Məhkəmə qərarları › İş №2(103)-2312/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2312/2021

18.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2312/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı “Cavabdeh” İstehsalat Birliyinə qarşı “aktların etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1 saylı mənzildə qeydiyyatda olmaqla orada ailə üzvləri ilə birlikdə yaşadığını, 2017-ci ildə “Cavabdeh” İB-nin əməkdaşlarının yaşadığı ünvana gələrək qaz xəttinə və qaz sayğacına baxış keçirdiklərini və sayğacın bağlayıcı klapanın işləmədiyini bildirib ******* saylı xx.xx.2017-ci il tarixli aktı tərtib etdiklərini, daha sonra mənzilə yeni sayğac quraşdıraraq pulunu ondan tələb etdiklərini, sonradan “Cavabdeh” İB tərəfindən barəsində ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2018-ci il tarixli, ******* saylı xx.xx.2019cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı saylı xx.xx.2020-ci il tarixli, ******* saylı xx.xx.2020-ci il tarixli aktlar tərtib edildiyini və həmin aktlara görə cərimə olunduğunu bildirmiş, göstərilən aktların etibarsız hesab edilməsi və onlardan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edən iddiaçının nümayəndəsi şikayətini belə əsaslandıdırmışdır ki, məhkəmə işin faktiki hallarını aydınlaşdırmamış, barəsində tərtib olunmuş qanunsuz aktların həqiqiliyini sübut etmək vəzifəsini onun deyil, cavabdehin daşıdığını nəzərə almamış, qeyri-obyektiv və qanunsuz qətnamə çıxarmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin olunmalı, qətnamə ləğv edilərək iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunan halına əsasən, ünvan 1 ünvanında yerləşən 1 saylı mənzildə qeydiyyatda olan və orada yaşayan iddiaçı “Cavabdeh” İB-nin abonentidir; xx.xx.2017-ci il tarixdə mənzilin qaz təchizatı ilə hesablaşmasını həyata keçirən sayğaca baxış keçirilərək sayğacın bağlayıcı klapanının işləmədiyi qeyd olunaraq ******* saylı akt tərtib edilmiş, xx.xx.2020-ci il tarixdə sayğac yeni sayğacla əvəz olunmuş, lakin bundan əvvəlki tarixlərdə - xx.xx.2018-ci il tarixdə ******* saylı, xx.xx.2018-ci il tarixdə ******* saylı, xx.xx.2018-ci il tarixdə ******* saylı, xx.xx.2018-ci il tarixdə ******* saylı, xx.xx.2018-ci il tarixdə ******* saylı, xx.xx.2018-ci il tarixdə ******* saylı, xx.xx.2018-ci il tarixdə ******* saylı, xx.xx.2018-ci il tarixdə ******* saylı, xx.xx.2018-ci il tarixdə ******* saylı, xx.xx.2018-ci il tarixdə ******* saylı, xx.xx.2018-ci il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2020-ci il tarixdə ******* saylı, eləcə də sayğacın dəyişdirildiyi xx.xx.2020-ci il tarixində ******* saylı - aktlar tərtib olunaraq həmin aktlarda iddiaçının qazdan sayğacdan kənar istifadə etdiyi göstərilmiş və ona ümumilikdə 3849,8 manat borc (cərimə) yazılmışdır. Birinci instansiya məhkəməsi “iddiaçının evində quraşdırılmış qaz sayğacına müxtəlif vaxtlarda baxış keçirildiyi və baxış zamanı iddiaçının özbaşına olaraq qaz xəttinə qoşulması faktının aşkar edildiyini”, “mütəmadi yoxlama nəticəsində aşkar edilmiş pozuntularla bağlı aktlar tərtib edildiyini”, həmçinin “iddiaçının 2018-ci ildən sonra ödəniş həyata keçirmədiyini” vurğulamaqla iddianın əsassız olduğu nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə iş materiallarındakı sübutları düzgün qiymətləndirməməsi səbəbindən gəlməklə nəticəsinin işin hallarına uyğun olmamasına yol açmışdır. Belə ki, “Qaz təchizatı” haqqında Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının xx xxxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarının 3-cü bəndinə əsasən, istehlakçılar tərəfindən təbii qazın alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatının hesablanma hesabatına ödənilir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının yaşadığı evin qaz təchizatı ilə hesablaşmasına xidmət edən sayğaca “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən xx.xx.2017-ci il tarixdə baxış keçirilərək sayğacın bağlayıcı klapanının işləmədiyi qeyd olunmaqla akt tərtib edilmiş, buna baxmayaraq həmin sayğac xx.xx.2020-ci il tarixdə yeni sayğacla əvəz olunmuş, xx.xx.2018-ci il tarixdən yeni sayğacın quraşdırıldığı xx.xx.2020-ci il tarixinə qədər isə hər ay eyni məzmunlu aktlar tərtib edilərək iddiaçıya cərimə (borc) yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Cavabdeh təşkilat mübahisələndirmir ki, iddiaçının yaşadığı mənzilin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır; bu isə o deməkdir ki, sayğaca məhz onun tərəfindən müdaxilə edilmiş olunduğunu sayğacın işlək vəziyyətdə saxlanılmasına cavabdehlik daşıyan cavabdeh təşkilat sübuta yetirməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kollegiyanın qənaətinə görə “Cavabdeh” İB iddiaçının mənzilindən kənarda quraşdırılmış sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edildiyini və onun qazdan qeyri-qanuni istifadə etdiyini təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir; bununla belə, iddiaçıya məxsus mənzillə bağlı təchizatçı şirkətin tərtib etdiyi saldo adlanan sənəddən aydın olur ki, o, qazdan 2017ci ildən 2020-ci ilin mart ayına qədər sayğacsız istifadə etmişdir. Buna görə də kollegiya hesab edir ki, mübahisənin həllinə məhz bu kontekstdən yanaşılmalı, iddiaçının barəsində tərtib olunmuş aktlar əsasında hesablanmış məbləğlərin düzgün olub-olmadığına qiymət verilməlidir. Sözügedən aktlara əsasən aparılmış hesabatlardan görünür ki, cavabdeh təşkilat iddiaçının evində olan qaz işlədicilərinin gücünü qeyd edərək xx.xx.2018-ci il tarixli akt əsasında ona 78-102 günlük, xx.xx.2018-ci il tarixli akt əsasında 34 günlük, xx.xx.2018-ci il tarixli akt əsasında 20 günlük, xx.xx.2018-ci il tarixli akt əsasında 43 günlük, xx.xx.2018-ci il tarixli akt əsasında 6-16 günlük, xx.xx.2018-ci il tarixli akt əsasında 30 günlük, xx.xx.2018-ci il tarixli akt əsasında 30 günlük, xx.xx.2018-ci il tarixli akt əsasında 30 günlük, xx.xx.2018-ci il tarixli akt əsasında 30 günlük, xx.xx.2018-ci il tarixli akt əsasında 30 günlük, xx.xx.2018-ci il tarixli akt əsasında 30 günlük, xx.xx.2019-cu il tarixli akt əsasında 30 günlük, xx.xx.2019-cu il tarixli akt əsasında 30 günlük, xx.xx.2019-cu il tarixli akt əsasında 30-6- günlük, xx.xx.2019-cu il tarixli akt əsasında 30 günlük, xx.xx.2019-cu il tarixli akt əsasında 30 günlük, xx.xx.2019-cu il tarixli akt əsasında 30 günlük, xx.xx.2019-cu il tarixli akt əsasında 30 günlük, xx.xx.2019-cu il tarixli akt əsasında 30 günlük, xx.xx.2019-cu il tarixli akt əsasında 30 günlük, xx.xx.2019-cu il tarixli akt əsasında 30 günlük, xx.xx.2019-cu il tarixli akt əsasında 30 günlük, xx.xx.2019-cu il tarixli akt əsasında 30 günlük, xx.xx.2020-ci il tarixli akt əsasında 30 günlük, xx.xx.2020-ci il tarixli akt əsasında 16 günlük dövrü qazın itirildiyi (sərfiyyatın qeydə alınmadığı) dövr kimi nəzərə almış və müvafiq məbləğləri iddiaçıdan tələb etmişdir; halbuki, yuxarıda qeyd olunduğu kimi, sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilmiş olduğu və sayğacın məhz göstərilən müddətlərdə sərfiyyatı qeydə almadığı sübuta yetirilməmişdir. Mübahisəsiz olan sayğacın müvafiq aktlar tərtib edildiyi tarixlərdə sərfiyyatı qeydə almadığının, buna baxmayaraq cavabdeh şirkət tərəfindən xx.xx.2020-ci il tarixinədək yeni sayğac quraşdırılmadığının müəyyənləşdirilmiş olmasıdır – hansı ki, bu hal, saldo adlanan sənəddən də aydın olur; buna görə iddiaçının ödəməli olduğu pulun məbləği ağlabatan mühakimə və hər kəsin qəbul etdiyi işgüzar adətlər kontekstində təsbit oluna bilər. Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda istehlakçının təqsiri olmadan sayğacda yaranmış nasazlıq zamanı hansı metodla hesabat aparılmalı olduğu göstərilməsə də, kollegiyanın qənaətinə görə belə halda ən çox 1 aylıq dövr üçün qaz itkisinin hesablanması daha ağlabatandır. Çünkü adı çəkilən Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir); həm bu müddəanın mənasına, həm də bilinən işgüzar praktikaya görə qaz təchizatçısı ayda ən az bir dəfə istehlakçının sayğacının vəziyyətini yoxlamalı və sayğac göstəricisini müəyyənləşdirməli, əgər sayğacda problem varsa onu işlək sayğacla əvəz etməlidir. Başqa sözlə, əgər sayğaca müdaxilənin istehlakçı tərəfindən edildiyi sübuta yetirilmirsə, yaxud sayğacda istehlakçının təqsiri üzündən yarandığı sübuta yetirilməyən nasazlıq varsa, bu halda sayğac dəyişdirilməlidir və istehlakçıdan yalnız sayğaca baxış keçirilməli olan sonuncu tarixdən sonrakı 1 ay üçün ödəniş tələb oluna bilər. Bənzər münasibətləri tənzimləyən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə görə də, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçıdan yalnız xx.xx.2017-ci il tarixindən sonrakı 1 aylıq dövr üçün onun qaz işlədicilərinin gücünə əsasən hesablanmış orta günlük sərfiyyata uyğun pul vəsaiti tələb oluna bilər; xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli aktlar isə etibarsız olmaqla, müvafiq dövrlərdə iddiaçının qazdan sayğacsız istifadə etməsinin məsuliyyəti cavabdeh təşkilatın öz vəzifələrini lazımi qaydada icra etməyən əməkdaşlarına aid olunmalıdır. İddiaçının yaşadığı mənzildə 2 və 4 gözlü qaz pilitələrinin, samovarın və qızdırıcı radiatorun qaz işlədiciləri kimi qeydə alındığını və onların noyabr ayı üçün maksimal güclə işlədiyi ehtimalını nəzərə alaraq kollegiya hesab edir ki, 2017-ci ilin noyabr ayından sonrakı 1 aylıq dövr üçün iddiaçının qaz istehlakına görə ödəməli olduğu vəsait 241,2 manat təşkil edə bilər (4 gözlü qaz pilitəsi – 1,2 x 6 saat x 30 gün, samovar – 1,5 x 10 saat x 30 gün, 2 gözlü qaz pilitəsi 0,6 x 6 saat x 30 gün, radiator – 0,8 x 18 saat x 30 gün) və bundan sonrakı dövr üçün sözügedən aktlara əsasən hesablanmış borc məbləğinin qalan hissəsi onun abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1035/2020 saylı iş üzrə xx xxxxxxxx 2020ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı “Cavabdeh” İstehsalat Birliyinə qarşı “aktların etibarsız hesab edilməsi və onlara əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası qismən təmin olunsun. “Cavabdeh” İstehsalat Birliyi tərəfindən ünvan 1 ünvanında yerləşən 1 saylı mənzil üzrə tərtib olunmuş xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli aktlar etibarsız hesab edilsin və həmin aktlar əsasında İddiaçı hesablanmış 3608,6 (üç min altı yüz səkkiz manat 60 qəpik) borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçının ödədiyi dövlət rüsumlarının əvəzi qismində 36,40 (otuz altı manat 40 qəpik) “Cavabdeh” İB-dən alınaraq ona ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar