Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2311/2021 22.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, X3 və X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “daşınmaz əmlaka dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbi barədə” birgə iddialarına, habelə müstəqil tələb irəli sürən iş üzrə üçüncü şəxs X1 həmin cavabdehlərə qarşı “müqavilənin etibarsız hesab edilməsi və mübahisəli əmlak üzərində payların müəyyən edilməsi tələbi barədə” müstəqil iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardaddan Cavabdeh1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 kv.m və 2-ci mərtəbəsində yerləşən 300 kv.m (ümumi sahəsi 600 kv.m) qeyri-yaşayış sahəsinə dair cavabdehlər arasında xx.xx.2009-cu il tarixdə bağlanmış “Yeni tikilən yaşayış binasında sahənin alğı-satqısı barədə” müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə predmeti olan qeyri-yaşayış sahəsinin bərabər əsaslarla birgə iddiaçıların adlarına rəsmiləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Eyni zamanda iddiaçılar, “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, mövcud mülki mübahisəyə mahiyyəti üzrə baxılıb qurtarana kimi mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin başqa şəxslərin adına rəsmiləşdirilməsinin cavabdehlərə qadağan edilməsi, həmin qeyri-yaşayış sahəsindən istifadənin və həmin sahəyə giriş-çıxışın məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. “İddianın təmini tədbirinin görülməsi barədə” ərizəyə baxmış birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizənin qismən təmin edilməsini, mübahisəli qeyri-yaşayış sahəsinin başqa şəxslərin adına rəsmiləşdirilməsini cavabdehlərə qadağan edilməsini, qalan hissədə ərizənin təmin edilməməsini qərara almışdır. Cavabdeh1 həmin qərardaddan birinci instansiya məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və “İddianın təmini tədbirinin görülməsi barədə” ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd edilən iddianın təmin tədbirinin görülməsi onun mülkiyyət hüquqlarını pozur. Şikayətə baxmış birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 157.1-ci maddəsinə görə, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. MPM-nin 157.2-ci maddəsinə görə, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-nin 158.1-ci maddəsinin mənasına görə, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula, müəyyən hərəkətlərin edilməsi cavabdehə qadağan edilə, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etmək başqa şəxslərə qadağan edilə bilər. MPM-nin 162.4-ci maddəsinə görə, iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. İddiaçıların birgə iddia ərizəsindən görünür ki, iddiaçılar, mübahisəli sahələrə dair cavabdehlər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsini xahiş edir. İş materiallarından görünür ki, işə baxmış Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddiaçıların iddiasını tam, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasını isə qismən təmin etmişdir. Hər iki cavabdeh qətnamədən ayrıayrılıqda apellyasiya şikayətləri vermişlər. Qanuniliyi və əsaslılığı apellyasiya qaydasında yoxlanılacaq bu qətnamənin ləğv edilməsi istisna edilmədiyi kimi, dəyişdirilmədən saxlanılması istisna edilmir. Belə olan halda işə baxılıb qurtaranadək iş üzrə mübahisəli əmlaklar ehtimal olunan özgəninkiləşdirilmədən qorunub saxlanılmalıdır. Əks halda təmin edilməsi istisna edilməyən iddia üzrə qəbul edilə biləcək qətnamənin icrasında müəyyən çətinliklər yarana bilər. Bu baxımdan hesab edilməlidir ki, ərizəyə baxmış birinci instansiya məhkəməsi işə baxılıb nəticə verilənədək, mübahisəli əmlakların başqa şəxslərin adına rəsmiləşdirilməsinin qadağan edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Cavabdeh1 bildirir ki, iddianın təmini tədbirinin görülməsi onun mülkiyyət hüququnu pozur. Şikayətin dəlilinə münasibətdə Məhkəmə qeyd edir ki, mülki iş üzrə iddianın təmini tədbirinin görülməsi mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilə bilməz, iddianın təmini tədbiri müvəqqəti xarakter daşıyır, işə baxılıb qurtaranadək mübahisəli əmlakların başqa şəxslərin adına rəsmiləşdirilməsinin qadağan edilməsi isə əmlakdan Cavabdeh1 istifadə etməsinin qarşısını almır. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Cavabdeh1 qərardaddan verdiyi şikayət əsassızdır; barəsində şikayət verilmiş qərardad qanuni və əsaslıdır; qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə, MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh1 şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-2311/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2311/2021
22.01.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver