Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2304/2021 12.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “xx.xx.2017-ci il tarixli İK 1629-05 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4560/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı “xx.xx.2017-ci il tarixli İK 1629-05 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” iddiası Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4560/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdr. İddiaçı qərardaddan şikayət vermişdir (iş səh. 47,50). Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, apellyasiya şikayətinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. Diqqətə çatdırılmalıdır ki, iş üzrə icraata xitam verilməsinə dair qərardaddan şikayət verərilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.4-ci və “Dövlət rüsumu haqqında” Qanunun 8.4.2-ci maddələrinə uyğun olaraq dövlət rüsumu ödənilməlidir. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılırmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.4, 263, 264, 361-366, 397.2, 402-ci və “Dövlət rüsumu haqqında” Qanunun 8.4.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4560/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2304/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2304/2021
12.01.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver