini (satılan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsi və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsi tərəfindən 3047 nömrə ilə kitabda qeydə alınmış JN-23928D KOD 00501016 xx.xx.2005-ci il tarixli şəhadətnamə əsasında satıcıya məxsusdur) alıcıya 350.000.000 manata satmışdır. Torpağın mülkiyyətə verilməsinə dair JN-24829D KOD 00501016 nömrəli xx.xx.2005ci il tarixli şəhadətnamədən müəyyən olunur ki, Bakı şəhəri 46 saylı dövlət notariat kontorunun xx.xx.2005-ci il tarixli 4Ə/02-535 saylı alqı-satqı müqaviləsi ilə satılmış 0,12 hektar 1636 a saylı bağ sahəsi Maraqlı şəxs3 mülkiyyətinə verilmiş, şəhadətnamə iki nüsxədən ibarət tərtib edilərək 3220 nömrə ilə kitabda qeydə alınmışdır. Azərbaycan Respulikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1637a nömrəli bağ sahəsinin istifadəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 18692 (36198 sənəddə olduğu kimi) nömrəli müqavilə idarənin arxivində mövcuddur. Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin Bilgəh ərazisindəki 1637 a nömrəli bağın istifadəyə verilməsinə dair 18692 (36198) saylı 24 oktyabr 2005-ci il tarixli müqaviləsinin surətindən görünür ki, Birilik Sabunçu rayonun Bilgəh ərazisində 0,09 hektar torpaq sahəsindən ibarət bağlı 25 oktyabr 2005-ci il tarixdən 24 oktyabr 2015-ci il tarixədək İddiaçı istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə Bakı Apellyasiya Məhkəməsinə təqdim olunmuş İddiaçı məxsus Sabunçu rayonu Bilgəh bağ massivi 1637a saylı bağ sahəsinə dair 18692(36198) nömrəli müqavilə qovluğunda saxlanılan sənədlərdən müəyyən olunur ki: İddiaçı xx.xx.2005-ci il tarixdə Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinə ərizə ilə müraciət edərək Bilgəh bağ massivində uzun illər istifadə etdiyi, ev tikdiyi sahəni qonşuların təsdiq sənələrinə əsasən adına sənədləşdirilməsini xahiş etmişdir. Bilgəh bağlar massivində 12 saylı bağın icarədarı X26 notarial qaydada təsdiq olunmuş 2005-ci il tarixli ərizəsi ilə Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinə müraciət edərək 30 ildən artıq Bilgəh bağlar massivində yerləşən torpaq sahəsində İddiaçı abadlıq işləri aparmasını, sahəyə qulluq etməsini, ağac əkməsini, suvarmasını, bütün gigiyena-sanitar normalarına uyğun olaraq sahəni abadlaşdırıb ev tikməsini bildirb həmin sahənin onun adına sənədləşdirilməsini xahiş etmişdir. Bilgəh bağlar massivində 12 a saylı bağ sahəsinin icarədarı X4 notarial qaydada təsdiq olunmuş tarixi müəyyən olunmayan ərizəsi ilə Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinə müraciət edərək 30 ildən artıq Bilgəh bağlar massivində yerləşən torpaq sahəsinə İddiaçı qulluq etməsini, sahəni və onun ətrafını gigiyena-sanitar normalarına uyğun olaraq abadlaşdırıb, sahədə ağac əkməsini, suvarmasını, ev tikməsini bildirb həmin sahənin İddiaçı adına sənədləşdirilməsini xahiş etmişdir. Bilgəh bağlar massivində 1638 saylı bağ sahəsinin icarədarı X2 notarial qaydada təsdiq olunmuş xx.xx.2005-ci il tarixili ərizəsi ilə Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinə müraciət edərək 30 ildən artıq Bilgəh bağlar massivində yerləşən torpaq sahəsinə İddiaçı qulluq etməsini, sahəni və onun ətrafını gigiyena-sanitar normalarına uyğun olaraq abadlaşdırıb, sahədə ağac əkməsini, suvarmasını, ev tikməsini bildirb həmin sahənin onun adına sənədləşdirilməsini xahiş etmişdir. Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin Bilgəh ərazisindəki 1637 a nömrəli bağın istifadəyə verilməsinə dair 18692 (bağ sahəsinin nömrəsində 18693-dən 18692-yə düzəliş edilmişdir) saylı xx.xx.2005-ci il tarixli müqaviləsinin surətindən görünür ki, Birilik Sabunçu rayonun Bilgəh ərazisində 0,09 hektar torpaq sahəsindən ibarət bağı xx.xx.1988ci il tarixdən xx.xx.1998-ci il tarixədək X7 istifadəsinə verməyi öhdəsinə götürmüşdür. X13 xx.xx.1988-ci il tarixili ərizəsi ilə Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinə müraciət edərək 1637 saylı bağın torpaq sahəsinin yarısını bacısı E.L. Qluşenkonun adına sənədləşdirilməsini xahiş etmişdir. (ərizədən görünür ki, bağ sahəsinin nömrəsi 1632 yazıldıqdan sonra 1637-yə düzəliş edilmişdir) Bağların sxematik xəritəsindən çıxarışdan görünür ki, 1637 a saylı bağ sahəsi xəritədə qeyd olunmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətininn 1 saylı Bakı Ərazi İdairəsinin xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən müəyyən olunur ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi E.T. Baloğlanova Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivi ünvanında yerləşən 1637 a saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2019-cu il tarixli ərizəsi üzrə aparılan araşdırma zamanı təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən bağ sahəsinin ölçüsünün 900.0 kv.m qeyd edilsə də, faktiki 2020.0 kv.m torpaq sahəsinin ümumi hasar daxilində istifadə edilməkdə olması, elektron kadastr məlumatlarına əsasən göstərilən ümumi bağ sahəsinin digər fiziki şəxslərin adına daşınmaz əmlak dövlət reyestrindən qeydiyyatdan keçməsi, bu səbəblərdən ərizənin icrasının mümkün olmaması, “Yerli İcra hakimiyyəti” orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o, cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsinin qərara alınması, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2.-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılması, qeyd olunanlara əsasən hüquqlarının qeydiyyata alınmasından imtina edilməsi bildirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, M.B.M. vəkil bürosuna, Bakı şəhəri, Sabunçu rayon, Bilgəh bağ massivi ünvanında yerləşən 1636 a saylı bağ sahəsinin sahibi barədə 00720 nömrəli, 15 yanvar 2020-ci il tarixli sorğuya Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılaraq, bildirilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, 0.12 hektar torpaq sahəsi ilə 1636 “a” saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alımasına dair məlumat aşkar olunmamış, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən tərtib edilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1993cü il tarixli 8 saylı qərarına əsasən Sabunçu rayonu Bilgəh bağ massivində yerləşən 0,12 hektar sahəsi olan 1636 a saylı bağ sahəsinə dair Cavabdeh adına (ümumbirgə) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surəti (JN-23928D kod ********) İdarənin arxivində mövcuddur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mübahisələndirilən torpaq sahəsinə baxış keçirilərkən, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılmış araşdırmaları əks etdirən sxemlər hazırlanıb təqdim edilmişdir. Elektron kadastr baza məlumatlarına əsasən iddia edilən torpaq sahəsi yaşayış məntəqəsinin hüdudları daxilində, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 817 nömrəli sərəncamı ilə Sabunçu rayonu Bilgəh Bələdiyyəsinə ayrılması nəzərdə tutulan dövlətin mülkiyyətində olan torpaq sahəsidir. İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahələrinə başqa vətəndaşların adına hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat aşkar edilməsə də, naturada iddiaçının təkidi ilə ölçülmüş qonşu 1636 saylı bağ sahəsinə sahəsi 0.1135 hektar, reyestr nömrəsi **********25 olan X5 adına, 1636 saylı bağ sahəsinə sahəsi 0.1135 hektar, reyestr nömrəsi **********325 olan X3 adınla çıxarışlarla bağ sahələri qeydiyyatdan keçərək mülkiyyətə verilmişdir (sxemlər əlavə edilir). Rəydən daha sonra görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli 22 may 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan Bağ Təsərrüfatı idarələri ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyi üçün Bakı və Bakı ətrafı eləcə də yerli icra hakimiyyəti orqanlarının nəzdində olmuş bağ təsərrüfatı idarələri tərəfindən verilmiş özəlləşməyən bağ sahələri (arxiv sənədləri) barədə elektron kadastr bazasında əlavə məlumatlar aşkar edilməmişdir. Rəydən daha sonra görünür ki, təqdim edilmiş sənədlərə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivi ünvanında yerləşən 1636 “a” saylı bağ sahəsinin Cavabdeh və 1637 “a” saylı bağ sahəsinin İddiaçı məxsus olduğu aydın olsa da mülkiyyətə verilmələri və qeydiyyata alınmaları barədə məlumat aşkar edilməmişdir. Qeyd olunan bağ sahələrinin yerləşmə mövqeyi barədə heç bir texniki sənəd təqdim edilməmiş, iddia edilən və naturada göstərilən bağ sahəsinin koordinatlarını, qonşuluqda yerləşən bağ sahəsi barədə və digər texniki parametrləri əks etdirən rəyə əlavə edilmiş sxemdə öz əksini tapmışdır. Sözü gedən, iddia edilən bağ sahəsi cavabdehin istifadəsində olan faktiki ölçüsü 2185 kv.m təşkil edən ümumi hasar daxilində yerləşməklə içərisinin (228 kv.m) yaşayış evi və (119 kv.m) digər tikili mövcuddur ki, vahid təsərrüfat şəklindədir, sxemdə qeyd edilən 119 kv.m ölçüdə olan tikili iddia edilən torpaq sahəsində yerləşir. Rəydən daha sonra görünür ki, iddiaçının faktiki göstərdiyi və iddia etdiyi mübahisəli torpaq sahəsi və üzərində olan tikiliyə mülkiyyət hüququna dair sənəd aşkar edilmədiyi üçün elektron kadastr baza məlumatlarına əsasən hal-hazırda yaşayış məntəqəsinin hüdudları daxilində, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 817 nömrəli sərəncamı ilə Sabunçu rayonu Bilgəh Bələdiyyəsinə ayrılması nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahəsidir. Rəydən daha sonra müəyyən olunur ki, iddiaçının istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivi ünvanında yerləşəndən Bakı şəhəri Sabunçu Bilgəh bağ massivi ünvanında yerləşən 1637 “a” nömrəli bağ sahəsinə aid heç bir texniki sənəd təqdim edilməmiş, lakin mübahisələndirilən idddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsində cavabdehə məxsus 119 kv.m ölçüdə tikili mövcuddur. Sabunçu rayonu, Ləhiş qəsəbəsində 2227 nömrəli 0.1027 hektar bağ sahəsinə dair heç bir sənəd təqdim edilməmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivi ünvanında yerləşən 1636 “a” “1637” “a” saylı bağ sahələri barədə heç bir texniki sənəd təqdim edilməməsi səbəbindən onların naturada üst-üstə düşüb-düşməmələrini müəyyən etmək mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məlumatında bildirilir: - Baza məlumatlarına əsasən qeyd olunan bağ sahələri qeydiyyatdan keçməyib və qonşu sahələrdir. 4) Bilgəh bağ massvivi 1636A və 1637A nömrəli bağların ərazisinə uyğun gəlir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi ilə mütəxəssis qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılmışdır: Sual 1. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivi ünvanında yerləşən İddiaçı, Cavabdeh və Maraqlı şəxs3 məxsus torpaq sahələrinin hər birinin ayrı-ayrılıqda rəsmi və faktiki konturları müəyyən edilsin. Cavab: Göstərilən torpaq sahəsi faktiki olaraq 0.2148 ha təşkil edir. Faktiki olaraq göstərilən 0.2148 ha torpaq sahəsinin koordinatlarını və yerləşməsini əks etdirən sxem əlavə olundu. İddiaçı ayrılmış 1637 a nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından və həmçinin bağ sahəsi koordinat sistemində verilmədiyindən yerləşməsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmadı. İddiaçı ilə dəfələrlə telefon ilə əlaqə saxlanılsa da, texniki baxışa şərait yaradılmadı. Belə ki, iddiaçı naturada bağ sahəsinin ümumi ərazinin hansı hissəsinin bağ sahəsində ölçü göstərmədi. Həmçinin yerli baxış zamanı 3-cü şəxsin nümayəndəsi bağ sahəsində ölçü işlərinin aparılmasına şərait yaratsa da, ümumi ərazidə sənəd üzrə sahənin harda yerləşməsini bilmir. Nümayəndənin bildirdiyinə əsasən Cavabdeh sözügedən mübahisəli torpaq sahəsinə heç bir iddiası yoxdur (nümayəndənin sözlərinə əsasən Cavabdeh həmin torpaqların bir hissəsini İddiaçı digər hissəsini isə Maraqlı şəxs3 satmışdır). Vahid elektron baza məlumatlarına əsasən Maraqlı şəxs3 məxsus (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-24829D saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ilkin yerləşmə cizgisi göstərilən sahənin bir hissəsinə uyğun gəlir. Tikilinin kimə məxsus olması barədə məlumat yoxdur. İddiaçı hər hansı ərazini göstərməyib (mühəndisin qeydinə əsasən). Bağların bölgüsünə dair sxematik xəritə və JN-24829D saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ilkin yerləşmə cizgisinə əsaəsn 1637 və 1637 a saylı bağ sahəsi 1636, 1636a saylı bağ sahəsinin cənub hissəsində yerləşməlidir. Sual 2: İddiaçı, Cavabdeh və Maraqlı şəxs3 məxsus torpaq sahələri faktiki üst-üstə düşürmü? Cavab: Qeyd olunan sualla 1-ci sualın cavab bəndində aydınlıq gətirilmişdir. Sual 3: Əgər üst-üstə düşürsə, hansı şəxslərin torpaq sahələri və hansı ölçüdə üstüstə düşür? Cavab: Qeyd olunan sualla 1-ci sualın cavab bəndində aydınlıq gətirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7019 saylı xx.xx.2024-cü il tarixli rəyindən müəyyən olunur ki, ekpert Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində göstərilənlərə əsasən rəyini tərtib etmişdir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi ilə mütəxəssis qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılmışdır: Göstərilən torpaq sahəsi faktiki olaraq 0.2158 ha təşkil edir. Faktiki olaraq göstərilən 0.2148 ha torpaq sahəsinin koordinatlarını və yerləməsini əks etdirilən baş plan rəyə əlavə olunur. Təkrar baxış zamanı İddiaçı nümayəndəsi və cavabdeh Maraqlı şəxs3 nümayəndəsi ilə sözügedən mübahisəli torpaq sahəsinə baxış keçirildi. İddiaçının nümayəndəsi tərəfindən ümumi hasar daxilində iddia etdiyi 0.09 ha torpaq sahəsinin cizgisi, ölçüləri və koordinatları rəyə əlavə olunur. İddiaçının nümayəndəsi tərəfindən göstərilən sahədə qaraj və köməkçi tikili mövcuddur. İddiaçının nümayəndəsinin şifahi məlumatına əsasən sahədə inşa olunan qaraj və köməkçi tikili cavabdeh tərəfindən qanunsuz tikilmişdir. Bundan əlavə cavabdeh Maraqlı şəxs3 nümayəndəsi şifahi olaraq, ümumi hasar daxilindəki 0.2148 ha torpaq sahəsi onlara məxsus olmasını, həmin 0,12 ha sahəyə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin olmamasını və yerdə qalan digər sahəyə isə bələdiyyə sənədinin olmasını bildirdi. Qeyd olunanlara nəzərən bildirilir ki, mübahisəli sahə bağ sahələri üçü ayrılmış ərazilərdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən (arxivdə saxlanılan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh adına verilmiş JN-23928D (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin məlumatlarına əsasən) baş planda qeyd olunan “A” və “İİ” saylı tikilinin yerləşdiyi ərazinin şimal hissəsi özəl 1636 saylı bağ sahəsinin, qərb hissəsi isə 1636 a saylı bağ sahəsinə məxsusdur. Tikilinin kimə məxsus olması barədə bazada məlumat yoxdur. Əlavə olaraq bildirilir ki, müvafiq sorğu nəticəsində əldə olunan məlumatlara əsasən JN-23928D (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Cavabdeh adından alqı-satqı (4Ə/02-535 reyestr nömrəli, xx.xx.2005-ci il tarixli müqavilə) yolu ilə Maraqlı şəxs3 adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasi Mərkəzinin 03 dekabr 2025-ci il tarixli, 10/5092 nömrəli rəyindən müəyyən olunur ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivi ünvanında yerləşən 1637 a saylı bağın torpaq sahəsinin faktiki ölçüsü 900 kv.metr təşkil edir. Torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: X Y 416934.6920 4492302.9110 416929.3390 4492318.4163 416875.8208 4492307.7401 416879.5860 4492291.9180 Rəydən daha sonra müəyyən olunur ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivi ünvanında yerləşən, torpaq sahəsi 0.09 ha olan, koordinatları mülki işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilən, 1637 a saylı bağ sahəsində qaraj və yardımçı tikililər inşa edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iddiaçının iddia ərizəsində sökülməsini iddia etdiyi özbaşına inşa edilmiş tikililər İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivi ünvanında yerləşən, torpaq sahəsi 0.09 ha olan, koordinatları mülki işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilən, 1637 a saylı bağ sahəsində inşa edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən (arxivdə saxlanılan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh adına verilmiş JN-23928D (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin məlumatlarına əsasən) baş planda qeyd olunan "A” və “İİ” saylı tikilinin yerləşdiyi ərazinin şimal hissəsi özəl 1636 saylı bağ sahəsinin, qərb hissəsi isə 1636 a saylı bağ sahəsinə məxsusdur (sxem-mülki iş materialı səhifə 104). Rəydən daha sonra müəyyən olunur ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivi ünvanında yerləşən, torpaq sahəsi 0.09 ha olan, koordinatları mülki işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilən, 1637 a saylı bağ sahəsinə aid torpaq sahəsi ilə cavabdeh Maraqlı şəxs3 JN-24829D saylı kod ******* nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh bağ massivi ünvanında yerləşən, torpaq sahəsi 0.12 ha olan 1636 a saylı bağ sahəsinə aid torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunur (sxem-mülki iş materialı səhifə 104). Rəydən daha sonra müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. X23 və X18 Məsuliyyətli Cəmiyyətinin Maraqlı şəxs3 müraciəti əsasında tərtib etdiyi xx.xx.2025-ci il tarixli, 132 nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivi ünvanında yerləşən 1637 a saylı bağ torpaq sahəsinin yeri bağların bölgü sxemində qeyd edilmədiyindən yerinin müəyyən edilməsi mümkün olmamışdır. Naturada mübahisələndirilən (Maraqlı şəxs3 istifadəsində olan) torpaq sahəsi bağların bölgü sxeminə əsasən 1637 a saylı bağın ərazisinə düşmür. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastn və Reyestri publik hüquqi şəxsinin 1 saytı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş sxemdə qeyd olunan koordinatlar bağların bölgü sxeminə əsasən 1637 a saylı bağ torpaq sahəsinə aid deyil. Həmin ərazi bağ sahələrinin sxemində boş, nömrəsiz ərazidir. X23 və X18 Məsuliyyətli Cəmiyyətinin Maraqlı şəxs3 müraciəti əsasında tərtib etdiyi xx.xx.2026-cı il tarixli, 14 nömrəli rəyindən görünür ki, tədqiqat torpaqların alqı-satqısına dair xx.xx.2005-ci il tarixli akta və 145 nömrəli xx.xx.2005-ci tarixli qərara əsasən Bilgəh Bələdiyyəsi tərəfindən Maraqlı şəxs3 satılmış Bilgəh qəsəbəsi ərazisində yerləşən 800 kv.m torpaq sahəsi üzrə aparılır. Təqdim olunmuş torpaqların alqı-satqısma dair xx.xx.2005-ci il tarixli aktdan və 145 nömrəli xx.xx.2005-ci il tarixli qərardan məlum olur ki, Bilgəh Bələdiyyəsi tərəfindən Maraqlı şəxs3 satılmış Bilgəh qəsəbəsi ərazisində yerləşən 800 kv.m torpaq sahəsi ayrılmışdır. Bələdiyyə tərəfindən ayrılmış və cizgidə göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunan koordinatlar daxilində yerləşir. Müraciətdə qoyulmuş suallar təqdim olunmuş sənədlərə əsasən torpaq qanunvericiliyinə uyğun olaraq yerquruluşu qaydasında təkrar araşdırılma zamanı məlum olmuşdur ki, bundan əvvəlki "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 132 saylı rəydə və həmin rəyə əlavə edilmiş ortofoto görüntülərində də qeyd edildiyi kimi, həmin ərazinin bağ torpaq sahələrinin sxemində 1637a saylı bağ sahəsi yoxdur. Lakin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastn və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi ilə həmin bos sahənin koordinatları qeyd edilərək bu ərazi 1637a nömrəsi adı altında göstərilmişdir. Halbuki, bağların bölgü sxemində 1636 və 1637 saylı bağların qonşuluğunda 1637a saylı bağ sahəsi öz əksini tapmamışdır. İddiaçı tərəfindən sökülməsi iddia edilən tikililər bağ torpaq sahələrinin sxeminə əsasən boş, nömrəsiz ərazidə inşa edilmişdir. Hansı ki, həmin ərazi torpaqların alqı-satqısına dair xx.xx.2005-ci il tarixli akta və 145 nömrəli xx.xx.2005-ci il tarixli Qərara əsasən Bilgəh Bələdiyyəsi tərəfindən Maraqlı şəxs3 satılmış və koordinatları reyestr xidməti tərəfindən müəyyən edilmiş Bilgəh Bələdiyyəsinə aid torpaqların hüdudları daxilində yerləşir. Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin xx.xx.2026-cı il tarixli, BB-36-2026 saylı məktubundan görünür ki, Bilgəh Bələdiyyəsinin 2000-2008-ci illərə aid sənədlərin Arxiv İdarəsinin xx.xx.2009-cu il tarixli müvafiq akta əsasən oxunması mümkün olmadığına görə məhv edilmişdir. Ona görə də, X14 01 aprel 2005-ci il tarixli 145 saylı qərarı ilə Maraqlı şəxs3 ayrılmış, Bilgəh qəsəbəsində yerləşən 1636 a saylı bağın 0.08 ha artıq torpaq sahəsinə dair aidiyyəti sənədlərin surətlərinin verilməsi mümkünsüzdür. Həmçinin bildirilir ki, Maraqlı şəxs3 X1 sistemində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Vətəndaşın 2026-cı il üçün 1636 a saylı bağın 0.08 ha artıq torpaq sahəsinə görə bələdiyyə büdcəsinə torpaq vergi borcu yoxdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin xx.xx.2026-cı il tarixli, 3-16-9/2-N-9645-6/2026-C-6422 nömrəli məktubundan müəyyən olunur ki, Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 145 saylı qərarı Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Dövlət X19 03 fevral 2026-cı il tarixli, 3-48-2F/2-334/2026 saylı məktubundan müəyyən olunur ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 145 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə bağlanmış 18692 (36198) saylı xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Sabunçu rayonu, Bilgəh bağ massivi ünvanında yerləşən 1637 “a” saylı bağ sahəsi onun istifadəsinə verilmişdir. xx.xx.2019-cu il tarixdə iş üzrə maraqlı şəxs DƏDRX-nin Bakı Ərazi İdarəsinə müraciət edərək, bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin, xidmətin xx.xx.2019-cu il tarixli məktubu ilə torpaq üzərindəki hüquqlarının qeydiyyatından imtina olunmuşdur. İmtina məktublarında qeyd olunmuşdur ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən bağ sahəsinin ölçüsü faktiki torpaq sahəsinin ölçüləri ilə uyğun deyildir, həmçinin elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin fatiki yerləşməsinin qonşu bağ nömrələrinin ardıcıllığına uyğun gəlmir və nəhayət bağ sahəsi digər fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Bundan sonra araşdırma nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı faktiki istifadəsində olan qeyd edilən bağ sahəsi həqiqətətn də X5 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Bu yanlışlığa səbəb qonşu bağ sahələrinin hüdudlarının hüquqmüəyyənedici sənədlərə uyğun olmayan şəkildə bölünməsi və hasara alınması olmuşdur. Məsələnin digər faktiki halı da ondan ibarətdir ki, İddiaçı yuxarıda qeyd olunan icarə müqaviləsinə əsasən istifadəsinə verilmiş 1637 “a” saylı bağ sahəsi qonşu bağ sahəsinin sahibi olan Cavabdeh tərəfindən zəbt edilərək hüdudları daxilində qanunsuz olaraq fərdi yaşayış evi və başqa yardımçı sahələr inşa olunmuşdur. Belə ki, iddiaçının istifadəsinə verilmiş 1637 “a” saylı bağ sahəsinin qonşuluğunda yerləşən 1636 “a” saylı bağ sahəsinin kimə məxsus olması ilə bağlı edilmiş sorğuya DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubu ilə müəyyən olunur ki, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0.12 hektar sahəsi olan 1636 “a” saylı bağ sahəsinə dair Cavabdeh adına (ümumibirgə) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surəti (JN-23928D kod ********) idarənin arxivində mövcuddur. Hesab edir ki, cavabdeh tərəfindən zəbt olunmuş ərazidə inşa olunmuş tikililər cavabdehin hesabına sökülərək ərazi əvvəlki vəziyyətə gətirilməklə iddiaçının istifadəsinə qaytarılmalıdır. Ona görə də, Bakı şəhəri Sabunçu rayonu Bilgəh bağ massivi ünvanında yerləşən 1637 a saylıbağ sahəsinin hüdudları daxilində Cavabdeh tərəfindən inşa olunmuş qanunsuz tikililərinonunhesabına sökülməsi və ərazinin əvvəlki vəziyyətinə gətirilərək iddiaçının qanuni istifadəsinə qayatarılması barədə qətnamə çıxarılması xahiş olunur. İddiaçının nümayəndəsi (vəkili) X9 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izah vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, sözügedən bağ sahəsini o, yarım tikili vəziyyətində 15 il əvvəl digər bir şəxsə satıb və hal-hazırda da onun faktiki istifadəsində və sərəncamındadır. Deməli, verilən ərizə üzrə iddiaçı əsl cavabdeh(lər)i müəyyən etməlidir. Bu baxımdan iş üzrə onun cavabdeh olaraq, göstərilməsi mülki prosessual qanunvericiliklə düzgün deyil və məhkəmə tərəfindən iddiaçının üzərinə cavabdehlərin müəyyən edilməsi və bu xüsusat üzrə də iddia tələbinin əsaslandırılması üçün əlavə sübutetmə yükü qoyulmalıdır. Ərizədə qeyd olunur ki, iddiaçıya məxsus Sabunçu rayonu, Bilgəh bağ massivi ünvanında yerləşən 1637 “a” saylı bağ sahəsinin ölçüsü faktiki torpaq sahəsinin ölçüləri ilə uyğun deyildir, elekton kadastr məlumatlarına əsasən, bağ sahəsinin faktiki yerləşməsinin qonşu bağ nömrələrinin ardıcıllığına uyğun gəlmir və nəhayət bağ sahəsi digər fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reyetsrindən qeydiyyatdan keçmişdir. Göründüyü kimi, iddiaçı açıq şəkildə etiraf edir ki, sənəd üzərindəki ölçüyə əsasən torpaq sahəsinin ölçüləri nəinki faktiki, heç mötəbər məlumat bazasını ehtiva edən elektron kadastr məlumatlarına da uyğun deyildir. Sözügedən vəziyyət cavabdehlərin yox, iddiaçının ilkin sənədlərinin qeyri-mötəbərliyindən irəli gəlir. Həmçinin, cavabdehə məxsus 1636 “a” ünvanında yerləşən bağ sahəsinin faktiki və kadastr ölçülərinə uyğun daşınmaz əmlaka dair sənədi mövcuddur. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş, Cavabdeh və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-277/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, iddia təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivi ünvanında yerləşən 1637 a saylı bağ sahəsinin hüdudları daxilində Cavabdeh tərəfində inşa edilmiş qanunsuz tikililərin (119 kv.m) boşaldılaraq özbaşına tikililərin cavabdehin hesabına sökülməsi və ərazinin əvvəlki vəziyyətə gətirilərək iddiaçının qanuni istifadəsinə qaytarılması qət etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı haqlı olaraq 24 oktyabr 2025-ci il tarixli, 18692 (361198) saylı bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən qanuni istifadəsinə verilmiş bağ sahəsinə mülkiyyət hüququ əldə etmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdehin müdaxilələri səbəbindən həmin torpaq sahəsinə mülkiyyət hüququ əldə edə bilməmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh adına (DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubu) Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0.12 hektar sahəsi olan 1636 “a” saylı bağ sahəsinə dair “ümumibirgə” torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surəti (JN-23928D kod ********) idarənin arxivində mövcuddur. Mütəxəssis tədqiqatı zamanı müəyyən edilmişdir ki, naturada göstərilən və tədqiq edilmiş torpaq sahələri baza məlumatlarına əsasən qeydiyyat keçməyib və qonşu sahələrdir. Bilgəh bağ massivi 1636 “a” və 1637 “a” nömrəli bağların ərazisinə uyğun gəlir. Həmçinin tədqiqat zamanı cavabdehə 0.12 hektar sahəsi olan 1636 “a” saylı bağ sahəsi ayrılmasına baxmayaraq onun istifadəsində olan faktiki ölçüsü 2185 kv.m təşkil edən ümumi hasar daxilində yerləşməklə içərisində (228 kv.m) yaşayış evi və (119 kv.m) digər tikili mövcuddur ki, vahid təsərrüfat şəklindədir, qeyd edilən 119 kv.m ölçüdə olan tikili iddiaçıya məxsus torpaq sahəsində yerləşir. Bununla əlaqədar iddia tələbi təmin edilərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivi ünvanında yerləşən 1637 “a” saylı bağ sahəsinin hüdudları daxilində Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililər (119 kv.m) boşaldılmalı, özbaşına tikililər cavabdehin hesabına sökülməli və ərazi əvvəlki vəziyyətinə gətirilərək İddiaçı qanuni istifadəsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 241.2-ci maddəsinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə, 22-ci maddəsinin 5-ci bəndinə, 48-ci maddəsinin 4-cü bəndinə, 55-ci maddəsinə, 67-ci maddəsinin 3-cü bəndinə, 68, 111-ci maddələrinə, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 nömrəli Qərarının 3, 6-cı bəndlərinə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9, 10-cu maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və koorperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-277/2021 saylı qətnaməsindən Maraqlı şəxs3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sabunçu rayon İcra və probasiya şöbəsinin əməkdaşlarının icra sənədinə əsasən verdiyi məlumata əsasən Sabunçu Rayon Məhkəməsi tərəfindən işdə iştirak etməyə cəlb edilməli olduğu halda cəlb edilmədən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan mülki işə baxılmışdır. İcra sənədindən məlum olmuşdur ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-277/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivi ünvanında yerləşən 1637 “a” saylı bağ sahəsinin hüdudları daxilində Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililər (119 kv.m) boşaldılaraq özbaşına tikililərin cavabdehin hesabına sökülməsi və ərazinin əvvəlki vəziyyətinə gətirilərək İddiaçı qanuni istifadəsinə qaytarılması qət edilmişdir. Sabunçu rayon İcra və probasiya şöbəsinin əməkdaşlarına Cavabdeh olmadığını bildirsə də, icra məmurları bildirdilər ki, guya Reyestr Xidmətinin mütəxəssislərinin verdiyi məlumata görə Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililər qanuni əsaslarla ona məxsus olan torpaq sahəsində yerləşir və söküləcəkdir. İcra məmurlarının ciddiliyini və tez bir vaxtda bildirdiklərini yerinə yetirəcəyinə əmin olduqdan sonra məhkəmə aktını almadan apellyasiya şikayəti verməyi qərara almışdır. İcra sənədi ilə müəyyən olunur ki, İddiaçı qanunsuz tukilinin sökülməsi barədə məhkəmədə iddia qaldırmış və iddia birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Yuxarıda qeyd edildiyi kimi Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Hesab edir ki, işə baxan məhkəmə heç bir araşdırma aparmadığından, bu səbəbdən onu işə cəlb etməli olduğu halda cəlb etməyərək hüquq və vəzifələrinə toxunan qətnamə qəbul etdiyindən, bununla da mülki mühakimə icraatının təməl prinsiplərindən olan çəkişmə prinsipini pozaraq işə baxdığından, Sabunçu Rayon Məhkəməsinin 2(008)-277/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi qeyri-obyektiv, əsassız və qanunsuz olduğundan həmçinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv olunmalı, iddia tələbi rədd edilməlidir. Məlum olduğu kimi işin hərtərəfli və tam araşdırılması əsaslı qətnamə çıxarmaq üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə baxılan işlə əlaqədar hər cür faktı deyil, yalnız prosesin nəticəsinə bu və ya digər dərəcədə təsir edə bilən halları araşdırmalıdır. Lakin məhkəmə qətnaməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinə əsasən mülki mühakimə icraatının fundamental prinsiplərindən biri olan "çəkişmə prinsipinə" zidd olaraq tərəfi çağırmadığına, onun dəlillərini, izahatlarını nəzərə almadığına görə məhkəmənin qəbul etdiyi qərar qanuni və əsaslı sayla bilməz. Hesab edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən işə cəlb edilmədiyi üçün "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququ kobudcasına pozulmuşdur. Konvensiyanın mənasına görə hakim tərəflərin bərabərliyi prinsipinə riayət edilməsinə görə cavabdehlik daşıyır, bu prinsip o deməkdir ki, bütün tərəflərə onları əks tərəfin qarşısında əhəmiyyətli dərəcədə əlverişsiz vəziyyətə salmayan şəraitdə dəlillərini irəli sürə bilmələri üçün ağlabatan imkan verilməlidir. Kremar və başqaları Çex Respublikasına qarşı məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, prosesdəki tərəf məhkəməyə təqdim edilən sübutlarla tanış olmaq, eləcə də onların mövcudluğu, məzmunu və həqiqətə uyğunluğu barədə lazımi formada və lazımi vaxt çərçivəsində, ehtiyac olduqda yazılı formada və qabaqcadan şərh vermək imkanına malik olmalıdır. Beləliklə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-277/2021 saylı 03 iyun 2021-ci il tarixli qətnaməsi qəbul edilərkən digər normalarla bərabər "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququ pozulmuşdur. Hesab edir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 277/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi qeyri-obyektiv, əsassız və qanunsuz olduğundan ləğv olunmalıdır. Yuxarıda qeyd olunduğu kimi birinci instansiya məhkəməsi tərəfindən işin obyektiv həlli üçün lazımi şərait yaradılmadığından, iddiaçının bilə-bilə verdiyi birtəfəli subutlar əsasında məhkəmə prosesi keçirildiyindən, ümumiyyətlə torpaq sahəsi və tikililərlə bağlı lazımı sübut və dəlillər tələb edilmədən, araşdırma aparılmadan işə baxıldığından, qəbul edilmiş məhkəmə aktı qanuni və əsaslı sayıla bilməz. İcra sənədinə əsasən icra məmurlarının sökmək istədiyi torpaq sahəsi və tikililər qanuni əsaslarla və mötəbər sənədlərlə ona məxsusdur. Belə ki, İddiaçı mübahisə açdığı ərazidəki torpağın 0,12 ha hissəsi (1636A saylı bağ) Torpağın mülkiyyətə verilməsinə dair JN-24829D nömrəli şəhadətnamə ilə ona məxsusdur. Bundan başqa, Bilgəh qəsəbəsi ərazisində yerləşən 1636A saylı bağın 800 m2 artıq torpaq sahəsi Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 145 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə onun qanuni istifadəsinə verilmişdir. Beləliklə, apellyasiya şikayətinə əlavə etdiyi sənədlərlə müəyyən olunur ki, mülkiyyətində olan torpaq sahələri ola-ola, işə baxan birinci instansiya məhkəməsi müvafiq dövlət strukturlarından (DƏDRX), bələdiyyədən lazımi sənədləri, məlumatları tələb etməklə və ya yeli baxış keçirməklə obyektiv həqiqəti müəyyən edə bilərdi. Bununla da onları mülki mühakimə icraatına cəlb etməklə prosesin çəkişmə prinsipini təmin etmiş olardı ki, nəticədə qanuni və əsaslı məhkəmə aktının çıxarılmasına rəvac verərdi. Lakin çox təəssüf olsun ki, birinci instansiya məhkəməsi işə yarımçıq baxmaqla, lazımi araşdırma aparmadan proses keçirməklə mülkiyyət hüquqlarının pozulması ilə müşayət olunan qətnamə qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hesab edir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-277/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi şəxsi mülahizələr əsasında və yoxlanılmamış dəlillər əsasında qurulduğundan, məhkəmənin gəldiyi nəticə həm faktiki hallarla bağlı, həm də tətbiq edilmiş hüquq normalara görə işin həqiqi hallarına uyğun deyil və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, ona görə də iddia tələbi təmin olunmamalıdır.“S.A.Rəsulovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 07 aprel 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 mart 2005-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquqi aktların (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsi) tələblərinə görə məhkəmə müdafiəsi mahiyyəti etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Hesab edir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-277/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi işin müəyyən edilmiş hallarını araşdırmadan, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarıldığından ləğv edilməli, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyaisya şikayətinə qarşı yazılı etiraz məhkəməyə təqdim olunmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh mülkiyyətində olan torpaq sahəsini iş üzrə Maraqlı şəxs3 satdığından, Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası MPM-in 58.1.-ci maddəsinin tələblərinə əsasən, Cavabdeh Maraqlı şəxs3 ilə əvəz edimişdir. Belə ki, prosessual hüquq varisliyinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 58.2.-ci maddəsinə əsasən, hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında cavabdeh Maraqlı şəxs3 nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Maraqlı şəxs3 nümayəndəsi (vəkili) Vəkil4 apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, o, hazırki iddianı qaldırmaqda İddiaçı subyektiv hüququ yoxdur. Belə ki, qarṣı tərəf iddia ərizəsində göstərmişdir ki, Bilgəh qəsəbəsində yerləṣən 1637a saylı bağ sahəsi ona məxsusdur və cavabdeh tərəfindən orda inṣa edilmiṣ sahəsi 119 m2 olan tikililər onun bağ sahəsində tikilmiṣdir. 1637a saylı bağ sahəsi iddiaçıya məxsus deyildir. İlkin olaraq bağlar təsərrüfatı inkiṣafı və istismar birliyi ilə istifadə ilə bağlı müqavilə bağlanmış və iddiaçıya 9 sot torpaq verilmişdir. 1637a saylı bağ sahəsinin iddia edilən yerə aid olması iṣ materialları ilə sübuta yetirilməmişdir. Məhkəməyə mütəxəssis tərəfindən bağların sxemi təqdim olunmuṣdur. Həmin sxemdə də 1637a saylı bağ sahəsi boṣ sahə kimi görünür. Onların təqdim etdikləri mütəxəssis rəyində də ekspert bildirmişdir ki, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiṣ sxemdə qeyd olunan koordinatlar bağların bölgü sxeminə əsasən 1637a saylı bağ torpaq sahəsinə aid deyildir. İddiaçı iddia etmişdir ki, onun hüququ 1637a saylı bağ sahəsinədir. Amma bağların bölgü sxeminə həmin ərazi aid deyildir, həmin ərazi boṣ, nömrəsiz sahə kimi göstərilmiṣdir. Hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmiṣdən əvvəl 1637a saylı bağın yerini müəyyən etməli idi ki, onun bağı hara düṣür. İcra hakimiyyəti müvafiq qaydada vətəndaṣlara torpaq sahəsi ayıranda mütləq ərazinin yerləṣmə sxemi sənədlərə əlavə olunur. Hazırki mərhələdə də bu yerləṣmə sxemi yoxdur. Bağların bölgü sxemində də iddia olunan 1637a saylı bağ sahəsi yoxdur. Hesab edir ki, birinci növbədə iddiaçının subyektiv hüququ müəyyən edilməli idi. İkinci dəlilləri budur ki, iṣ materiallarına diqqət yetiriləndə müəyyən olunur ki, iddiaçı birinci növbədə hüquqlarının qeydə alınması üçün Daṣınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etmiş və orada da araṣdırma aparılaraq müəyyən edilmişdir ki, iddiaçının 9 sotdan əlavə 21 sot torpağı olmuş, həmin torpaq sahəsində baṣqa ṣəxslərin mülkiyyət hüquqları qeydə alınmışdır. Bu da bir növ sübutdur ki, 1637a saylı bağ sahəsi naturada göstərilən və iddia olunan yerə aid deyildir. Məhkəməyə həmin əraziyə aid fotoṣəkillər və mütəxəssis rəyləri təqdim edilmişdir. İddiaçının naturada iddia etdiyi torpaq sahəsi baṣqa bir yerdədir, onun sökülməsini iddia etdiyi tikili isə baṣqa bir yerdədir. Tikili baṣqa tərəfdədir, onun torpaq sahəsinə necə aid ola bilər? İṣin bütün gediṣatı 1637a saylı bağ sahəsi ilə 1636a saylı bağ sahəsi üzərində qurulmuşdur. Məhkəmənin ekspertiza qarṣısında qoyduğu 1636a ilə 1637a saylı bağ sahələrinin üst-üstə düṣüb-düṣməməsi, koordinatlarının müəyyən edilməsi kimi suallar da bununla bağlıdır. Sökülməsi tələb olunan tikililər 1636a saylı bağ sahəsində deyil, Nakxal Əṣrəf Cuda oğlunun 2005-ci ildə Bilgəh Bələdiyyəsindən aldığı 8 sot torpaq sahəsindədir. Ona görə də, ekspert rəyində göstərmişdir ki, həmin torpaqla üstüstə düṣmür. Çünki tam fərqli torpaq sahələridir. Bu iṣ kökündən düzgün araṣdırılmamışdır. Cavabdehin inşa etdiyi tikilinin şəkli də elektron sistemə yerləşdirilmişdir. Həmin tikilinin hansı ildə tikildiyi barədə onun məlumatı yoxdur. Tikili balaca bir damdır, mühafizənin orada qalıb bağa baxması üçün nəzərdə tutulmuşdur. İddiaçı qızının evi başqa yerdədir. Həmin tikili cavabdehin torpağı aldığı vaxtlardan – 2005-ci ildən tikilmişdir. Cavabdeh alınan 1636a saylı bağ sahəsidir. 1636a saylı bağ sahəsi cavabdehə aiddir. İddia olunan tikili isə Maraqlı şəxs3 bələdiyyədən aldığı ərazidə yerləşir. Cavabdeh tikilini bələdiyyənin qərarı əsasında tikmişdir. İddiaçı sübut etməlidir ki, tikili 1637a bağ sahəsində tikilmişdir. Çünki iṣ materiallarındakı heç bir sənəddə bu hal müəyyən edilməmişdir. Mütəxəssis koordinatları ölçmüşdür. Əgər qarşı tərəfin dediyi qaydada yanaşılsa onda bu bölgü sxeminin heç bir mahiyyəti olmazdır. Cavabdeh bələdiyyənin qərarı ilə torpaq sahəsini almış, onların bölgü sxemi vardır. Bələdiyyədən aldıqları sxem iş materiallarına əlavə olunmuşdur. İṣ materialları ilə tanıṣ olarkən müəyyən edilmişdir ki, iddiaçı 1637a saylı bağ sahəsini özəlləṣdirərkən üç qonṣunun 2005-ci il tarixli ərizələri vardır ki, İddiaçı 30 ildir ki, o, bağ sahəsində yaṣayır, oranı abadlaṣdırıb, ev tikmişdir. Eyni zamanda 2005-ci ildə iddiaçı özü Bağlar təsərrüfatı inkiṣafı və istismar birliyinə ünvanladığı ərizəsində yazmışdır ki, 30 ildir bağ sahəsini o, istifadə etmiṣ, ağac əkmiṣ və ev tikmiṣdir. Bu əsasla da bağ sahəsi Leyla xanım üçün ayrılmıṣdır. Leyla xanım 1971-ci il təvəllüdlüdür. 2005-ci ildə onun 34 yaṣı olmuşdur. Belə çıxır ki, Leyla xanım 4 yaṣından orada ev tikmiş və ağac əkmişdir. Mütəxəssis rəyini X8 Mərkəzi MMC vermişdir. Bakı İnzibati Məhkəməsinin icraatında olan bütün iṣlərdə onlar rəy verir və məhkəmələr həmin rəyi mötəbər sübut kimi nəzərə alırlar. Onların lisenziyası da vardır. Təqdim etdikləri mütəxəssis rəyində istinad edilən sxem də iṣ materiallarında vardır. Sxemi Daṣınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr Xidməti publik hüquqi ṣəxsinin mütəxəssisi vermişdir. Bağların bölgü sxemində 1637a saylı bağ sahəsi boṣ torpaqdır, nömrəsi yoxdur. Amma iṣdə olan koordinatlar, hansı ki, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində müəyyən edilmiṣdir, həmin koordinatlar 1637a saylı bağ sahəsinə aid deyildir. Ona görə aid deyildir ki, 1637a saylı bağ sahəsi yoxdur. Bağların bölgü sxemində elə bir bağ sahəsi yoxdur. Əgər elə bir bağ sahəsi varsa, iş materiallarından görünür ki, müqavilə var, gedib müəyyən etsinlər ki, o bağ sahəsi hara düşür? Qarşı tərəf qeyd edir ki, bütün ekspert və mütəxəssis rəylərində göstərilmişdir ki, 1636a və 1637a saylı bağ sahələri üst-üstə düşmür, 1636a saylı bağlı sahəsində hovuz və digər tikililər vardır. Hazırda mübahisə olunan tikili 1636a saylı bağ sahəsində yerləşir? Məhkəmədən Leyla xanımın təvəllüdünə də diqqət edilməsini xahiş edir. 2005-ci ildən 30 il geriyə gedildiyi zaman onun 4 yaşı olmuşdur. Bəlli olur ki, onlar sonradan hazırlanmış sənədlərdir. Onlar mütəxəssis rəyini təqdim etmişdirlər ki, bələdiyyənin 2005-ci il tarixli qərarına əsasən Maraqlı şəxs3 ayrılan torpaq sahəsi xx.xx.2025-ci il tarixli məhkəməyə təqdim edilmiş koordinatlardadır. Həmçinin məhkəməyə təqdim olunan bağların bölgü sxemindən də aydın olur ki, həmin tikilinin olduğu ərazi hansısa bağ sahəsinə düşmür. İş materiallarındakı rəylərdən də bu məsələ aydın olmuşdur. 1637a saylı bağ sahəsi ola bilər ki, mövcuddur, iddiaçıya məxsusdur, ancaq həmin tikilinin sözügedən bağ sahəsinə heç bir aidiyyəti yoxdur. Qarşı tərəf bələdiyyə sənədinin qanunsuz olduğunu bildirmişdir. Bununla bağlı nə bir məhkəmə qərarı, nə də inzibati akt yoxdur. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələblərinin rədd edilməklə yeni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil3 apellyasiya şikayəti ilə razılaşmayıb izahatında göstərmişdir ki, cavabdehin inşa etdiyi tikili onlara aid olan 9 sot torpaq sahəsində yerləşir. Qarşı tərəfin hasarının içində yerləşir. Ola bilər ki, 2005-ci ildən o, tikili vardır. Qarşı tərəfin orada 12 sot torpaq sahəsi vardır, onların isə 9 sot torpaq sahələri vardır. Onu bir hasara salıb 21 sot torpaq sahəsi daxilində istifadə etmişlər. İddiaçı tikilinin oradakı mövcudluğunu müəyyən etdiyindən məhkəməyə müraciət etmişdir, qarşı tərəflə 2010-cu ildə danışıqlar aparılmışdır. Bağ sahəsində iddiaçıya aid heç bir tikili yoxdur, əvvəllər orda ağaclar əkilmiş və hasara alınmışdır. Cavabdeh orada tikilini yəqin ki, 2005-2010-cu illərdə tikmişdir. İddiaçı 2018-ci ildən məhkəməyə müraciət etmişdir, cavabdehi əvvəl düzgün müəyyən etməmişdir, sorğu əsasında bağın Cavabdeh aid olduğu müəyyən edilmişdir. Cavabdeh özü sonradan prosesə qoşulmuşdur. Qarşı tərəfin təqdim etdiyi mütəxəssis rəyini o, mötəbər hesab etmir, lazım gəlsə idi, onlar da bir şirkət tapıb rəy alardılar. Onların torpağa dair sənədləri də var, hansı ki, həmin sənədlər müqavilə əsasında İddiaçı verilmişdir. Arxivdə də həmin sənədlər mövcuddur. Qarşı tərəf isə özlərinə dair heç bir sənəd təqdim etməmişlər. Onların bələdiyyədən aldıqları sənəddə yazılır ki, “1636a saylı bağ sahəsinin qonşu sahəsi” Bu hansı sahədir? Torpaq sahəsinin dörd tərəfi vardır. Qarşı tərəf heç bir sənəd təqdim etməmişdir, sənədlərin arxivdə mövcud olub-olmamasına dair də heç bir məlumat yoxdur. 9 sot torpaq sahəsi İddiaçı aiddir, digər 9 sot torpaq sahəsi isə onun qardaşı Seyidəliyev Fəridə aiddir. Onların torpaq sahələri birbirinin arxasında yerləşmişdir. Mütəxəssis yerində ölçmə işləri aparıb, koordinatları müəyyən edilib və qeyd edilmişdir ki, ora 1637a saylı bağ sahəsidir. Bu məsələ birinci instansiya məhkəməsində də araşdırılmış, ümumilikdə dörd dəfə bu iş üzrə rəy alınımışdır və bütün rəylərdə qeyd edilmişdir ki, bu tikilinin olduğu sahə 1637a saylı bağ sahəsidir. Orada bir tikilidir. O, ekspertlə gedib yerli baxış keçirmişdir. 1636a saylı bağ sahəsində tikili vardır, o, ayrıdır. Daṣınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi ṣəxsinin verdiyi bütün rəylərdə göstərilmişdir. Ekspert gedib yerində ölçmə işləri aparmışdır. Heç bir sxem yoxdur. Sadəcə bir alqı-satqı müqaviləsi vardır ki, onun da mötəbərliyinə şübhələri vardır. Onların sökülməsini iddia etdikləri tikili 1637a saylı bağ sahəsində yerləşir və həmin tikilinin bir tərəfini qarşı tərəf hasara almış, digər tərəfi isə onsuz da əvvəldən hasara alınmışdır. Cavabdeh həmin 119 kvadratmetrlik tikilini söküb torpağı onlara qaytarmalıdırlar. Həmin tikilinin olduğu torpaq onlara aid torpaqdır. Yerli baxış zamanı müəyyən edilmişdir ki, onların 9 sotluq torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir. Qarşı tərəf özlərinə aid olan 12 sotluq torpaq sahəsinə dair çıxarış almışdır. Bu torpaq sahəsi 1990-cı illərdən bu yana 1637a saylı torpaq sahəsi olmuşdur. Tikili əvvəldən bu yana orada mövcud olmamışdır, iş materiallarındakı iddiaçı tərəfindən yazılmış ərizələri onlar yazmamışlar. Həmin ərizələrdə baxdığı torpaq sahəsi yazılmış, tikili isə yazılmamışdır. Maraqlı şəxs3 mülkiyyətində olan 12 sotluq torpaq sahəsi ilk əvvəl 2005-ci ildə bağlanmış müqavilə əsasında Cavabdeh adına olmuşdur. Eyni müqavilədir ki, həmin müqavilə Leyla xanımla da bağlanılmışdır. İddiaçı 9 sot torpaq sahəsinin öz adına rəsmiləşdirilməsini istəmiş, müraciət etmiş, lakin niyə sənəd alamadığı ona məlum deyil. Yəqin ki, ehtiyac görməmiş, onsuz da həmin torpaq sahəsi faktiki olaraq iddiaçıya aiddir. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsindən, həm Milli Arxiv İdarəsindən sorğularına cavab olaraq ümumiyyətlə elə bir bələdiyyə sənədinin olmadığı bildirilmişdir. Bələdiyyə sənədində yazılmamalıdır ki, 1636a saylı bağ sahəsinin yanındakı torpaq sahəsi, belə qərar olmur. Onların bütün sənədləri qanunidir, arxivdə də mövcuddur. Qarşı tərəfin bir bələdiyyə sənədi vardır ki, o, da qanunsuzdur. Heç bir yerdə - arxivdə də həmin sənəd yoxdur. Mülk sahibləri arasında əvvəllər də danışıqlar olmuşdur. Maraqlı şəxs3 2005-ci ildə torpaq sahəsini alarkən Leyla xanım, onun qardaşı onunla danışmışdır ki, həmin torpaq sahəsini alıb, öz sahələrinə qatsınlar, amma onlar razılaşmamışlar. Heç bir qurumda cavabdehin bələdiyyə sənədinin kötüyü yoxdur, buna görə də, güman edir ki, həmin sənəd saxtadır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş edir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinə rəsmi qaydada məlumat verilmiş, lakin onların nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ İ.Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 46.

3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir.

4. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Maddə 50.

1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. Maddə 52.

1. Torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır.

2. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 59.

2. Ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Maddə 65.

1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.

4. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.

5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.

7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.

8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir.

9. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Maddə 96.

3. Bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Fərdi yaşayış evinin tikintisi üçün ayrılan torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Maddə 73.

1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; .... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015-ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

Apellyasiya baxışının hədləri

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia tələbi təmin edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdedeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbləri rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmiş, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki halları aydınlaşdırmamış, iddianı təmin etməklə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, iddiaçı 18692 (36198) saylı xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən, Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən istifadəsinə verilən Sabunçu rayonu Bilgəh ərazisində yerləşən torpaq sahəsi 0,09 hektar olan 1637 a nömrəli bağın 119 m2 torpaq hissəsində cavabdeh tərəfindən zəbt olunmaqla inşa olunan özbaşına tikililərin sökülməsini və həmin torpaq sahəsindən cavabdehin çıxarılaraq torpaq sahəsinin ona qaytarılmasını tələb edir. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, İddiaçı Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə arasında xx.xx.2005-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr üçün bağlanmış 18692 (36198) saylı xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən, Sabunçu rayonu Bilgəh ərazisində 0,09 hektar torpaq sahəsindən ibarət 1637 a nömrəli bağın faktiki olaraq onun istifadəsinə verilməsini, müqavilədə qeyd olunan 0,09 ha torpaq sahəsinin faktiki olaraq hansı ünvanda yerləşməsini, nə vaxtsa həmin torpaq sahəsində tikili inşa etməsini, cavabdehin onun bağ sahəsini zəbt etməsini, zəbt olunmuş sahədə sonuncu tərəfindən özbaşına tikili inşa edilməsini, sökülməsini tələb etdiyi sahəsi 119 m2 olan tikilinin onun bağladığı müqavilədə göstərilən torpaq sahəsində yerləşməsini sübuta yetirə bilmədiyindən iddia tələbləri əsassızdır, ona görə də təmin edilə bilməz. Kollegiyanın bu qənaətə gəlməsinə əsas isə aşağıda qeyd olunan və iddia tələbində istinad etdiyi halları ilk növbədə sübut etmək vəzifəsi daşıyan iddiaçı tərəfindən təkzib edilə bilinməyən işin faktiki hallarıdır. Belə ki, tədqiq olunan sübutlardan görünür ki, iddiaçı 18692 (36198) saylı xx.xx.2005-ci il tarixli müqavilə üzrə hüquqlarının dövlət qeydiyyatına alınması üçün xx.xx.2019-cu il tarixdə müraciət etmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətininn 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişi ilə ona Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivi ünvanında yerləşən 1637 a saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2019-cu il tarixli ərizəsi üzrə aparılan araşdırma zamanı təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən bağ sahəsinin ölçüsü 900.0 kv.m qeyd edilsə də, faktiki 2020.0 kv.m torpaq sahəsinin ümumi hasar daxilində istifadə edilməkdə olması, elektron kadastr məlumatlarına əsasən onun göstərdiyi ümumi bağ sahəsinin digər fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməsi, qeyd olunanlara əsasən hüquqlarının qeydiyyata alınmasından imtina edilməsi bildirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə Bakı Apellyasiya Məhkəməsinə təqdim olunmuş İddiaçı məxsus Sabunçu rayonu Bilgəh bağ massivi 1637a saylı bağ sahəsinə dair 18692(36198) nömrəli müqavilə qovluğunda saxlanılan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinə təqdim etdiyi ərizəsində Bilgəh bağ massivində uzun illər istifadə etdiyi, ev tikdiyi sahəni qonşuların təsdiq esdiyi sənədlərinə əsasən adına sənədləşdirilməsini xahiş etmiş, bağ qonşusu kimi Bilgəh bağlar massivində 12 saylı bağın icarədarı X16, Bilgəh bağlar massivində 12 a saylı bağ sahəsinin icarədarı X4, Bilgəh bağlar massivində 1638 saylı bağ sahəsinin icarədarı X2 notarial qaydada təsdiq olunmuş ərizələrini Birliyə təqdim etmişdir. Qeyd olunan bağ qonşularının ərizələrinin mətnindən görünür ki, onlar Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinə müraciət edərək 30 ildən artıq Bilgəh bağlar massivində yerləşən torpaq sahəsində İddiaçı abadlıq işləri aparmasını, sahəyə qulluq etməsini, ağac əkməsini, suvarmasını, bütün gigiyena-sanitar normalarına uyğun olaraq sahəni abadlaşdırıb ev tikməsini bildirib həmin sahənin onun adına sənədləşdirilməsini xahiş etsələr də, ərizələrində özlərinin nə vaxtdan bağ sahibi olduqlarını, iddiaçının bağ sahəsinin ünvanını, torpağının ölçüsünü, bağın nömrəsini, harada yerləşməsini, hansı əsasla iddiaçının bağa sahiblik etməsini göstərməmişlər. Həmin məlumatlar iddiaçının öz ərizəsində də, əksini tapmamış, bağ qonşuları kimi qeyd olunan şəxslərin özlərinə aid müqavilələr ərizələrə əlavə olunmamışdır. Bundan başqa 12 və 12 a saylı bağ sahələrinin iddiaçının iddia etdiyi 1637 a saylı bağ sahəsi ilə qonşu ola bilməsi də inandırıcı deyildir. Daha sonra 2005-ci ildə yazılan ərizələrdən 1971-ci il təvəllüdlü olan iddiaçı L.S. Həsənovanın 30 il müddətində bağdan istifadəsinin 1975-ci ildən (4 yaşından) başlamalı olmasını, araşdırma zamanı iddiaçının özünə məxsus hər hansı bir tikilinin və ya uzun müddət qayğı göstərdiyi ağacların yerləşdiyi bağ sahəsinin yerini belə göstərə bilməməsini, yeganə sübut növü kimi məhkəməyə təqdim etdiyi 18692 (36198) saylı xx.xx.2005-ci il tarixli müqavilədə qeyd olunan torpaq sahəsinin yerləşmə sxeminin olmamasını, məhkəməyə DƏDRX tərəfindən təqdim olunan bağların sxematik xəritəsindən çıxarışdan 1637 a saylı bağ sahəsinin xəritədə qeyd olunmamasını müəyyən edən kollegiya iddiaçının göstərdiyi torpaq sahəsindən nə vaxtsa istifadə etməsini qeyrimümkün hesab edir. Kollegiya eyni zamanda qeyd edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1637 a nömrəli bağ sahəsinin istifadəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 18692 (36198 sənəddə olduğu kimi) nömrəli müqavilənin mövcud olması və Azərbaycan Respulikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılması iddiaçının cavabdehə qarşı olan tələblərinin təmin edilməsi üçün yetərli sübut olaraq qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi ilə mübahisələndirilən torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatları ilə elektron kadastr baza məlumatlarında olan koordinatlar müqayisə edilərkən İddiaçı tərəfindən iddia edilən torpaq sahəsinin yaşayış məntəqəsinin hüdudları daxilində, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 817 nömrəli sərəncamı ilə Sabunçu rayonu Bilgəh Bələdiyyəsinə ayrılması nəzərdə tutulan dövlətin mülkiyyətində olan torpaq sahəsinə aid olması, Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 145 nömrəli qərarı ilə Maraqlı şəxs3 Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 817 saylı Sərəncamı ilə Bilgəh Bələdiyyəsinə ayrılmış dövlət mülkiyyətində olan Bilgəh qəsəbəsi ərazisində yerləşən 1636 a saylı bağın 800 m2 artıq torpaq sahəsi satılması müəyyən olunmuşdur. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, satıcı Cavabdeh ilə alıcı Maraqlı şəxs3 arasında xx.xx.2005-ci il tarixdə bağlanmış AN-İ № ******* nömrəli daınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı mülkiyyətində olan sahəsi 0,12 hektar təşkil edən Bakı şəhəri Bilgəh massivində yerləşən 1636 a saylı bağ sahəsini alıcıya satdıqdan sonra torpağın mülkiyyətə verilməsinə dair JN-24829D KOD 00501016 nömrəli xx.xx.2005-ci il tarixli şəhadətnaməyə əsasən Bakı şəhəri 46 saylı dövlət notariat kontorunda təsdiq olunmuş xx.xx.2005-ci il tarixli 4Ə/02-535 saylı alqı-satqı müqaviləsi əsasında 0,12 hektar 1636a saylı bağ sahəsinə dair alıcı Maraqlı şəxs3 mülkiyyət hüquqları qeydə alınmışdır. Göründüyü kimi Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 145 nömrəli qərarı ilə Maraqlı şəxs3, DƏDR-də Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 817 nömrəli sərəncamı ilə Bilgəh Bələdiyyəsinə ayrılan dövlət torpağı satılmış, iddiaçı təqdim etdiyi 18692 (36198) saylı müqavilə isə xx.xx.2005ci il tarixdə, yəni 6 aydan sonra bağlanmışdır. Bu faktlarda bir daha təsdiq edir ki, iddiaçının təqdim etdiyi müqavilədə qeyd olunan torpaq sahəsi və yerində naturada göstərdiyi torpaq sahəsi, cavabdehin, bir hissəsi mülkiyyətində digər hissəsi isə qanuni əsaslarla sahibliyində və istifadəsində olan, torpaq sahəsi ola bilməz. Kollegiya məhkəməyə təqdim olunan mütəxəssis və mütəxəssis rəyləri əsasında tərtib olunan ekspert rəylərinə münasibət bildirərək qeyd edir ki, həmin rəylərdən də görünür ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə, yəni cavabdehin qanuni sahibliyində və istifadəsində olan torpaq sahəsinə baxış keçirilmiş, həmin torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 817 nömrəli sərəncamı ilə Sabunçu rayonu Bilgəh Bələdiyyəsinə ayrılması nəzərdə tutulan dövlətin mülkiyyətində olan torpaq sahəsinə aid olması, iddiaçının bağ sahəsinin yerləşmə mövqeyi barədə heç bir texniki sənəd təqdim edilməməsi, iddia edilən bağ sahəsinin cavabdehin istifadəsində olan faktiki ölçüsü 2185 kv.m təşkil edən ümumi hasar daxilində yerləşməklə içərisində (228 m2) yaşayış evi və (119 m2) digər tikilinin mövcud olması, mövcud olan tikililərin vahid təsərrüfat şəklində istifadə edilməsi, sxemdə qeyd edilən 119 m2 ölçüdə olan tikilinin iddaçı tərəfindən iddia edilən, göstərilən torpaq sahəsində yerləşməsi müəyyən edilmişdir. Göründüyü kimi tədqiq olunan rəylərlə də iddiaçının iddia etdyi torpaq sahəsinin cavabdehə aid olması bir daha öz təsdiqini tapır. Qeyd olunanlarla yanaşı kollegiya tərəflərin iştirakı ilə torpaq sahəsinə baxış keçirərkən cavabdeh Maraqlı şəxs3 məxsus bağ sahəsinə yeganə girişin dəmir darvaza vasitəsi ilə olmasını, bağ sahəsində cavabdehə məxusus fərdi yaşayış evi və gözətçinin yaşayış otağı, qaraj və anbar kimi istifadə olunan tikili yerləşməsini, bağ sahəsinin iddiaçıya deyil, kənar şəxslərə məxsus olan qonşu bağlar ilə əhatə olunmasını, baxış keçirilən bağ sahəsində iddiaçıya məxsus hər hansı bir tikili, iddiaçı tərəfindən əkilən və becərilən ağac və ya hər hansı bir bitkinin olmadığı müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). Avropa Məhkəməsi bir sıra qərarlarında onu da göstərmişdir ki, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X17rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). İstinad olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, tələbində istinad etdiyi halları sübuta yetirə bilməyən iddiaçının iddia tələbini təmin edən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla işin hallarına uyğun gəlməyən qətnamə qəbul etmişdir. Ona görə də cavabdeh Maraqlı şəxs3 apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-277/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tam həcmdə rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Maraqlı şəxs3 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-277/2021 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tam həcmdə rədd edilsin. İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 150 manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzinin xeyrinə tutulsun. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar