Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-231/2024 07.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı prosessual hüquqi varisi X26 cavabdehlər Cavabdeh1 və X4 prosessual hüquqi varisi X8 qarşı (Bakı şəhəri 23 saylı notariat ofisi, X37, X27, X15 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) və müstəqil tələblər irəli sürən üçüncü şəxs Quliyeva Zinyət Dövlət qızının cavabdehlər Cavabdeh1, X4 prosessual hüquqi varisi X8, İddiaçı prosessual hüquqi varisi X32 qarşı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: mirasın qəbulu faktının müəyyən edilməsi, miras əmlakdan vərəsəlik paylarının müəyyən edilməsi) X3 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X16 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X39, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı prosessual hüquqi varisi X26 cavabdehlər Cavabdeh1 və X4 prosessual hüquqi varisi Baxşəliyev Ərəstun oğluna qarşı (Bakı şəhəri 23 saylı notariat ofisi, X37, X27, X15 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mirasın qəbulu faktının müəyyən edilməsi və miras əmlakdan vərəsəlik paylarının müəyyən edilməsi” və müstəqil tələblər irəli sürən üçüncü şəxs Quliyeva Zinyət Dövlət qızının cavabdehlər Cavabdeh1, X4 prosessual hüquqi varisi Baxşəliyev Ərəstun oğluna, İddiaçı prosessual hüquqi varisi X32 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, miras əmlakın qəbulu və əmlakdan payların müəyyən edilməsi” tələblərinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 86/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən üçüncü şəxs Quliyeva Zinyət Dövlət qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Dövlət Soltanəliyev ilə Əsmər Abdulrəhimova xx.xx.1961-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə ailə qurmuş, nikah bağlandıqdan sonra ərə Soltanəliyev, arvada Soltanəliyeva soyadı verilmişdir. Onların birgə nikahından Laləzar, Sevda, Ələkbər, Dilarə, Gülnarə, İlqar və Zinyət adlı 7 övladı doğulmuşdur. Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən 42 saylı evin, 30 saylı mənzili X12 adına xüsusi mülkiyyət kimi xx.xx.2003-cü il tarixdə qeydiyyatdan keçmişdir. X28 xx.xx.2006-cı il tarixdə ölmüşdür. İddiaçı ilə X50 arasında xx.xx.2010-cu il tarixdə nikah bağlanmışdır. xx.xx.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.2006-cı il tarixdə vəfat etmiş X12 vərəsələri bunlardır: X44, X33, İddiaçı, X27, X15 və Quliyeva Zinyət Dövlət qızıdır. Onların hər biri bərabər hissədə miras əmlakdan pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak "Kapital Bank” ASC-nin Bakı şəhərində yerləşən 8335/0439 nömrəli filialındakı 6478 nömrəli hesabda olan əmanətdən və onun faizlərindən ibarətdir. X33 xx.xx.2017-ci il tarixdə ölmüşdür. X44 tərəfindən şəxsən, şahidlər X9 və X45 iştirakları ilə imzalanmış xx.xx.2018-ci il tarixli ev vəsiyyətnaməsinə əsasən xx.xx.1940-cı il tarixdə Şamaxı rayonunun Bəklə kəndində anadan olmuş X44 ölən gününə kimi ona məxsus olan bütün əmlaklarını, o cümlədən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 42, mənzil 30-dan ona düşən payını (mərhum həyat yoldaşı X12 adına xx.xx.2003-cü ildə 1291 saylı reyestr kitabında qeydə alınmış, 30/1938925 nömrə ilə qeydə alınmış 76,18 kv.m mənzilini) İddiaçı vəsiyyət edir. Mənzilinin qeydiyyat vəsiqəsini təqdim edir. Bu vəsiyyətnamənin bir sürəti depozitə qoyulması üçün Bakı şəhəri 50 saylı Dövlət Notariat Kontoruna göndərilmişdir. Bu vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitələrin, komputerin köməyi ilə miras qoyanın sərbəst iradə ifadəsinə uyğun tərtib olunmuşdur. Ona görə də imzaları ilə onu təsdiq edirlər. X44 xx.xx.2019-cu il tarixdə ölmüşdür. 23 saylı Dövlət Notariat Kontorunun xx.xx.2019-cu il tarixli Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında qərarı ilə Cavabdeh1 və X4 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 42, mənzil 30 ünvanında yerləşən mənzilə dair vərəsəliyi qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı ərizələrinə imtina cavabı verilmişdir. Buna səbəb kimi Cavabdeh1 və X4 miras açıldıqdan sonra və əvvəl göstərilən mənzildə yaşamamaqları, bununla yanaşı qanunvericiliklə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin buraxılması və notariat ofisinə mirasın faktiki qəbulu, ona sahiblik etmələri barədə sübutlar və hüquqmüəyyənedici sənədlər təqdim etməmələri göstərilmişdir. 23 saylı Dövlət Notariat Kontorunun xx.xx.2019-cu il tarixli Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında qərarı ilə İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 42, mənzil 30 ünvanında yerləşən mənzilə dair vərəsəliyi qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı ərizələrinə imtina cavabı verilmişdir. Buna səbəb kimi mərhum X12 vərəsəliyi qəbul etmiş digər vərəsəsi Quliyeva Zinyət Dövlət qızının özünə çatan paya münasibət bildirməməsi və əmlakın bölgüsü zamanı Quliyeva Zinyət Dövlət qızına çatacaq hissə açıq saxlanılacağından vərəsə İddiaçı bölgü ilə razılaşmaması və əmlaka tam mülkiyyət hüququ əldə etmək istəməsidir. İddiaçı xx.xx.2019-cu il tarixdə ölmüşdür. 142 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 516 saylı arayışa əsasən X50 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 42, mənzil 30 ünvanında qeydiyyatdadır və yaşayır. İddiaçı vəfat edən günə qədər yuxarıda göstərilən ünvanda qeydiyyatda olmuş və həyat yoldaşı ilə birgə yaşamışdır. Dəfn xərclərini həyat yoldaşı X50 çəkmişdir. 142 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2019- cu il tarixli 697 və 698 saylı arayışa əsasən Quliyeva Zinyət Dövlət qızı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 42, mənzil 30 ünvanında qeydiyyatdadır və yaşayır. X2 mənsub olan mənzildə o vəfat edərkən həyat yoldaşı X44, qızı X29, qızı Quliyeva Zinyət Dövlət qızı, qızı X15 yaşamış və qeydiyyatdadırlar. Həmin ünvanda X18, Cavabdeh1, X33 (mərhum), İddiaçı (mərhum) yaşamamışlar və mərhum İddiaçı bu ünvanda qeydiyyatda olsa da, ölən günə qədər bu ünvanda yaşamamışlar. X19 xx.xx.2020-ci il tarixdə ölmüşdür. “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2021-ci il tarixli Şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi X13r və o, miras əmlakdan tam hissədə pay almalıdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-115/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri 23 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V-1-245 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və X10 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2006-cı il tarixdə vəfat etmiş mərhum atası X11, xx.xx.2019-cu ildə vəfat etmiş mərhum anası X30 miras qalmış Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 42 saylı evin, 30 saylı mənzilinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdan payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini işin faktiki halları ilə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, atasının ölümündən sonra əmlakı onunla anası qəbul etmişdir. Sonradan anası da rəhmətə getmişdir. O, hazırda da mübahisə predmetini təşkil edən mənzildə qeydiyyatdadır.
4. Daha sonra İddiaçı xx.xx.2019-cu il tarixdə vəfat etdiyindən onun arvadı X50 iddiaçının hüquqi varisi kimi tanınaraq mülki işə cəlb edilmişdir.
5. Bundan sonra Quliyeva Zinyət Dövlət qızı mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cavabdehlər Cavabdeh1, X10, İddiaçı qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli ev vəsiyyətnaməsinin etibarsız hesab olunması, cavabdehlərin ləyaqətsiz vərəsə hesab olunması, miras əmlak olan Bakı şəhəri, B.Nuriyev küçəsi, 42 saylı evin, 30 saylı mənzilin onun tərəfindən qəbul olunması və miras əmlakdan tam şəkildə payının müəyyən olunması barədə qətnamə çıxarılmasını, həmçinin saxta vəsiyyətnamə tərtib edən şəxslər barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
6. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən üçüncü şəxs Quliyeva Zinyət Dövlət qızı tələbini işin faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, digər vərəsələrdən heç biri miras əmlakı faktiki qəbul etməmişdir. İş materiallarında olan vəsiyyətnamə tam qanunsuz hesab edilməlidir, həmin vəsiyyətnamənin şahidlərin iştirakı ilə tətib olunması da dəqiq deyil. Bundan başqa, anasının ölümündən sonra yazılmış, vəsiyyətnamədəki imza və imzanın həqiqiliyinin yoxlanılması üçün əsas götürülmüş etibarnamədəki imza bacısı Gülnarə tərəfindən atılmışdır. Belə ki, atası şifahi formada mübahisəli mənzilin ona bağışlanıldığını bildirmiş, lakin sonradan bacı və qardaşları saxta vəsiyyətnamə əsasında onun adını gizlədərək mirası ələ keçirməyə çalışmışlar.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-86/2021 saylı qətnaməsi ilə iddianın və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddiasının qismən təmin edilməsi, xx.xx.2018-ci il tarixli ev vəsiyyətnaməsinin etibarsız hesab edilməsi, xx.xx.2006-cı ildə vəfat etmiş mərhum X11 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilin 1/7 hissəsinə İddiaçı hüquqi varisi X34 miras payının müəyyən edilməsi, xx.xx.2006-cı ildə vəfat etmiş mərhum X11 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilin 1/7 hissəsinə Quliyeva Zinyət Dövlət qızının miras payının müəyyən edilməsi, iddianın və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. (hakim X61).
8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Ev vəsiyyətnaməsi” həqiqətən mərhumə Əsmər Soltanliyeva tərəfindən imzalansa da, lakin həmin vəsiyyətnamə şahidlərin iştirakları olmadan tərtib edilmişdir. Həmçinin, həmin vəsiyyətnamənin bir surəti depozitə qoyulması üçün notariusa təqdim edilməmişdir. İşdə bunun əksini təsdiq edən başqa sübutlar yoxdur və vəsiyyətnamənin tərtib edilmə şərtləri vəsiyyətnamə qoyan tərəfindən pozulmuşdur. X36 son iradəsini həyata keçirməsinə Cavabdeh1, Cavabdeh2a, İddiaçı hüquq varisi Nurəngiz Bağırova tərəfindən qəsdən maneçilik törətmələri, başqa sözlə onların ləyaqətsiz vərəsə sayılmalarına əsas verən hallar müəyyən edilməmiş və üçüncü şəxs Zinyət Quliyeva bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. xx.xx.2006-cı il tarixdə Dövlət Soltanəliyevin ölməsi ilə ondan miras qalmış mənzilə vərəsəlik açılmış və mülki qanunvericiliyə görə onun arvadı Əsmər Soltanəliyeva və övladları onun birinci növbəli vərəsələri sayılırlar. Əsmər Soltanəliyeva isə xx.xx.2019-cu ildə öldüyündən onun mənzilə olan pay hüququ vərəsələri olan övladlarına, yəni Cavabdeh2a, Sevda Soltanəliyeva, İddiaçı, Cavabdeh1, Gülnarə Soltanəliyeva, İlqar Soltanəliyev və Zinyət Quliyevaya keçib və belə olan halda miras mənzil 7 vərəsə arasında bölünməlidir. Hazırda mübahisəli mənzillə bağlı iddianı yalnız İddiaçı hüquq varisi Nurəngiz Bağırova və Zinyət Quliyeva irəli sürdüklərindən, onların hər birinin mənzil üzərində payı 1/7 hissədə müəyyən edilməlidir. Hazırda mübahisəli mənzildə faktiki olaraq Zinyət Quliyeva və Sevda Soltanəliyeva yaşasalar da, digər vərəsələr həmin mənzilə gəlib-gediblər və onlar faktiki olaraq paylarını qəbul ediblər. Notariusun qərarı ilə Cavabdeh1 və Cavabdeh2anın adlarına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsindən imtina edilərkən, onların mirasa vərəsəlik açılanadək və ondan sonra miras mənzildə yaşamamaları, mirasın qəbulu ilə bağlı qanunla müəyyən edilmiş müddəti buraxmaları, mirası faktiki qəbul etmələrinə dair notariat ofisinə sübutlar və hüquqmüəyyənedici sənədlər təqdim etməmələri və ailə qurduqdan sonra onların miras mənzildən digər yaşayış sahəsinə köçüb getmələri göstərilsə də, onlar həmin mənzilə olan pay hüququndan imtina etməyiblər və hazırki vaxtadək mübahisəli mənzilə gedib-gəliblər. Bu baxımdan onların mənzildə yaşamamaları miras paylarından imtina kimi qiymətləndirilməməlidir.
9. Məhkəmə hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 1133-cü, 1137-ci, 1159-cu, 1166-1168-ci, 1179-cu, 1184-cü, 1186-cı, 1187-ci, 1203-cü, 1225-ci, Azərbaycan Respublikası Prosessual Mülki Məcəllənin 88-ci, 119.1-ci, 217.4-cü, 218.3-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Quliyeva Zinyət Dövlət qızı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, anası mərhum Əsmər Soltanəliyevaya o, baxmış, qardaşları və bacıları müəyyən zaman sonra evdə yaşamamışlar, ailə həyatı quraraq başqa mənzildə yaşamağa başlamışlar. Bundan sonra da ailəli olsada anasına o, baxmiş, xəstəxanaya onunla getmiş, ondan icazəsiz iş görməmişdir. Evin satılması ilə bağlı anasının fikrini soruşmuş, anası satılmamasını istəmişdi. Anası öldükdən sonra əssasız şəkildə ev vəsiyyətnaməsi tərtib olunmuş, əssasız imzalarla təsdiq olunmuş, halbuki vəsiyyətnamə şəxsən tərtib edilməli və imzalanmalıdır. Onu nikahdan olan uşaq kimi daxil etməmişlər. Uzun müddət evdə o, yaşadığı üçün və anasına baxdığı üçün həmçinin kommunnal və digər xərcləri də çəkdiyi üçün evin tam olaraq ona məxsus olduğunu düşünür. Ev vəsiyyətnaməsini tərtib edərkən, Mülki Məcəllənin 1167-ci və 1187-ci, həmçinin Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 59-cu maddəsi pozulmuşdur.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6950/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Q.A.Əsgərov (sədrlik edən və məruzəçi), A.N.İmanov və V.N.Sadıqov).
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı işdə müstəqil tələb irəli sürən üçüncü şəxs Quliyeva Zinyət Dövlət qızı, X7 iradəsinə cavabdehlər Cavabdeh1, X18, X20 hüquqi varisi X50 tərəfindən qəsdən maneə törədilməsi və şəxslərin ləyaqətsiz vərəsə sayılmasının əsasında dura biləcək faktiki hallara dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, sözügedən məsələyə sübutetmə yükü aspektindən yanaşdıqda, iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur. Bundan başqa mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Zinyət Quliyeva apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü, 1134-cü, 1137-ci, 1145-1146-ci, 1157-ci, 1159-cu, 1203-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 88-ci, 384.0.1-ci, 385.2-ci maddələri ilə əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
15. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Quliyeva Zinyət Dövlət qızı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1842/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – İddiaçı iddia tələblərinin və üçüncü şəxs Quliyeva Zinyət Dövlət qızının iddia tələblərinin təmin olunan hissələrində ləğv edilməsi, işin həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması və qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır (hakimlər Ə.A.Əhmədov (sədrlik edən və mərizəçi), V.T.Həsənov və İ.Ə.Şəfiyev).
17. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi bundan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirilmədən saxlayarkən, gəldiyi nəticəni sadalanan maddələrin tələbləri baxımından kifayət qədər əsaslandırmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi mərhum Dövlət Soltanəliyevin bütün vərəsələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədən, onların hazırkı mübahisəli məsələyə münasibətlərini öyrənmədən, vərəsələrdən kimlərin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etmələri barədə ərizə vermələrini və ya miras mənzilə sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etmələrini şəksiz nümayiş etdirməklə, onlardan hansının mirası qəbul etmələrini lazımi şəkildə araşdırmadan, bu barədə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlamadan, Cavabdeh2a, Cavabdeh1, İlqar Soltanəliyev və İddiaçı miras mənzili qəbul etmələrinə dair işə əlavə edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırmadan, habelə Bakı şəhəri, 142 saylı MKİS tərəfindən verilmiş arayışlardakı ziddiyyətlərə aydınlıq gətirmədən, mərhum Dövlət Soltanəliyevin yuxarıda adı çəkilən bütün vərəsələrinin miras mənzili qəbul etmələri nəticəsinə gəlmişdir.
ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5793/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən üçüncü şəxs Quliyeva Zinyət Dövlət qızının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – yoxlanılan qətnamənin xx.xx.2006-cı ildə vəfat etmiş mərhum X11 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilin 1/7 hissəsinə İddiaçı hüquqi varisi X34, 07 dekabr 2006-cı ildə vəfat etmiş mərhum X11 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilin 1/7 hissəsinə Quliyeva Zinyət Dövlət qızının miras payının müəyyən edilməsi (baxılan) hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, 07 dekabr 2006-cı ildə vəfat etmiş mərhum X11 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilin 1/5 hissəsinə İddiaçı hüquqi varisi X34, 07 dekabr 2006-cı ildə vəfat etmiş mərhum X11 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilin 1/5 hissəsinə Quliyeva Zinyət Dövlət qızının miras payının müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), İ.A.Kərimli və E.C.Kazımov).
19. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdiklərindən, beləliklə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqlarından, mirası tamamilə qəbul edilmiş sayılan Əsmər Soltanəliyeva öldüyündən, onun həm irsi transmissiya üzrə, həm də miras şərikliyi üzrə olan İlqar Soltanəliyevin (hüquq varisi), İddiaçı (hüquq varisi), Sevda Soltanəliyevanın, Gülnarə Soltanəliyevanın və Zinyət Quliyevanın miras əmlak üzərində hüquqları müəyyən edilməli, İddiaçı hüquqi varisi X34 və Quliyeva Zinyət Dövlət qızının mənzilin 1/5 hissəsinə miras payının müəyyən edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilsə də, digərlərinin müraciəti (tələbləri) olmadığından qətnamədə yalnız iddia edən şəxslərin hüquqları üzrə qənaət təsbit edilməlidir. Bununla belə, İlqar Soltanəliyevə (hüquq varisi), Sevda Soltanəliyevaya və Gülnarə Soltanəliyevaya hər birinin mənzilin 1/5 hissəsinə miras payı üzrə hüquqlarının təsdiqi üçün müvafiq olaraq notariat orqanına müraciət etmək hüquqları izah edilməlidir. Cavabdeh1 və Cavabdeh2anın isə Dövlət Soltanəliyevdən, habelə irsi transmissiya üzrə Əsmər Soltanəliyevadan (23 saylı notariat ofisinin "Notariat hərəkətlərinin aparılmasından imtinaya dair” 30 iyul 2019-cu il tarixli Qərarı ilə) mirası qəbul etməkləri təsdiq edilmədiyindən (təkzib edildiyindən) onların vərəsəlik hüquqlarının müəyyən edilməsi müəyyən edilmir.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 1134.1-ci, 1146-cı, 1151-ci, 1159-cu, 1160-cı, 1243-cü, 1252-ci, 1253-cü, 1262-ci, 1263-cü, 1273-1-ci, 1324-cü, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2020-cı tarixli qərarı ilə əsaslandırmışdır.
d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
21. Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsinin ləğv edilməsini, xx.xx.2006-cı il tarixdə vəfat etmiş məhrum X11 miras qalmış Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 42 saylı evin, 30 saylı mənzilinin 1/7 hissəsinə onun miras payının müəyyən edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.
22. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən üçüncü şəxs Quliyeva Zinyət Dövlət qızı da kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və apellyasiya şikayətinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. .
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-976/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5793/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
24. Kassasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyi ilə bağlı qeyd etmişdir ki, X44 xx.xx.2019-cu il tarixdə öldükdən sonra, xx.xx.2019-cu il tarixdə X15, X27, İddiaçı, Cavabdeh1 və X18 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariusa müraciət etmiş, xx.xx.2019-cu il tarixli qərarla notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Həm İddiaçı, həm də müstəqil tələblər irəli sürən üçüncü şəxs Quliyeva X55 Soltanəliyev və Əsmər Soltanəliyevadan miras qalmış mübahisə predmeti olan mənzilin qəbulu faktının müəyyən edilməsi və miras əmlakdan vərəsəlik paylarının müəyyən edilməsini tələb etmişlər. xx.xx.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədə adı olan digər şəxslər – İlqar Soltanəliyev (hüquqi varisi), Sevda Soltanəliyeva və Gülnarə Soltanəliyeva isə Əsmər Soltanəliyevadan miras qalmış əmlakın qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariusa müraciət etməmiş (hazırkı halda notariusa müraciət üçün müəyyən edilmiş müddəti ötürmüş), müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməmişlər. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq ilk növbədə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi yalnız X11 miras qalmış mənzilə miras paylarını müəyyən etmiş, lakin X23 miras qalmış əmlaka (mənzilin ½ hissəsi və Dövlət Soltanəliyevdən miras qalmış 1/6 hissə) münasibət bildirməmişdir. Bunlarla bərabər, məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2a (hüquqi varisi) Dövlət Soltanəliyevdən miras qalan əmlakı qəbul etməsə də, Əsmər Soltanəliyevadan miras qalmış əmlakın qəbul olunması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı mülki qanunvericiliklə müəyyən edilmiş müddətdə notariusa müraciət etmişdilər. Beləliklə, işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi iş üzrə tərəflərin Əsmər Soltanəliyevadan miras qalmış əmlaka miras paylarını müəyyən etməməklə işin hallarını düzgün müəyyən etməmiş, ətraflı araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. İştirak etdiyi məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Quliyeva Zinyət Dövlət qızı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
27. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini və Cavabdeh1 həmin miras əmlakdan digər vərəsələrlə birlikdə bərabər hissədə payının müəyyən edilməsini xahiş etmişdir.
28. İştirak etdiyi məhkəmə iclasında cavabdehlər Cavabdeh1, X4 hüquqi varisi X21, habelə mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X15 apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini və onların hər birinin bərabər hissədə miras əmlakdan paylarının müəyyən edilməsini xahiş etmişdilər.
29. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən İddiaçı prosessual hüquqi varisi X46, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X37 və X27 məhkəmə iclasına gəlməmiş, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 23 saylı notariat ofisi isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə iddiaçının və üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir; 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır; 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir; 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər; 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər; 1301.3-ci maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mMiras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd etmişdir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
34. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
35. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.
36. Məhkəmə kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarlarındakı göstərişləri, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarının iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarlarından sonra qəbul edilməsini nəzərə alıb, mövcud vəziyyətdə qətnaməni yalnız “miras əmlakdan payların müəyyən edilməsi” hissəsində yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası işdə iştirak etmiş tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi “miras əmlakdan payların müəyyən edilməsi” hissəsinə qiymət verərkən hüquq normalarının tədbiqində səhvə yol vermişdir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir.
38. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, iş üzrə tərəflərin valideynləri X48 Abdulrəhimova (sonradan Soltanəliyeva) arasında xx.xx.1961-ci il tarixdə nikah bağlanmışdır. Həmin nikahdan 7 uşaq, yəni İddiaçı, Cavabdeh1, X18, X35, X27, X15, Soltanəliyeva (Quliyeva) Zinyət Dövlət qızı doğulmuşdur. Onlar birgə nikahda olan dövrdə, yəni xx.xx.2003-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən 42 saylı evin, 30 saylı mənzilinə dair X12 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X28 xx.xx.2006cı il tarixdə, X33 xx.xx.2017-ci il tarixdə, X44 xx.xx.2019-cu il tarixdə, İddiaçı xx.xx.2019cu il tarixdə, X19 isə xx.xx.2020-ci il tarixdə ölmüşdür. X12 ölümündən sonra verilmiş xx.xx.2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən onun vərəsələri kimi arvadı - X44, uşaqları - X33, İddiaçı, X27, X15 və Quliyeva Zinyət Dövlət qızı müəyyən edilmiş, lakin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 115/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə həmin şəhadətnamə etibarsız hesab edilmişdir. Bu qətnamə qanuni qüvvəsini almışdır. X31 ölümündən sonra xx.xx.2019-cu il tarixli Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında qərarla İddiaçı, Cavabdeh1 və X10 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən 42 saylı evin, 30 saylı mənzilinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir.
39. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mübahisəli mənzil birgə nikah dövründə əldə olunduğundan tərəflərin valideynləri X28 ilə X31 ümumi paylı mülkiyyəti olmuşdur. Başqa sözlə, həmin əmlak üzərində ½ hissədə ərin (X28), ½ hissədə arvadın (X44) pay hüququ yaranmışdır.
40. xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə artıq məhkəmə qaydasında etibarsız hesab edilmiş, eyni zamanda, X12, habelə X31 ölümündən sonra iş üzrə tərəflərdən, o cümlədən sonradan ölmüş uşaqlardan hər hansı biri mirasdakı payından imtina etməmiş, əksinə onlardan bir neçəsi mirası qəbul etmək üçün aidiyyəti üzrə notariat ofisinə müraciət etmişdilər. Bu baxımdan X12 ölümündən sonra onun arvadı və 7 uşağının hər biri ondan miras qalmış mənzili qəbul etmiş vərəsə hesab edilməli və onların hər birinin miras əmlakda payı müəyyən edilməlidir. Bununla belə, hüquqi nəticə etibarı ilə X28 xx.xx.2006-cı il tarixdə vəfat etdikdən sonra ondan miras qalmış əmlakdan onun vərəsələrinin hər birinin (arvadı + 7 uşağı = 8 vərəsə) 1/16 hissədə pay almaq hüququ yaranmışdır.
41. Bundan sonra xx.xx.2017-ci il tarixdə X33 ölmüş və artıq ondan miras qalmış bu paydan X31, habelə onun arvadının və iki uşağının bərabər hissədə pay almaq hüququ yaranmışdır. X1 anasının bu əmlakda payı 1/80, arvadının və 3 uşağının isə ümumilikdə 4/80 olmuşdur. Bundan sonra (mənzilin yarısı və ərinin, habelə oğlunun vərəsəsi olaraq onun payına düşən hissə) hüquqi nəticə etibarı ilə X31 həmin əmlakın (8/16 + 1/16 = 9/16 + 1/80 =46/80) 46/80 hissəsi üzərində hüququ yaranmışdır.
42. X44 xx.xx.2019-cu il tarixdə vəfat etdikdən sonra isə ondan miras qalmış əmlakdan (46/80 hissədə) onun vərəsələrinin hər birinin (6 uşağı və xx.xx.2017-ci il tarixdə ölmüş X22 vərəsələri – 1 pay) 1/16 + 46/560 = 81/560 hissədə, xx.xx.2017-ci il tarixdə ölmüş X22 vərəsələrinin isə 74/560 hissədə pay hüququ yaranmışdır.
43. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı və X19 hazırki iş üzrə iddia məhkəməyə verildikdən sonra dünyasını dəyişmişdilər. Bu səbəbdən miras əmlakda məhz onların payı müəyyən edilməlidir. X22 vərəsələrindən hazırki işə üçüncü şəxs qismində onun vərəsəsi və oğlu X37 cəlb edilmiş, onun digər vərəsələrinin buna hər hansı etirazı olmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, miras əmlakdan X24 çatası pay üzərində məhz X25 hüquqları tanınmalıdır.
44. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni “miras əmlakdan payların müəyyən edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə qismən təmin edilməli, miras qalmış Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 42 saylı evin, 30 saylı mənzilinin 81/560 hissəsinə Quliyeva Zinyət Dövlət qızının, 81/560 hissəsinə İddiaçı, 81/560 hissəsinə Cavabdeh1, 81/560 hissəsinə X4, 81/560 hissəsinə X14, 81/560 hissəsinə X6, 74/560 hissəsinə X25 payı müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Müstəqil tələblər irəli sürən üçüncü şəxs Quliyeva Zinyət Dövlət qızının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-86/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi “miras əmlakdan payların müəyyən edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə qismən təmin edilsin. Miras qalmış Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 42 saylı evin, 30 saylı mənzilinin 81/560 hissəsinə Quliyeva Zinyət Dövlət qızının, 81/560 hissəsinə İddiaçı, 81/560 hissəsinə Cavabdeh1, 81/560 hissəsinə X4, 81/560 hissəsinə X14, 81/560 hissəsinə X6, 74/560 hissəsinə X25 payı müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.