Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2313/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, cavabdehlər Cavabdeh3 vəkili Vəkil3 Hüsrəddin qızının, Cavabdeh2 nümayəndəsi Nümayəndə1, üçüncü şəxs Ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-190/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh2, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Resestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs Ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh3, “xxxx” MMC-yə qarşı iddia ərizəsi, iddia ərizəsinə əlavə və yekun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edrək, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km ünvanında yerləşən Cavabdeh2 MMC-nin adına xx.xx.2016-cı il tarixli, RX seriya, ******* saylı reyestrlə xx xxxx 2016-cı il tarixdə qeydə alınmış 1036,7 kv. metr qeyri-yaşayış sahəsinə və bu sahəyə aid olan 0,06141 ha torpaq sahəsinə Cavabdeh1 MMC-nin mülkiyyət hüququnun tanınmasına; JN 6908, Kod 00200003 saylı xx xxxx 2005-ci il tarixli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə Cavabdeh2 MMC-yə verilmiş 2.0 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilən hər biri 960 kv. metrdən ibarət olan 3 (üç) ədəd anbar binalarına Cavabdeh1 MMC-nin istifadə hüquqlarının tanınmasına, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km.də yerləşən, hər biri 960 kv.metrdən ibarət üç ədəd anbar binalarına və bu anbar binalarının yerləşdiyi, xx xxx 2017-ci il tarixli 297/3288 saylı icarə müqavilələri ilə Cavabdeh2 MMC-nin istifadəsində olan torpaq sahəsinə Cavabdeh1 MMC-nin istifadə hüququnun tanınmasını xahiş etmişdir. Cavabdeh2 MMC ilkin iddia üzrə İddiaçı qarşı ilkin iddianın əsasını təşkil edən xx xxxxx 2019-cu il tarixli barışıq razılaşması haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2019-cu il tarixli barışıq razılaşması haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddianın təmin edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 MMC-dən müştərək qaydada onun xeyrinə ümumilikdə 749657,41 (yeddi yüz qırx doqquz min altı yüz əlli yeddi ABŞ dolları, qırx bir sent) ABŞ dollarının tutulmasına dair qətnamə qəbul edilməsini, eləcə də Cavabdeh3 hərəkətlərində Cinayət Məcəlləsinin 318-2-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin olmasına dair xüsusi qərardad çıxarılaraq prokurora xəbər verilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3152/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə 2(002)-3152/2019 saylı mülki iş, İddiaçı Cavabdeh2 MMC-yə qarşı müqavilədən irəli gələn öhdəliklərin icrası tələbinə dair 2(002)-2968/2019 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-190/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə(qətnamənin tarixindəki yanlışlıq sonradan xx.xx.2020-ci il tarixli qərardadla düzəldilmişdir; bax i.v.355-356) İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 MMC-yə, müstəqil iddia tələbi irəli sürməyən üçüncü şəxslər Cavabdeh1 MMC-yə, Daşınmaz Əmlakın Dövlət Resestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Ləğv prosesində olan “Bank Standart” KB və Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı barışıq razılaşması haqqında müqavilədən irəli gələn öhdəliyin icra edilməsi barədə iddiasının təmin edilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30 ünvanında yerləşən Cavabdeh2 MMC-nin adına xx.xx.2016-cı il tarixli, RX seriya, ******* saylı reyestrlə xx xxxx 2016-cı il tarixdə qeydə alınmış 1036,7 kv. metr qeyri-yaşayış sahəsinə və bu sahəyə aid olan 0,06141 ha torpaq sahəsinə mülkiyyət hüququ və JN 6908, Kod 00200003 saylı xx xxxx 2005-ci il tarixli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə Cavabdeh2 MMC-yə verilmiş 2.0 ha torpaq sahəsinə hüquqlar və həmin torpaq sahəsində inşa edilən hər biri 960 kv. metrdən ibarət olan 3 (üç) ədəd anbar binalarına Cavabdeh1 MMC-nin istifadə hüquqları tanınması, cavabdeh Cavabdeh2 MMC-nin İddiaçı qarşı xx xxxxx 2019-cu il tarixli Barışıq razılaşması barədə Müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiasının təmin olunmaması, İddiaçı Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh3 İddiaçı xeyrinə 79271,79 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə) tutulması, İddiaçı pul tələbinə dair iddiasının qalan hissəsi təmin olunmaması, məhkəmədə qaldırdığı iddialarla bağlı İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun 40 manatı Cavabdeh2 MMC-yə, 10 manatı onun özünə aid edilməsi, cavabdeh Cavabdeh2 MMC-dən 40 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, məhkəmədə qaldırdığı qarşılıqlı iddia ilə bağlı Cavabdeh2 MMC tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun onun özünə aid edilməsi, hazırkı məhkəmə qətnaməsinin Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi 28-30 km-də yerləşən Cavabdeh2 MMC-nin adına xx xxxx 2016-cı il tarixli, RX seriya, ******* saylı reyestrdən çıxarışla mülkiyyət kimi qeydiyyata alınmış 1036,7 kv. metr qeyriyaşayış sahəsinə və bu sahəyə aid 0,06141 ha torpaq sahəsinə Cavabdeh1 MMC-nin adına mülkiyyət hüququna dair reyestrdən çıxarış verilməsi və həmin ünvanda yerləşən hər bir 960 kv. metrdən ibarət üç ədəd anbar binalarının yerləşdiyi torpaq sahəsinə dair xx xxx 2017-ci il tarixli, 297/3288 saylı icarə müqavilələrinin Cavabdeh2 MMC-nin əvəzinə Cavabdeh1 MMC-nin adına dəyişdirilməsi üçün əsas olması qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh3, Cavabdeh2, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Resestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Cavabdeh3 apellyasiaya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddiaçının ona qarşı hər-hansı pul, yaxud əmlakla bağlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin iştirakı olmadan işə baxılmış, məhkəmə iclasının yeri və vaxtı barəsində xəbərdar edilməmişdir. Bundan başqa, işdə vəkil/nümayəndəsi vasitəsilə iştirakı üçün müvafiq qaydada 14 saylı Vəkil Bürosunun vəkili Vəkil3 ilə hüquqi yardımın göstərilməsi üçün müqavilə bağlamış və bağlanmış bu müqavilə əsasında vəkili xx.xx.2020-ci il tarixdə adı gedən Qaradağ Rayon Məhkəməsinə order təqdim etməklə prosesdə iştirak və çıxış etmək və digər hüquqlarının həyata keçirilməsi imkanı/hüququ olmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi buna şərait yaratmamış və əslində mane olmuşdur(vəkilin orderi işdə var, surəti əlavə edilir).Beləliklə, 1-ci instansiya məhkəməsi vəkil orderini qəbul etmişdir, eyni zamanda buna heç bir əsas olmadan vəkilinin/nümayəndənin prosesdə iştirak etməsinə icazə verməmişdir. İşin materialları, faktiki halları ilə tam təsdiq olunur ki, ilk iddiaçı - İddiaçı iddiası/tələbi onun cavabdehlərlə: Cavabdeh3 və “Cavabdeh2" MMC ilə imzaladığı xx xxxxx 2019-cu il tarixli barışıq razılaşması haqqında Müqavilədir, cavabdehlərin isə bu Müqavilədən gələn öhdəliklərinin/vəzifələrinin əsasını - bu Müqavilədə qeyd olunan - guya onun- Cavabdeh3 iddiaçıya - İddiaçı olan, bununla belə, nə mötəbər/tutarlı, yazılı sübutlarla, nə məhkəmə araşdırmaları zamanı təsdiq/sübutunu tapmamış ağlasığmaz məbləğ- 1.800,070 manat təşkil edir. Halbuki, iddiaçı öz sonrakı pul tələbi barəsində olan iddiasında bu məbləği deyil, yalnız 749.657,41 ABŞ dollarını (məhkəmədə iş materialları ilə təkzib olunan) yalnız cavabdeh - Cavabdeh3 tutulmasını məhkəmədən xahiş edir. 1-ci instansiya məhkəməsi onlara naməlum səbəblərdən - həm qismən - 79.271,79 ABŞ dollarının tutulmasını, həm adı gedən Müqavilənin işə aidiyyəti olmayan 3-cü şəxslər tərəfindən icrasını qət etmişdir. 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır/aydınlaşdırılmamışdır, o cümlədən: İddiaçı - Cavabdeh3 pul borcunun olması, əgər varsa onun məbləği, mənbəyi, təyinatı və s. iddiaçının nəfinə tutulması qeyd edilən - 79.271,79 ABŞ dolları məbləği heç bir mötəbər/tutarlı maliyyə, bank ödənişi yaxud digər - yazılı sübut edilə bilən yazılı sənədlərilə, hər-hansı şahid ifadəsi/izahatı ilə təsdiqlənmir. Məlum olduğu kimi, Mülki Məcəllənin 881.2.2. maddəsinə görə, barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir. Təkzibedilməz haldır ki, nə iddiaçının - İddiaçı özünün, nə Cavabdeh3 barışıq razılaşmasını imzaladıqda, barışıq razılaşması məqamında müqavilədə qeyd olunan əmlakın başqasının hüququ ilə yüklü olmasından, iddiasından məlumatları olmayıb, (hazırda digər 3-cü şəxslərin: “Bank Standard KB-nın”, “xxxx” MMC-nin əmlaka dair hüquqları, iddiaları var) Bundan başqa, təkzibedilməz haldır ki, qətnamə ilə üzərlərinə Barışıq Razılaşması haqqında müqavilə üzrə öhdəliklər/vəzifələr qoyulmuş 3-cü şəxslər heç zaman adı gedən xx xxxxx 2019-cu il tarixli Barışıq razılaşması haqqında Müqavilənin iştirakçıları olmamışlar, halbuki yalnız iştirakçılar üçün Barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Mülki Məcəlləsinin 881.2. maddəsində təsbit edildiyi kimi, Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri- müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. İlk iddiaçı - İddiaçı iddiasının əsasını xx.xx.2019-cu il tarixli X1 təşkil etmişdir. Müqavilə, əslində tərəflər arasında xüsusən də “Cavabdeh2 MMC” ilə bağlı hər-hansı təsdiqlənən borc münasibəti olmadığından, faktiki etibarsız/uydurma əqddir. İlk növbədə bu səbəbdən adı gedən Razılaşma Müqaviləsi uydurma əqd olduğundan etibarsız hesab edilməli, Cavabdeh2 MMC-yə qarşı pul və əmlak tələbi istisna və rədd olunmalıdır: Eyni zamanda bu Müqavilə/razılaşmanın iştirakçıları: İddiaçı və Cavabdeh3 Cavabdeh2 MMC-nin ümumiyyətlə, adı gedən daşınmaz əmlakın özgəninkiləşdirilməsinin mümkünsüzlüyündən məlumatları olmamışdır. Adı gedən Razılaşma Müqaviləsi müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqddir. Belə ki, Razılaşma Müqaviləsinin iştirakçılarından olan Cavabdeh2 MMC-yə aid Dövlət Reyestrindən Çıxarışdan göründüyü kimi, onun yeganə təsisçisi (100% payla) Böyük Britaniyanın “Murphy Shipping and Commercial Services UK Limited” şirkətidir, onun qanuni təmsilçisi/Baş Direktoru isə Sabir Əliyevdir. Təsisçi tərəfindən isə qanuni təmsilçiyə/baş direktora verilmiş xx.xx.2017-ci il tarixli Etibarnamədən (eyni zamanda Nizamnamənin 5.2. bəndindən) isə açıq-aşkar görünür ki, sonuncu Cavabdeh2 MMC-nin əmlakını təsisçinin icazəsi olmadan özgəninkiləşdirə bilməz. Göründüyü kimi, adı gedən Müqavilənin iştirakçıları hüquq münasibətlərini və iddialarını həyata keçirə bilməz. Eyni zamanda, adı gedən Razılaşma Müqaviləsinin iştirakçıları arasında hər-hansı faktiki pul borcunun olması (onun məbləği, mövcudluğu) heç bir mötəbər sübutlarla təsdiqlənmir, ilk İddiaçı bunu öz iddia ərizəsində/tələbində sübut etmir. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini, iş üzrə yeni qətnamə çıxarılmaqla, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini Cavabdeh3 apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmışdır, həmçinin göstərmişdir ki, Razılaşma Müqaviləsi birbaşa/bilavasitə Cavabdeh2 MMC-nin təsisçisinin (eyni zamanda 80-ə yaxın işçilərinin/personalın) hüquqlarını pozur və qanuni mənafeinə toxunur. Halbuki, buna heç bir əsas yoxdur. Nə iddiaçının, nə Cavabdeh3 və digərləri qarşısında Cavabdeh2 MMC heç bir öhdəlik götürməmiş, onlara qarşı delikt törətməmişdir ki, öz əmlakı, pulu ilə ilk iddiaçı - İddiaçı qarşısında məsuliyyət daşısın. Heç bir zaman nə iddiaçı - İddiaçı nə dəki Cavabdeh3 Cavabdeh2 MMC-nin işçisi, yaxud təsisçisi/təsisçilərindən biri olmamış, heç bir zaman iddiaçı, yaxud Cavabdeh3 ilə bu MMC arasında hər- hansı bir biznes anlaşması mövcud olmamışdır. Adı gedən Razılaşma Müqaviləsinin iştirakçıları arasında hər-hansı faktiki pul borcunun olması (onun məbləği, mövcudluğu) heç bir mötəbər sübutlarla təsdiqlənmir, ilk İddiaçı bunu öz iddia ərizəsində/tələbində sübut etmir. Qətnamədən göründüyü kimi, buna heç bir əsas, subyektiv hüquq olmadan, yalnız iddiaçının “istəyinə” uyğun, 1-ci instansiyası məhkəməsi inzibati orqanlar olan 3-cü şəxslərin: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1-saylı Ərazi İdarəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə vəzifələr qoymağı xahiş edir. Halbuki, bu inzibati orqanlara iddiaçı bu vəzifələrin icrasını heç zaman bu orqanlardan məhkəmədən əvvəl/kənar qaydada xahiş etməmiş/müraciət etməmişdir, bu orqanlar onlara aid olmayan və mübahisə tərəflərinin öz aralarında “bağladıqları” hər-hansı Barışıq Sazişi barədə Müqavilə üzrə tərəf olmamışlar. Eyni zamanda iddia üzrə bütün hüquqların digər 3-cü şəxsə - Cavabdeh1 MMC-yə verilməsi tələbinin də məhkəmə tərəfındən təmin edilməsi əsassızdır - sonuncu müqavilənin iştirakçısı, cavabdehlərlə, 3-cü şəxslərlə heç zaman heç bir münasibətlərdə olmamışdır. Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Resestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiaya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 28-30-cu km ünvanında yerləşən və ümumi sahəsi 1036.7 kv.m olan qeyri-yaşayış binası (yerləşdiyi 0.06141 ha torpaq sahəsi üzərində mülkiyyət növü - dövlət, hüququn növü istifadə) Cavabdeh2 MMC-nin adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hal-hazırda onun mülkiyyətindədir. Sözügedən əmlak ipoteka müqaviləsi əsasında QSC “Bank Standart” KB-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bununla əlaqədar, qətnamə ilə Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30 km-də yerləşən Cavabdeh2 MMC-nin adına xx xxxx 2016-ci il tarixli, RX seriya, ******* saylı reyestrdən çıxarışla mülkiyyət kimi qeydiyyata alınmış 1036,7 kv.metr qeyri-yaşayış sahəsinə və bu sahəyə aid olan 0,06141 ha torpaq sahəsinə Cavabdeh1 MMC-nin adına mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi qət olunmuşdur, lakin qeyri-yaşayış binasının yerləşdiyi 0.6141 ha torpaq sahəsi dövlət mülkiyyətindədir. Həmin torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilməlidir. Məhkəmə aktında qeyd edilmiş Cavabdeh2 MMC-yə verilmiş 2.0 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilən hər biri 960 kv. metrdən ibarət olan 3 (üç) ədəd anbar binaları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Ümumi sahəsi 1036,7 kv.metr olan qeyri-yaşayış binasının Cavabdeh1 MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar hər hansı hüquqmüəyyənedici sənəd (qanunvericiliklə müəyyən edilmiş qaydada notarial qaydada təsdiq edilmiş əqd, müqavilə və s.), ipotekasaxlayanın razılıq məktubu İdarəyə təqdim olunmamışdır. xx.xx.2020-ci il tarixdə İdarənin mütəxəssisləri tərəfindən aparılmış yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, məhkəmə qətnaməsində vurğulanan torpaq sahələrindən əlavə 896.4 kv.m torpaq sahəsi də zəbt olunmuşdur. Məhkəmə aktında qeyd edilən hər iki hissədə yerləşən torpaq sahələri dövlət mülkiyyətindədir. Brinci instansiya məhkəməsi qətnamədə İdarəyə məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verildiyi qeyd olunsa da, lakin müvafiq mülki iş üzrə sonuncu xx.xx.2020ci il tarixli məhkəmə iclası barədə məhkəmə tərəfindən İdarəyə bildiriş daxil olmamış və İdarənin etibarnamə üzrə nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Üçüncü şəxs Ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiaya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddiaçının iddia tələblərinin rədd edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 28- 30-cu km ünvanında yerləşən və ümumi sahəsi 1036.7 kv.m olan qeyri-yaşayış binası Cavabdeh2MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, onun mülkiyyətindədir və həmin əmlak ipoteka müqaviləsi əsasında QSC “Bank Standard” Kommersiya Bankının xeyrinə yüklü edilib. 1036.7 kv.m olan qeyri-yaşayış binasının Cavabdeh1 MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar ipoteka saxlayan heç bir razılıq verməmişdir. İş üzrə qətnamə xx xxxxx 2020-ci il tarixində çıxarılması qeyd edilsə də, nə həmin məhkəmə iclası barədə bildiriş Banka göndərilməmişdir, nədəki həmin iş üzrə qətnamə üçüncü tərəf olan LPO QSC «Bank Standard» KB-yə təqdim edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin mübahisəsi gedən əmlakla bağlı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi vardır. Həmin qətnaməyə əsasən Cavabdeh2MMC borcun görə iddia tələbinin təmin olunması üçün tutma girov predmeti olan əmlaka yönəldilməsi haqqında qətnamə qəbul edilmişdir. Məhkəmə iclasında Cavabdeh3 vəkili Vəkil3 Hüsrəddin qızı bildirdi ki, məhkəmə işə baxarkən prosessual pozuntuya yol vermişdi. Müqavilə bağladığı halda çıxışı dinlənilmədi, məhkəmə bildirdi ki, iş artıq araşdırılıb və yekun qərar qəbul edildi. Tərəflər arasında yaxşı münasibətlər olub. Onda olan məlumata görə, belə bir barışıq sazişinin olması biznes problemlərini həll etməsi üçün məhz iddiaçının özünə lazım idi. Hazırki əqdin yalan əqd olması ilə bağlı bu dəlili irəli sürürlər. Bundan əvvəl heç bir müqavilə olmayıb, amma sonra belə bir müqavilə bağlanıb. Barışıq sazişinə baxanda görünür ki, burada nəsə uyğunsuzluq var. Digər məsələ isə budur ki, burada söhbət yüklü daşınmaz əmlakların özgəninkiləşdirilməsindən gedir. Lakin burada nə bankın, nədə reyestr xidmətinin xəbəri yoxdur. Bundan başqa, imzalayan cavabdeh Şirkətin bu müqaviləni imzalamaq səlahiyyəti olduğu göstərilmir. Barışıq sazişindən başqa heç bir sənəd yoxdur. Özgəninkiləşdirilən torpaq sahəsi və ya tikilinin mülkiyyət hüququ qeydə alınmayıb. Borc olmasını qəbul etmirlər. Əqd yalan əqddir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə1 bildirdi ki, borcun mövcudluğu barədə sübut yoxdur. İddiaçı və Tahir arasında yaxın münasibətlər olub. Onlar aralarındakı münasibətlərə görə aralarında belə bir müqavilə imzalayıblar. Həmçinin etibarnamə əmlak üzərində sərərncam vermək hüququnu istisna edir. Cavabdeh3 adından barışıq sazişini imzalamamışdır. İmza ona məxsus deyil. İmzanın kimə məxsus olması barədə məlumatı yoxdur. Onun ümumiyyətlə bu razılaşmadan məlumatı olmayıb. Məhkəmə iclasında üçüncü şəxs Ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 bildirdi ki, apellyasiya şikayətində göstərilənləri müdafiə edir, əlavəsi yoxdur. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, əmlakın bəzisi mülkiyyətdədir, bəzisi istifadədir, bəzisi isə ümumiyyətlə qeydə alınmayıb. Öhdəliyin təminatı olan əmlaka görə məbləği ödəməyə hazır olduğunu da bildirmişdilər. Ona görə də bank narahat olmasın. İşə rayon məhkəməsində baxılarkən nümayəndə məhkəmə iclaslarında iştirak edib və imza onun deyil deməsi əsassızdır. Nümayəndə Cavabdeh2 MMC-nin nümayəndəsi kimi iştirak edib, lakin barışıq sazişini Cavabdeh3 adından imzalayıb. Qətnamənin elan olunması xx xxxxxx 2020-ci il tarixdə olub. Sonradan məhkəmə tərəfindən yanlışlıq aradan qaldırılıb. Məhkəmənin qətnaməsindən əmlakın reyestr xidmətində qeydiyyata alınması əsası kimi göstərilməsi Əmlak Komitəsinin maraqlarına toxunmur. Tikili faktiki olaraq var və onlar da o əmlakın verilməsini tələb edirlər. Reyestrdə qeydə alınması məsələsi gələcəkdə onlarla Əmlak Komitəsi arasında yaranacaq münasibətdir. Hazırda Komitənin hüquqlarına toxunulmur. İş materiallarına təqdim etdikələri əmrdən əslində görünür ki, barışıq sazişi imzalamaq səlahiyyəti qeyd olunub. Cavabdeh3 qarşı pul tələbi ilə bağlı qaldırılan iddianın hazırki iddia tələbi ilə heç bir aidiyyəti yoxdur. Məhkəmə prosessual baxımından iddiaları birləşdirdi, onlar da etiraz etmədilər. Apellyasiya şikayətlərinin dəlillərinə məhkəmənin qətnaməsində hüquqi qiymət verilib. Apellyasiya şikayətlərini əsassız hesab edir və məhkəmədən təmin edilməməsini xahiş edir. Tərəflər aralarında olan qeyrimüəyyənliyi dəqiqləşdirmək üçün barışıq sazişini bağlayıblar. Bütün sübutları iş materiallarına təqdim etmişdilər. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər şəxslərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında üzrlü səbəb göstərmədən iştirak edən olmamışdır. Apellyasiya instansiyası məhkəməsi onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi ilkin iddiaları təmin, qarşılıqlı iddianı isə rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli müqavilənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinin tələblərinə, yəni sözügedən müqavilənin formasına və mahiyyətinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsində nəzərdə tutulan müqavilə olması işin mübahisəsiz halı kimi müəyyən edilir. Belə ki, İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin tələblərinə uyğun bağlanmasına əsaslanaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, Cavabdeh2 MMC isə xx.xx.2019-cu il tarixli qarşılıqlı iddiasının, eləcə də ilk iddiaya etirazının məzmununda qeyd olunan müqavilənin formasına və mahiyyətinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddədə nəzərdə tutulan müqavilə hesab etməklə bu xüsusatı mübahisələndirməmiş, əksinə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi bu halı etiraf etmişdir. Eyni zamanda, yuxarıda sözügedən qarşılıqlı iddia ərizəsində cavabdeh müəssisənin Baş direktoru məzuniyyətdə olması səbəbindən sözügedən müqaviləni vəzifə təsnifatına əsasən Baş direktordan sonrakı yüksək vəzifə hesab edilən və baş direktor vəzifələrini bu və ya digər səbəbdən icra edə bilmədikdə onun səlahiyyətlərini icra edən icraçı direktor X2 tərəfindən imzalandığı etiraf edilməklə həmin müqavilə müəssisənin möhürü ilə təsdiq olunmuşdur ki, bu da mövcud qanunvericiliyin tələblərinə tam uyğundur, bu hala istinadən barışıq razılaşması haqqında müqavilənin etibarsız sayılması mümkünsüzdür. Digər tərəfdən, məhkəmə qarşılıqlı iddianın “xxxx” MMC-nin əmlakının onun təsisçisinin razılığı olmadan özgəninkiləşdirilməsinin mümkünsüzlüyü barədə dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, “hüquqi şəxsin məsuliyyəti”ni nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52.1-ci maddəsinin tələbinə görə hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakı ilə cavabdehlik daşıyır. Nəzərə alınmalıdır ki, barışıq razılaşmasında göstərilən daşınmaz əmlak bu müqaviləyə əsasən digər qaydada özgəninkiləşdirilmir. Həmin əmlak İddiaçı qarşısında “xxxx” MMC-nin öhdəliyi üçün həmin müqavilədə nəzərdə tutulan şərtlər və müddət daxilində İddiaçı verilir ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52.1-ci maddəsinin tələblərinə uyğundur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 MMC-nin İddiaçı qarşısında olan 1.800.070 manat məbləğində öhdəliyi xx.xx.2019-cu il tarixli müqaviləyə və bu müqavilənin hüquqi qüvvəsini, statusunu müəyyənləşdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.2-ci maddəsinə əsasən Cavabdeh2 MMC-nin mübahisə edilməyən öhdəliyi olduğundan, hüquqi şəxsin öhdəliyin icrası ilə bağlı məsuliyyəti öz öhdəlikləri üçün ona mənsub bütün əmlakı ilə cavabdehlik daşımasını ehtiva edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52.1-ci maddəsinin tələblərindən irəli gəlir. Məhkəmə hesab edir ki, ilk iddia üzrə cavabdehin iddiaya etirazının əsasları mötəbər sübutlarla deyil, onun subyektiv mülahizələrinə əsaslanır və öhdəliyinin icrasından yayınmaq xarakteri daşıyır. Bu səbəbdən də, ilk iddia tələbi təmin edilməli, ilk iddia tələbinin təmin olunması, eləcə də yuxarıda sadalanan xüsusatlar isə qarşılıqlı iddia tələbinin təmin olunmasını istisna etdiyindən qarşılıqlı iddia təmin edilməməlidir. Məhkəmə İddiaçı pul tələbinə dair iddiasını, eləcə də sözügedən iddiaya dair Cavabdeh2 MMC-nin etirazının dəlillərini araşdıraraq hesab edir ki, qeyd olunan iddia qismən təmin edilməlidir. Belə ki, sözügedən iddia tələbinin əsaslandırıldığı bank köçürməsi sənədlərindən görünür ki, bank köçürmələri yolu ilə ödənilmiş pul vəsaitinin 79 271,79 ABŞ dolları məbləğində olan hissəsi qeyd olunan iddia tələbi üzrə Cavabdeh3 hesablaşma hesabına köçürülsə də qalan 534 883,47 məbləğində olan hissəsi hazırkı iş üzrə cavabdeh olmayan “Caspian integrated Maritime Services” müəssisəsinə köçürülmüşdür ki, bu məbləğə görə Cavabdeh3 fiziki şəxs olaraq, Cavabdeh2 MMC isə hüquqi şəxs olaraq cavabdehlik daşımasını təsdiq edən bu və ya digər sübutlar iş materiallarına əlavə edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin iddia Cavabdeh3 qarşı hissədə 79 271,79 ABŞ dolları məbləğində təmin edilməli, qalan hissədə isə iddia təmin olunmamalıdır. Qeyd olunan iddia tələbinin Cavabdeh3 barəsində xüsusi qərardad qəbul olunması ilə bağlı hissəsi ilə əlaqədar məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə xüsusi qərardad qəbul edilə bilməz. Ona görə ki, iddia ərizəsində xüsusi qərardad qəbul edilməsi ilə bağlı hallar hazırkı işin faktiki halları ilə əlaqədar deyildir. Məhkəmə iş üzrə müəyyən edilən işin faktiki və həqiqi hallarına uyğun olaraq mübahisəyə tətbiq edilməli olan maddi hüquq normaları baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, ilk iddia tələbindən görünür ki, ilk iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinə istinad olunmuşdur. Barışıq razılaşması haqqında müqavilənin hüquqi əsaslarını tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinin tələbinə görə barışıq razılaşması haqqında müqavilə ilə tərəflər öz aralarındakı hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Qeyd edilən Məcəllənin 881.2-ci maddəsinin tələbinə görə isə barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. İstinad edilən Məcəllənin 881.5-ci maddəsinin tələbinə görə, əgər barışıq razılaşması haqqında müqavilənin iştirakçıları hüquq münasibətlərini və ya iddialarını, xüsusən də məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilməzlərsə bu halda barışıq razılaşmasının hüquqi qüvvəsi olmur. Məhkəmə xx.xx.2019-cu il tarixli barışıq razılaşması haqqında müqaviləyə, bu müqavilə ilə tənzimlənən hüquq və iddialar, eləcə də həmin müqavilənin forma və məzmunu baxımından hüquqi qiymət verərək hesab edir ki, sözügedən müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin tələbləri ilə uzlaşır. Qeyd olunan müqavilənin cavabdehin formal mülahizələri əsasında etibarsız sayılması üçün hüquqi əsaslar yoxdur. Məhkəmə hesab edir ki, mübahisə tərəflərinin öz aralarındakı hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə barışıq razılaşması haqqında müqavilə bağlamaqla həll etmələri mülki qanunvericiliyin tələblərinə uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.2-ci maddəsinə əsasən barışıq razılaşmasının hüquqi qüvvəsi əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsini istisna etdiyindən, eləcə də hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olduğundan “xxxx” MMC-nin İddiaçı 1.800,070 manat məbləğində öhdəliyi olmaması istisna edilə bilməz. Bu baxımdan da məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 MMC-nin istər qarşılıqlı iddiasının, istərsə də ilk iddiaya etirazının əsası kimi istinad etdiyi hal, yəni, barışıq razılaşması haqqında müqavilənin iştirakçıları arasında hər hansı faktiki pul borcunun olmasının heç bir mötəbər təsdiqlənmədiyinə dair mülahizəsi, eləcə də ilk İddiaçı bunu öz iddia ərizəsində sübut edə bilməməsinə dair, həmçinin, Cavabdeh2 MMC-nin heç bir öhdəlik götürməməsinə, o cümlədən, delikt törətməməsinə, bu səbəbdən də ilk iddiaiçı İddiaçı qarşısında hər hansı bir məsuliyyət daşımamasına dair dəlilləri əsaslı və qanuni sayıla bilməz. Əks yanaşma barışıq razılaşması haqqında müqavilənin hüquqi qüvvəsini, eləcə də hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlərin etibarlı olmasını ehtiva edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.2-ci maddəsinin tələbləri ilə ziddiyyət təşkil edər. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunan sübutlara, işin məhkəmə iclasında müəyyən edilən faktiki və həqiqi hallarına, həmçinin işin məhkəmədə müəyyən olunan faktiki hallarına tətbiq edilməli olan maddi hüquq normalarının tələblərinə istinadən hesab edir ki, ilk iddia tələbinin əsaslandığı xx.xx.2019-cu il tarixli barışıq razılaşması qanunvericiliyin tələblərinə uyğun olduğundan, sözügedən müqavilə onun iştirakçısı olan “xxxx” MMC adından həmin cəmiyyətin səlahiyyətli şəxsi, yəni baş direktorun məzuniyyətdə olması zamanı, onun vəzifələrini icra edən, icraçı direktor tərəfindən imzalanıb, möhürləndiyindən, eləcə də xx xxxxxx 2017-ci il tarixli, 123 nömrəli əmrin 2-ci bəndinə əsasən icraçı direktora müəssisənin adından bu cür müqavilələri imzalamaq hüququ verildiyindən, qeyd olunan bu hal, yəni baş direktorun məzuniyyətdə olduğu vaxtda yuxarıda göstərilən müqavilənin bağlanması baş direktor tərəfindən imzalanaraq məhkəməyə təqdim edilən xx xxxxxx 2019-cu il tarixli etirazın məzmununda da etiraf edildiyindən, Cavabdeh2 MMC-nin mülkiyyətində olan, yuxarıda sözügedən daşınmaz əmlak bu və ya digər qaydada özgəninkiləşdirilmədiyindən, bu səbəbdən də təsisçinin icazəsinə zərurət olmadığından, həmin əmlak kompleksi “xxxx” MMC-nin öhdəliyinin icrasının təminatı qaydasında, yəni hüquqi şəxsin öz öhdəliyi üçün özünə məxsus bütün əmlakı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52.1-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehliyindən irəli gəldiyindən, “xxxx” MMC-nin ilk iddia üzrə İddiaçı qarşısında 1.800,070 manat məbləğində öhdəliyi olması, həmçinin Cavabdeh2 MMC-nin bu öhdəliyinin olmamasına istinad etməsi xx.xx.2019-cu il tarixli barışıq razılaşması haqqında müqavilənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.2-ci maddəsində təsbit olunan hüquqi qüvvəsindən və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız bu razılaşmanın etibarlı olmasından irəli gəldiyindən, sözügedən müqavilə ilə bu və ya digər üçüncü şəxsin, o cümlədən əmlak kompleksi üzərində heç bir qeydiyyat hüququ olmayan Cavabdeh3 həmin əmlakın ipoteka ilə xeyrinə yüklü edilən, yuxarıda sözügedən bankın hüquq və vəzifələrinə toxunmadığından, mülkiyyətçinin dəyişməsinin bankın ipotekasına xitam verilməsi üçün əsas olmadığından, digər tərəfdən qarşılıqlı iddianın dəlilləri formal xarakterli olduğundan xx.xx.2019-cu il tarixli müqavilənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 339.1, 339.2, 340.1 və 340.2-ci maddələrə istinadən etibarsız sayılması üçün heç bir hüquqi əsas olmadığından ilk iddia təmin edilməli, ilk iddianın təmin edilməsi qarşılıqlı iddianın təmin edilməsini istisna etdiyindən, eləcə də, qarşılıqlı iddianın dəlillərinin əsassız olması ilə əlaqədar qarşılıqlı iddia təmin edilməməli, İddiaçı Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair iddiası isə 79 271,79 ABŞ dolları məbləğdə olan hissədə təmin edilməli, qalan hissədə isə iddia tələbləri təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Cavabdeh3 apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni ilkin iddiaların təmin edilməsi hissəsi, Cavabdeh2n apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi hissəsi, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Resestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni ilkin iddianın təmin edilməsi hissəsi, üçüncü şəxs Ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni ilkin iddianın təmin edilməsi hissəsi, (şikayətlərin obyekti apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətlərin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq şikayətlərdə iddia olunan yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissələrdə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə yalnız mübahisələndirilən hissələrdə yoxlanıllır. Hazırkı iş üzrə, ilkin iddiaçının iddia tələblərinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, qarşılıqlı iddia tələbinin isə faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, Mülki Məcəllənin 329.1-ci maddəsinə əssən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 394-cü maddəsinin tələbinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 881.3-cü maddəsinə əsasən barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. İddiaçının cavabdehlərə qarşı olan iddiasının əsasını təşkil edən xx xxxxx 2019-cu il tarixli Barışıq razılaşması haqqında müqavilə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək barədə öhdəlik götürdüyü müqavilə olduğu üçün notariat qaydasında təsdiqlənməli idi, lakin təsdiqlənməmişdir. Mülki Məcəllənin 329.1-ci maddəsinin tələbinə görə də bu müqavilənin notariat qaydasında təsdiqlənməməsi üçün qanunla başqa hal müəyyən edilməmişdir, ona görə də qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlandığından bu əqd etibarsız olmuşdur. Mülki Məcəllənin 881.3-cü maddəsi də barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər olduğu halda, razılaşmanın bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalı olduğunu imperativ şəkildə müəyyən etmişdir. Göründüyü kimi, yalnız bu fakt kifayət idi ki, iddia tələbinin xx xxxxx 2019-cu il tarixli Barışıq razılaşması haqqında müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə dair hissəsi təmin edilməsin, qarşılıqlı iddia isə təmin edilsin. Lakin birinci instansiya məhkəməsi Mülki Məcəllənin qeyd olunan maddi hüquq normalarının imperativ tələblərini pozaraq ilkin iddianın birinci hissəsini təmin etmiş, qarşılıqlı iddianı isə təmin etməmişdir. İkincisi, xx xxxxx 2019-cu il tarixli Barışıq razılaşması haqqında müqavilədə nəzərdə tutulan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 28-30-cu km ünvanında yerləşən və ümumi sahəsi 1036.7 kv.m olan qeyri-yaşayış binası (yerləşdiyi 0.06141 ha torpaq sahəsi üzərində mülkiyyət növü - dövlət, hüququn növü - istifadə) Cavabdeh2 MMC-nin adına xx.xx.2016-cı ildə xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa da ipoteka müqaviləsi əsasında “Bank Standard” Kommersiya Bankı qapalı səhmdar cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bu qeyri-yaşayış sahəsi yüklü olduğundan onun özgəninkiləşdirilməsi yaxud digər sərəncam verilməsi zamanı ipoteka saxlayanın razılığı tələb olunurdu. Belə ki, “İpoteka haqqında” Qanunun 30.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). Həmin Qanunun 31.1 və 31.1.1-ci maddəsinə əsasən ipoteka predmetinə bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş qaydaları pozmaqla sərəncam verildikdə, ipoteka saxlayan ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını tələb edə bilər. Göründüyü kimi, bu qeyri yaşayış sahəsinə dair ipoteka qoyan tərəfindən sərəncam verilərkən ipoteka saxlayanın yazılı razılığı tələb olunurdu, lakin qanunun bu imperativ tələblərinə də riayət edilməmişdir. Apellyasiya baxışı zamanı həmçinin müəyyən edildi ki, artıq “Bank Standard” Kommersiya Bankı qapalı səhmdar cəmiyyəti tərəfindən ipoteka qoyana qarşı Bakı Kommersiya Məhkəməsinə müraciət olunmuş və tutmanın hazırki mübahisənin də predmeti olan qeyri-yaşayış sahəsinə yönəldilməsi barədə qətnamə qəbul edilmişdir. Bundan əlavə, qeyri-yaşayış binasının yerləşdiyi 0.6141 ha torpaq sahəsi dövlət mülkiyyətində olduğundan həmin torpaq sahəsinə mülkiyyət hüququ, həmçinin xx xxxx 2005-ci il tarixli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə Cavabdeh2 MMC-yə verilmiş 2.0 ha torpaq sahəsinə hüquqlar və həmin torpaq sahəsində inşa edilən hər biri 960 kv. metrdən ibarət olan 3 (üç) ədəd anbar binalarına Cavabdeh1 MMC-nin istifadə hüquqları tanına bilməzdi. Çünki, Torpaq Məcəlləsinin 46cı maddəsinin 3-cü bəndinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Həmin Məcəllənin 50-ci maddəsinin 4-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir. Həmin Məcəllənin 66-cı maddəsinin 1ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilməli olan dövlət torpağına xüsusi mülkiyyət hüququnu tanımaqla, həmçinin həm xüsusi mülkiyyət hüququ, həm də istifadə hüququ əsasında torpaq sahəsi fiziki və hüquqi şəxslərə müvafiq icra hakimiyyəti orqanları tərəfindən, yəni onların qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında verilməli olduğu halda maddi hüquq normalarının imperativ tələblərini pozmuş, bu tələblərə riayət etməmişdir. Həmçinin,məhkəmə torpaq mülkiyyətçisinin mövqeyini öyrənmədən və razılığı olmadan da bu cür qərar qəbul edə bilməzdi. Çünki, bu halda torpaq qanunvericiliyinin imperativ tələbləri pozulur. Eyni zamanda Cavabdeh1 MMC-nin istifadə hüquqları tanındığı torpaq sahəsində inşa edilən hər biri 960 kv. metrdən ibarət olan 3 (üç) ədəd anbar binalarına da sonuncunun istifadə hüququnun tanınmasının qanuni əsası olmalıdır. Yəni, bu tikililərə dair hər hansı bir hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Statusuna görə özbaşına tikili sayılır. Bu tikililərə dair hüquqların tanınması və qeydiyyata alınması ilk növbədə bu işləri yerinə yetirən daşınmaz əmlaka dair hüquqların qeydə almalı olan qurumların səlahiyyətindəir. Həmin orqanlar bu cür müraciətləri təmin etmədiyi halda hüquqların tanınması və qeydiyyata alınması üçün aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət edilə bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi ilkin iddianın birinci hissəsini bu əsaslara görə də təmin edə bilməzdi. Üçüncüsü, ilkin iddia tələbinin təmin edilən digər hissəsi, yəni İddiaçı Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair iddiasının qismən təmin edilərək Cavabdeh3 onun xeyrinə 79271,79 ABŞ dolları tutulması da əsassız olmuşdur. Çünki, İddiaçı iddia tələbinin bu hissəsi üzrə də məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Bu halları sübut etmək yükü isə onun üzərinə düşürdü. Bununla yanaşı, ilk iddiaçının cavabdehlərə qarşı həm xx xxxxx 2019-cu il tarixli Barşıq razılaşması haqqında müqavilədən irəli gələn öhdəliklərin icrasını, həm də 749657, 41 ABŞ dolları tələb etməsi anlaşılan olmamışdır. Düzdür, apellyasiya baxışı zamanı da iddiaçının nümayəndəsi və vəkili bu iddia tələblərinin hər birinin əsasının fərqli olduğunu, yəni əsaslarının eyni olmadığını söylədi. Lakin bu mövqe özü də inandırıcı və ağlabatan olmalıdır. Ən azından ona görə ki, bu cür iddiaların əsası müxtəlif olsa belə, ilkin iddiaçı bunu ayrı-ayrı iddialar üzrə deyil, bir iddia tələbində də irəli sürə bilərdi. Çünki, iddiaların əsaslı olub-olmamasından asılı olmayaraq ilkin iddiaçıya cavabdehlərin ona ayrı-ayrı əsaslara görə borclu olması əvvəlcədən məlum olmalı idi, əlbətdə ki, bu həqiqi idisə, lakin iddiaçı nədənsə bunu bilirdisə bir iddia ərizəsində eyni cavabdehlərə qarşı bu tələblərini irəli sürə bilərdi. Bu halların mövcudluğu da ona dəlalət edir ki, əsaslılığından asılı olmayaraq bu iddiaların faktiki əsasları eyni olmuşdur. Başqa sözlə eyni əsasa görə iki fərqli iddia irəli sürülmüşdür. Dördüncüsü, xx xxxxx 2019-cu il tarixli Barşıq razılaşması haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddianın təmin edilməməsi barədə yuxarıda qeyd olunduğu kimi birinci instansiya məhkəməsinin qənaəti düzgün olmamışdır. Çünki, bu əqd bağlanarkən Mülki Məcəllənin 329.1, 337.1, 394 və 881.3-cü maddələrinin imperativ tələbləri pozulmuşdur. Bu müqavilə forma tələblərinə riayət edilmədiyinə görə, yəni bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək barədə öhdəlik götürdüyü müqavilə olduğu üçün notariat qaydasında təsdiqlənməli olduğu halda olunmadığından etibarsızdır. Bu fakt, eləcə də qeyri-yaşayış sahəsinin ipoteka predmeti kimi yüklü olması, torpaq sahələri ilə bağlı torpaq qanunvericiliyin pozulması və 3 ədəd anbar tikililəri ilə bağlı hansısa hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması ilkin iddianın bu hissəsinin təmin edilməməsi üçün əsas olduğuna görə avtomatik olaraq qarşılıqlı iddianı əsaslı və təmin edilməli olmasını labüd edir. Lakin qarşılıqlı iddia tələbinin təmin olunması o demək deyil ki, xx xxxxx 2019-cu il tarixli Barşıq razılaşması haqqında müqavilənin 4-cü bəndində nəzərdə tutulan 1 800.070 manat yaxud hansısa məbləği cavabdehlər, xüsusən də Cavabdeh3 həqiqətən borclu olduğu halda iddiaçı ümumi əsaslarla ona qarşı yenidən ayrıca iddia qaldıra bilməz. Təbii ki, bu cür iddianın irəli sürülməsi xx xxxxx 2019-cu il tarixli Barşıq razılaşması haqqında müqavilənin 4-cü bəndində razılaşdırılmış şərtin olduğuna görə onun mütləq əsaslı olduğu və təmin edilməli olması demək deyil. Əlbətdə ki, bu cür yeni iddia olduğu halda o halların araşdırılması həmin işin predmetinə aid olduğundan, hazırki işdə ona hansısa formada hüquqi qiymət verilə bilməz. Beşincisi, şərh olunanlarla əlaqədar apellyasiya instansiyası məhkəməsinin ilk iddianı rədd, qarşılıqlı iddianı isə təmin etməkdən başqa çıxış yolu qalmır. Çünki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, aralarında bu cür münasibətlər qurarkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür ilk iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları aralarında bu cür münasibətlər qurarkən hüququn prinsipləri və qanunvericiliyin tələbləri baxımından intizamlı və vicdanlı olsunlar, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etsinlər, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda əqdlərin etibarsızlığı, öhdəliklərin icrası zamanı vicdanlılıq və hüquqdan sui-istifadənin qadağan edilməsi institutlarının yaranmasına da zərurət və əsas olmazdı. Göstərilənlərlə yanaşı, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mülki işə baxılarkən yuxarıda qeyd olunanlarla yanaşı bir sıra prosessual hüquq normaları da pozulmaqla məhkəmə iclasının protokolu Mülki Prosessual Məcəllənin 271-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, işdən görünür ki, hazırki mülki iş hələ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icratında olarkən ilk iddiaçı iddia tələbinin artırılması və əlavə cavabdehin cəlb olunması barədə əlavə iddia ərizəsi məhkəməyə müraciət etmiş, cavabdeh kimi cəlb olunan Nümayəndə1 da xx xxxxx 2019-cu il tarixli Barşıq razılaşması haqqında müqaviləni Cavabdeh3 adından nümayəndə kimi imzaladığından öhdəliklərini yerinə yetirmədiyinə görə ona vurduğu maddi ziyana görə 100 manat tələb etmişdir(bax.i.v.68-70).Lakin iş aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərildikdən sonra Nümayəndə1 qarşı olan tələb və onun Cavabdeh2 MMC-nin nümayəndəsi olmaqdan başqa, həm də cavabdeh olması məhkəmə iclas protokollarında göstərilməmiş, baxmayaraq ki, Nizami Rayon Məhkəməsi Nümayəndə1 həm də cavabdeh kimi qəbul etmişdir. İddiaçı bundan sonra da yekun olaraq iddia tələblərinin dəqiqləşdirilməsinə dair iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət etmiş və bu ərizənin giriş hissəsində Nümayəndə1 adı cavabdeh qismində qalsa da faktiki olaraq ona qarşı olan tələbdən imtina edilmişdir(bax.i.v.277). Göründüyü kimi, birinci instansiya məhkəməsi bununla bağlı məhkəmə iclaslarının protokollarında da hər hansı bir qeyd aparmamışdır. Bununla yanaşı, iddia tələbinin dəqiqləşdirilməsinə dair son ərizədə iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30 km-də yerləşən, hər biri 960 kv.metrdən ibarət üç ədəd anbar binalarına və bu anbar binalarının yerləşdiyi, xx xxx 2017-ci il tarixli 297/3288 saylı icarə müqavilələri ilə Cavabdeh2 MMC-nin istifadəsində olan torpaq sahəsinə Cavabdeh1 MMC-nin istifadə hüququnun tanınmasını əsassız olsa da ayrıca tələb etsə də məhkəmə bu tələbin təmin yaxud rədd edilməli olmasına dair hansısa hüquqi dəyərləndirmə aparmamışdır. Baxmayaraq ki, bu tələb məzmunca demək olar ki, JN 6908, Kod 00200003 saylı xx xxxx 2005-ci il tarixli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə Cavabdeh2 MMC-yə verilmiş 2.0 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilən hər biri 960 kv. metrdən ibarət olan 3 (üç) ədəd anbar binalarına Cavabdeh1 MMC-nin istifadə hüquqlarının tanınması tələbi ilə eyni olmuş və bu hissə təmin olunmuşdur, ancaq iddiaçı xx xxx 2017-ci il tarixli 297/3288 saylı icarə müqavilələri ilə Cavabdeh2 MMC-nin istifadəsində olan torpaq sahəsinə də Cavabdeh1 MMC-nin istifadə hüququnun tanınmasını da istəmişdir. Buna görə də eyni torpaq sahələri olsalar belə, sahələri fərqli olduğundan və ayrı-ayrı hüquqi sənədlər üzrə(2005-ci il tarixli şəhadətnamə ilə istifadə hüququ əsasında və xx xxx 2017-ci il tarixli 297/3288 saylı icarə müqaviləsi ilə) Cavabdeh2 MMC-yə məxsus olduğundan hər bir tələbə ayrıca hüquqi qiymət verib müvafiq qərar qəbul edilməli idi. Çünki, qətnamədə iddianın bu hissəsini tam təmin etdiyini qeyd etmişdir. Bundan əlavə, iddiaçı yekun olaraq iddia tələblərinin dəqiqləşdirilməsinə dair iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət etmiş, həmin ərizə xx.xx.2020-ci ildə məhkəməyə daxil olmuşdur. xx.xx.2020-ci il tarixdə məhkəmə qətnamənin elanı üçün məhkəmə iclasını təxirə salsa da Cavabdeh3 vəkili Vəkil3 xx.xx.2020-ci il tarixli orderi işdə olsa da sonuncu iclasda iştirakı təmin olunmamışdır. Eyni zamanda iddiaçının nümayəndəsindən başqa cavabdehlərə və “Bank Standard” Kommersiya Bankı qapalı səhmdar cəmiyyətinə SMS bildiriş göndərilsə də bunun həmin şəxslərə çatması təsdiq olunmur, həmçinin digər üçüncü şəxəslərə isə ümumiyyətlə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməmişdir. Göründüyü kimi, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir(MPM.m. 387.2 və 387.2.2). Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sənədlər xronoloji ardıcıllıqla(iş. vər.277-278) tikilməmiş, xx xxxxxx 2019-cu il tarixli məhkəmə iclasının( iş. vər.101) protokolu və xx xxxxxx 2019-cu il tarixli məhkəmə iclasının( iş. vər.105) protokolu isə hakimi tərəfindən imzalanmamışdır. Göründüyü kimi, işdə məhkəmə iclasının protokolu yoxdursa və ya imzalanmamışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir(MPM.m. 387.2 və 387.2.7). Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 387.2., 387.2.2 və 387.2.7-ci maddələrinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, işdə məhkəmə iclasının protokolu yoxdursa və ya imzalanmamışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir: Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-190/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli ilkin iddialar rədd edilməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdehlər Cavabdeh3, Cavabdeh2n, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və üçüncü şəxs Ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-190/2020 saylı, 12 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhdud məsuliyyətli cəmiyyətə qarşı barışıq razılaşması haqqında müqavilədən irəli gələn öhdəliyin icra edilməsi və pul tələbinə dair iddiaları təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh2, Cavabdeh3 və İddiaçı arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli Barışıq razılaşması haqqında müqavilə etibarsız hesab edilsin. İlk və qarşılıqlı iddia ərizələrinin verilməsi, həmçinin apellyasiya şikayətləri ilə əlaqədar ödənilən dövlət rüsumları tərəflərə və şikayət verən üçüncü şəxslərə aid edilsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2313/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2313/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver