Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2314/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Səbail rayon MKTB-nin Cavabdeh qarşı (3-cü şəxs qismində X8) qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: özbaşına tikilinin sökülməsi, subyektiv hüquq, icraata xitam, publik hüquq, mübahisənin inzibati məhkəməyə aidiyyati) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı Səbail rayon MKTB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə Səbail rayon MKTB-nin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. 45 saylı MKİS-in xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 2-ci Bibi-Heybət döngəsi ev 6-da yaşayan X2 şikayət etdiyi qonşusu Cavabdeh Əlibaba oğlunun yaşadığı 2-ci Bibi-Heybət döngəsi 2v saylı ev özü-tikilidir. Cavabdeh Əlibaba oğlu ailəsi ilə birlikdə həmin özü tikili evdə 2006-cı ildən qeydiyyatdadırlar.
2. Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi-Heybət döngəsi ev 6 X5 xüsusi mülkiyyətindədir, onun mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır.
3. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinə ünvanlanmış MİHO/2.1.1-2-2022-395 nömrəli xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 1 ünvanında Cavabdeh tərəfindən bir müddət öncə yaşadığı fərdi yaşayış evinə və X3 yaşadığı fərdi yaşayış evinə bitişik olaraq 60,0 m2-ə yaxın sahədə 2 mərtəbəli əlavə tikinti işlərinin aparıldığı müşahidə olunmuş, bununla əlaqədar olaraq rayon icra hakimiyyətinin nümayəndəsi ilə birlikdə müvafiq akt tərtib edilmişdir.
4. Səbail rayon İcra Hakimiyyətinin Bakı şəhəri, ünvan 2 ünvanladığı 10-A-72/2- 149/2 nömrəli xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, “ünvana yerində baxış keçirilmiş və sözügedən əlavə tikinti işlərinə dair fakt aşkar edilmiş, görülmüş təcili tədbirlər nəticəsində Cavabdeh məxsus evin dam örtüyü və əlavə tikinti işləri qismən sökülərək tikili əvvəlki vəziyyətə qaytarılmış, sanitar qovşağınıza məxsus iki ədəd pəncərənin qarşısı açılmışdır”.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. Səbail rayon MKTB (iddiaçı) Cavabdeh Əlibaba oğluna (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ünvan 3 ünvanında inşa edilmiş özbaşına tikilinin cavabdeh tərəfindən və onun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, 2-ci Bibi-Heybət döngəsi 2V saylı evdə yaşayan cavabdeh müvafiq icazə sənədləri olmadan qeyri-qanuni olaraq evinin bitişiyində yeni özbaşına tikili inşa etmişdir. Həmin tikili ilə əlaqədar cavabdehin qonşusu X7 tərəfindən müxtəlif orqanlara şikayət xarakterli müraciətlər edilmiş, bu tikili ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi və nəticəsi barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin MİHO/2.1.1-2-2022-395 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinə daxil olmuşdur. Həmin məktubda qeyd edilmişdir ki, hadisə yerinə baxış zamanı ünvan 1 ünvanında Cavabdeh tərəfindən bir müddət öncə yaşadığı fərdi yaşayış evinə və X3 yaşadığı fərdi yaşayış evinə bitişik olaraq 60,0 m5-ə yaxın sahədə 2 mərtəbəli əlavə tikinti işlərinin aparıldığı müşahidə olunmuşdur. Bununla əlaqədar olaraq, rayon icra hakimiyyətinin nümayəndəsi ilə birlikdə müvafiq akt tərtib edilmişdir. Həmçinin qeyd edilən özbaşına tikili ilə bağlı Səbail rayon İcra Hakimiyyətinin 10-A-72/2-149/2 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda da qeyd edilmişdir ki, Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 45 saylı Mənzil Kommunal İstismar Sahəsinin 71 saylı xx.xx.2021-ci il tarixli arayışı əsasında məlumat verilmişdir ki, müraciətlərdə qeyd olunan ünvana yerində baxış keçirilmiş və sözügedən əlavə tikinti işlərinə dair fakt aşkar edilmişdir. Cavabdeh qanunsuz olaraq öz mövcud yaşadığı evinə bitişik əlavə olaraq qanunsuz tikili inşa etmiş, həmin əraziyə xidmət göstərən 45 saylı MKİS tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir ki, rəsmi icazə sənədləri olmadan inşa etdiyi tikilini söksün və yaşadığı evi əvvəlki vəziyyətinə qaytarsın, lakin cavabdeh bu xəbərdarlığa heç bir məhəl qoymamış və qeyd olunan tikilini könüllü surətdə sökməkdən imtina etmiş, bu barədə 45 saylı MKİS tərəfindən müvafiq akt da tərtib edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin MİHO/2.1.1-2-2022-395 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, hadisə yerinə baxış zamanı ünvan 1 ünvanında Cavabdeh tərəfindən bir müddət öncə yaşadığı fərdi yaşayış evinə və X3 yaşadığı fərdi yaşayış evinə bitişik olaraq 60,0 m2-ə yaxın sahədə 2 mərtəbəli əlavə tikinti işlərinin aparıldığı müşahidə olunmuşdur. Bununla əlaqədar olaraq, rayon icra hakimiyyətinin nümayəndəsi ilə birlikdə müvafiq akt tərtib edilmişdir. Özbaşına tikintinin olması faktı qeyd olunan məktubla təsdiq olunur. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 10-A-72/2-149/2 nömrəli xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh tərəfindən ünvan 1 ünvanında Cavabdeh tərəfindən bir müddət öncə yaşadığı fərdi yaşayış evinə və X3 yaşadığı fərdi yaşayış evinə bitişik olaraq 60,0 m2-ə yaxın sahədə 2 mərtəbəli əlavə tikinti işlərinin aparıldığı müşahidə olunmuşdur və fakt təsdiqini tapmışdır, eyni zamanda cavabdeh qanunsuz olaraq, rəsmi icazə almadan özbaşına tikinti işlərini aparmışdır. 45 saylı Mənzil-Kommunal İstismar Sahəsinin aktından görünür ki, ünvan 1 ünvanında Cavabdeh bir müddət öncə yaşadığı fərdi yaşayış evinə və X3 yaşadığı fərdi yaşayış evinə bitişik olaraq 60,0 m2-ə yaxın sahədə 2 mərtəbəli əlavə özbaşına tikinti işləri aparmışdır. Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi-Heybət döngəsi, ev 6-da yaşayan cavabdehin qonşusu X2 Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə, Səbail-rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə ünvanladığı ərizələrdən görünür ki, ünvan 1 ünvanında Cavabdeh bir müddət öncə yaşadığı fərdi yaşayış evinə və onun yaşadığı fərdi yaşayış evinə bitişik olaraq 60,0 m2-ə yaxın sahədə 2 mərtəbəli əlavə özbaşına tikinti işləri aparmışdır və bununla bağlı qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Fotoşəkillərdən görünür ki, həqiqətən Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi- Heybət döngəsi, ev 6 ünvanında Cavabdeh tərəfindən bir müddət öncə yaşadığı fərdi yaşayış evinə və X3 yaşadığı fərdi yaşayış evinə bitişik olaraq 60,0 m2 -ə yaxın sahədə 2 mərtəbəli əlavə özbaşına tikinti işləri aparılmışdır.
7. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, üçüncü şəxs də iddianı müdafiə etdiyini bildirmişdir.
8. İştirak etdiyi məhkəmə iclasında cavabdeh iş üzrə ekspertiza təyin olunmasına etiraz etmədiyini bildirmiş, lakin sonrakı məhkəmə iclaslarına gəlməmişdir.
9. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2023-cü il tarixli 10/450 saylı rəyində göstərilmişdir ki, “ünvan 3 ünvanında X6 məxsus fərdi yaşayış evinin sanitar qovşağına bitişik vəziyyətdə iki mərtəbə səviyyəsində inşa olunmuş (birinci mərtəbə səviyyəsində yerləşən tikilinin eni 4,25 m, uzunluğu 5,20 m, hündürlüyü isə 2,0 m, ikinci mərtəbə səviyyəsində inşa olunmuş tikilinin eni 4,25 m, uzunluğu 7,0 m, hündürlüyü isə 3,45 m) olan tikililərin inşası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1-ci və 4.2-ci bəndlərinə uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən olunur”.
10. Birinci instansiya məhkəməsinin 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması, ünvan 3 ünvanında X6 məxsus fərdi yaşayış evinin sanitar qovşağına bitişik vəziyyətdə iki mərtəbə səviyyəsində inşa olunmuş (birinci mərtəbə səviyyəsində yerləşən tikilinin eni 4,25 m, uzunluğu 5,20 m, hündürlüyü isə 2,0 m, ikinci mərtəbə səviyyəsində inşa olunmuş tikilinin eni 4,25 m, uzunluğu 7,0 m, hündürlüyü isə 3,45 m) tikilinin sökülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, 100 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulub dövlət büdcəsinə ödənilməsi, ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manatın cavabdehdən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 180-ci maddəsinə, habelə Nazirlər Kabinetinin 160 nömrəli 04 sentyabr 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na istinadla belə əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi-Heybət döngəsi ev 6 X5 xüsusi mülkiyyətindədir. Mübahisəli ünvana aid koordinat məlumatları ilə həmin ünvanın faktiki vəziyyəti müqayisə olunduğu zaman cavabdeh tərəfindən F.Abasova məxsus fərdi yaşayış evinin sanitar qovşağına bitişik şəkildə inşa olunmuş tikilinin adı çəkilən Qaydalara uyğun inşa olunmadığı müəyyən edilmişdir .
12. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığı, cavabdeh tərəfindən evin 1996-cı ildə alındığını və mübahisəsi gedən tikilinin də həmin vaxtdan mövcud olduğunu nəzərə almadığı, qanunsuz tikilinin Fazil Abbasov tərəfindən tikildiyi arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
14. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək izahatında həmçinin göstərmişdir ki, iddiaçının müvafiq iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur və iddia tələbi həm də bu səbəblə təmin olunmamalıdır.
15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və üçüncü şəxs şikayətin əsassız olduğunu, MKTB-nin müvafiq iddia tələbini irəli sürməyə subyektiv hüququnun olduğunu bildirmişlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
17. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
18. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.
19. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
20. Maddə 152. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
21. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
22. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar.
23. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
24. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
25. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
26. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.
27. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
28. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
29. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
30. Maddə 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə.
31. Maddə 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər.
32. Maddə 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir.
33. Maddə 95.3-1. Bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər.
34. Maddə 95.4. Bu Məcəllənin 95.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda tikinti obyekti həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, 74.2-ci maddəsinə uyğun olaraq sökülür.
35. Maddə 95.5. Sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən sökülür.
36. Maddə 95.6. Tikinti obyektinin sökülməsi müvafiq layihə əsasında həyata keçirilir.
37. Maddə 95.7. Tikinti obyektlərinin sökülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
38. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
39. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.
40. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.
41. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə.
42. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
43. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
44. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
45. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
46. Maddə 387.2.8. İddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
47. Maddə 387.3. Bu Məcəllənin 387.2.1-387.2.9-cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir.
“İnzibati icraat haqqında” Qanun
48. Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.
49. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
İnzibati Prosessual Məcəllə
50. Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.
51. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.
“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı
52. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər).
53. Bənd 10.3. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən, ŞTM-nin 95.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir.
54. Bənd 10.4. ŞTM-nin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
Apellyasiya baxışının həddi
55. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
56. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
58. Səbail rayon MKTB-nin əsasnaməsində onun, fiziki şəxslərin mənafelərinin müdafiəsi məqsədilə onların əvəzinə iddia qaldırmaq, eləcə də tikinti obyektlərinin sökülməsi barədə iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır.
59. Qanunvercilik müddəalarından (§ 32, 53, 54) isə görünür ki, müvafiq iddia tələbini irəli sürmək səlahiyyəti Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə verilmişdir və həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
60. Buna görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iddia tələbi üzrə icraata xitam verilməlidir.
61. Məhkəmə kollegiyası, həmçinin MPM-in 262.3-cü maddəsinə əsasən iddiaçıya izah edir ki, o, əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edə, müvafiq iddia tələbinin həmin qurum tərəfindən inzibati məhkəmədə irəli sürülməsini tələb edə bilər.
62. Kollegiya üçüncü şəxs X6 da izah edir ki, o bilavasitə özü, cavabdehə qarşı müvafiq iddia tələbini mülki mühakimə icraatı qaydasında irəli sürmək hüququna sahibdir.
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(005)-268/2023 saylı iş üzrə 16 iyun 2023-cü il il tarixli qətnaməsi ləğv edilsin. Səbail rayon MKTB-nin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbi üzrə icraata xitam verilsin. Səbail rayon MKTB-nə izah olunsun ki, o, əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edə, müvafiq iddia tələbinin həmin qurum tərəfindən inzibati məhkəmədə irəli sürülməsini tələb edə bilər. X6 izah olunsun ki, o bilavasitə özü, Cavabdeh qarşı müvafiq iddia tələbini mülki mühakimə icraatı qaydasında irəli sühüququna sahibdir. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə