Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2303/2023 29.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4 (Baki Şəhəri 21 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2303/2023 (Açar sözlər: müqavilənin etibarsızlığı) Bakı şəhəri 29 mart 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Eyvazov Rafael Əmir oğlu və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh4 Akif oğlunun nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4 (Baki Şəhəri 21 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı “alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5092/2022 saylı 26 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 29 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı tərəfindən 07 yanvar 2021-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində hazırki iş üzrə Cavabdeh3 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixli, 301 nömrəli reyestr kitabının 28589 nömrəli vərəqində qeydiyyata alınmış, ********** qeydiyyat nömrəsi olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 185 kv.m olan qeyri-yaşayış binası üzərində bir sıra səlahiyyətlərlə yanaşı, satmağı, bağışlamağı, dəyişməyi, notariat ofisində müqavilə bağlamağı, pulu banka qoymağı, pulunu almağı, bütün bank əməliyyatları aparmağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmiş, həmin qeyriyaşayış sahəsinə dair satıcı İddiaçı ilə alıcı Cavabdeh4 arasında AN-İ seriyalı, ******* №-li, 24 noyabr 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, qeyriyaşayış sahəsi 119.000 manata satılmış, həmin müqavilə İddiaçı əvəzinə Cavabdeh3 tərəfindən imzalanmışdır
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4 qarşı Bakı şəhəri 21 saylı Notariat Ofisinin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin də üçüncü şəxs qismində cəlb olunduqları alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən və ümumi sahəsi 185.0 kv.m olan qeyri-yaşayış sahəsi barədə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 arasında bağlanaraq 21 saylı notariat kontorunda reyestrdə 4Ə-1340 № ilə qeyd edilmiş 24 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılması, habelə göstərilən əmlak üzərində onun mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hər iki cavabdehlə biznes münasibətindədir. Belə ki, 1-ci Cavabdeh3 faizlə pul verdiyindən, lazım olduqda ondan faizə pul götürmüşdür. Nəticə etibarilə ona 21.000 manat borcu yaranmış və onu qaytara bilməmişdir. 2-ci Cavabdeh4 isə onun biznes şərikidir və aralarında olanlardan xəbərdardır. 1-ci Cavabdeh3 borcunu təyin edilən müddət ərzində qaytara bilmədiyinə görə onun davamlı təkidləri əsasında, borcun təminatı qismində, mülkiyyətində olmaqla ünvan 3 ünvanda yerləşən və ümumi sahəsi 185.0 kv.m olan qeyri-yaşayış sahəsi ilə bağlı Bakı şəhəri 21 saylı notariat ofisində ona 7 yanvar 2021-ci il tarixdə 7E-212 reyestr nömrəli etibarnamə verməyə məcbur olmuşdur (cavabdehin hüquqdan sui-istifadə etdiyi ona məlum olduqdan sonra həmin etibarnamə ərizəsi əsasında xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir). Aralarındakı razılaşmaya əsasən Cavabdeh3, pulu qaytara bilmədiyi təqdirdə göstərilən daşınmaz əmlakı yalnız onun iştirakı ilə və həmin əmlakın mövcud bazar qiymətindən (yəni 270.000 manatdan) aşağı olmamaq şərti ilə satıb pulunu götürməli, Azərbaycanda olmadığı halda isə aldığı puldan borcu götürərək qalan hissəni onun xeyrinə banka qoymalı idi. Lakin bu yaxınlarda ona məlum olmuşdur ki, Cavabdeh3, ondan xəlvəti olaraq, yuxarıda göstərilən 21 saylı notariat kontorunda reyestrdə 4Ə-134 № ilə qeyd edilmiş 24 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında mülkiyyətində olan daşınmaz əmlakı onun bazar qiymətindən xeyli aşağı qiymətə, yəni 119.000 manat məbləğinə, biznes şəriki olan iddiası üzrə 2-ci Cavabdeh4 satmışdır. Hansı ki, biznes şəriki olan Cavabdeh4, Cavabdeh3 ilə aralarında olan haqq-hesablardan xəbərdar idi və o, qətiyyən gözləmədiyi halda, yəni bütün bunları bilə-bilə müqavilə üzrə alıcı qismində çıxış etmişdir. İddiası üzrə üçüncü şəxs olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mülkiyyət sənədlərinin (yəni çıxarış və texniki pasportun) tərkib hissəsi olaraq eyni gündə ona verilmiş arayışdan da görünür ki, obyektin hüquqmüəyyənedici sənədlərə əsasən xx.xx.2020-ci il tarixinə bazar dəyəri 270.000 manat təşkil edir. Göründüyü kimi, mülkiyyətində olan əmlak cavabdehlər tərəfindən açıq-aşkar surətdə yarı qiymətindən də aşağı məbləğə, yəni pis niyyətlə (yalnız özləri üçün fayda götürmək məqsədi ilə) alqı-satqı edilmişdir. Bir sözlə, ona məxsus əmlakın alqı-satqısına dair yuxarıda göstərilən əqd, onun yox, yalnız tərəflərin güddüyü mənafe üçün bağlanmış, onun niyyət və iradəsinə zidd olmuşdur (məlumat üçün qeyd etmişdir ki, hal-hazırda yuxarıda göstərilən qeyri-yaşayış sahəsində tanımadığı şəxslər tərəfindən təmir və yenidənqurma işləri aparılır).
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 26 dekabr 2022-ci il tarixli e-2(011)-5092/2022 saylı qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) iddia təmin edilməmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 148.2, 152.1, 337.1, 337.2, 337.4, 339.2, 339.3, 389.1, 390.1-ci, Mülki Prosessual Məcəllənin 77.1, 89, 119.1, 217.4, 218.3cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, məhkəmə, iddiaçının subyektiv hüququna birmənalı olaraq “göz yummuş”, iddia tələbini tam, obyektiv və hərtərəfli, habelə mahiyyəti üzrə araşdırmamış, iddia tələbinin maddi hüquqi əsaslarına əhəmiyyət verməmiş, əqd bağlanarkən əsas və mühüm şərt olan iradə ifadəsi ilə bağlı iddiaçının dəlillərinə qətiyyən qiymət verməyərək onları nəzərə almamış, mülkiyyətdə olan əmlakın alqı-satqısının mülkiyyətçinin yox, təmsilçinin və alıcının öz şəxsi mənafeləri baxımından həyata keçirildiyinə qiymət verməmiş, əmlak bilavasitə mülkiyyətçinin özü tərəfindən satılmadığı halda təmsilçinin hərəkətlərini təmsil olunanın öz hərəkətləri kimi yozaraq onun adından ehtiva etmiş, təmsil olunan mülkiyyətçinin təmsilçilikdə ən üstün müdafiəyə malik olmasına baxmayaraq həmin hüququ tapdalamış, təmsilçinin niyyət və mənafeyini təmsil olunandan üstün tutmuş, Mülki Məcəllənin 152.1, 337.1, 337.2, 337.4, 339.2, 339.3, 389.1 və 390.1-ci maddələrini mübahisəyə tətbiq etsə də, mübahisəni düzgün həll etməmiş, göstərilən normaların mahiyyəti baxımından iddia tələbi təmin edilməli olduğu halda onu təmin etməmişdir. İşə baxan məhkəmənin mübahisəli əqd üzrə alıcının “vicdanlı alıcı” olması barədə nəticəsi də qətiyyən əsaslı deyildir, ona görə ki, alıcı qismində çıxış edən Cavabdeh4 Akif oğlu, işçisi (buna dair faktı, yəni “əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” məhkəməyə təqdim edilmişdir) və biznes şərkidir ki, o, Cavabdeh3 ilə aramızda olan məsələdən bilavasitə xəbərdar olmuş, lakin bütün bunlara baxmayaraq onunla pis niyyətlə, yəni əmlakımı aşağı qiymətə yalnız özləri üçün fayda götürmək məqsədi ilə alqısatqı etmişlər. İşə baxan məhkəmə mübahisənin həlli üçün əhəmiyyətli olan digər halları, o cümlədən etibarnamənin tərəfimdən hansı şəraitdə və nə üçün verildiyini, təmsilçinin alqısatqı nəticəsində əldə etdiyi pulu nə üçün mənimsədiyini araşdırmamış, mübahusəni subyektiv və obyektiv hədləri çərçivəsindəm həll etməmiş, yalnız birtərəfli mövqe tutaraq formal mülahizə və dəlillər əsasında qətnamə çıxarmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4nın nümayəndəsivəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Həmçinin, qeyd etmişdir ki, iddiaçı əmlakın bazar dəyərindən aşağı satıldığını əsas gətirərək müqavilənin etibarsız olduğunu əsaslandırmağa çalışır. Belə ki, DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən əmlakın dəyəri 270.000 AZN təşkil etsə də, xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi 119.000 AZN-də bağlanmışdır. Həmin hala münasibətdə isə nümayəndə bildirmişdir ki, əvvəla qanunun və analoji əsaslandırma üzrə KM mövqeyinə görə də, «qanunvericilik baxımından satıcının satış qiymətini özü üçün müəyyənləşdirmək azadlığı vardır.» Bundan başqa bu mövqeyi ilə iddiaçı məhkəməni aldatmağa, ədaləti çaşdırmağa çalışır. Belə ki, iddiaçı əmlakın bazar dəyəri barədə arayışa istinad etsə də, əmlakın faktiki əldə edilmə məbləği barədə hər hansı məlumatı, sənədi məhkəməyə təqdim etməmişdir. Həmin sənədi cavabdeh olaraq məhkəməyə təqdim edərək, qeyd etmişdir ki, həmin müqavilədən göründüyü kimi İddiaçı sahəsi 192 m2 qeyd edilən həmin əmlakı "xxxx" MMC-dən xx.xx.2019-cu il tarixdə 153 600 AZN-ə (1 m2 – 800 AZN) əldə etmişdir. Eyni zamanda "xxxx" MMC-də əmlakların bir neçə nəfərə satılma faktı, həmin faktın mətbuatda geniş işıqlanması həmin binada əmlakın dəyərinə əhəmiyyətli dərəcədə təsir etmiş və heç kim həmin binadan əmlak almaq istəmir. Belə ki, "xxxx" MMC-nin təsisçisi (İctimai TV sədri İsmayıl Ömərovun qardaşı Ələsgər Ömərov) və direktoru (Ali Məhkəmə hakimi Fərhad Kərimovun qardaşı Mahir Kərimov) qeyd edilən binadan əmlakların bir neçə nəfərə satılması ilə əlaqədar istintaqa cəlb edilmişlər, Ə.Ömərov istintaq dövründə vəfat etmiş, Mahir Kərimov barəsində isə hökm çıxmışdır.
11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlmədiyindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur
13. Maddə 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər
14. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.
15. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
16. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
17. Maddə 337.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdi mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
18. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
19. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
28. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində hazırkı mübahisə üzrə tərəflər arasında bağlanılmış daşınmaz əmlakın alqısatqısına dair müqaviləsinin etibarlılığını şübhə altına alan hallar müəyyən edilmədiyindən və alqı-satq müqaviləsi bu cür bir əqdin həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş qaydada həyata keçirildiyindən iddianı təmin etməməkdə haqlı olmuşdur.
29. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 27 oktyabr 2020-ci il tarixdə qeydiyyata alınmışdır.
30. AN-İ seriyalı, ******* №-li, 24 noyabr 2021-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh4 arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 185 kv/m olan qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyriyaşayış sahəsi 119000 manata satılmış, həmin müqavilə İddiaçı əvəzinə Cavabdeh3 tərəfindən imzalanmışdır.
31. X2 tərəfindən verilmiş və Bakı şəhəri 21 saylı notariat ofisi tərəfindən təsdiqlənmiş ərizənin surətindən görünür ki, X2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 185 kv.m olan qeyri-yaşayış binasının satılmasına etiraz etməmişdir.
32. AR-İİ seriyalı, 215693 №-li etibarnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Etibar edən İddiaçı tərəfindən etibar edilən Cavabdeh3 etibarnamə verilmişdir. Etibarnamə üzrə İddiaçı tərəfindən verilən səlahiyyətlər: Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixli, 301 nömrəli reyestr kitabının 28589 nömrəli vərəqində qeydiyyata alınmış, ********** qeydiyyat nömrəsi olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrindən Çıxarışa əsasən ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 185 kv.m olan qeyri-yaşayış binası üzərində məhdudiyyət və yüklülük olubolmaması barədə arayışı, Forma 2 arayışı almağı, satmağı, bağışlamağı, dəyişməyi, notariat ofisində müqavilə bağlamağı, pulu banka qoymağı, pulunu almağı, bütün bank əməliyyatları aparmağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməy etibar edilir; Etibarnamə 19 il müddətinə verilmiş və 07 yanvar 2040-cı il tarixədək qüvvədədir.
33. Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin 21 oktyabr 2020-ci il tarixinə bazar dəyəri 270.000 manat təşkil etmişdir.
34. "xxxx" MMC-si tərəfindən verilmiş 25 noyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 185 kv.m olan qeyriyaşayış sahəsinin 24 noyabr 2021-ci il tarixə bazar qiyməti 157250 manat, 25 noyabr 2022-ci il tarixə isə bazar qiyməti 185000 manat təşkil etmişdir.
35. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı iş üzrə Cavabdeh3 etibarnaməni verməyə hansı formada məcbur edildiyini iddia ərizəsində əsaslandırmamış, alqı-satqı müqaviləsi isə etibarnamə veriləndən təxmini 10 ay sonra bağlanmış, həmin vaxta qədər etibarnaməni ləğv etmək üçün iddiaçının kifayət qədər vaxtı olmuşdur.
36. Həmçinin, sözügedən daşınmaz əmlakın iddiaçı tərəfindən satılmaq niyyətinin olmamasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı əmlakı satmaq üçün könüllü etibarnamə vermiş, əmlakın sənədləri onun tərəfindən cavabdehə təqdim edilmiş, həyat yoldaşının da həmin əmlakı satmaq barədə notarial qaydada yazılı razılıq vermişdir.
37. Bütün qeyd olunanlar iddiaçının sözügedən daşınmaz əmlakı satmaq niyyətinin olmasının bariz nümunəsidir.
38. Məhkəmə kollegiyası əmlakın bazar dəyərindən aşağı satılması ilə bağlı dəlili də əsassız hesab edir və qeyd edir ki, əvvəla qanunvericiliyin tələbləri baxımından satıcının satış qiymətini özü üçün müəyyənləşdirmək azadlığı vardır. Digər tərəfdən iş materiallarından müəyyən olunur ki, iddiaçı özü həmin əmlakı "xxxx" MMC-dən xx.xx.2019-cu il tarixdə 153.600 manata əldə etmişdir. Əmlakın iddiaçının qeyd etdiyi qiymətə satılması ilə bağlı razılaşmaya dair isə hər hansı bir sübut təqdim olunmamışdır.
39. Beləliklə, kollegiyanın qənaətinə görə apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5092/2022 saylı iş üzrə 26 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova