Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2311/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair mülki iş üzrə (Açar sözlər:pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddiası mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1076/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. xx.xx.2020-ci il tarixində yol nəqliyyat hadisəsi baş vermiş və hadisə nəticəsində zərərçəkən İddiaçı məxsus 99VE481 DQN-lı avtomaşına zərər dəymişdir.
2. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, hadisə üzrə müvafiq prosedura uyğun olaraq ilkin qiymətləndirmə 272 manat məbləğdə müəyyən olunmuşdur. Dəymiş zərərin yenidən qiymətləndirilməsi üçün qarşılıqlı razılaşmaya əsasən müstəqil ekspert Elşən Mehdiyev təyin edilmişdir. Zərər müstəqil ekspert tərfindən 560 manat məbləğində qiymətləndirilmişdir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2121 saylı, 12 iyun 2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “MAG” LLC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı «Hyundai Tucson» markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1245 manat müəyyən edilmiş, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı «Hyundai Tucson» markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 272 manat müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı, xx.xx.2020-ci il tarixində zərərçəkən avtomobil sahibi 99VE481 DQN-lı avtomaşının sahibi İddiaçı iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Lakin cavabdeh təşkilat qiymətləndirməni düzgün saymamış və çoxlu vaxt itkisinə bilərəkdən yol vermişdir. Beləcə ona qarşı hüquq və mənafelərinin tapdalanmasına və süründürməçiliyə səbəb olmuşdur. O, hadisədən sonra 6 gün gözləmiş və ödəniş olunmadığı üçün avtomobili məcbur təmirə yönəltmiş, lazım olan ehtiyat hissələri dəyişdir. Ümumilikdə 1580 manat məbləğ xərclənmişdir. Lakin sığorta şirkəti 7 gündən sonra qısa SMS şəklində məlumat göndərmişdir. Bu müddət ərzində sığorta şirkətinə dəfələrlə müraciət etdikdən sonra heç bir nəticə əldə olunmamışdır. Həmin məbləğ ona geri ödənməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Dəfələrlə müraciət etdikdən sonra xx.xx.2021-ci il tarixində zərərin müəyyən olunması ilə təmir müəssisəsinə yaxınlaşmış, ona bildirmişlər ki, servisdən çıxıb küçədə gözləsin. Bir müddətdən sonra əməkdaş maşına vizual olaraq baxış keçirtmiş və bildirmişdir ki, ona məlumat veriləcək. Yenə də dəfələrlə cavabsız müraciətlərindən sonra xx.xx.2021-ci il tarixində eyni sms-i təkrarən ona göndərmişlər. Yəni xx.xx.2021 tarixində olan sms-i. Nəhayət 10 dekabr tarixində X5 Bankın nümayəndəsi avtomobilə baxış keçirmiş və özündə qeyd etmişdir ki, qeyd olunan ehtiyat hissələrinin hamısı dəyişdirilmişdir. Hətta ABS-in daccik-i lap yeni və dublikat olduğunu şifahi şəkildə ona bildirmişdir. Müştəriekspert rəyi ilə 12 dekabr 2021-ci ildə tanış olmuş, 1580 manat və 8 ehtiyat hissəsindən cəmi 2 ehtiyat hissəsini və usta haqqını qiymətləndirmişlər. Sonra o, ekspert ilə telefon əlaqəsi saxlamış və etirazını bildirmişdir. O isə cavab vermiş ki, birinci “2 detaldan çox detal qeydə ala bilməz, məhdudiyyət var” ikinci “qiymətləndirməni sığorta şirkəti özü verir, o, sadəcə rəy yazır”, buradan belə qənaətə gəlinir ki, bu qiymətləndirmə və rəy müstəqil ekspert rəyi deyil. Ondan da əlavə, sığorta şirkətindən dəfələrlə hadisənin fotoşəkilini istəsə də, dəfələrlə vəd olunmuş, amma heç bir fotoşəkil göndərilməmişdir. Bu zaman ərzində Paşa Sığorta şirkəti tərəfindən məruz qalaraq real zərərə uyğun olmayan şəkildə, az miqdarda sığorta ödənişi barədə təklif almışdır. Uzun bir müddətdən sonra hüquqi yardım üçün vəkilə müraciət etmiş, sığorta hadisəsindən sonra keçən müddət ərzində həmin hadisənin vurduğu zərəri təsdiq edən ziyanları sığorta şirkəti tərəfindən əldə edilməmişdir. Məsələn, sığorta obyekti olan və zərər vurulmuş əmlakın ilkin görüntüsü və rəsmi müayinəsi sığortalananda olmadığı halda heç bir məlumat yoxdur. Məbləğin mümkün qədər azaldılmasına səy göstərməsi halları mövcuddur. Ona görə də yüksək sığorta məbləğin ödənilməsinə əsas olan sığorta hadisəsi baş verdiyi andan etibarən sığortalananın hüquqi yardım alması daha məsləhətlidir. Sığorta məbləğinin həcmi barədə rəsmi bildirişi sığortaolunana təqdim etməlidir. Qısa SMS isə rəsmi bildiriş demək deyil. Sığorta olunan ondan hər gecikdirilən gün üçün sığorta məbləğinin 01%-i qədər dəbbə pulu ödənilməlidir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən ona ödənilməli olan 1580 manat sığorta ödənişinin, mənəvi ziyan qismində 5000 manatın, ödənilmiş dövlət rüsumunun və çəkilmiş əlavə xərclərin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin həcminin azaldılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək 5000 (beş min) manat mənəvi ziyan kimi tələb edilən məbləği 1 (bir) manat kimi nəzərə alınmasını xahiş etmişdir.
6. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1076/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən İddiaçı məxsus olan «Hyundai Tucson» markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə dəymiş ziyan kimi 758,50 AZN (yeddi yüz əlli səkkiz manat əlli qəpik) məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumunun əvəzi kimi 37 AZN-nin (otuz yeddi manat) 17,40 AZN-ni (on yeddi manat, qırx qəpik) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi, 19,60 AZN-ni (on doqquz manat, altmış qəpik) isə iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 AZN-nin (əlli manat) 23,5 AZN-ni (iyirmi üç manat, əlli qəpik) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 26,50 AZN-ni (iyirmi altı manat, əlli qəpik) isə İddiaçı tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, «Hyundai Tucson» markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə dəymiş ziyanın məbləği baş verən tarixə “MAG” LLC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən təxminən 1245 manat, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən 272 manat müəyyən edilmişdir. Göründüyü kimi, yuxarıda əks etdirilən aktlar üzrə hesablanmış məbləğlər arasında böyük fərq vardır. Bu halda məhkəmə hesab etmişdir ki, 272 manat vəsait avtomobilə vurulmuş ziyanın aradan qaldırılması üçün kifayət etmədiyindən ümumi ağlabatan məbləğ müəyyən edilməli, rəydə əks edilmiş məbləğlər ümumi hesablanmaqla 758,50 manat (1245+272=1517:2=758,5) həddində olmalıdır. Məhkəmə iddia tələbinin “mənəvi zərərə görə 1 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən həmin tələbinin əsaslı olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi 758,50 manat (iddia tələbinin 48 %) məbləğində maddi ziyanın tutulması həddində təmin edildiyindən, həmçinin iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sübut məhkəməyə təqdim edildiyindən, dövlət rüsumunun əvəzi kimi 37 AZNnin (otuz yeddi manat) 17,40 AZN-ni (on yeddi manat, qırx qəpik) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməli, 19,60 AZN-ni (on doqquz manat, altmış qəpik) isə iddiaçıya aid edilməlidir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 922.1, 923.1-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2, 4.1, 15.1-ci maddəsinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 103.1, 217.3, 217.4, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-1076/2023 saylı qətnaməsini ləğv edərək iddianın təmin edilməsi barədə qətnəmə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, xx.xx.2020-ci il tarixində avtomobil sahibi 99VE481 DQN-lı avtomaşının sahibinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Lakin cavabdeh təşkilat qiymətləndirməni düzgün saymamış və çoxlu vaxt itkisinə bilərəkdən yol vermişdir və beləcə ona qarşı hüquq və mənafelərinin tapdalanmasına və süründürməçiliyə səbəb olmuşdur. O hadisədən sonra 6 gün gözləmiş və ödəniş olunmadığı üçün avtomobili məcbur təmirə yönəltmiş, lazım olan ehtiyat hissələri dəyişdirmişdir. Ümumilikdə 1580 manat məbləğ xərclənmişdir. Lakin sığorta şirkəti 7 gündən sonra qısa SMS şəklində məlumat göndərmişdir. Bu müddət ərzində sığorta şirkətinə dəfələrlə müraciət etdikdən sonra heç bir nəticə əldə olunmamışdır. Həmin məbləğ ona geri ödənməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olub. Dəfələrlə müraciət etdikdən sonra 2021-ci il tarixində zərərin müəyyən olunması ilə təmir müəssisəsinə yaxınlaşmış, ona bildirmişlər ki, servisdən çıxıb küçədə gözləsin. Bir müddətdən sonra əməkdaş maşına vizual olaraq baxış keçirtmiş və bildirmişdir ki, ona məlumat veriləcək. Yenə də dəfələrlə cavabsız müraciətlərindən sonra xx.xx.2021-ci il tarixində eyni sms-i təkrarən ona göndərmişlər. Yəni xx.xx.2021 tarixində olan sms-i. Nəhayət 10 dekabr tarixində Bankın nümayəndəsi Elşən Mehdiyev avtomobilə baxış keçirmiş və özündə qeyd etmişdir ki, qeyd olunan ehtiyat hissələrinin hamısı dəyişdirilmişdir. Hətta ABS-in daccik-i lap yeni və dublikat olduğunu şifahi şəkildə ona bildirmişdir. Müştəri ekspert rəyi ilə 12 dekabr 2021-ci ildə tanış olmuş, 1580 manat və 8 ehtiyat hissəsindən cəmi 2 ehtiyat hissəsini və usta haqqını qiymətləndirmişlər. Sonra o ekspert ilə telefon əlaqəsi saxlamış və etirazını bildirib. O isə cavab vermiş ki, birinci “2 detaldan çox detal qeydə ala bilməz, məhdudiyyət var” ikinci “qiymətləndirməni sığorta şirkəti özü verir, o, sadəcə rəy yazır”, buradan belə qənaətə gəlinir ki, bu qiymətləndirmə və rəy müstəqil ekspert rəyi deyil. Ondan da əlavə, sığorta şirkətindən dəfələrlə hadisənin foto şəkilini istəsə də, dəfələrlə vəd olunmuş, amma heç bir fotoşəkil göndərilməmişdir. Bu zaman ərzində Paşa Sığorta şirkəti tərəfindən məruz qalaraq real zərərə uyğun olmayan şəkildə, az miqdarda sığorta ödənişi barədə təklif almışar. Uzun bir müddətdən sonra hüquqi yardım üçün vəkilə müraciət etmiş, sığorta hadisəsindən sonra keçən müddət ərzində həmin hadisənin vurduğu zərəri təsdiq edən ziyanları sığorta şirkəti tərəfindən əldə edilməmişdir. Məsələn, sığorta obyekti olan və zərər vurulmuş əmlakın ilkin görüntüsü və rəsmi müayinəsi sığortalananda olmadığı halda heç bir məlumat yoxdur. Məbləğin mümkün qədər azaldılmasına səy göstərməsi halları mövcuddur. Ona görə də yüksək sığorta məbləğin ödənilməsinə əsas olan sığorta hadisəsi baş verdiyi andan etibarən sığortalananın hüquqi yardım alması daha məsləhətlidir. Sığorta məbləğinin həcmi barədə rəsmi bildirişi sığortaolunana təqdim etməlidir. Qısa SMS isərəsmi bildiriş demək deyil. Sığorta olunan hər gecikdirilən gün üçün sığorta məbləğinin 01%-i qədər dəbbə pulu ödənilməlidir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən ona ödənilməli olan 1580 manat sığorta ödənişinin, mənəvi ziyan qismində 5000 manatın, ödənilmiş dövlət rüsumunun və çəkilmiş əlavə xərclərin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edib. Lakin, iddiası qismən təmin edilib. Cavabdeh Paşa Siğorta ona məxsus olan Hyundai Tucson markalı ** VE ***dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş ziyan kimi 758, 50 AZN məbləğində pul tutularaq ona verilməsi qət edilib. Lakin o həmin qətnamə ilə razı deyil, belə ki, ona dəyən maddi zərərin əvəzini 1580 manatı tələb edir. Həmçinin Nəsimi Rayon Məhkəməsinə müraciət zamanı yazılan iddia ərizəsində hər gecikdirilən gün üçün sığorta məbləğinin 01%-i qədər dəbbə pulu ilə bağlı tələb qeyd edilsə də Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixlii qətnaməsində dəbbə pulu ilə bağlı heç bir şey qeyd edilməmiş və bununla bağlı nəticə qeyd olunmamışdır. Bununla yanaşı Nəsimi Rayon Məhkəməsinə müraciət zamanı qiymətləndirmə aktının ikinci nüsxəsini təqdim etmək istədikdə ona şərait yaradılmadı. Bu səbəbdəndə iddia tələbini tam müdafiə edə bilməyib. Cavabdeh tərəf olaraq hesab edir ki, iddiaçı onlara qarşı irəli sürdüyü pul tələbinin əsası kimi istinad etdiyi hallara dair, yəni həyata keçirilmiş iş həcmlərinə görə borcun qalması, ümumiyyətlə həmin iş həcmlərinin və materialların mövcud olması, onlara təhvil verilməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə bir sübutlar olmadan birinci instansiyası məhkəməsi tərəfindən iddiaçının iddiasının təmin edilməsi nəticəsində MPM-nin 77-ci maddəsinin tələbi pozulmuşdur. Cavabdeh tərəf olaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iş üzrə sübutlar düzgün qiymətləndirilməmişdir. Belə ki, məhkəmə qətnamədə iddiaçının təqdim etdiyi özü tərəfindən tərtib edilmiş və tərtibatından cavabdehin məlumatı, iştirakı olmayan aktları, arayışları bir-bir qətnamədə sadalamış, lakin həmin sübutlara hansısa hüquq normasına uyğun şəkildə qiymət vermək əvəzinə, yalnız iddiaçı tərəfin məntiqi ilə qiymət vermişdir. Bu səbəbdən həmin sənədlərə bir – bir istinad etməklə, sənədlərin mötəbər sübut kimi qəbul edilməsinin mümkünsüzlüyünü qeyd etmək zərurəti yaranmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, Rayon məhkəməsində iddianı tam müdafiə edə bilməyib, sənədləri təqdim edə bilməyib. 560 manat təklif edilmişdi, hakimə bunu bildirə bilmədi. 560 manatdan 272 manata salınıb. 1245 manat hesablanmışdır. Amma 272 manat kimi hesablanmasını anlaya bilmir. 1245 manat və 272 manat arasında fərq olduqca böyükdür.
13. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, rayon məhkəməsində ekspertiza təyin edilib müfaviq qətnamə qəbul edilib. Hazırda mübahisə predmetinin nə təşkil etdiyi onlara aydın deyil.
Tətbiq edilən hüquq normaları:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
15. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 4.1. Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Maddə 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilməyən hissədə ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində iddiaçıya münasibətdə yoxlanılır Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
21. İddiaçı mülkiyyətində olan avtomobilə dəymiş zərərlə bağlı cavabdehdən sığorta ödənişi tələb edir.
22. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş və ona istinad edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” hesabat və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2121 saylı, 12 iyun 2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə hesablanmış məbləğlər arasında böyük fərq olmuş, 272 manat vəsait avtomobilə vurulmuş ziyanın aradan qaldırılması üçün kifayət etmədiyindən ümumi ağlabatan məbləğ müəyyən edilməli, rəydə əks edilmiş məbləğlər ümumi hesablanmaqla 758,50 manat (1245+272=1517:2=758,5) həddində olmalıdır.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, hadisə üzrə müvafiq prosedura uyğun olaraq ilkin qiymətləndirmə 272 manat məbləğdə müəyyən olunmuşdur. Dəymiş zərərin yenidən qiymətləndirilməsi üçün qarşılıqlı razılaşmaya əsasən müstəqil ekspert Elşən Mehdiyev təyin edilmişdir. Zərər müstəqil ekspert tərfindən 560 manat məbləğində qiymətləndirilmişdir.
24. Göründüyü kimi cavabdeh tərəfindən zərərin 560 manat həcmdə müəyyən edildiyi halda işə baxan hakim əsassız olaraq ilkin qiymət olan 272 manatı nəzərə alaraq ona uyğun hesablama aparmışdır.
25. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2121 saylı, 12 iyun 2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “MAG” LLC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı «Hyundai Tucson» markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1245 manat müəyyən edilmiş, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı «Hyundai Tucson» markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 272 manat müəyyən edilmişdir.
26. Göründüyü kimi ekspert rəyində hər iki qüsur aktına əsasən qiymət müəyyən edilmişdir. Cavabdehin özünün təqdim etdiyi məktubdan da görünür ki, 272 manat məbləğ ilkin qiymət olmuş, daha sonra isə cavabdeh 560 manat ödəməyə razı olmuşdur. Ekspert rəyində göstərilən digər qiymət isə iddiaçının təqdim etdiyi qüsur aktı əsasında müəyyən edilmişdir. Həmin qüsur aktında məbləğ 1570 manat göstərilsə də ekspert həmin məbləğlə razılaşmayaraq həmin qüsur aktında göstərilən xidmətin dəyərini 1245 manat olmasını qeyd etmişdir. Buna baxamayaraq işə baxan məhkəmə öz mülahizəsinə uyğun hesablama apararaq məbləğin 758.5 manat olması qənaətinə gəlmişdir.
27. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
28. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. İddiaçı və cavabdeh tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
29. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, dəymiş zərərin 1245 manat məbləğində olması eksper rəyi ilə təsdiq olunduğundan iddia tələbi həmin həcmdə əsaslıdır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərər vurulmasını kifayət qədər əsaslandıra bilməmiş, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir.
31. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, İddiaçı məxsus olan «Hyundai Tucson» markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə dəymiş ziyan kimi 1245 AZN (min iki yüz qırx beş) məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32,50 manat (otuz iki manat əlli qəpik) və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 16 (on altı) manat cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 AZN-nin (əlli manat) 25 AZN-ni (iyirmi beş) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 25 AZN-ni (iyirmi beş) isə İddiaçı tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
33. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1076/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən İddiaçı məxsus olan «Hyundai Tucson» markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə dəymiş ziyan kimi 1245 AZN (min iki yüz qırx beş) məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32,50 manat (otuz iki manat əlli qəpik) və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 16 (on altı) manat cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qalan hissədə rüsum tərəfin özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 AZN-nin (əlli manat) 25 AZN-ni (iyirmi beş) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 25 AZN-ni (iyirmi beş) isə İddiaçı tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev